Məhkəmə qərarları › İş №1(014)-133/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-133/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-133/2021 12.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Kəlbəcər rayonunun Şurtan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Kəlbəcər rayonunun Şurtan kəndində qeydiyyatda olan, Ağdaş rayonunun Aral Bir kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Aral Bir kəndində yaşayan 11.08.1970-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilə qızı xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs arasında 16.09.2021-ci il tarixdə təxminən saat 13:00 radələrində Ağdaş rayonu Aral Bir kəndində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı İsmət Mirzəməmmədov yumruqla bir dəfə qızı Zərərçəkmiş şəxs sol göz nahiyəsindən qəsdən vuraraq ona qəsdən alnın sol nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma küt alət təsirindən törənmiş, törənmə müddətləri 16.09.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində Zərərçəkmiş şəxs onun doğma qızı olduğunu, əvvəllər qızı Nərminə ilə aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, özünün spirtli içki aludəçisi olduğunu, 16.09.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində yaşadıqları Ağdaş rayonu Aral Bir kəndində yerləşən evdə qızı Nərminəyə “yemək hazırdırmı?” deyə sual verdiyini, qızının isə ona “sən evə bazarlıq etməmisən, bazarlığı anam Zəminə edib” deyə söylədiyini, daha sonra qızı Zərərçəkmiş şəxs onunla kobud danışmağa başladığını, bunun üstündə qızı Nərminə ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı qəsdən bir dəfə yumruqla qızı Nərminənin göz nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, bundan sonra əlləri ilə qızı Nərminənin saçlarından tutduğunu, bu vaxt həyat yoldaşı Zəminə Mirzəmmədovanın gəlib onları aralaşdırdığını, özünün də yaşadıqları evin həyətinə düşüb araq içməyə davam etdiyini, mübahisə zamanı orada özündən və qızı Zərərçəkmiş şəxs başqa həyat yoldaşı Zəminə Mirzəmmədovanın olduğunu, yaranmış səs-küyə heç kimin gəlmədiyini, aralarındakı mübahisə və dava-dalaş təxminən 5-10 dəqiqə davam etdiyini, qızı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı qızı Zərərçəkmiş şəxs onu vurmadığını, ona xəsarət yetirmədiyini, qızı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş şəxsi münasibətlər zəminində baş verdiyini, buna görə qəsdən bir dəfə yumruqla qızı Nərminənin göz nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, bundan sonra əlləri ilə qızı Nərminənin saçlarından tutduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində 16.09.2021-ci il tarixdə Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək atası Təqsirləndirilən şəxs onu döyməsi barədə məlumat verdiyini, atası Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç bir mübahisə və dava-dalaş baş vermədiyini, atası Təqsirləndirilən şəxs spirtli içki aludəçisi olduğunu, 16.09.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində Ağdaş rayonu Aral Bir kəndində yerləşən evdə olan zaman atası İsmət ilə anası Zəminənin evə gəldiklərini, anası Zəminə Mirzəmmədovanın evə bazarlıq etdiyini, atası Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu, nahar hazırlamaq istədiyini, lakin atası İsmətin ona imkan vermədiyini, ona “mən sənin bişirdiyin yeməyi yeməyəcəm, mən araq içəcəm” deyə söylədiyini, bunun üstündə atası Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, atası Təqsirləndirilən şəxs kobud şəkildə “sən evə bazarlıq etməmisən, evə bazarlığı anam edib, sənin ixtiyarın yoxdur ki yemək bişirməyimə qarışasan” deyə söylədiyini, atası Təqsirləndirilən şəxs onun sözlərindən əsəbləşərək yumruqla bir dəfə qəsdən sol göz nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, daha sonra əlləri ilə onun saçından tutduğunu, bu vaxt anası Zəminə Mirzəmmədovanın gəlib atası İsməti ondan aralaşdırdığını, bundan sonra atası Təqsirləndirilən şəxs yaşadıqları evin həyətinə düşərək araq içməyə davam etdiyini, mübahisə zamanı orada özündən və atası Təqsirləndirilən şəxs başqa anası Zəminə Mirzəmmədovanın olduğunu, yaranmış səsküyə heç kimin gəlmədiyini, aralarındakı dava- dalaşın təxminən 5-10 dəqiqə davam etdiyini, atası Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı atası İsmətin bir dəfə yumruqla qəsdən onun sol göz nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, həmçinin atası İsmətin əlləri ilə onun saçlarından tutduğunu, mübahisə və davadalaş zamanı atası İsməti vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə istinaqında ifadəsi elan edilmiş təhqiqatda şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs onun doğma qızının olduğunu, Təqsirləndirilən şəxs onun əri olduğunu, qızı Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında əvvəllər heç bir mübahisə və dava-dalaşın baş vermədiyini, 16.09.2021-ci il tarixdə saat təxminən 13:00 radələrində yaşadıqları Ağdaş rayonu Aral Bir kəndində yerləşən evə gəldiyini, evə bazarlıq etdiyini, qızı Nərminənin nahar hazırlamaq istədiyini, əri İsmətin qızı Nərminə “sən bişirdiyin yeməyi mən yeməyəcəm” deyə söylədiyini, bunun üstündə qızı Nərminə ilə əri İsmətin arasında mübahisə və dava-dalaşın baş verdiyini, mübahisə zamanı əri İsmətin qızı Nərminənin sol göz nahiyəsindən qəsdən yumruqla vurduğunu, daha sonra əri İsmətin həyətə düşüb araq içdiyini bildirmişdir. Həmçinin, Şahid izahatında əri İsmətin qızı Nərminə ilə arasındakı mübahisə və dava-dalaşın Ağdaş rayonu Aral Bir kəndində yerləşən yaşadıqları evdə baş verdiyini, əri İsmətin qəsdən yumruqla qızı Nərminən göz nahiyəsindən vurduğunu, onlardan başqa heç kimin evdə olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 16.09.2021-ci il tarixli, 601 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – alnın sol nahiyəsinin sıyrığı, sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, küt alət təsirindən törənmiş, törənmə 16.09.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar