Məhkəmə qərarları › İş №1(014)-135/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-135/2023

25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-135/2023 25.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1983-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi Əliyev küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Ağdaş rayonu, Pirkəkə kənd sakini Zərərçəkmiş şəxs övladı X1 dayandırılmış əlillik dərəcəsinin bərpa etdirəcəyini yalandan vədlər verərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Ağdaş rayonu ərazisindən E-manat ödəmə terminalından Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2021-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 450 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 500 manat pul olmaqla ümumilikdə 3900 manat pulu öz adına olan "xxxx" ASC tərəfindən verilmiş 4169-7385-3163-8025 hesab nömrəsinə köçürülməsinə nail olduqdan sonra zərərçəkmiş şəxsə vahid niyyətlə ümumilikdə 3900 manat pul maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində Bakı şəhərində yaşadığını, fərdi əməklə məşğul olduğunu, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, lakin onu sonradan oğlu Elnur Məmmədovun pensiya işinin həll edilməsi məsələsi ilə bağlı tandığını, onun Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyinin olmadığını, 2021-ci ilin avqust ayının ortalarında Gədəbəy rayonunda usta kimi işlədiyini, həmin vaxtı Ağdaş rayonu, Korarx kənd sakini Şahid da onun yanında usta kimi işlədiyini, Şahid 2019-cu ilin yay aylarında Ağdaş rayonunda usta kimi işləyən zaman tanıdığını, Şahidla heç bir ədavət və düşmənçiliyinin olmadığını, Şahidla Gədəbəydə usta işlədiyi evdə çay içən zaman söhbət zamanı Şahid dayısı oğlu Elnur Məmmədovun xəstəliklə bağlı pensiyasının kəsildiyini dediyini, həmin vaxtı əlaqələrinin geniş olduğunu və vəzifədə işləyən tanışlarının olduğunu bildirərək Elnur Məmmədovun pensiya işini həll edəcəyini bildirdiyini, bundan sonra Şahid dayısı Zərərçəkmiş şəxs zəng etdiyini və onun Elnur Məmmədovun pensiya işini həll edəcəyini bildirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs pensiya işi üçün hansı məbləğdə pul lazım olduğunu soruşduğunu, Şahid 3900 manat pul lazım olduğunu bildirdiyini, bundan sonra Şahid dayısına pensiya işinin həlli üçün onun 3900 manat pul istədiyini bildirdiyini, Zərərçəkmiş şəxs da razılaşdığını bildirdiyini, xx.xx.2021-ci il tarixdə mobil telefonu ilə Şahid mobil telefonuna zəng etdiyini və Elnurun pensiya işi üçün ilkin olaraq 500 manat istədiyini, həmin pulu onun kart hesabına vuracağını bildirdiyini, Şahid da dayısı Zərərçəkmiş şəxs zəng edib xəbər verəcəyini bildirdiyini, bir müddət sonra Pünhanın ona mobil telefon ilə zəng etdiyini və kart hesabının şəklini çəkərək onun “Whatsapp” mesajlaşma proqramına atmasını istədiyini, özünə məxsus "xxxx" ASC-də qeydiyyata alınmış 4169-7385-3163-8025 hesab nömrəsinin şəklini çəkdiyini və Şahid mobil nömrəsində olan “Whatsapp” mesajlaşma proqramına şəklini atdığını, təxminən 1 saat sonra onun kart hesabına 500 manat pul köçdüyünü, həmin vaxt Şahid da ona mobil telefon ilə zəng edərək dayısı Zərərçəkmiş şəxs ona 500 manat pulu kart hesabına köçürdüyünü bildirdiyini, bu barədə məlumatının olduğunun bildiyini, daha sonra 500 manat pulu Bakı şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan birindən kart hesabından çıxardığını və öz şəxsi ehtiyacları üçün xərclədiyini, daha sonra ayrı-ayrı günlərdə Şahid zəng edərək pensiya işi üçün hissə-hissə pul istədiyini, Şahid dayısının da onun kart hesabına pul köçürdüyünü, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə 100 manat pul, xx.xx.2021-ci il tarixdə 400 manat pul, xx.xx.2022-ci il tarixdə 500 manat pul, xx.xx.2022-ci il tarixdə 100 manat pul, xx.xx.2022-ci il tarixdə 100 manat pul, xx.xx.2022-ci il tarixdə 450 manat pul, xx.xx.2022-ci il tarixdə 50 manat pul, xx.xx.2022-ci il tarixdə 200 manat pul, xx.xx.2022-ci il tarixdə 200 manat pul, xx.xx.2023cü il tarixdə 200 manat pul, xx.xx.2023-cü il tarixdə 200 manat pul, xx.xx.2022-ci il tarixdə 350 manat pul, xx.xx.2023-cü il tarixdə 50 manat pul, xx.xx.2023-cü il tarixdə 500 manat pul olmaqla ümumilikdə 3900 manat pulu onun kart hesabına köçürdüyünü, hər dəfə həmin pulların kart hesabına köçdükdən sonra onları Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yerləşən "xxxx" ASC-yə məxsus bankomatlardan çıxardığını və öz şəxsi ehtiyacları üçün xərclədiyini, onun Zərərçəkmiş şəxs məxsus 3900 manat pulu ələ keçirən zaman onun oğlu Elnur Məmmədova pensiya düzəltmək məqsədi olmadığını, həmin pulu dələduzluq yolu ilə əldə etdiyini və şəxsi ehtiyacları üçün xərclədiyini, 2022-ci ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs ilə mobil telefon ilə əlaqə saxladığını və oğlunun pensiya işi barəsində məlumat verdiyini, həmin vaxtdan etibarən Zərərçəkmiş şəxs ona zəng edərək oğlu Elnur Məmmədovun pensiya işi ilə maraqlandığını, lakin hər dəfə müxtəlif bəhanələr gətirdiyini, sonuncu dəfə 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs ilə görüşdüyünü və ona 3900 manat pulu geri qaytaracağını bildirmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş rayon prokurorluğuna ərizə ilə müraciət etdiyini, oğlu Elnur Məmmədovun 2-ci qrup əlilliyə görə 1997-ci il tarixdən 2021-ci ilin fevral ayınadək 250 manat məbləğində pensiya aldığını, oğlu Elnur Məmmədovun əlilliyinin astma xəstəliyi və dilində olan qüsurla bağlı olduğunu, 2021-ci ilin fevral ayından oğlu Elnur Məmmədovun pensiyasının kəsildiyini, həmin vaxtdan etibarən oğlu Elnur Məmmədovun pensiya işini həll etmək istəmədiyini, bununla bağlı onun oğlunun Ağdaş rayonunda həkim komissiyasından keçdiyini və müvafiq göndərişlə Bakı şəhərinə getdiyini, Bakı şəhərində də oğlunun müvafiq komissiyadan keçdiyini, lakin həmin komissiya da oğluna pensiya verilməsini təmin etmədiyini, 2021-ci ilin avqust ayında fərdi yaşayış evində olan zaman bacısı oğlu Şahid onun mobil telefonuna zəng etdiyini və onunla birlikdə usta işləyən Təqsirləndirilən şəxs oğlu Elnur Məmmədovun pensiya işini həll edə biləcəyini, həmçinin oğlu üçün veteranlıq, sosial yardım və ağır xəstə olduğu üçün ona qulluq üçün əlavə müavinət düzəldəcəyini bildirdiyini, həmin vaxt pensiya işi üçün hansı məbləğdə pul lazım olduğunu soruşduğunu, bacısı oğlu Şahid da Təqsirləndirilən şəxs pensiya işi üçün 3900 manat pul istədiyini bildirdiyini, onunla razılaşdığını, xx.xx.2021-ci il tarixdə fərdi yaşayış evində olan zaman bacısı oğlu Şahid ona mobil telefon ilə zəng edərək Təqsirləndirilən şəxs pensiya işi üçün ilkin olaraq 500 manat pul istədiyini bildirdiyini, razılaşdığını və 500 manat pulu Təqsirləndirilən şəxs harada verəcəyini soruşduğunu, həmin vaxtı Şahid 500 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına köçürəcəyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs bacısı oğlu Şahid “Whatsaap” mesajlaşma proqramına atdığı "xxxx" ASC-yə məxsus 4169-7385- 3163-8025 kart hesabına ünvan 1 ünvanında yerləşən “Birinci Market 3”-də olan Emanat ödəmə terminalı vasitəsi ilə 500 manat pul köçürdüyünü, pulu kart hesabına köçürən zaman yanında başqa heç kimin olmadığını, ödəniş etdikdən sonra bacısı oğlu Şahid zəng edərək ödəniş etdiyini bildirdiyini, Şahid da bu barədə Təqsirləndirilən şəxs xəbər verəcəyini bildirdiyini, daha sonra fərdi yaşayış evinə gəldiyini, xx.xx.2021-ci il tarixdə 100 manat pul, xx.xx.2021-ci il tarixdə 400 manat pul, xx.xx.2022-ci il tarixdə 500 manat pul, xx.xx.2022-ci il tarixdə 100 manat pul, xx.xx.2022-ci il tarixdə 100 manat pul, xx.xx.2022-ci il tarixdə 450 manat pul, xx.xx.2022-ci il tarixdə 50 manat pul, xx.xx.2022-ci il tarixdə 200 manat pul, xx.xx.2022-ci il tarixdə 200 manat pul, xx.xx.2023-cü il tarixdə 200 manat pul, xx.xx.2023-cü il tarixdə 200 manat pul, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 50 manat pul, xx.xx.2023-cü il tarixdə 500 manat pul olmaqla ümumilikdə 3900 manat pulu ünvan 1 ünvanında yerləşən “Birinci Market 3”-də olan Emanat ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4169-7385- 3163-8025 kart hesabına köçürdüyünü, Təqsirləndirilən şəxs adına olan kart hesabına ümumilikdə 3900 manat pul köçürdüyünü, 2022-ci ilin yanvar ayı ərzində mütəmadi olaraq Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb oğlu Elnur Məmmədovun pensiya işi ilə maraqlandığını, Təqsirləndirilən şəxs də pensiya işinin yaxın aylarda həll olunacağını bildirdiyini, bir müddət gözlədiyini, lakin Təqsirləndirilən şəxs oğlu Elnur Məmmədovun pensiya işini həll etmədiyini, Təqsirləndirilən şəxs onun 3900 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə əmin olduğunu, Təqsirləndirilən şəxs oğlu Elnur Məmmədovun pensiya işini həll etmək niyyəti olmadığını, onun 3900 manat pulunu geri qaytarmadığını bildirmişdir. İfadəsinə əlavə edərək təqsirləndirilən şəxs tərəfindən ona 200 manat ödəniş edildiyini, qalan 3700 manat məbləğində pulun isə geri qaytarılmadığını bildirmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs onun dayısı olduğunu, onun oğlu Elnur Məmmədovun 2-ci qrup əlilliyə görə 1997-ci il tarixdən 2021-ci ilin fevral ayınadək 250 manat məbləğində pensiya aldığını, Elnur Məmmədovun əlilliyinin astma xəstəliyi və dilində olan qüsurla bağlı olduğunu, 2021-ci ilin fevral ayından Elnur Məmmədovun pensiyasının kəsildiyini, dayısı Zərərçəkmiş şəxs həmin vaxtdan etibarən Elnur Məmmədovun pensiya işini həll etmək istədiyini, bununla bağlı X6 rayonunda həkim komissiyasından keçdiyini və müvafiq göndərişlə Bakı şəhərinə getdiyini, Bakı şəhərində də Elnur Məmmədovun müvafiq komissiyadan keçdiyini, lakin həmin komissiyanın da Elnur Məmmədova pensiya verilməsini təmin etmədiyini, özünün isə usta kimi işlədiyini, qazandığı pulla ailəsinin gündəlik ehtiyaclarını təmin etdiyini, Təqsirləndirilən şəxs 2019-cu ilin yay aylarından Ağdaş şəhərində usta işləyən vaxtdan tanıdığını, onunla heç bir ədavət və düşmənçiliyinin olmadığını, 2021-ci ilin avqust ayında Gədəbəy rayonunda Təqsirləndirilən şəxs ilə birlikdə usta işlədiyini, söhbət zamanı Təqsirləndirilən şəxs dayısı oğlu Elnur Məmmədovun əlilliklə bağlı pensiyasının kəsildiyini bildirdiyini, Təqsirləndirilən şəxs həmin vaxtı vəzifədə işləyən tanışlarının olduğunu və dayısı oğlunun pensiya işini həll edəcəyini bildirdiyini, həmçinin dayısı oğlu Elnur Məmmədova veteranlıq, sosial yardım və ağır xəstə olduğu üçün ona qulluq üçün əlavə müavinət düzəldəcəyini bildirdiyini, bundan sonra mobil telefonu ilə dayısı Zərərçəkmiş şəxs zəng etdiyini və onunla birlikdə usta işləyən Təqsirləndirilən şəxs Elnur Məmmədovun pensiya işini həll edə biləcəyini, həmçinin veteranlıq, sosial yardım və ağır xəstə olduğu üçün ona qulluq üçün əlavə müavinət düzəldəcəyini bildirdiyini, dayısı Zərərçəkmiş şəxs həmin vaxt pensiya işi üçün hansı məbləğdə pul lazım olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs pensiya işi üçün hansı məbləğdə pul lazım olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs də pensiya işi üçün 3900 manat pul istədiyini bildirdiyini, bu barədə dayısına dediyini, dayısı Zərərçəkmiş şəxs da razılaşdığını, Təqsirləndirilən şəxs onlara məlumat verəcəyini bildirdiyini, xx.xx.2021-ci il tarixdə işdə olan zaman Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etdiyini və ilkin olaraq pensiya işi üçün dayısının 500 manat pul göndərməsini istədiyini, Təqsirləndirilən şəxs dayısı Zərərçəkmiş şəxs həmin pulu harda verməli olduğunu soruşduğunu, Təqsirləndirilən şəxs də öz adına olan "xxxx" ASC-yə məxsus 4169-7385-3163-8025 kart hesabının şəklini “Whatsaap” mesajlaşma proqramına atacağını və həmin hesaba pul köçürülməsini bildirdiyini, dayısına mobil telefon ilə zəng etdiyini və Təqsirləndirilən şəxs 500 manat pul istədiyini bildirdiyini, dayısının da 500 manat pulu Təqsirləndirilən şəxs harada verəcəyini soruşduğunu, həmin vaxtı 500 manat pulu Təqsirləndirilən şəxs adına olan kart hesabına köçürəcəyini bildirdiyini, dayısı Zərərçəkmiş şəxs da razılaşdığını, bir neçə saat sonra Təqsirləndirilən şəxs “Whatsaap” mesajlaşma proqramında öz adına olan "xxxx" ASC-yə məxsus 4169-7385-3163-8025 kart hesabının şəklini atdığını, dayısına məxsus fərdi yaşayış evinə gəldiyini və hesab nömrəsini dayısına dediyini və fərdi yaşayış evinə geri qayıtdığını, bir neçə saat sonra dayısı Zərərçəkmiş şəxs ona mobil telefon ilə zəng edərək ödəniş etdiyini bildirdiyini, bu barədə Təqsirləndirilən şəxs xəbər verəcəyini bildirdiyini, daha sonra fərdi yaşayış evində Təqsirləndirilən şəxs mobil telefon ilə zəng edərək dayısının 500 manat ödəniş etdiyini bildirdiyini, bundan sonra dayısı Zərərçəkmiş şəxs Ağdaş şəhərində yerləşən “Birinci market” adlanan ərzaq mağazasındakı ödəmə terminalı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə 100 manat pul, xx.xx.2021-ci il tarixdə 400 manat pul, xx.xx.2022-ci il tarixdə 500 manat pul, xx.xx.2022-ci il tarixdə 100 manat pul, xx.xx.2022-ci il tarixdə 100 manat pul, xx.xx.2022-ci il tarixdə 450 manat pul, xx.xx.2022-ci il tarixdə 50 manat pul, xx.xx.2022-ci il tarixdə 200 manat pul, xx.xx.2022-ci il tarixdə 200 manat pul, xx.xx.2023-cü il tarixdə 200 manat pul, xx.xx.2023-cü il tarixdə 200 manat pul, xx.xx.2022-ci il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 50 manat pul, xx.xx.2023-cü il tarixdə 500 manat pul olmaqla ümumilikdə 3900 manat pulu Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 4169-7385-3163-8025 kart hesabına köçürdüyünü, dayısı Təqsirləndirilən şəxs adına olan kart hesabına ümumilikdə 3900 manat pul köçürdüyünü, dayısı Zərərçəkmiş şəxs 2022-ci ilin yanvar ayı ərzində mütəmadi olaraq Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlayıb Elnur Məmmədovun pensiya işi ilə maraqlandığını, Təqsirləndirilən şəxs də hər dəfə müxtəlif bəhanələr gətirdiyini, daha sonra Təqsirləndirilən şəxs dayısının 3900 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyindən əmin olduğunu bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Səbail RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixdə cinayət işinə CPM-in 40.3-cü və CM-in 73.2-ci maddələrinə əsasən xitam edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 05/09İS/127636-23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1983-cü il tarixdə Masallı rayonunda doğulmuşdur. Ailə tərkibi arvadı – xx.xx.1991-ci il təvəllüdlü X2, oğlu – xx.xx.2013-cü il təvəllüdlü X4 və oğlu – xx.xx.2016-cı il təvəllüdlü X3 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Sabunçu rayon İH başçısının Zabrat qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8717 nömrəli məktubdan görünür ki, xx.xx.1983cü təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vidadi Əliyev küçəsində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx/xx-7584 nömrəli məktubdan görünür ki, xx.xx.1983-cü təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyun 2023-cü il tarixdə Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Masallı şəhərində doğulmuş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi, ev 103-də qeydiyyatda olan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri Novxanı bağları ərazisində yeri müəyyən olunmaqla Ağdaş RPŞyə gətirilərək İB-yə təqdim edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını bildirməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Dəymiş zərəri ödəməməsi, əvvələr də anoloji əməl törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrumetmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Bundan başqa, məhkəmə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-in 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının CPM-in 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. İşin halları ilə müəyyən edilir ki, iş üzrə 3900 manat məbləğində mülki iddia tanınmış, həmin məbləğdən 200 manat mülki iddiaçıya qaytarılmışdır. Mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə mülki iddiaçıya qalan 3700 manat dəymiş ziyan ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin olunaraq Təqsirləndirilən şəxs 3700 manat məbləğində pul və 57 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 18 iyun 2023-cü il tarixdə tutulduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli həbsə alındığı 25 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Mülki iddia qismən təmin edilsin. Mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs 3700 manat dəymiş zərər və ödənilmiş dövlət rüsumunun 57 manatı tutularaq mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar