Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-132/2021 26.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1947-ci ildə Ağdaş rayonu, Kükəl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş, Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icrat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Kükəl kəndində qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs Məhəmmədəli qızı ilə əri Təqsirləndirilən şəxs arasında 10 sentyabr 2021-ci il tarixdə, saat 09:30 radələrində Ağdaş rayonu, Kükəl kəndində yerləşən yaşadıqları evin yataq otağında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əsəbləşərək yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs sifət, baş, sinə və bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi və izahatında Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, Zərərçəkmiş şəxs ilə 1998-ci ildə ailə qurduğunu, birgə nikahlarından bir qız övladlarının dünyaya gəldiyini, qız övladının hal- hazırda ərdə olduğunu, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığını, təxminən bir ilə yaxın müddətdir ki, Zərərçəkmiş şəxs ilə münasibətlərinin pisləşdiyini, eyni evdə müxtəlif otaqlarda yaşadıqlarını, lakin Zərərçəkmiş şəxs ilə aralarında yenə də müxtəlif səbəblərdən mübahisələrinin baş verdiyini, onunla danışmadığını, lakin dəfələrlə arvadı Zərərçəkmiş şəxs istifadə etdiyi elektrik enerjcisinin pulunu ödəməsini tələb etsə də, arvadı Zərərçəkmiş şəxs istifadə etdiyi elektrik enerjisinin pulunu ödəmədiyini, buna görə də, aralarında narazılıqların artdığını, 10 sentyabr 2021-ci il tarixdə, təxminən saat 09:30 radələrində arvadı Fatamaxanım Məmmədovanın yaşadığı otağa daxil olaraq ondan istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməli olduğunu bildirdiyini, həmin vaxt arvadı Zərərçəkmiş şəxs istifadə etdiyi elektrik enerjisinin pulunu ödəməyəcəyini bildirdiyini, buna görə də arvadı Zərərçəkmiş şəxs istifadə etdiyi elektrik enerjisinin pulunu verməyəcəksə onun yaşadığı evdən çıxıb getməli olduğunu bildirdiyini, həmin vaxt arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əsəbləşdiyini, arvadı Fatamxanım Məmmədoya yaxınlaşaraq yumruqla bir neçə dəfə sifət, baş, sinə və kürək nahiyələrindən vurduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 1998-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurduqlarını, ailə qurandan sonra əvvəllər çox mehriban yaşadıqlarını, birgə nikahlarından bir qız övladlarının dünyaya gəldiyini, qız övladının bir neçə il əvvəl ailə qurub ər evinə getdiyini, buna görə də, hal-hazırda əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşadıqlarını, lakin son vaxtlar əri Təqsirləndirilən şəxs spirtli içkiyə qurşanıb hər gün spirtli içki içdiyini, hər gün sərxoş olduğunu, dəfələrlə ona spirtli içki içməməsini bildirsə də, əri Təqsirləndirilən şəxs hər gün spirtli içki içdiyini, bu səbəbdən də, təxminən bir ilə yaxın müddətdir ki, əri Təqsirləndirilən şəxs ilə eyni evdə ayrı-ayrı otaqlarda yaşadıqlarını, 10 sentyabr 2021-ci il tarixdə, təxminən saat 09:30 radələrində yaşadıqları evdə yaşadığı otaqda olan zaman əri Təqsirləndirilən şəxs onun yaşadığı otağa daxil olaraq ona elektrik enerjisindən istifadə etməməsini və evdən çıxıb getməli olmasını ondan tələb etdiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs elektrik enerjisindən istifadə edəcəyini, yaşadıqları evdən məhz onun çıxıb getməli olduğunu əri Təqsirləndirilən şəxs söylədiyini, buna görə də, həmin vaxt əri Təqsirləndirilən şəxsla aralarında mübahisə yarandığını, mübahisə zamanı əri Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət, baş, sinə və kürək nahiyələrinə qəsdən vuraraq ona xəsarət yetirdiyini, daha sonra əri Təqsirləndirilən şəxs əlindən çıxaraq getdiyini və qızı Şahid istifadəsində olan mobil telefona zəng edərək əri Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat verdiyini, qızı Şahid da 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək bu barədə məlumat verdiyini, hazırda əri Təqsirləndirilən şəxsla barışmadığını və ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid məhkəmə iclasında verdiyi izahatında Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə onun atası olduğunu, anası Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs aralarında son vaxtlar tez-tez mübahisələrinin baş verdiyini, 10 sentyabr 2021-ci il tarixdə anası Zərərçəkmiş şəxs onun istafadəsində olan mobil telefona zəng edərək atası Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə, saat təxminən 09:30 radələrində onun yataq otağına gələrək ona elektrik enerjisindən istifadə etməməsini və evdən çıxaraq getməli olmasını söylədiyini, Təqsirləndirilən şəxs heç bir yerə getməyəcəyini və elektrik enerjisindən istifadə edəcəyini söylədikdən sonra aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs onun sifət, baş, sinə və kürək nahiyələrindən bir neçə dəfə vuraraq ona xəsarət yetirməsini söylədiyini, buna görə də 10 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs döyməsi barədə müraciət etdiyini bildirdirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 11.09.2021-ci il tarixli, 585 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-başın ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), döş qəfəsinin sol körpücük nahiyəsinin qançırı, sol kürək nahiyəsinin bazu oynağının arxa səthinə keçən geniş qançırı, sol bazu oynağının əzilməsi, küt alət təsirindən törənmiş, törənmə müddətləri 10.09.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində Ağdaş Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 10 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək qəti cəza, 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir, hökm çıxarılan 26 oktyabr 2021-ci il tarixə çəkilməmiş 06 ay 23 gün cəzası qalmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 74 yaşında olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1, 18.4, 18.4.1 və 18.4.4-cü maddələrinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qəranının 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 ay 23 gün hissəsini Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdulaşdırılması cəzasının 02 gününə azadlıqdan məhrum etmə cəzasının 01 günü hesabı ilə hesablanmaqla 03 ay 11 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza təyin etməyi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş qəti cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı, cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması barədə qənaətə gələrkən cinayətin ailəməişət problemlərinin nəticəsində törəndiyini, 05 oktyabr 2021-ci il tarixdə əməliyyat olunduğunu da nəzərə alır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir, iş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təyin edilmiş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş altı ay iyirmi üç gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1, 68.1.1-1-ci maddələrinə əsasən azadlığın məhdulaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla üç ay on bir gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş altı ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası bir il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-132/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-132/2021
26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver