Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-136/2024 28.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1969-cu ildə Ağdaş rayonunun Malay kəndində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər Ağdaş rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarına əsasən hökm dəyişdirilmiş, həmin Məcəllənin 69.3, 68.1.1-1-ci maddələrinə əsasən üzərində 10 ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır, Ağdaş rayonu, Binələr kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, təmiz çəkisi 15,69 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb, daşımış, 28 iyun 2024-cü il tarixdə saat 11:05-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində saxlanılaraq Ağdaş RPŞ-nin Ağdaş şəhəri, M.İsayev, 12 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 11:46-dan 11:57-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 15,69 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin iyun ayının əvvəllərində Ağdaş rayonu, Binələr kəndində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin balansında olmaqla hazırda fəaliyyətdə olmayan və mühafizə edilməyən binanın otağında 04 ədəd dibçəkdə əkmiş, həmin toxumlardan inkişaf etmiş 04 (dörd) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 12 iyul 2024-cü il tarixdə saat 12:55-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə saat 12:55-dən saat 13:18-dək keçirilmiş baxış zamanı 04 ədəd dibçəkdə 04 ədəd uzunluqları 35 sm-dən 115 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 60,27 qram əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə qismən təqsirli bilərək göstərdi ki, o, içki aludəçisi olduğundan günün çox hissəsini sərxoş vəziyyətdə keçirir və bu səbəblə müxtəlif ünvanlarda, küçələrdə, eləcə də Ağdaş rayonu, Binələr kəndində yerləşən binada da arada bir qalaraq yaşayır. Təxminən 3 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. 27 iyun 2024-cü il tarixdə təxminən saat 12 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən dəmir yolu reysinin kənarı ilə gəzərkən yerdə 01 ədəd sellofan büküm görüb, yerdən götürüb içərisinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olmasını görmüş və sellofan bükümü istifadə etmək üçün üzərində saxlamışdır. 28 iyun 2024-cü il tarixdə təxminən saat 11 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində olarkən Ağdaş RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Ağdaş RPŞyə gətirmişlər. Ağdaş RPŞ-də üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmış, o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. 01 ədəd sellofan büküm açılmış, baxış zamanı içərisində xüsusi iyə malik, yaşıl rəngli narkotik vasitəyə bənzər qurudulmuş bitki kütləsi aşkar olunmuşdur. Narkotik vasitəyə oxşar bitki kütləsi elektron tərəzidə çəkilmiş, çəkisinin 16,42 qram olması müəyyən edilmişdir. Qeyd etdiyi cinayətdən başqa o, heç bir cinayət törətməmiş, narkotik vasitə əkməmiş, həmin dibçəkdəki narkotik vasitəni polis əməkdaşları onun yaşadığı yerə qoymuşlar. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı onu döyən, incidən olmamışdır, dostyana ona demişlər boynuna götür, o, da götürmüşdür. O, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə heç bir orqana şikayət etməmişdir. Savadı olmadığından verilən hər şeyə imza atmışdır. Yanında müdafiəçisi olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 iyun 2024-cü il tarixdə Ağdaş rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 28 iyun 2024-cü il tarixdə saat 11:05-də Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamış, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi aşkar olunmuşdur. Həmin bitki kütləsi tərəzidə çəkilmiş, təxmini çəkisi 16,42 qram olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə olan “nəşə” olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni bir gün əvvəl Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən dəmir yolu reysinin kənarı ilə gəzərkən yerdən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən və RPŞ-yə gətirilən zaman hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotorp maddələrin satışı ilə məşğul olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 12 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri Ağdaş rayonu, Binələr kəndində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin LESM-in fəaliyyətdə olmayan binasında əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 12 iyul 2024-cü il tarixdə saat 12:55 radələrində polis əməkdaşları ilə birlikdə Ağdaş rayonu, Binələr kəndində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin LESM-in fəaliyyətdə olmayan binanın qarşısına gedilmişdir. Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib, ondan tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edib-etməməsi soruşulmuş, Təqsirləndirilən şəxs də binanın otağında çətənə bitkisi əkməsini bildirmişdir. Bu səbəblə binaya və binanın otağına baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs də etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmışdır. Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə davam etdikdən sonra tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitkiləri əkdiyi otağa çatmışlar. Təqsirləndirilən şəxs ümumilikdə 04 ədəd dibçəkdə 04 ədəd tərkibində narkotik maddələr olan bitki əkmiş, həmin bitkilərə mütəmadi olaraq aqro-texniki qaydada qulluq etmiş, sulamış və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilər torpaqdan çıxarılaraq yerə qoyulmuş, yenidən sayılmış, metrə ilə ölçülmüş, ən kiçiyinin uzunluğunun 35 sm, ən böyününün uzunluğunun 115 sm olması müəyyən edilmişdir. Bundan sonra X1 tərəfindən baxış keçirilmiş və həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq dibləri boşalmış, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparıldıqda bitkilər özünə məxsus olmuş, bitkinin toxumlarını təxminən 1 ay bundan əvvəl yaşadığı ərazinin yaxınlığından keçən dəmir yolu reisinin kənarı ilə gəzərkən yerdən tapmış, əkmiş, həmin bitkiləri əkməsindən heç kimin xəbəri olmamış, şəxsi istifadəsi üçün əkmiş, bitkilərə mütəmadi olaraq qulluq etmiş, diblərini sulamış və boşaltmış, başqa yerdə narkotik tərkibli bitki əkməmiş, eləcə də narkotik vasitəsi olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması üçün Ağdaş RPŞ-yə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman heç bir əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 11:05-də keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa hər hansı əşya aşkar edilməmişdir. 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən açılmış, içərisində yaşıl rəngli, spesifik iyə malik olan bitki kütləsi aşkar olunmuşdur. Həmin bitki kütləsi ilə birlikdə 01 ədəd sellofan bükümün təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə bənzər bitki kütləsinin olduğu 01 ədəd sellofan bükümün təxmini çəkisi 16,42 qram olması müəyyən edilmişdir. 01 ədəd sellofan bükümü 01 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar olunan kütlənin narkotik vasitə olan “nəşə” olmasını, onu istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni bir gün əvvəl Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisindən keçən dəmir yolu reisinin kənarı ilə gəzərkən yerdən tapmasını bildirmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 iyun 2024-cü il tarixli 3- 16-16-2-17/576 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 15,69 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2024-cü il tarixli 1144 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Ağdaş rayonu, Binələr kəndində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin LESM-in fəaliyyətdə olmayan binasıdır. Təqsirləndirilən şəxs ilkin olaraq binada narkotik tərkibli bitkilərin olması ilə bağlı Ağdaş RPŞ-yə məlumat daxil olması, həmçinin bununla bağlı olaraq həmin binaya baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs özü istifadə etmək üçün çətənə bitkisi əkdiyini bildirmiş, baxışın keçirilməsinə heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, binaya daxil olunduqda dörd otaqdan ibarət olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs dibçəkləri yerləşdirdiyi otağa daxil olunmuş, otağın içərisində 04 ədəd narkotik tərkibli bitkilərə bənzər bitkilər əkilmiş dibçək aşkar olunmuş, daha sonra aşkar olunmuş 04 ədəd dibçəkdəki bitkilər kökündən çıxarılaq uzunluqları ölçülmüş, uzunluqları 35 sm-dən 115 sm-ə qədər olması müəyyən olunmuşdur. Bundan başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmamışdır. X1 tərəfindən baxış keçirilmiş və həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Daha sonra həmin bitkilər 01 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ümumilikdə 04 ədəd dibçək 02 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi qaydada Təqsirləndirilən şəxs ilə sorğu-sual aparıldıqda bitkilərin özünə məxsus olduğunu, bitkinin toxumlarını təxminən 1 ay bundan əvvəl yaşadığı ərazinin yaxınlığından keçən dəmir yolu reisinin kənarı ilə gəzərkən yerdə tapdığını, əkdiyini, həmin bitkiləri əkməsindən heç kimin xəbəri olmadığını, şəxsi istifadəsi üçün əkdiyini, bitkilərə mütəmadi olaraq qulluq etdiyini, diblərini suladığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, eləcə də narkotik vasitəsi olmadığını bildirmişdir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində, paltarlarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, o da üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman heç bir əşya aşkar olunmamışdır. Şəxsi axtarış zamanı şifahi qaydada Təqsirləndirilən şəxs ilə yenidən sorğu-sual aparıldıqda təxminən 1 ay bundan əvvəl yaşadığı ərazinin yaxınlığından keçən dəmir yolu reisinin kənarı ilə gəzərkən yerdə tapdığını, əkdiyini həmin bitkiləri əkməsindən heç kimin xəbəri olmadığını, şəxsi istifadəsi üçün əkdiyini, bitkilərə mütəmadi olaraq qulluq etdiyini, diblərini suladığını və boşaltdığını, başqa yerdə narkotik tərkibli bitki əkmədiyini, eləcə də narkotik vasitəsi olmadığını bildirmişdir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizə və Fumiqasiya Mərkəzi rəyindən görünür ki, Ağdaş rayon Binələr kənd sakini X5 tərəfindən 4 ədəd dibçəyə əkilmiş 4 ədəd narkotik çətənə bitkisi aşkar olunmuşdur. Uzunluğu 35 sm-dən 115 sm-dək olan bu çətənə bitkilərinin dibləri yumşaldılmış, suvarılmış və aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 12 iyul 2024-cü il tarixli 3- 16-16-2-17/626 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş 04 (dörd) ədəd narkotik tərkibli bitkiyə bənzər bitki” yazısı, adlar və imzalar olan 01 ədəd sintetik kisənin içərisindəki, uzunluqları 35sm-dən 115sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri-60,27 qram olan 04 (dörd) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Əziz Mahmudovun 12 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs əkdiyi Ağdaş rayonu, Binələr kəndində yerləşən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin LESM-in fəaliyyətdə olmayan binasında aşkar olunmuş 04 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilərə mütəxəssis tərəfindən baxış keçirilmiş, baxış zamanı bitkilərə aqrotexniki qaydada əkilərək qulluq edilməsi müəyyən edilmişdir. Həmçinin bitkilərin uzunluqlarının 35sm-dən 115sm-dək olması qeyd edilmişdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 03 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(014)-57/2023 nömrəli hökmü Təqsirləndirilən şəxs təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 dekabr 2022-ci il tarixdən 06 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət, eyni zamanda 18 iyul 2023-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək həbsdə olduğu 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddət olmaqla, ümumilikdə 7 (yeddi) ay müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 1 (bir) il 2 (iki) ay müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 1(014)-57/2023 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 1(107)- 102/2024 saylı 15 fevral 2024-cü il tarixli qərarı Ağdaş rayon İcra və probasiya şöbəsinin icraatına 11 mart 2024-cü ildə daxil olmuş və məhkuma bildiriş məktubu göndərimişdir. Məhkum 15 mart 2024-cü ildə Ağdaş rayon İcra və Probasiya Şöbəsində qeydiyyata düşərək, ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Hal-hazırda məhkum Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixə kimi cəzasından 07 ay 13 gününü çəkmiş, onun çəkilməmiş 02 ay 17 gün cəzası qalmışdır. İş materiallarında olan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin LESM-in X10 daxil olan 17 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Ağdaş rayonu, Binələr kəndində yerləşən bina KTN yanında AXA-nın balansındadır. 2017-ci ildən Ağdaş rayonu aqrokimya laboratoriyası Ağdaş DAİM-nin binasında yerləşdirilib və həmin tarixdən bina boş qalıb və mühafizə olunmur. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Binələr kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 04 iyul 2024-cü il tarixli 241/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı 01 avqust 1974-cü il təvəllüdlü X8, övladları 28 dekabr 1996-cı il təvəllüdlü X12 və 20 dekabr 2007-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Binələr kənd inzibati Ərazi Dairəsi nümayəndəliyinin verdiyi 04 iyul 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən keçirilən ictimai və siyasi tədbirlərin heç birində iştirak etməyib, məhkumluq həyatı yaşayır və heç bir yerdə işləmir. İş materiallarında olan 28 iyun 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 28 iyun 2024-cü il tarixdə saat 11:05-dən hesablanmışdır. İş materiallarında olan 29 iyun 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 iyun 2024-cü il tarixdə saat 17:30-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 12 iyul 2024-cü il tarixdə saat 12:55-dən hesablanmışdır. İş materiallarında olan 14 iyul 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 14 iyul 2024-cü il tarixdə saat 12:00-da polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək narkotik vasitə əkməməsi, həmin dibçəkdəki narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadə versə də, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, baxış keçirilməsinin qeydə alındığı videoçəkiliş, iş üzrə şahidlərin həm ibtidai istintaq, həmçinin hazırki məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri ilə, ekspert rəyləri və digər sənədlərlə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı narkotik vasitə əkməməsi barədə verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməklə, elan edilmiş ittihamın və hökmün əsasına məhz sonuncuların ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, təyin olunmuş cəzanı çəkib qurtarmadan və təyin olunmuş cəzadan heç bir nəticə çıxarmayaraq yenidən cinayət törətməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplanılmalı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollogiyasının 15 fevral 2024-cü il tarixli qərarı ilə üzərində olan 2 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 8 (səkkiz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməlidir. Eləcə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il saat 11:05-dən 29 iyun 2024-cü il saat 17:30-a kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024-cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzaçəkmə müddətinin əvvəli, 25 oktyabr 2024cü il tarixdən hesablanmalıdır. Belə ki, Ağdaş rayon Polis Şöbəsinin 25 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə Ağdaş rayonunun Ləki qəsəbəsində tutularaq Ağdaş rayon X11 Saxlama yerinə təhvil verilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra 15,67 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalığı, 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 60,07 qramı və həmin bitkilərin becərildiyi içərisində torpaq olan 04 (dörd) ədəd dibçəklər məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat, 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 108 (yüz səkkiz) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarı ilə üzərində olan 2 (iki) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) ay 8 (səkkiz) gün həbsə bərabər tutulmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən ona təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il saat 11:05-dən 29 iyun 2024-cü il saat 17:30-a kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, 12 iyul 2024-cü il tarixdən 14 iyul 2024cü il tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün, ümumilikdə dörd gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat, 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) İş üzrə maddi sübutlar - Ağdaş Rayon Polis Şöbəsinin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra 15,67 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın qalığı, 04 (dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 60,07 qramı və həmin bitkilərin becərildiyi içərisində torpaq olan 04 (dörd) ədəd dibçəklər məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman, baxış keçirilən zaman aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 18 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 108 (yüz səkkiz) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-136/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-136/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver