Məhkəmə qərarları › İş №1(014)-133/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-133/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-133/2024 05.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Ağdaş rayonunun Binələr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Dəmir Yollarında mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Binələr kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında birgə yaşadıqları Ağdaş rayonu Binələr kəndində yerləşən fərdi yaşayış evlərində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əlləri ilə qəsdən Zərərçəkmiş şəxs baş və üz nahiyələrinə bir neçə dəfə vuraraq ona küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa qəsdən yüngül zərər vuran, üzün sol gözətrafı nahiyəsinin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma xəsarətlərini yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs onun arvadı olduğunu, 2007-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 3 övladlarının olduğunu, əvvəllər aralarında ciddi bir narazılıq və problem olmadığını, təxminən 1 ildir ki, Güldəstənin Ağdaş RMX-də xadimə kimi işə başladığını, bundan sonra təxminən 6-7 ay olar ki, münasibətlərində soyuqluq yarandığını, buna səbəb Zərərçəkmiş şəxs ona və anasına düzgün rəftar etməməsi, onlara cavab qaytarması, özbaşına hərəkətlər etməsi, onun sözünə baxmaması olduğunu, bu səbəbdən aralarında dəfələrlə mübahisələr, sözsöhbətlər olduğunu, sonuncu dəfə mübahisələrinin xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində olduğunu, belə ki, həmin vaxt işdən evə gəldiyini, evə daxil olanda evin səliqəsiz, Zərərçəkmiş şəxs bir tərəfdə, uşaqların da bir tərəfdə olduğunu, Güldəstənin həqiqətən də fikrinin evdə, ailədə olmadığını gördüyünü, ona yaxınlaşıb “sən and içə bilərsən ki, sən mənə xəyanət etmirsən?” dediyini, Zərərçəkmiş şəxs da ona ağır cavablar verərək and içməyəcəyini bildirdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə vaxtı Güldəstənin ona xoşagəlməz sözlər deyib üzünü qabağa edərək ona vurması üçün onun tərəfə gəldiyini, əsəblərinə sahib ola bilmədiyini və əliylə Güldəstənin baş və üz nahiyəsindən bir neçə dəfə vurduğunu, bundan sonra Güldəstənin yenə onun üstünə qışqıraraq getdiyini və atası Şahid zəng edərək ona olanlar barədə məlumat verdiyini, bundan sonra Şahid gəlib qızı Güldəstəni özü ilə apardığını bildirmişdir. Həmçinin, o, izahatında arvadı Zərərçəkmiş şəxs üz və baş nahiyəsindən bir neçə dəfə əliylə vurduğunu, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa heç bir kəsin olmadığını bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs Ağdaş rayonu Binələr kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, 2007-ci ildə ailə həyatı qurduqlarını, birgə nikahlarından 3 övladının olduğunu, əvvəllər aralarında ciddi bir narazılıq və problem olmadığını, lakin son 2 ildir ki, münasibətlərində soyuqluq, narazılıq yarandığını, buna səbəb Pərvizin ailəyə baxmaması olduğunu, belə ki, Ağdaş RMX-də xadimə işlədiyini, işdən kənar vaxtlarında da şəxsi istixanalarda gedib günəmuzd işlədiyini, əri Təqsirləndirilən şəxs da dəmiryolunda işlədiyini, lakin aldığı maaşı ailəyə xərcləmədiyini, hara xərcləyirsə bilmədiyini, lakin ailəsinə baxmadığını, Təqsirləndirilən şəxs eyni zamanda onun gedib günəmuzd işləməyinə qarşı çıxdığını, belə olan halda Təqsirləndirilən şəxs “sən ailəyə bax, mən gedib heç yerdə işləməyim” deyə bildirdiyini, lakin Pərvizin ailəsinə də baxmadığını, bu səbəbdən tez-tez aralarında mübahisələr baş verdiyini, sonuncu dəfə mübahisələrinin xx.xx.2024-cü il tarixdə baş verdiyini, belə ki, axşam təxminən saat 21 radələrində ev işləri ilə məşğul olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs işdən evə gəldiyini, Təqsirləndirilən şəxs ona yaxınlaşıb “and iç ki, sən mənə xəyanət etmirsən” deyə bildirdiyini, Təqsirləndirilən şəxs “keç evə, harasa tələsmirsən ki, söhbət edərik” deyə bildirdiyini, lakin həmin vaxt Təqsirləndirilən şəxs ona nalayiq sözlər deməyə başladığını, Təqsirləndirilən şəxs cavabını o dediyi tərzdə də verdiyini, bu səbəbdən aralarında mübahisə yarandığını, mübahisə vaxtı Təqsirləndirilən şəxs yumruğu ilə onun sol gözaltı nahiyəsindən bir dəfə vurduğunu, zərbədən otaqda olan oturacaqların üstünə yıxıldığını, bundan sonra isə Təqsirləndirilən şəxs əlləri ilə onun baş, qol, sinə və digər nahiyələrinə xəsarətlər yetirdiyini, bundan sonra özünə gəldiyini və atası Namiqə zəng edərək onu köməyə çağırdığını, bundan sonra atası Namiqin gəlib onu öz yaşadığı evə apardığını, həmin vaxt da, atası Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətizəng mərkəzi sisteminə zəng edib onun döyülməyi barədə məlumat verdiyini bildirmişdir. Həmçinin, o, izahatında, əri Təqsirləndirilən şəxs əlləri bir neçə dəfə onun baş, üz və digər nahiyələrinə xəsarətlər yetirdiyini, aralarındakı mübahisə və dava-dalaşın yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa heç bir kəsin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması ilə məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1963-ci il təvəllüdlü Şahid ifadəsində Zərərçəkmiş şəxs onun qızı olduğunu, Ağdaş rayonu, Binələr kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs ilə ailəli olduğunu, son zamanlar onların arasında narazılıq və problemlər yarandığını, tez-tez aralarında mübahisələr olduğunu, sonuncu dəfə də, onların arasında mübahisənin xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində baş verdiyini, belə ki, həmin vaxt qızı Zərərçəkmiş şəxs ona zəng edib “Pərviz məni döyür, gəl mənə kömək elə” deyə bildirdiyini, qızı Zərərçəkmiş şəxs evinə gedib onu oradan götürüb öz evinə gətirdiyini, həmin vaxt da DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat verdiyini bildirmişdir. Həmçinin o izahatında, qızını görəndə onun sol gözaltı nahiyəsində şişkinlik, qollarında və sinəsində xəsarət izləri olduğunu, qızı Zərərçəkmiş şəxs dediyinə görə əri Təqsirləndirilən şəxs onu əlləri ilə vuraraq döydüyünü bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 331 nömrəli rəyindən görünür ki, X1 bədənində olan xəsarətlər - üzün sol gözətrafı nahiyəsinin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddirlər. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Binələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2024-cü il tarixli, 5-32-12/2-259/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş rayonu Binələr kəndində yaşayır, qeydiyyatdadır və təsərrüfatbaşına kitaba əsasən aşağıdakı tərkibdən ibarət ailə üzvləri vardır. Anası- xx.xx.1960-cı il təvəllüdlü X2, arvadı - xx.xx.1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı - xx.xx.2008-ci il təvəllüdlü X3, qızı - xx.xx.2012-ci il təvəllüdlü X6, oğlu - xx.xx.2014-cü il təvəllüdlü X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Binələr İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs öz həmyaşıdları arasında böyük hörməti vardır, Təqsirləndirilən şəxs özündən böyüklərə hörmətlə yanaşır və onların dərindən hörmətini saxlayır. Vətəndaş Təqsirləndirilən şəxs ailəlidir, 3 övladı var. Təqsirləndirilən şəxs "xxxx" QSC-də Mühafizə Departamentində mühafizəçi işləyir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxs onunla barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X5 dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin onun barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar