Məhkəmə qərarları › İş №1(014)-133/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-133/2023

05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-133/2023 05.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1972-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərərvurma cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Ağdaş şəhər, M.Ə.Rəsulzadə küçəsində Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər sonuncunun qızını zorlaması səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən onu təpik, yumruq və daş parçası ilə başının müxtəlif hissələrindən, əllərindən, qollarından, kürəyindən vuraraq qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ çənə oynağının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran, sağ qulaq seyvanının, sol üst göz qapağının qançırları, sol əlin İV barmağının üst səthinin, sol əlin çəçələ barmağının, sağ əlin İ daraq sümüyü proyeksiyasının, sağ mil bilək oynağının üst səthinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində toylarda nağara ifaçısı işlədiyini və toy mərasimlərinə getdiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Abubəkr oğlunun Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəngi və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onunla qonşuluqda yaşadığını, onun Zərərçəkmiş şəxsla uzun müddətdir ki, ədavəti olduğunu, belə ki, Zərərçəkmiş şəxs 2013-cü ilin yay aylarında Ağdaş şəhərində yerləşən özünə məxsus ərzaq mağazasında qızı Afət Xudaverdiyevanı zorladığı üçün azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin vaxtdan Zərərçəkmiş şəxs və onun ailəsi ilə münasibətlərinin yaxşı olmadığını, xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində yerləşən “Samirə” şadlıq sarayında keçirilən toy məclisində iştirak etdiyini, saat təxminən 18 radələrində toy mərasimi başa çatdıqdan sonra onunla birlikdə toy mərasiminə gələn musiqi ifaçısı olan dostu Vasif və qonşusu Mətləbin də onunla birlikdə olduğunu, saraydan çıxdıqdan sonra evə getmək üçün Ağdaş şəhər ərazisində fəaliyyət göstərən 3 nömrəli marşurut üzrə işləyən mikroavtobusa əyləşdiyini, həmin vaxtı mikroavtobusda tanımadığı başqa şəxslərin də olduğunu, mikroavtobusun arxa oturacağında keçib əyləşmək istədiyini, lakin Mətləbin onun qarşısına keçdiyini və onun arxada əyləşməyinə icazə vermədiyini, yenə də israr edərək arxa oturacaqda əyləşmək istədiyini, Mətləbin yenə də ona imkan vermədiyini, həmin vaxtı arxa oturacağa baxan zaman Zərərçəkmiş şəxs orada əyləşdiyini gördüyünü, Zərərçəkmiş şəxs onun nə üçün burada olduğunu soruşduğunu, Azərin də pul hesabına azadlığa çıxdığını bildirdiyini, əsəbləşdiyini və sürücüyə mikroavtobusu saxlamasını tələb etdiyini, sürücüünün mikroavtobusu saxladığını, Zərərçəkmiş şəxs mikroavtobusdan aşağı düşdüyünü, özünün də aşağı düşdüyünü, həmin vaxtı Mətləbin də onun arxasınca aşağı düşdüyünü, bundan sonra mikroavtobusun hərəkətə başladığını və həmin yerdən uzaqlaşaraq getdiyini, həmin vaxtı şillə və yumruqla 2-3 dəfə Zərərçəkmiş şəxs baş və sifət nahiyəsindən vuraraq xəsarətlər yetirməyə başladığını, hadisə baş verən yerin Ağdaş şəhər, X9 küçəsinin ərazisi olduğunu, həmin vaxtı Zərərçəkmiş şəxs da onu vurmaq istədiyini, lakin onu qolları ilə tutduğunu və yerə yıxdığını, bu zaman Mətləbin onun qollarından tutaraq onu Zərərçəkmiş şəxs araladığını, həmin vaxtı Zərərçəkmiş şəxs yerdən qalxaraq yanlarından uzaqlaşaraq getdiyini, həmin vaxtı orada başqa heç kimin olmadığını, daha sonra özünün və Mətləbin fərdi yaşayış evlərinə gəldiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəng və Ağdaş RPŞyə ərizə ilə müraciəti etdiyini, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs tanıdığını, onunla qonşuluqda yaşadığını, Təqsirləndirilən şəxs ilə əvvəllər ədavət və düşmənçiliyinin olmadığını, lakin Təqsirləndirilən şəxs sonradan onun qızını zorladığını bəhanə gətirdiyini və buna görə barəsində cinayət işinin başlandığını və onun məhkəmənin yekun qərarı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, həmin vaxtdan onun Təqsirləndirilən şəxs ilə ədavət və düşmənçiliyinin yarandığını, 19 yanvar 2022-ci il tarixdə cəzasını çəkib azadlığa çıxdığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində Ağdaş şəhərində yerləşən “Samirə” şadlıq sarayının yaxınlığında oğluna məxsus torpaq sahəsində işlədikdən sonra evə getmək üçün 3 nömrəli şəhərarası mikroavtobusa əyləşdiyini, mikroavtobusun arxa tərəfindəki oturacaqda əyləşdiyini, həmin vaxtı mikroavtobusda 1 nəfər qadın və sürücü olduğunu, daha sonra mikroavtobusun hərəkətə başladığını və bir neçə dəqiqə sonra “Samirə” şadlıq sarayının qarşısında dayandığını, həmin vaxtı mikroavtobusa 1 nəfər qadın və qaraçı millətindən olan 6 nəfər kişinin əyləşdiyini, həmin şəxslərdən 3 nəfərini tanıdığını, onlardan birinin qonşusu Daşqın, digərlərinin isə Taleh və Vasif olduğunu, Taleh adlı şəxsin əsl adının Mətləb olduğunu, sadəcə ona Taleh deyə müraciət etdiyini, onun Vasif və Mətləb ilə heç bir ədavət və düşmənçiliyi olmadığını, Vasifin onun yanında, Daşqın, Mətləbin ən sonuncu oturacaqda, digər şəxslərin isə mikroavtobusun qabaq oturacaqlarında əyləşdiklərini, bundan sonra mikroavtobusun hərəkətə başladığını, mikroavtobus hərəkətdə olan zaman onun sağ kürək nahiyəsinin arxa tərəfindən 1 dəfə zərblə yumruğun dəyməsini hiss etdiyini, həmin vaxt arxaya çevrildiyini, həmin vaxt Daşqının əlini yumruq şəklində ona tutduğunu gördüyünü, həmin vaxtı onun sağ kürək nahiyəsindən Daşqın yumruqla vurduğuna əmin olduğunu, Daşqının yenə də onu yumruqla vuracağını güman etdiyini, buna görə də özünü qorumaq üçün ayağa qalxdığını, həmin vaxtı mikroavtobusdakı qaraçı millətindən olan bütün şəxslərin ayağa qalxdığını, həmin vaxtı Daşqının yumruq ilə 3-4 dəfə onun sağ qarın boşluğundan, sağ arxa kürək nahiyəsindən yumruqla vurduğunu, mikroavtobusda olan digər şəxslərin həmin vaxtı onu vurmadıqlarını, bu zaman sürücünün mikroavtobusu saxladığını, həmin vaxtı aşağı düşdüyünü, bu zaman Daşqın, Vasif, Mətləb və digər qaraçı millətindən olan şəxslərin aşağı düşdüyünü, bundan sonra sürücünün mikroavtobusu sürərək yanlarından uzaqlaşaraq getdiyini, həmin vaxtı Daşqının yerdən daş parçası götürdüyünü və onun üzərinə hücum çəkdiyini, onun həmin vaxtı əlində termoz olduğunu, həmin termozla özünü müdafiə etməyə çalışdığını, Daşqının əlində olan daş parçası ilə onun təxminən 10 dəfə sol və sağ qollarından zərblə vurduğunu, daha sonra Daşqın, Vasif, Mətləb əynində olan qalın gödəkçədən tutaraq onu yerə yıxdığını, bundan sonra Daşqın, Mətləb və Vasifin onu təpik və yumruqla 5-10 dəfə bədəninin bütün nahiyələrindən vurmağa başladığını, həmin vaxtı qaraçı millətindən olan 2 nəfər şəxs də onu 2 dəfə yumruqla bel nahiyəsindən vurduğunu, həmin vaxtı əlləri ilə üz nahiyəsini qoruduğunu, daha sonra ayağa qalxdığını, bu zaman Daşqının yerdən daş parçası götürdüyünü və 1 dəfə başının arxa tərəfindən zərblə vurduğunu, həmin vaxtı müvazinətini itirərək yerə yıxıldığını, həmin vaxtı Vasif, Mətləb, Daşqın və qaraçı millətindən olan digər şəxslərin onun yanından uzaqlaşaraq qaçdığını, həmin vaxtı əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən mobil telefonunu çıxardığını və oğluna zəng edərək döyüldüyünü, həmin vaxtı Daşqının yenidən üzərinə gəldiyini gördüyünü, həmin vaxtı Daşqının arxasınca Mətləbin də gəldiyini gördüyünü, Daşqın onun yanına yaxınlaşanda əlində mobil telefon olduğunu gördüyünü və qaçaraq yanından getdiyini, bundan sonra Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə zəng edərək Daşqın, Vasif və Mətləb adlı şəxslərin onu döyməsini, daha sonra Ağdaş RPŞ-yə gələrək ərizə yazaraq, baş vermiş hadisə barədə izahat verdiyini bildirmişdir. Məhkəmədən təqsirləndirilən şəxslə barışmadığının, ondan şikayətçi olduğunun nəzərə alınmasını və ona qanunvericiliyə uyğun cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində hal-hazırda qarmon ifaçısı işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs tanıdığını və onun qonşusu olduğunu, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə qonşusu Təqsirləndirilən şəxs ilə birlikdə Ağdaş şəhəri ərazisində yerləşən “Samirə” şadlıq sarayında keçirilən toy mərasimində qarmon və nağara ifaçısı qismində iştirak etmək üçün gəldiyini, Təqsirləndirilən şəxs tanıdığını, onun qonşusu olduğunu, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyinin olmadığını, toy mərasimi başa çatdıqdan sonra saat 18:00 radələrində Təqsirləndirilən şəxs və qonşusu Şahid2 saraydan çıxdığını və evə getmək üçün Samirə şadlıq sarayının qarşısında dayandığını, Ağdaş şəhər ərazisində fəaliyyət göstərən 3 nömrəli şəhərarası mikroavtobusa əyləşdiyini, həmin vaxtı mikroavtobusda əvvəllər tanımadığı bir neçə nəfər şəxsin də olduğunu, həmin vaxtı mikroavtobusun içərisinin qaranlıq olduğunu, arxa oturacağa tərəf gedib əyləşdiyini, həmin vaxtı yanında əyləşmiş şəxsin Zərərçəkmiş şəxs olduğunu gördüyünü, Təqsirləndirilən şəxs mikroavtobusun arxa oturacağında keçib əyləşmək istədiyini, lakin Talehin onun qarşısına keçdiyini və arxada əyləşməyinə icazə vermədiyini, Təqsirləndirilən şəxs yenə də israr edərək arxa oturacaqda əyləşmək istədiyini, Şahid2 yenə də Təqsirləndirilən şəxs imkan vermədiyini, Təqsirləndirilən şəxs həmin vaxtı arxa oturacağa baxan zaman Zərərçəkmiş şəxs orada əyləşdiyini gördüyünü, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, ədavət və düşmənçiliyin olduğunu, belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qızını zorladığını, buna görə də onun azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun nə üçün burada olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs da pul hesabına azadlığa çıxdığını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsəbləşdiyini və sürücüdən mikroavtobusu saxlamasını tələb etdiyini, həmin vaxtı sürücünün mikroavtobusu saxladığını, Zərərçəkmiş şəxs mikroavtobusdan aşağı düşdüyünü, Təqsirləndirilən şəxs də aşağı düşdüyünü, həmin vaxtı Şahid2 də Təqsirləndirilən şəxs arxasınca aşağı düşdüyünü, bundan sonra mikroavtobusun hərəkətə başladığını və həmin yerdən uzaqlaşaraq getdiyini, mikroavtobusla fərdi yaşayış evinə gəldiyini, ertəsi gün Təqsirləndirilən şəxs ilə Ağdaş şəhər ərazisində yerləşən Heydər Əliyev parkının qarşısında görüşdüklərini, həmin vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü bildirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində fərdi əməklə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs tanıdığını, onunla qonşu olduğunu və heç bir ədavət və düşmənçiliyinin olmadığını xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri ərazisində yerləşən “Samirə” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmək üçün gəldiyini, toy mərasimi başa çatdıqdan sonra saat 18:00 radələrində şadlıq sarayının qarşısına çıxdığını, həmin vaxtı orada Təqsirləndirilən şəxs və Şahid1 görmüşdüyünü, Təqsirləndirilən şəxs tanıdığını, onun qonşusu olduğunu, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyin olmadığını, həmçinin Şahid1 də tanıdığını, onun qonşusu olduğunu, onunla da heç bir ədavət və düşmənçiliyinin olmadığını, onun Təqsirləndirilən şəxs və Şahid1 evə getmək üçün Samirə şadlıq sarayının qarşısında dayanmış Ağdaş şəhər ərazisində fəaliyyət göstərən 3 nömrəli şəhərarası mikroavtobusa əyləşdiyini, həmin vaxtı mikroavtobusda əvvəllər tanımadığı bir neçə nəfər şəxsin də olduğunu, həmin vaxtı mikroavtobusun içərisinin qaranlıq olduğunu, Şahid1 arxa oturacağa tərəf gedib əyləşdiyini, Təqsirləndirilən şəxs mikroavtobusun arxa oturacağında keçib əyləşmək istədiyini, lakin onun qarşısına keçdiyini və arxada əyləşməyinə icazə vermədiyini, Təqsirləndirilən şəxs yenə də israr edərək arxa oturacaqda əyləşmək istədiyini, yenə də Təqsirləndirilən şəxs imkan vermədiyini, Təqsirləndirilən şəxs həmin vaxtı arxa oturacağa baxan zaman Zərərçəkmiş şəxs orada əyləşdiyini gördüyünü, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında uzun müddətdir ki, ədavət və düşmənçiliyin olduğunu, belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qızını zorladığını, buna görə də onun azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun nə üçün burada olduğunu soruşduğunu, Zərərçəkmiş şəxs da pul hesabına azadlığa çıxdığını bildirdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əsəbləşdiyini və sürücüdən mikroavtobusu saxlamasını tələb etdiyini, həmin vaxtı sürücünün mikroavtobusu saxladığını, Zərərçəkmiş şəxs mikroavtobusdan aşağı düşdüyünü, Təqsirləndirilən şəxs də aşağı düşdüyünü, həmin vaxtı yenə də Təqsirləndirilən şəxs arxasınca aşağı düşdüyünü, bundan sonra mikroavtobusun hərəkətə başladığını və həmin yerdən uzaqlaşaraq getdiyini, həmin vaxtı Təqsirləndirilən şəxs şillə və yumruqla 2-3 dəfə Zərərçəkmiş şəxs baş və sifət nahiyəsindən vuraraq xəsarətlər yetirməyə başladığını, hadisə baş verən yerin Ağdaş şəhər, X9 küçəsinin ərazisi olduğunu, həmin vaxtı Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs vurmaq istədiyuini, lakin Təqsirləndirilən şəxs onu qolları ilə tutduğunu və yerə yıxdığını, bu zaman Təqsirləndirilən şəxs qollarından tutaraq onu Zərərçəkmiş şəxs araladığını, həmin vaxtı Zərərçəkmiş şəxs yerdən qalxaraq yanından uzaqlaşaraq getdiyini, daha sonra özünün və Təqsirləndirilən şəxs fərdi yaşayış evinə gəldiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş şəhərində fəaliyyət göstərən 3 saylı şəhərarası mikroavtobusun sürücüsü işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-in 102 zəng xidməti mərkəzinə müraciəti və Ağdaş RPŞ-yə ünvanlamış olduğu şikayət ərizəsi ilə tanış olduğunu, Zərərçəkmiş şəxs tanımadığını və onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 18:00 radələrində idarə etdiyi 3 saylı şəhərarası mikroavtobus ilə Ağdaş şəhərində olan “Samirə” şadlıq sarayının qarşısına gəldiyini və mikroavtobusu saxladığını, həmin vaxtı mikroavtobusa bir neçə nəfər şəxsin əyləşdiyini, həmin şəxsləri tanıdığını, həmin şəxslərin əllərində musiqi alətləri olan nağara və qarmon olduğunu, həmin şəxslərin mikroavtobusun ön və arxa oturacaqlarında əyləşdiklərini, bundan sonra mikroavtobusu sürərək hərəkətə başladığını, Ağdaş şəhəri, X9 küçəsində olan zaman arxa oturacaqda olan şəxslərdən birinin mikroavtobusu saxlamağını istədiyini, mikroavtobusu saxladığını, həmin vaxt 3 nəfər şəxsin mikroavtobusdan aşağı düşdüyünü, bundan sonra mikroavtobusu sürərək həmin yerdən uzaqlaşdığını, daha sonra dalaşan şəxslərin Ağdaş şəhər sakinləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs olduğundan xəbərinin olduğunu, Təqsirləndirilən şəxs də tanımadığını və onunla aralarında heç bir ədavət və düşmənçiliyinin olmadığını, həmçinin idarə etdiyi 3 saylı şəhərarası mikroavtobusda heç kimin Zərərçəkmiş şəxs döymədiyini və ona xəsarət yetirmədiyini bildirmişdir. İşin materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 Ağdaş rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 03 saylı rəyindən görünür ki, 1957-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: qapalı kəllə beyin travması, beyin silkələnməsi, sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ qulaq seyvanının, sol üst göz qapağının qançırları, sağ çənə oynağının əzilməsi, sol əlin İV barmağının üst səthinin, sol əlin çəçələ barmağının, sağ əlin İ daraq sümüyü proyeksiyasının, sağ mil bilək oynağının üst səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aiddirlər. Ayrı-ayrılıqda qapalı kəllə beyin travması-beyin silkələnməsi, sağ ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması) sağ çənə oynağının əzilməsi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa Yüngül zərər vuran xəsarətlərə aiddirlər. Sağ qulaq seyvanının, sol üst göz qapağının qançırları, sol əlin İV barmağının üst səthinin, sol əlin çəçələ barmağının, sağ əlin İ daraq sümüyü proyeksiyasının, sağ mil bilək oynağının üst səthinin sıyrıqları, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 iyun 2023-cü il tarixli, № 761 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – X1; oğlu - 1996cı il təvəllüdlü X2; qızı – 2002-ci il təvəllüdlü X3. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 19 iyun 2023-cü il tarixli PHŞ-6-22/2-917/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X10 poliklinika şöbəsində ruhi əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, səmimi etirafını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün və həddinin təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar