Məhkəmə qərarları › İş №1(014)-134/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-134/2021

25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-134/2021 25.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə X1 xx xxxxx 1972-ci ildə Ağdaş rayonu, Abad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Abad kəndində qeydiyyatda olan və yaşayan, barəsində 17 avqust 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 oğlu 24 iyul 2021-ci il tarixdə, saat 12:00 radələrində Ağdaş rayonu, Abad kəndində yerləşən, Ağdaş rayon Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasında icra nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Zərərçəkmiş şəxs xidməti iş otağında olarkən, Zərərçəkmiş şəxs müvəqqəti istifadəsində olan üzərində “Azərbaycan Respublikası Ağdaş rayon icra hakimiyyəti başcısının Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi” sözləri yazılmış təsdiq edici dairəvi möhürün, “Azərbaycan Respublikası Ağdaş rayon İHB-nin Abad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi __20__” yazılmış düzbucaqlı ştampın stolun üzərində olmasından suiistifadə edib Ağdaş rayon Abad kənd inzibati ərazi dairəsinə məxsus möhür-ştampı qəsdən şəxsi niyyətlə talamışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində yaşadığı kənddə təsərüfatla məşğul olduğunu, 24 iyul 2021-ci il tarixdə, saat 11:00 radələrində yaşadığı Ağdaş rayonu, Abad kəndində icra nümayəndələyinin inzibati binasında Zərərçəkmiş şəxs xidməti iş otağında onunla görüşdüyünü, həmin vaxt orada icra nümayəndəsi Şahid2 də orada olduğunu, həmin inzibati binaya islahat dövründə onlara ayrılmış pay torpağının az olmasını və həmin torpağın nə səbəbdən onlara digər kənd sakinlərindən az verilməsi məsələsinə aydınlıq gətirmək məqsədi ilə getdiyini, söhbət zamanı ona Lətif müəllimin şəxsən özünün “bununla bağlı Yevlax 17 saylı Kadastr xidmətinə müraciət edilməli, həmin idarədən əməkdaşlar gəlməli, GPS aparatı vastisəi ilə torpağı ölçməlidir” dediyini və bununla bağlı onlardan rəsmi olaraq arayış vermələrini tələb etdiyini, Asifin isə ona arayış yox, məktub verə biləcəyini bildirdiyini, bundan sonra özünün stolun üzərində olan möhür-ştanpı gördüyünü və həmin an möhürü və ştanpı oğurlamaq qərarına gəldiyini, həmin möhürü stolun üzərindən götürərək həmin yerdən uzaqlaşaraq çıxıb getdiyini, bundan sonra sahə polis rəisi Srac Kərimovun ona zəng edərək nə baş verməsini soruşduğunu, özünün də ona bu barədə bildirdiyini, lakin möhürü ona vermədiyini, bundan sonra Asif müəllim möhürün geti qaytarılmasını xahiş etsə də ona məhəl qoymadığını və ona “möhür-ştanpı geri qaytarmayacam” dediyini, həmin möhürü və ştanpı götürməkdə məqsədinin Ağdaş rayon Abad kənd icra nümayəndəsi Şahid2 öz etirazını bildirmək olduğunu, Şahid2 və onun ailəsi ilə aralarında hər hansı bir düşmənçilik və ədavəti olmadığını, məqsədinin möhürü məhv etmək, zədələmək və ya istifadə etmək olmadığını, yuxarıda qeyd etdiyi kimi məqsədinin sadəcə olaraq Şahid2 öz etirazını bildirmək olduğunu bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində 2014-cü il tarixdən Ağdaş rayon Abad kənd İcra Nümayndəsinin müavini vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, Cəmilin onun icra nümayəndəsinin müavini vəzifəsində işlədiyi Abad kənd sakini olduğunu, Cəmillə aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 24 iyul 2021ci il tarixdə, saat 11:00 radələrində İcra Nümayəndəsi Şahid2 ilə birlikdə inzibati binada işdə olduqlarını, bu zaman kənd sakini Təqsirləndirilən şəxs xidməti iş otağına daxil olduğunu, Cəmil otağa daxil olduqdan sonra onlara müraciət edərək ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını bildirdiyini, bununla bağlı ona həmin məsələnin onlara aid olmadığını, bununla bağlı Yevlax 17 saylı Kadastr xidmətinə müraciət etməli olduğunu onun nəzərinə çatdırdıqlarını, bununla bağlı Cəmilin onlardan məktub istədiyini, ona bu barədə rəsmi məktub yazaraq verdiklərini və həmin məktubu seyfdə saxladıqları möhürlə təsdiq etdikdən sonra həmin məktubu ona verdiklərini, bundan sonra Cəmili yola saldıqdan sonra möhürü yenidən seyfə qoymaq üçün möhürü stolun üzərinə qoyduğunu, bu zaman Cəmilin həmin möhürü stolun üzərindən götürərək çölə çıxdığını, çölə çıxdıqdan sonra Lətif müəllimin onun ardı ilə çıxdığını və həmin vaxt Cəmil velosipedinə əyləşərək oradan uzaqlaşıb getdiyini, Lətif müəllimin onu səsləyərək möhürü geri qaytarmasını xahiş etdiyini, lakin Cəmil ona “sonra baxarıq” dediyini və uzaqlaşdığını, bundan sonra Lətif müəllimin bu barədə polis sahə rəisi Srac Kərimova bildirdiyini və eyni zamanda sahə rəisi Srac tərəfindən Cəmilə möhürün geri qaytarılması ilə bağlı zənglər edildiyini, bütün bunlara baxmayaraq Cəmilin möhürü onlara geri qaytarmadığını, Təqsirləndirilən şəxs nə səbəbdən möhürü götürməsini bilmədiyini, hazırda iş üzrə təqsirləndirilən şəxs Cəmil quliyevlə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 1995-ci il tarixdən Ağdaş rayon Abad kənd İcra Nümayndəsi vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs tanıdığını, Cəmilin onun icra nümayəndəsi vəzifəsində işlədiyi Abad kənd sakini oolduğunu, Cəmillə aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 24 iyul 2021-ci il tarixdə, saat 11:00 radələrində işdə, yəni inzibati binada onun müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə birlikdə olarkən bu zaman kənd sakini Təqsirləndirilən şəxs xidməti iş otağına daxil olduğunu, Cəmilin otağa daxil olduqdan sonra onlara müraciət edərək ona məxsus torpaq sahəsinin sərhədlərinin müəyyən olunmasını bildirdiyini, bununla bağlı ona həmin məsələnin onlara aid olmadığını, bununla bağlı Yevlax 17 saylı Kadastr xidmətinə müraciət etməli olduğunu onun nəzərinə çatdırdıqlarını, bununla bağlı Cəmilin onlardan məktub istədiyini, Asfifin seyfdə saxladıqları möhürlə təsdiq etdikdən sonra həmin məktubu ona verdiklərini, bundan sonra Cəmili yola saldıqdan sonra möhürü yenidən seyfə qoymaq üçün möhürü stolun üzərinə qoyduğunu, bu zaman Cəmilin həmin möhürü stolun üzərindən götürərək çölə çıxdığını, çölə çıxdıqdan sonra özünün onun ardı ilə çıxdığını, həmin vaxt Cəmilin velosipedinə əyləşərək oradan uzaqlaşıb getdiyini, özünün də onu səsləyərək möhürü geri qaytarmasını xahiş etdiuyini, lakin Cəmilin ona “sonra baxarıq” dediyini və uzaqlaşdığını, bundan sonra bu barədə polis sahə rəisi Srac Kərimova bildirdiyini və eyni zamanda sahə rəisi Srac tərəfindən Cəmilə möhürün geri qaytarılması ilə bağlı zənglər edildiyini, bütün bunlara baxmayaraq Cəmilin möhürü onlara geri qaytarmadığını, Təqsirləndirilən şəxs nə səbəbdən möhürü götürməsini bilmədiyini göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işlədiyini, Ağdaş rayon Abad kənd ərazisinin onun inzibati ərazisi olduğunu, 24 iyul 2021-ci il tarixdə xidmətdə olan zaman İcra nümayəndəsi Lətif müəllimin ona zəng edərək İcra Nümayəndəliyinə məxsus möhürü Abad kənd sakini Təqsirləndirilən şəxs oğurladığını bildirdiyini, bundan sonra Cəmlin isifadəsində olan mobil nömrə ilə əlaqə saxladığını və əldə etdiyi möhürü geri qaytarmasını bildirdiyini, lakin Cəmilin onun sözlərimə məhəl qoymayaraq möhürü geri qaytarmayacağını ona bildirdiyini, bundan sonra İcra Nümayəndəliyinə gedərək orada İcra Nümayəndəliyinin vəzifəsini müvəqqəti icra edən Zərərçəkmiş şəxs ilə görüşdüyünü, Zərərçəkmiş şəxs ona hadisənin necə baş verdiyini və ona xidməti iş otağında olarkən kənd sakini Cəmili qəbul etdiyini və Cəmil adlı şəxs heç bir əsaslı səbəb olmadan stolun üzərindən olan möhürü götürüb otaqdan çıxaraq əraziyini tərk etdiyini dediyini bildirdi. Tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunmamışdır. Beləliklə təqsirləndirilən şəxs X1 yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. X1 əməli Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə X1 ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki yetkinlik yaşına çatmamış uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə X1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə X1 cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, barəsində təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri cəzası təyin etməyi, 24 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxaraq qəti cəza təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. X2 cəzasını iş yeri üzrə çəkməli, cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdı, iş üzrə maddi sübut olan bir ədəd möhür-ştampın iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından on beş faiz məbləğində dövlət nəfinə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. X1 24 iyul 2021-ci il tarixdən 25 iyul 2021-ci il tarixədək həbsdə saxlanıldığı bir gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, on bir ay iyirmi altı gün müddətə islah işləri cəzası təyin edilsin. X2 cəzasını iş yeri üzrə çəksin. X1 cəza çəkməsinin əvvəli hökm icraya yönəldildiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd möhür-ştampın iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar