Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-134/2024 28.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi - Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağdaş rayonu, Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmaməş, fərdi əməklə məşğul olan, Ağdaş rayonunun Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci və 296.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və süni ittiham sübutlarının yaradılması ilə cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 05-10 aprel 2024-cü il tarixləri arasında Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisində yerləşən xüsusi mülkiyyətindəki bağ sahəsində 01 ədəd plastik qabda əkmiş, həmin toxumlardan inkişaf etmiş 05 (beş) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra həmkəndlisi Zərərçəkmiş şəxs əmisi X2 onun ailəsinə xəyanət etməsini deməsi səbəbindən aralarında yaranmış ədavətə görə Zərərçəkmiş şəxs qarşı süni ittiham sübutlarının yaradılması ilə onun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağa qərar verərək həmin məqsədlə 02 may 2024-cü il tarixdə saat 23:30 radələrində kultivasiya etdiyi bitkiləri daşıyaraq Zərərçəkmiş şəxs Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən evinin həyətyanı sahəsində olan istixanaya yerləşdirərək bitkilərin foto və videoçəkilişlərini çəkib 03 may 2024-cü il tarixdə, saat 01 radələrində özünə məxsus ***-***-**-** saylı mobil nömrədə olan “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Ağdaş rayon polis şöbəsinin post patrul xidməti bölüyünün polis nəfəri Şahid3 məxsus ***- ***-**-** saylı mobil nömrədə olan “Whatsapp” sosial şəbəkəsinə göndərərək Zərərçəkmiş şəxs özünə məxsus həyətyanı sahəsindəki istixanada tərkibində narkotik tərkibli maddələr olan çətənə bitkilərini kultivasiya etməsi yəni, Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti etməsi haqqında süni ittiham sübutları yaradılması ilə bilə-bilə yalan xəbərçilik etmiş, 03 may 2024-cü il tarixdə saat 12 radələrində Ağdaş RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən evinin həyətyanı sahəsində olan istixanaya saat 12:57-dən saat 13:18-dək keçirilmiş baxış zamanı 01 (bir) ədəd plastik qabda yaş vəziyyətdə, ümumi çəkiləri 3,30 qram çəkidə, 19 sm-32 sm-dək uzunluqda, aqrotexiniki qaydada qulluq edilmiş, əkilib-becərilməsi qadağan edilmiş 05 (beş) ədəd, xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkiləri həmin yerdən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1 və 296.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 5-10 aprel 2024-cü il tarixləri arası öz bağında işləyən zaman siqaret almaq üçün, həm də su içmək üçün bağın kənarında yerləşən su arxının kənarına çıxmışdır. Həmin vaxt Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yolun kənarı ilə gedərkən yolun kənarında ağzı açıq vəziyyətdə olan siqaret qutusu diqqətini çəkmişdir. Həmin qutunu götürdükdə içərisində bilmədiyi toxum olduğunu görmüşdür. Həmin toxum ona maraqlı gəlmiş, toxumu götürərək cibinə qoymuşdur. Həmin toxumları özünə məxsus, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən bağ sahəsində, qara rəngli plastik qabın içərisində əkmiş və bir müddətdən sonra toxumlar şitil kimi çıxmağa başlamışdır. Həmin toxumlardan ümumilikdə 5 ədəd çətənə bitkisi şitili çıxmışdır. O, həmin şitillərə qulluq göstərmiş, şitillərin diblərini yumşaltmış, sulamışdır. Bir müddət sonra həmin şitillər böyüdükdə həmin bitkilərin iyindən narkotik vasitə olmasını bilmişdir. O, həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu bildikdən sonra da həmin bitkilərə qulluq etməyə davam etmişdir. Həmin narkotik vasitə ona maraqlı gəlmişdir. Belə ki, o, xəstədir, psixoloji əziyyət çəkir, ağrıları vardır. O, televizorda görmüşdür ki, həmin bitkilər ağrılara faydalıdır və bu səbəblə onları saxlamış, amma istifadə etməmişdir. Onun həmkəndlisi Zərərçəkmiş şəxs ilə arasında ədavəti vardır. Belə ki, Zərərçəkmiş şəxs onun arxasınca ailəsinə xəyanət etməyi barədə sözlər danışmışdır. O, Şöhrətdən öz aləmində heyfini çıxmaq istəmişdir. Onun əmisi Səbuhinin yaşadığı ev Şöhrətin evinə yaxındır və o, əmisigilə gedib gələn zamanlarda Şöhrətin həyətində istixana olmasını görmüşdür. Buna görə də o, narkotik tərkibli bitkiləri Şöhrətə məxsus istixanaya yerləşdirmək, daha sonra Şöhrətin qanunsuz olaraq narkotik tərkibli bitkiləri həyətyanı sahəsində əkməsi barədə polisə yalan məlumat vermək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs evi Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yerləşir, həyətinin kənarları hasardır. O, Şöhrətin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə 02 may 2024-cü il tarixdə narkotik tərkibli bitkiləri əkdiyi plastik qabı götürərək saat təxminən 23:30 radələrində gizlincə Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçəyə getmişdir, o, hasardan Şöhrətin həyətyanı torpaq sahəsinə daxil olmuş, daha sonra Şöhrətin həyətyanı sahəsində olan istixananın içərisinə daxil olub özü ilə birgə apardığı 01 ədəd plastik qaba əkilmiş ümumilikdə 05 ədəd çətənə bitkilərini plastik qabla birgə istixananın içərisinə yerə qoymuş, həmin bitkilərin foto və videoçəkilişlərini çəkmiş, daha sonra həmin daxil olduğu yerdən çıxaraq oradan uzaqlaşıb getmişdir. O, çəkdiyi foto və videoçəkilişləri 03 may 2024-cü il tarixdə, saat 01 radələrində özünə məxsus ***-***-**- ** saylı mobil nömrədə olan “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əvvəldən tanıdığı Səməd adlı polis əməkdaşına göndərmiş və Səmədə Şöhrətin qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkdiyini bildirmişdir. Növbəti gün Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin daha sonra araşdırma zamanı polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus istixanaya həmin bitkiləri onun yerləşdirdiyini aşkar etmişlər. O, bu səbəbdən 03 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə şəxsi axtarış, həmçinin yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. Bundan başqa o, verilən suallara cavab olaraq bildirmişdir ki, o, ilkin dindirmə zamanı narkotik vasitəni yeznəsi X4 aldığını bildirmişdir. Lakin yeznəsi Rüstəmin bu hadisə ilə bağlı heç bir məlumatı yoxdur. Yeznəsi Rüstəmin əhatəsi genişdir. O, bu səbəbdən yeznəsinin ona kömək edə biləcəyini düşünmüş və yalandan narkotik tərkibli bitkiləri Rüstəmdən aldığını demişdir. Həqiqətdə isə o, həmin bitkiləri özü əkib yetişdirmişdir. O, çətənə bitkilərini kultivasiya etmənin yəni, əkib becərməyin cinayət məsuliyyətinə səbəb olduğunu bilir. O, Şöhrətin cinayət məsuliyyətinə cəlb olunmasına nail olmaq üçün əkib yetişdirdiyi çətənə bitkilərini Şöhrətə məxsus istixanaya yerləşdirmiş və Şöhrətin çətənə bitkilərini əkməsi barədə bilə-bilə yalan xəbərçilik etmişdir. Şöhrət Bəhmana onunla şərikli gördükləri işdə Bəhmanı aldatdığını demişdir. Lakin onun Şöhrətlə ədavət aparmağının səbəbi onun ailəsinə xəyanət etməyi barədə danışması olmuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmandır, himayəsində iki azyaşlı uşağı var, ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxsla heç vaxt ədavət və düşmənçiliyi, həmçinin mübahisəsi olmamışdır. 02 may 2024-cü il tarixdə təxminən saat 20 radələrində istixanadan istifadə etmişdir. 03 may 2024-cü il tarixdə təxminən saat 12:50 radələrində o, yaşadığı evdə olarkən evə polis əməkdaşları gəlib, ona onlarda narkotik tərkibli bitkiləri yaşadığı evin həyətində əkib-becərməkdə şübhəli olmağı barədə məlumat olmasını, yaşadığı evin həyətinə baxış keçirəcəklərini bildirmişlər. Daha sonra o, polis əməkdaşlarının ona məxsus evə və həyətyanı sahəsinə baxış keçirtmələrinə heç bir etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra onun yaşadığı evin həyətinə baxış keçirilməyə başlanılmışdır. Daha sonra bağ sahəsində yerləşən istixananın içərisinə baxış keçirilmiş, baxış zamanı istixananın içərisinə daxil olduqdan sonra, istixananın yuxarı tərəfindən 01 ədəd qara rəngli plastik qaba əkilmiş, hündürlükləri 19 sm-dən 32 smə qədər olan ümumilikdə 05 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar olunmuşdur. Sonra torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşı tərəfindən plastik qabda olan çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmışdır. Həmin bitkilərə aqronom tərəfindən baxış keçirilmiş və aqronom bildirmişdir ki, “həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmış, dibləri boşaldılmışdır”. Həmçinin həmin bitkinin spesifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Həmin vaxt o, bitkilərin ona məxsus olmadığını, həmin bitkilərin istixanaya kim və ya kimlər tərəfindən qoyulmasını bilmədiyini bildirmişdir. Daha sonra o, polis əməkdaşları ilə birgə RPŞ-yə getmişdir. RPŞ-də ona vəkil təqdim edilmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya aşkar olunmamışdır. 03 may 2024-cü il tarixdə təxminən saat 15:30 radələrində isə o, Ağdaş RPŞ-nin MSY-dən azad olunmuşdur. Ona fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanada aşkar olunmuş narkotik tərkibli bitkilərə oxşar bitkilərin istixanaya Təqsirləndirilən şəxs tərəfindən yerləşdirildiyini bildirmişlər. Orxanın ailəsinə xəyanət etdiyini bütün kənd sakinləri bilir. O, Səbuhiyə Orxanın düz yolda olmaması barədə xəbərdarlıq etmək üçün bu sözləri demişdir. Onun Orxanın ailəsini dağıtmaq kimi məqsədi olmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 02 may 2024-cü il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs özünə məxsus ***-***- **-** saylı mobil nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edərək onunla görüşmək istədiyini demişdir. O, Orxana işi olduğunu demiş, 03 may 2024-cü il tarixdə, saat 00 radələrində Orxan ona yenidən zəng vurmuş və görüşməyə gələ bilibbilməyəcəyini soruşmuşdur. O isə Orxana işi olduğu üçün gələ bilməyəcəyini demişdir. Bundan sonra 03 may 2024-cü il tarixdə, saat 01 radələrində Orxan ona yenidən zəng edərək Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixanada çətənə bitkilərini əkib-becərdiyini demiş və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona həmin narkotik tərkibli bitkilərin şəklini və videoçəkilişini göndərmişdir. Həmçinin, Orxan ona Zərərçəkmiş şəxs yaşadığı evin ünvanını təsvir etmişdir. Həmin gün saat 09 radələrində işə gələndə Təqsirləndirilən şəxs ona dedikləri barədə Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ona göndərdiyi foto və videoçəkilişləri raportuna əlavə etmişdir. Onun yazdığı raportun icrası CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tapşırılmışdır. Şahid1 isə ona bununla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçiriləcəyini bildirmişdir. Bundan sonra o, xidməti işləri ilə məşğul olmuşdur. Həmin vaxt Orxan ona dəfələrlə zəng edərək Zərərçəkmiş şəxs “ayıq adam” olduğunu, polis əməkdaşlarının tez Zərərçəkmiş şəxs evinə getmələrini, əks halda Şöhrətin həmin çətənə bitkilərini məhv edəcəyini demişdir. O, sonradan Təqsirləndirilən şəxs qeyd olunan narkotik tərkibli bitkiləri özünün əkibbecərdiyini, Zərərçəkmiş şəxsla aralarında ədavət olduğunu, bu səbəbdən qəsdən həmin narkotik tərkibli bitkiləri Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində olan istixanaya yerləşdirdiyini öyrənmişdir. Daha sonra aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində bilə-bilə yalan xəbərçilik etdiyi təsdiq olunmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 03 may 2024-cü il tarixdə Ağdaş RPŞ-nin PPXB-nin, polis nəfəri Şahid3 Zərərçəkmiş şəxs qanunsuz olaraq narkotik vasitələr əkib becərməsi barədə ona məlumat vermişdir. Bundan sonra bu barədə RPŞ-in rəhbərliyinə tərəfindən raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 03 may 2024cü il tarixdə saat 12 radələrində polis əməkdaşları ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gedilmişdir. Zərərçəkmiş şəxs qapını açmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Zərərçəkmiş şəxs təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib, Zərərçəkmiş şəxs tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edib-etməməsi soruşulmuş, Zərərçəkmiş şəxs da yaşadığı evin həyətyanı sahəsində çətənə bitkisi əkməməsini bildirmişdir. Bu səbəblə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmiş, Zərərçəkmiş şəxs da ərizə ilə müraciət edərək yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra bağ sahəsində yerləşən istixananın içərisinə baxış keçirilmiş, baxış zamanı istixananın içərisinə daxil olduqdan sonra, istixananın yuxarı tərəfindən 01 ədəd plastik qaba əkilmiş, hündürlükləri 19 sm-dən 32 sm-ə qədər olan ümumilikdə 05 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar olunmuşdur. Sonra torpaq sahəsinə baxış keçirilmiş və başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmamışdır. Bundan sonra plastik qabda olan çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, aqronom baxış zamanı bildirmişdir ki, həmin bitkilər çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq olunmaqla sulanmış, dibləri boşaldılmışdır. Həmçinin həmin bitkinin spesifik qoxusundan da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bitkilər 01 ədəd içi boş kisəyə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Daha sonra içərisində sadəcə olaraq torpaq olan plastik qab da sellofana qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Şifahi qaydada Zərərçəkmiş şəxsla sorğu-sual aparılmış, Zərərçəkmiş şəxs bitkilərin ona məxsus olmadığını, həmin bitkilərin istixanaya kim və ya kimlər tərəfindən qoyulmasını bilmədiyini demişdir. Bundan sonra baxış başa çatmış, protokol tərtib olunmuş, Zərərçəkmiş şəxs və digər iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Zərərçəkmiş şəxs şübhəli şəxs qismində tutulması üçün Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində Zərərçəkmiş şəxs seçdiyi müdafiəçi təyin olunmuşdur. Ağdaş RPŞ-nin təhqiqatçısı Zərərçəkmiş şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Zərərçəkmiş şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı Zərərçəkmiş şəxs üzərində şəxsi axtarışa başlamışdır. Zərərçəkmiş şəxs əynində olan boz rəngli şalvarın sağ ön cibindən 01 ədəd pul kisəsini masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır. Daha sonra ona Zərərçəkmiş şəxs yaşadığı evinin həyətində yerləşən istixanadan aşkar edilmiş 05 ədəd çətənə bitkilərini, həmin yerə həmkəndlisi Təqsirləndirilən şəxs Eşən oğlu tərəfindən qoyulması barədə məlumat daxil olmuşdur. Bundan sonra bu barədə RPŞ-in rəhbərliyinə tərəfindən raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 03 may 2024-cü il tarixdə saat 15:15 radələrində onun və PPXB-nün polis nəfəri Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində piyada hərəkət edən zaman saxlanılmışdır. Həmin vaxtı orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Ağdaş rayonu Dəhnəxəlil kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən istixanadan aşkar olunmuş tərkibində narkotik maddələr olan bitkiləri onun qoyması, narkotik vasitlərədən istifadə etməsi, üzərində saxlaması və eləcə də, tərkibində narkotik maddələr olan bitkiləri Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən evinin həyətində əkib-becərməsi barədə məlumat daxil olmasını bildirmiş və Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Daha sonra təhqiqatçı tərəfindən sorğu sual edilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında təxminən 1 aya yaxın ədavət olduğunu, ona görə Zərərçəkmiş şəxs heyifini çıxmaq üçün dünən, yəni 02 may 2024-cü il tarixdə təxminən gecə saat 23:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı Ağdaş rayonu, Dəhnəxəlil kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan istixananın içərisinə 01 ədəd plastik qaba əkilmiş, narkotik tərkibli bitki olan çətənə bitkiləri qoyduğunu, həmin bitkilərə özü, Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində yerləşən bağında qulluq etdiyini, bitkiləri suladığını, aqrotexniki qaydada qulluq göstərərək, diblərini yumşaltdığını bildirmişdir. Həmçinin qeyd etdiyi bağına da baxış keçirilməsinə heç bir etirazının olmadığın bildirmiş və bu barədə ərizə ilə RPŞ-yə müraciət də etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı, Ağdaş rayon Dəhnəxəlil kəndi ərazisində yerləşən bağ sahəsinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus bağ sahəsindən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və predment aşkar olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə yerləşən istixanaya yerləşdirdiyi narkotik tərkibli bitki kollarını yeznəsi X6 həyətində gördüyünü bildirmişdir. Daha sonra 03 may 2024-cü il tarixdə Ağdaş rayonu, Ağcayazı kəndində yaşayan X6 yaşadığı Ağdaş rayonu, Ağcayazı kəndində yerləşən fərdi yaşayış evinə gedilmiş və X17 RPŞ-yə dəvət etmişlər. Rüstəm Əhmədov razılaşmış və onlarla birlikdə Ağdaş RPŞ-yə gəlmişdir. Bundan sonra Rüstəm Əhmədovun üzərində şəxsi axtarış həyata keçirilməyə başlanılmış və üzərində hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Rüstəm Əhmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Rüstəm Əhmədovun yaşadığı evin həyətyanı sahəsindən iş üçün əhəmiyyət kəsb edəbiləcək hər hansı bir əşya və ya predment aşkar edilməmişdir. İş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında 03 may 2024-cü il tarixli protokoldan və diksdən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutularaq müdafiəçisinin, polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın son ön cibindən 01 ədəd Redmi markalı mobil telefonu masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra üzərində axtarış aparılmış, üzərində hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən içərisi boş zərfə qablaşdırılmış, üzərinə DİN-in zərflər üçün nəzərdə tutulmuş, 111 nömrəli möhürlü kağız parçaları vurulmuş, zərf şübhəli şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 03 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, həyətə girərkən həyətin qarşısında yaşayış evi, yaşayış evinin sağ tərəfindən həyətin bağ sahəsinə dəmir qapı olduğu, dəmir qapıdan bağ sahəsinə daxil olduqda sol tərəfdə toyuq hinlərinin yerləşdiyi, həmin toyuq hinlərinə baxış zamanı hər hansı bir şübhəli və ya əhəmiyyət kəsb edən bir şey aşkar olunmadığı, bundan sonra bağ sahəsinin ümumi sahəsinə baxış keçirildiyi, lakin yenə də hər hansı bir şübhəli və ya əhəmiyyət kəsb edici bir şey aşkar olunmadığı, daha sonra bağ sahəsində yerləşən istixananın içərisinə baxış keçirildiyi, baxış keçirilən zaman istixanaya giriş qapısından daxil olduqdan sonra, istixananın yuxarı sol hissəsindən 01 ədəd plastik qabda əkilmiş, hündürlükləri 19 sm-dən 32 sm-ə qədər olan ümumilikdə 05 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar olunduğu, sonra torpaq sahəsinə polis əməkdaşları tərəfindən baxış keçirildiyi və başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmadığı, bundan sonra dibcəkdə olan çətənə bitkilərinə bənzər bitkilərin torpaqdan çıxarıldığı, baxışda iştirak edən aqronomun baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq olunmaqla, sulanıb diblərinin boşaldıldığını bildirdiyi, həmin bitkilərin 01 ədəd içi boş kisəyə qablaşdırıldığı, üzəri iştirakçılar tərəfindən imzalandığı və DİN-in zərflər üçün möhürü ilə möhürləndiyi, daha sonra içərisində sadəcə olaraq torpaq olan dibcəyin sellofana qablaşdırıldığı, üzərinin iştirakçılar tərəfindən imzalandığı və DİN-in zərflər üçün möhürü ilə möhürləndiyi müəyyən olunmuşdur. İş materiallarında olan 19 iyun 2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, Şahid3 təqdim etdiyi diskə baxış keçirilmiş və baxış zamanı diskdə ümumilikdə 01 ədəd "WhatsApp Video 2024-05-04 at 18.37.23" adlı video mövcud olduğu, həmin videoya baxış zamanı videogörüntünün ümumilikdə 19 saniyə davam etdiyi, videoda ilkin olaraq 01 ədəd, 24 hissəli plastik qabın göründüyü, həmin plastik qabın hər hissəsində torpaq olduğu, qabın 5 ədəd hissəsində çətənə(kannabis) bitkiləri olmadığı, digər hissələrinin isə boş olmadığının göründüyü müəyyən edilmişdir. İş materiallarında olan 11 iyul 2024-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 01 yanvar 2023-cü il tarixdən 05 may 2024-cü il tarixədək giriş və çıxış zənglərinin, həmin nömrəyə daxil olmuş və göndərilmiş sms mətnlərinin məzmununun siyahısının, həmin nömrə ilə danışıq aparmış və sms yazmış abonentlərin adı, soyadı, atasının adı, ünvanı haqqında məlumatlarının əks olunduğu diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, diskdə bir ədəd 1963 KB həcmində 9160-xx.xx.2024 adlı fayl vardır. Həmin fayla daxil olduqda faylın içərisində 5 ədəd fayl olduğu müəyyən olundu. Həmin fayllara baxış zamanı 1-ci faylda Təqsirləndirilən şəxs məxsus mobil nömrə ilə danışıq aparmış və sms yazmış abonentlərin anket məlumatlarının olduğu müəyyən olundu. 2-ci və 3-cü fayllarda Təqsirləndirilən şəxs məxsus nömrəyə daxil olmuş və göndərilmiş sms mətnlərinin məzmunu əks olunmuşdur. Həmin fayllara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmadı. 4-cü faylda Təqsirləndirilən şəxs məxsus nömrəyə 2023-cü il ərzində giriş və çıxış zənglərinin siyahısının olduğu müəyyən olundu. Həmin fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmadı. 5-ci faylda Təqsirləndirilən şəxs məxsus nömrəyə 2023-cü il ərzində giriş və çıxış zənglərinin siyahısının, həmçinin Təqsirləndirilən şəxs anten məlumatlarının olduğu müəyyən olundu. Həmin fayla baxış zamanı Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 məxsus ***-***-**-** saylı mobil nömrə arasında 02 may 2024-cü il tarixdə saat 21:50, həmçinin 03 may 2024-cü il tarixdə saat 00:52-də, saat 01:01-də, saat 01:04-də, saat 01:28-də, saat 09:17-də, saat 09:24-də, saat 09:28-də, saat 10:04-də, saat 10:33-də, saat 10:46-da və saat 10:53-də telefon danışıqlarının aparıldığı müəyyən oldu. Bundan sonra Təqsirləndirilən şəxs anten məlumatlarına baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonun xx.xx.2024-cü il tarixdə saat 23:25-dən saat 01:18-dək Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində aktiv olduğu, bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefonun 03 may 2024-cü il tarixdə saat 10:52-də Ağdaş rayonu, Dəhnəxəlil kəndində, sonuncu dəfə isə saat 11:28-də Ağdaş şəhəri ərazisində aktiv olduğu müəyyən olundu. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 03 may 2024-cü il tarixli, 3- 16-16-2-17/418 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, “üzərində Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar olunmuş narkotik tərkibli bitkiyə bənzər bitkilər” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki, uzunluqları 19 sm-dən 32 sm-dək, ümumi çəkiləri – 3,30 qram olan 05 (beş) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X13 03 may 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2024-cü il tarixli 1140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 10 iyul 2024-cü il tarixli, 473 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkməmişdir. Təqsirləndirilən şəxs hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkmir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əzab çəkməməsi səbəbind onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq olunan cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 21 vǝ 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 18 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartatekasında məlumat yoxdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin verdiyi 30 may 2024-cü il tarixli 32-12/2- 323/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Dəhnəxəlil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəiyinin verdiyi 30 may 2024-cü il tarixli 32-12/2- 323/2-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində atası X5 (1962-ci il), anası X7 (1964-cü il), arvadı X8 (1993-cü il), oğlu X15 (2013-cü il) və oğlu X9 (2019-cu il) vardır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X11 arasında nikah 19 oktyabr 2013-cü il tarixdə 17 saylı akt qeydi ilə Ağdaş RİHB-nın Dəhnəxəlil İƏD üzrə nümayəndəliyində bağlanmışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 14 avqust 2013-cü il təvəllüdlü X15 və 02 fevral 2019-cu il təvəllüdlü X9 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşayır, ailə üzvləri 4 nəfərdən ibarətdir və o, müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 03 may 2024-cü il tarixdən saat 15:15-dən hesablanmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 11:10-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Ağdaş RPŞ-nin MSY-dan azad edilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 296.2-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1i və 296.2-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan aşkar olunmuş ümumi qalıq çəkisi 3,20 qram olan 5 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, videoçəkilişin qeydə alındığı 06 (altı) ədəd və polis serjantı Şahid3 təqdim etdiyi 1 (bir) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 296.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, həmin Məcəllənin 296.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdən 05 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerinisaat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki istixanadan aşkar olunmuş ümumi qalıq çəkisi 3,20 qram olan 5 ədəd çətənə (kannabis) bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videoçəkilişin qeydə alındığı 06 (altı) ədəd və polis serjantı Şahid3 təqdim etdiyi 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi- məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-134/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-134/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver