Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-132/2023 29.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1978-ci ildə Ağdaş rayonunun Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, qanunla müəyyən olunmuş qaydada məhkumluğu ödənilməyən və ya götürülməyən, Ağdaş rayonu, Gürcuva kəndində qeydiyyatda olmaqla Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə(kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Gürcuva kəndində yerləşən, çöl sahədən keçən su kanılın kənarında əkmiş, həmin toxumlardan inkişaf etmiş 4 (dörd) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ağdaş RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində Ağdaş rayonu, Gürcuva kəndində yerləşən, çöl sahədən keçən su kanılın kənarında həmin tarixdə saat 14:01-dən saat 14:13-dək keçirilmiş baxış zamanı su kanalının kənarından 3 ədəd plastik dibçəkdə 4 ədəd uzunluqları 67 sm-dən 110 sm-dək, yaş vəziyyətdə təmiz çəkiləri 100,62 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərərk kökündən çıxarılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində təxminən 10 ilə yaxındır ki, narkotik vasitə istifadə etdiyini, əsasən də “nəşə” adlandırdığı narkotik vasitə olan qurudulmuş marixunadan istifadə etsə də, hərdən bir “kakos” adlandırdığı narkotik vasitə heroin və “patı” adlandırdığı psixotrop maddə metamfetamin istifadə etdiyini, narkotik vasitə istifadə etməyən zamanlarda bədənində ağrılar baş verdiyini, narkotik vasitə əldə etməkdə çətinlik çəkdiyi üçün özü istifadə etmək məqsədi ilə bir neçə çətənə bitkisi əkmək və onun yarpaqlarını qurudaraq istifadə etmək qərarına gəldiyini, buna görə də təxminən 2023-cü ilin may ayının əvvəllərində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yolun kənarından kağız bükümdə tapdığı toxumları əkmək istədiyini, lakin əvvəllər narkotik vasitəni üzərində saxlayıb daşıdığına və istifadə etdiyinə görə məhkum edildiyi üçün öz yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkməyin riskli olduğunu düşündüyünü, həmçinin 04 aprel 2023-cü il tarixdə də üzərində narkotik vasitə saxladığı üçün tutulduğunu və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçildiyini, bundan sonra 2023-cü ilin may ayının əvvəllərində həmin toxumları yaşadığı Ağdaş rayonu, Gürcüva kəndinin ərazisində, boş sahədən keçən su kanalının kənarında kolluqda yaşadığı evdən apardığı 3 ədəd “emusiya” vedrəsində əkdiyini, bundan sonra həmin bitki toxumlarını suvardığını, təxminən 2 gündən bir gedərək bitkilərə baxdığını və qulluq etdiyini, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində bitkiləri suvararaq yaşadığı evə qayıtdığını, həmin su kanalının kənarında olarkən mülki geyimli iki nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin polis əməkdaşları olduqlarını bildiyini, bundan sonra onların da özlərini təqdim etdiklərini, ondan həmin yerdə nə axtardığını soruşduqlarını, onun da həyəcanlandığı üçün bir söz tapıb deyə bilmədiyini, bundan sonra həmin şəxslərdən birinin ona narkotik tərkibli bitkiləri əkib becərməsi barəsində onlarda əməliyyat məlumatının olmasını, buna görə də onun arxasınca gəldiklərini izah etdiklərini, həmçinin ondan narkotik tərkibli bitki əkib-əkmədiyini soruşduqlarını, onun da könüllü olaraq etiraf etsə işinin yüngülləşəcəyini fikirləşsdiyini və polis əməkdaşlarına həqiqətən də narkotik tərkibli bitkiləri əkdiyini söylədiyini, bundan sonra polis əməkdaşlarının ona həmin bitkiləri əkdiyi yeri göstərməyini təklif etdiklərini, onun da polis əməkdaşlarına bitkiləri su kanalının kənarında 3 ədəd vedrədə əkdiyini bildirdiyini, bundan sonra həmin polis əməkdaşlarının təhqiqatçını və aqranomu da həmin yerə dəvət etdiyini, bundan sonra videoçəkiliş vasitəsi ilə onun narkotik tərkibli bitkiləri əkdiyi yerə baxış keçirildiyini, baxış zamanı onun bitkiləri təqdim etdiyini, aqranomun da həmin bitkilərə baxaraq hər bir bitkiyə aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, bundan sonra 4 ədəd narkotik tərkibli çətənə bitkisinin kökündən çıxarılaraq ölçüldüyünü, ən kiçik bitkinin uzunluğunun 67 sm, ən böyük bitkinin hündürlüyünün isə 110 sm olduğunu, bundan sonra bitkilərin hər biri boş kisəyə qablaşdırılaraq üzərinə möhür vurulduğunu, sonra polis əməkdaşları ilə birlikdə Ağdaş RPŞ-nə gəldiyini, RPŞ-də təhqiqatçı tərəfindən ona müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, o, da maddi imkanının olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının verildiyini, onun da həmin siyahıdan adını əvvəllər eşitdiyi Müdafiəçi1 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyini, daha sonra Müdafiəçi1 ona dövlət hesabına müdafiəçi təyin edildiyini, müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs qismində tutulduğunu, tutulduqdan dərhal sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçının ona hüquqlarını izah etdiyini, daha sonra ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməyi təklif etdiyini, buna görə də onun həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd “Prima” markalı siqaret qutusunu, həmin şalvarın sol ya cibindən 1 ədəd açar və sağ arxa cibindən 1 ədəd əl dəsmalını masanın üzərinə qoyduğunu, bundan sonra üzərinə şəxsi axtarış aparan təhqiqatçı tərəfindən başqa hər hansı bir əşya aşkar edilmədiyini, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, şəxsi axtarışın və baxışın keçirilməsinə dair protokolların tərtib edildiyini, onların da heç bir etirazı olmadığı üçün həmin pratokolları imzaladıqlarını, narkotik tərkibli çətənə (kannabis) bitkilərini 2023-cü ilin may ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Gürcuva kəndi ərazisində boş sahədən keçən su kanalının kənarında kolluqda əkdiyini, onun həmin bitkiləri əkməkdə məqsədi gələckdə həmin bitkinin yarpaqlarından istifadə etmək olduğunu, həmin bitkinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerdən tapdığını, narkotik tərkibli bitkiləri özünün tək əkdiyini, bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 23 iyun 2023-cü il tarixdə ona Ağdaş rayonu, Gürcuva kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs əkilibbecərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkibbecərməsi və narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradıldığını, Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 əməliyyat qrupuna daxil edildiyini, daha sonra həmin gün təxminən saat 13:40 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib becərdiyi Ağdaş rayonu, Gürcuva kəndi ərazisində yerləşən çöllük sahəyə getdiklərini, həmin vaxt Təqsirləndirilən şəxs həmin yerdə çöllük sahədə olduğunu gördüklərini, onların Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməsi, həmçinin narkotik vasitə istifadə etməsi barədə RPŞ-nə məlumat daxil olmasını bildirdiklərini, sonra Təqsirləndirilən şəxs həqiqətən də narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirdiyini, onların Təqsirləndirilən şəxs həmin yeri təqdim etməsini təklif etdiklərini, Təqsirləndirilən şəxs də onlarla razılaşdığını və narkotik tərkibli bitkiləri əkib becərdiyi yeri göstərdiyini, həmin yerdə narkotik tərkibli bitkiyə bənzər bitki kollarının olmasını gördüyünü, daha sonra bu barədə rəhbərliyə məruzə etdiyini və müvafiq sənədləşmələrin aparılması üçün təhqiqatçını və həmin bitki kollarına baxaraq müvafiq rəy verməsi üçün aqronomu dəvət etdiyini, bundan sonra videoçəkiliş vasitəsi ilə həmin yerə baxış keçirildiyini, aqronomun həmin bitki kollarına baxaraq qeyd edilən yerdə əkilmiş bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, daha sonra həmin bitkilərin tərəflərindən kökündən torpaqdan çıxarıldığını, daha sonra həmin bitkilərin sayıldığını və həmin yerdə 3 ədəd plastik vedrədə 4 ədəd əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisininin olmasının aşkar olunduğunu, bundan sonra həmin bitkilərin uzunluğunun metrə vasitəsi ilə ölçüldüyünü və ən kiçiyinin uzunluğu 67 sm, ən böyüyünün uzunluğunun isə 110 sm olduğunu, bundan sonra həmin bitkilər müvafiq ekspertizanın təyin edilməsi üçün kisədə qablaşdırılaraq üzərinə DİN-in 111 nömrəli möhürünün vurulduğunu, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və onların protokola imza etdiklərini, baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunduğunu, Təqsirləndirilən şəxs və digər iştirakçılarını heç birinin etirazları olmadığı üçün protokolu imzaladıqlarını, daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Ağdaş RPŞ-nə gəldiklərini, RPŞ-də Təqsirləndirilən şəxs müadafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs də maddi imkanın olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq əvvəllər də dövlət hesabına ona müdafiəçi kimi təyin edilmiş Müdafiəçi1 onun müdafiəçisi olmasını istədiyini bildirdiyini, bundan sonra təhqiqatçı tərəfindən bu barədə qərar qəbul edilərək Müdafiəçi1 Ağdaş RPŞ-nə dəvət edildiyini və Təqsirləndirilən şəxs təqdim edildiyini, bundan sonra Təqsirləndirilən şəxs dərhal şübhəli şəxs qismində tutulduğunu və üzərində şəxsi axtarışın aparıldığını, şəxsi axtarış başladıqdan sonra ona qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, bundan sonra Siyavuşun həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Prima” markalı siqaret qutusunu və 1 ədəd kibrit qutusunu, həmin şalvarın sol yan cibindən 1 ədəd açar və həmin şalvarın sağ arxa cibindən 1 ədəd əl dəsmalını təqdim etdiyini, sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığını, lakin Təqsirləndirilən şəxs üzərindən qeyd edilənlərdən başqa hər hansı əşya aşkar edilmədiyini və götürülmədiyini, bundan sonra təhqiqatçının müvafiq sualına cavab olaraq Təqsirləndirilən şəxs təxminən bir ay yarım əvvəl Ağdaş rayonu, Gürcuva kəndi ərazisində çöllük sahədən keçən su kanalının kənarında 4 ədəd narkotik tərkibli bitki əkdiyini və qulluq etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumatlar daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatıın olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış Ağdaş rayonu, Gürcuva kəndi ərazisində çöllük sahədə keçən su kanalının kənarında aparılmış, Təqsirləndirilən şəxs həmin yerdə 3 ədəd plastik vedərədə əkdiyi 4 ədəd uzunluqları 67 sm-dən 110 sm-dək olan çətənə (kannabis) bitkisinə oxşar bitkilər kökündən çıxarılmış, 1 ədəd içi boş kisəyə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/495 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Vət. Təqsirləndirilən şəxs Ağdaş ray. Gürcuva kənd ərazisində əkdiyi 4 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər..” yazısı, adlar və imzalar sintetik kisənin içirəsindəki 4 (dörd) ədəd, uzunluqları 67 sm-dən 110 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 100,62 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X6 22 iyun 2023cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1206 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müaicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1008/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX X7in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 14 yanvar 2021-ci il tarixdən 16 yanvar 2021-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılmış və qəti cəza, bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəmsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 27 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəzasını tam çəkib qurtarmış, xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən hökmdən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-110/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 793 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Maşad küçəsində yaşamaqla ailə tərkibi anası X2 və qardaşı xx.xx.1978-ci il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:42-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 13:46-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal olduğunu, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və onun hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-110/2023 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 4 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-110/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 3 (üç) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və onun hazırda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-110/2023 saylı hökmünə əsasən cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 4 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-132/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-132/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver