Məhkəmə qərarları › İş №1(014)-136/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-136/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-136/2022 29.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1993-cü ildə Ağdaş rayonunun Binələr kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Binələr kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs ilə tanışı ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Uğur Ayxan” kişi salonunun qarşısında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan saç kəsən qayçı ilə Zərərçəkmiş şəxs bel nahiyəsindən bir dəfə qəsdən vuraraq ona onurğa sümüyünün bel nahiyəsinin yarası, deşici-kəsici alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edərək ifadəsində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən M.İsayev adına tam orta məktəbinin yaxınlığında “Uğur Ayxan” kişi salonunda bərbər kimi işlədiyini, Zərərçəkmiş şəxs tanıdığını, onun işlədiyi yerə yaxın yerdə çayxana işlətdiyini, onun işlədiyi bərbərxanaya Zərərçəkmiş şəxs lazım olanda çay gətirdiyini, Zərərçəkmiş şəxs ilə əvəllər zarafat etdiklərini, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:30 radələrində Zərərçəkmiş şəxs işlədiyi bərbərxanada olan boş çay stəkanlarını götürmək üçün bərbərxanaya gəldiyini, həmin vaxt bərbərxanada Ehtiqatın oğlu Tofik ilə söhbət etdiyini, Sərxanın salona gəlib boş stəkanları götürüb salondan çıxarkən Sərxanın çiyninin ona dəydiyini və Sərxana zarafatla kobud cavab verərək “məndən uzaqlaş” dediyini, həmin vaxt Sərxanın ona “sən deyəsən çaşmısan, gərək səninlə zarafat etməyək” deyərək öz-özünə deyinərək bərbərxananın çölünə çıxdığını, həmin vaxt əlində saç kəsmək üçün qayçı olduğunu və Sərxanın arxasınca çölə çıxaraq nə üçün deyinməsini soruşan zaman Sərxanın ona “səni pakofqalayıb şkafa soxaram” deyən zaman aralarında sözlə mübahisə yarandığını, Sərxana artıq-əskik söhbət etməməsini söyləməsini bildirərək əlində olan qayçı ilə onu vuracağını söylədiyini və həmin vaxt Sərxanın onu qayçı ilə vurmağına hünərinin olmadığını söyləyən zaman əlində olan qayçı ilə bir dəfə qəsdən Sərxanın bel nahiyəsindən vuraraq onun bel nahiyəsindən qəsdən ona xəsarət yetirdiyini və Sərxanın əlini kürəyinə tutaraq oradan çıxıb getdiyini, Zərərçəkmiş şəxsla arasındakı mübahisə və dava-dalaş zamanı yanlarında heç kimin olmadığını, ancaq işlətdiyi bərbərxanada tanışı Ağdaş şəhər sakini Şahid olduğunu, səslərinə heç kimin gəlmədiyini Sərxan ilə aralarında olan mübahisə və davadalaşın təxminən 1-2 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən “Qarabağ klub” adlı çay evi işlətdiyini, Təqsirləndirilən şəxs tanıdığını, onun işlədiyi yerə yaxın yerdə bərbər işlədiyini, Təqsirləndirilən şəxs işlətdiyi bərbərxanaya çay sifariş edəndə oraya çay apardığını və bəzən aralarında zarafatlaşdıqlarının, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:30 radələrində Məhərrəmin işlədiyi bərbərxanada olan boş çayniki və stəkanları götürmək üçün oraya gedərək bərbərxanaya daxil olduğunu, Məhərrəmin bərbərxanada Ehtiqatın oğlu Tofik adlı şəxs ilə söhbət etdiyini, onun stəkanları götürüb bərbərxanadan çıxarkən çiyninin Məhərrəmin çiyninə dəydiyini, həmin vaxt Məhərrəmin kobud formada uzaqlaş məndən dediyini, onun isə Məhərrəmə “sən deyəsən çaşmısan, gərək səninlə zarafat etməyək” sözlərini söyləyərək salonun çölünə çıxdığını, həmin vaxt Məhərrəmin onun arxasıyca çölə çıxaraq ondan nə üçün öz-özünə deyinməyini soruşduğunu, onun isə Məhərrəmə “səni pakofqalayıb şkafa soxaram” sözünü söylədiyini və həmin vaxt aralarında sözlə mübahisə yarandığını və Məhərrəmin ona artıq-əskik söhbət etməməyini bildirib əlində olan qayçı ilə onu yan hissədən vuracağını söylədiyini, həmin vaxt Məhərrəmə qayçı ilə vurmağına hünərinin olmadığını söyləyən zaman Məhərrəm əlində olan qayçını qəsdən onun bel nahiyəsindən bir dəfə vurduğunu və əlini kürəyinə tutaraq oradan çıxıb getdiyini, daha sonra bel nahiyəsinə baxarkən bel nahiyəsindən xəsarət aldığını və belindən aldığı xəsarət yerindən qan axdığı üçün Ağdaş RMX-yə müraciət etdiyini Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə və dava-dalaş zamanı bərbərxanada Ehtiqatın oğlu Tofik adlı şəxsin olduğunu, başqa heç kimin olmadığını və səs-küyə heç kimin gəlmədiyini, Məhərrəm ilə aralarındakı mübahisə və dava-dalaşın təxminən 2-3 dəqiqə davam etdiyini, Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs vurmadığını və ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid ifadəsində Zərərçəkmiş şəxs şifahi olaraq tanıdığını, Məhərrəm Müzəfərlini isə yaxından tanıdığını və onlarla heç biri ilə ədavət və düşmən münasibətinin olmadığınığı, tanışı Təqsirləndirilən şəxs Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən M.İsayev adına tam orta məktəbinin yaxınlığında “Uğur Ayxan” kişi salonunda bərbər kimi işlədiyini, Zərərçəkmiş şəxs isə çayxana işlədən kimi tanıdığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 23:00 radələrində Məhərrəmin işlədiyi bərbərxanaya gələrək orada əyləşib Məhərrəmlə söhbət etdiklərini, 12.10 2022-ci il tarixdə təxminən saat 23:30 radələrində Məhərrəmlə bərbərxanada olan zaman həmin yerə yaxın çayxana işlədən Zərərçəkmiş şəxs adlı şəxsin gələrək orada olan boş çaynik və stəkanları götürərkən bərbərxananın içərisində bilmədən çiyni Məhərrəmə dəyən zaman Məhərrəmin də zarafatla Sərxana kobudluq edərək ona kobud cavab verdiyini və ona “uzaqlaş məndən” dediyini, həmin vaxt Sərxan Məhərrəmə “sən deyəsən çaşmısan, gərək səninlə zarafat etməyək” sözlərini söyləyərək öz-özünə deyinərək salonun çölünə çıxdığını, həmin vaxt Məhərrəmin də Sərxanın arxasınca çıxan zaman məsələni ciddiyə almayaraq özünə məxsus mobil telefona baxdığını və təxminən 3-4 dəqiqə sonra Məhərrəmin əlində saç kəsən qayçı ilə bərbərxanaya daxil olaraq ona onunla Sərxan arasında bərbərxananın qarşısında mübahisə olduğunu və əlində olan qayçı ilə Sərxanın bel nahiyəsindən vuraraq xəsarət yetirdiyini bildirdiyini həmin vaxt bərbərxananın qarşısına çıxan zaman Sərxanı orada görmədiyini, bir neçə dəqiqə sonra bərəbərxanadan çıxıb yaşadığı evə getdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qayçı ilə vurmasını görmədiyini, onların aralarında yalnız mübahisə baş verməsini gördüyünü bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 647 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət - onurğa sutununun bel nahiyəsinin yarası, deşici-kəsici alət (ola bilər qayçı) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar