Məhkəmə qərarları › İş №1(014)-131/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-131/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-131/2023 05.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx xxxxx 1974-cü ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərərvurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində X4 ilə aralarında əvvəllər sonuncunun qardaşının ölüm səbəbini öyrənmək istəməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən onu daş parçası, təpik və yumruq ilə başının müxtəlif hissələrindən və ayaqlarından vuraraq alnın sağ nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sol qulaq seyvanının əzilməsi, burun yəhərinin sıyrığı, qığırdağın sınması, sağ çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), üst dodağın sağ nahiyəsinin şişkinliyi, diş səthinə və sağ yanağın selikli qişasına qansızma, sol gözaltı nahiyənin qançırı, sağ bazunun orta 1/3-nin ön səthinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Ləki qəsəbə sakini X2 Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Sadiq Zeynalovu tanıdığını, onunla uşaqlıq dostu olduğunu, onun Sadiq Zeynalov ilə heç bir ədavət və düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində piyvə içmək üçün Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən kafeyə gəldiyini, kafedə tək əyləşdiyini və piyvə içməyə başladığını, bir neçə dəqiqə sonra Sadiq Zeynalovun həmin kafeyə gəldiyini, Sadiq Zeynalovun həmin vaxtı kafenin ortasında onun üzərinə qışqırmağa başladığını, Sadiq Zeynalovun spirtli içki qəbul etdiyini bildiyini və onun problem yaratmamasını istədiyini, həmin vaxtı Sadiq Zeynalovun onun üzünə qarşı nalayiq söyüşlər söydüyünü və onu çölə çağırdığını, piyvə içdiyini və Sadiq Zeynalovun arxasınca çölə çıxdığını, həmin vaxtı Sadiq Zeynalovun kafenin yanındakı küçəyə doğru getdiyini, Sadiq Zeynalovun arxasınca həmin küçəyə doğru getdiyini, yerdə olan daş parçasını götürdüyünü və Sadiq Zeynalovu arxadan səslədiyini, Sadiq Zeynalovun da arxaya çevrildiyini, həmin vaxtı daş parçası ilə Sadiq Zeynalovun sifət nahiyəsindən vurmaq istədiyini, lakin həmin vaxtı sərxoş olduğu üçün müvazinətini itirdiyini və sağ əlinin Sadiq Zeynalovun sol çiyin nahiyəsinə dəydiyini, daş parçasının isə əlindən yerə düşdüyünü, həmin vaxtı sol əli ilə Sadiq Zeynalovun yaxasından tutduğunu və sağ əli ilə onun sifət nahiyəsindən 3-4 dəfə yumruqla vurduğunu, həmin vaxtı Sadiq Zeynalovun müvazinətini itirərək yerə yıxıldığını, həmin vaxtı yumruq ilə Sadiq Zeynalovun 1-2 dəfə sifət nahiyəsindən vurduğunu, həmin vaxtı onların yanında başqa heç kimin olmadığını, lakin səs-küyə kənarda olan bir-iki nəfərin əvvəllər tanımadığı şəxslərin yanlarına gələrək onu Sadiq Zeynalovdan aralaşdırdıqlarını, Sadiq Zeynalovun həmin vaxtı ayağa qalxaraq onun üzərinə yenidən nalayiq ifadələr işlədərək gəldiyini, həmin vaxtı ətrafda olan insanların Sadiq Zeynalovu onun yanından uzaqlaşdırdıqlarını, təxminən 5 dəqiqə sonra fərdi yaşayış evinə getdiyini, daha sonra Ağdaş RPŞ-in əməkdaşlarının onu RPŞ-yə gətirdikərini, RPŞ-də olan zaman Sadiq Zeynalovu döydüyünü səmimi olaraq etiraf etdiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X4 ifadəsində bildirmişdir ki, 11 ildir “Azəriqaz” istehsalat birliyinin Ağdaş rayon şöbəsində yeraltı xətt üzrə nəzarətçi vəzifəsində işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, xx.xx.2023-cü il tarixdə Ləki qəsəbəsində yerləşən fərdi yaşayış evində spirtli içki qəbul etdiyini və sərxoş olduğunu, daha sonra saat 22:00 radələrində piyvə içmək üçün X8 qəsəbəsində yerləşən kafesinə gəldiyini, kafeyə daxil olan zaman həmkəndlisi Təqsirləndirilən şəxs da kafedə olduğunu və onun qarşısında spirtli içki olduğunu gördüyünü, həmçinin kafedə başqa şəxslərin də olduğunu, kafeyə daxil olduqdan sonra orada olan şəxslərlə salamlaşdığını və içmək üçün pivə istədiyini, həmin vaxtı pivə içdiyini, bir neçə dəqiqə sonra kafedə Təqsirləndirilən şəxs Rusiya Federasiyasında vəfat edən qardaşının ölüm səbəbini soruşduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun üzərinə qışqırdığını, Təqsirləndirilən şəxs söhbət etmək üçün çölə çağırdığını, Təqsirləndirilən şəxs da onunla razılaşdığını və çölə çıxdığını, bundan sonra söhbət etmək üçün kafenin yanındakı küçəyə gəldiyini, həmin vaxtı havanın qaranlıq olduğunu və onların yanında başqa heç kimin olmadığını, küçədə qabaq tərəfdə getdiyini, Kamranın isə onun arxasınca gəldiyini, arxaya çevrilib Kamrandan qardaşının Rusiyada ölüm səbəbini soruşmaq istədiyini, arxaya çevrilən zaman Təqsirləndirilən şəxs əlində daş parçasının olduğunu gördüyünü, Təqsirləndirilən şəxs həmin daş parçası ilə 1 dəfə onun sifət nahiyəsinin sol tərəfindən və 1 dəfə isə sağ tərəfindən vurduğunu, həmin vaxtı müvazinətini itirərək küçədə olan qaz turbasına dəyərək yerə yıxıldığını, bundan sonra Təqsirləndirilən şəxs 5-6 dəfə təpiklə onun sifət nahiyəsindən vurduğunu, həmin vaxtı onların yanında başqa heç kimin olmadığını, bir neçə dəqiqə sonra üzlərini xatırlamadığı 2 nəfər şəxsin yanlarına gəldiyini gördüyünü, həmin şəxslərin Təqsirləndirilən şəxs qolundan tutaraq onun yanından uzaqlaşdırdıqlarını, bir neçə dəqiqə sonra həmin 2 nəfər şəxsin yanına gəldiklərini və onu yerdən qaldırıb qaz turbasının üzərində əyləşdirdiklərini və yanından uzaqlaşaraq getdiyini, bir neçə dəqiqə həmin yerdə gözlədiyini və özünə gəldikdən sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə yığaraq Kamran adlı şəxsin onu döyməsini bildirdiyini, daha sonra Ağdaş RPŞ-yə gələrək baş vermiş hadisə ilə bağlı ərizə verdiyini bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışmadığının, ondan şikayətçi olduğunun nəzərə alınmasını və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 190 saylı rəyindən görünür ki, X2 bədənində olan xəsarətlər - alnın sağ nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sol qulaq seyvanının əzilməsi, burun yəhərinin sıyrığı, qığırdağın sınması, sağ çənə qanadı proyeksiyasının şişkinliyi (dərialtı hematoması), üst dodağın sağ nahiyəsinin şişkinliyi, diş səthinə və sağ yanağın selikli qişasına qansızma, sol gözaltı nahiyənin qançırı, sağ bazunun orta 1/3-nin ön səthinin qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 24 iyun 2023-cü il tarixli, № 5-32-12/2-477/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X9 19 may 2023-cü il tarixli 916 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X9 poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar