Məhkəmə qərarları › İş №1(014)-137/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-137/2024

20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-137/2024 20.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1992-ci il ildə Ağdaş rayonunun Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, subay, hazırda heç yerdə işləməyən, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdaş rayonunun Pirəzə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 13,95 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq Ağdaş rayonu, Pirəzə kəndində yerləşən yaşadığı evdə saxlamış, 25 iyun 2024-cü il tarixdə saat 20:42-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ünvanda evə həmin tarixdə saat 20:42-dən saat 21:08-dək keçirilmiş baxış zamanı yataq otağında olan dolabdakı fincanın içərisində 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 13,95 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, həyətində əkmiş olduğu iki ədəd kol ona məxsusdur, gələcəkdə istifadə etmək üçün əkib becərmişdir, lakin evində narkotik vasitə olmamışdır, həmin narkotik vasitə onun evinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq araşdırılmış və o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən 1 ay əvvəl balıq ovlamaq üçün Kür çayının sahilinə getmiş, həmin vaxt Kür çayının sahili ilə piyada hərəkətdə olarkən yerdə 01 ədəd qara rəngli sellofan büküm olduğunu görmüş, həmin sellofan bükümün boş və ya dolu olmasını yoxlamaq üçün təpiklə vurmuş, ağırlıq hiss etdiyi üçün həmin bükümü yerdən götürüb içərisinə baxmış, içərisində toxum və qurudulmuş bitki kütləsi olduğunu görmüş, narkotik vasitədən istifadə etdiyi üçün həmin toxumların və qurudulmuş bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bilmiş, həmin vaxt toxumları özü üçün əkib məhsul vaxtı götürüb, qurudub, istifadə etmək qərarına gəlmiş və evə qayıtdıqdan sonra yaşadığı evin həyətyanı sahəsinə torpağa əkmiş, marixuananı isə arabir istifadə etmək üçün sellofan bükümə yığıb yaşadığı evdə saxlamışdır. 25 iyun 2024-cü il tarixdə təxminən 20:42 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onun yaşadığı evə gələrək, ona qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yaşadığı evin həyətyanı sahəsində əkib-becərməyi və yaşadığı evdə narkotik vasitə saxlamağı ilə bağlı onlara məlumat daxil olduğunu bildirmişlər, buna görə də yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarının olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşı onu Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarı ilə tanış edib ondan yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etməməyi soruşmuş, polis əməkdaşlarına yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərdiyini və onlara qulluq etdiyini bildirmişdir. Bundan sonra həyətə daxil olmuşlar və göstərdiyi yolla hərəkətə başlamışlar, həyət iki hissədən ibarət olmuş, dəmir arakəsmə qapıdan keçərək digər tərəfə daxil olduqdan sonra həyətyanı sahədə olan narkotik tərkibli bitkilərin yerini göstərmiş, aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, diblərinin yumşaldılıb, suvarılıb və onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Polis əməkdaşı ondan həmin narkotik tərkibli bitkiləri hansı məqsədlə və nə vaxt əkdiyini soruşmuş, polis əməkdaşına həmin bitkiləri 1 ay əvvəl məhsul vaxtı götürüb, qurudub, istifadə etməyi üçün əkdiyini bildirmiş, sonra polis əməkdaşları tərəfindən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş və başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilər aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşı tərəfindən əkdiyi 02 ədəd narkotik tərkibli bitkilərin torpaqdan çıxarılmış və hündürlüklərinin 77 və 78 sm olduğu müəyyən edilmişdir. Polis əməkdaşı ondan yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuş, polis əməkdaşına istifadə etmək üçün yaşadığı evdə qururdulmuş marixuana olduğunu söylədikdən sonra polis əməkdaşı ona narkotik vasitəni qoyduğu yeri göstərməyi bildirmiş, bundan sonra göstərdiyi yolla hərəkətə başlamışlar, yaşadığı evin yataq otağında olan dolabdakı fincanın içərisindən 01 ədəd sellofan bükümü təqdim etmiş, həmin sellofan bükümə polis əməkdaşı tərəfindən baxış keçirilmiş, sellofan bükümün açılmış, içərisində yaşıl rəngli spesifk iyə malik olan qurudulmuş bitki kütləsinin olması müəyyən edilmiş, daha sonra həmin bükümün polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 14,73 qram olduğu müəyyən edilmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə gətirmişlər, Polis şöbəsində ona vəkil təyin edilmiş və şübhəli şəxs qismində tutulmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşı ondan yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan 02 ədəd narkotik tərkibli bitkini hansı məqsədlə və nə vaxt əkdiyini soruşmuş, polis əməkdaşına həmin bitkinin toxumlarını 1 ay əvvəl istifadə etmək üçün əkdiyini və onlara qulluq etdiyini bildirmişdir. Polis əməkdaşı ondan yaşadığı evdə aşkar olunun narkotik vasitəyə bənzər bitki kütləsinin kimə məxsus olduğunu və hansı məqsədlə evdə saxladığını soruşmuş, polis əməkdaşına həmin bitki kütləsinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşı ona hüquq və vəzifərini izah etdikdən sonra üzərində olan əşyaları tək-tək masanın üzərinə qoymağını təklif etmiş, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “GSS” sözləri yazılmış, ağzı açıq şəkildə olan siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan həmin şalvarın sol yan cibindən isə 01 ədəd üzərinə “GSS” sözləri yazılmış ağzı bağlı şəkildə olan siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparılmış, lakin başqa hər hansı əşya, predmet və ya maddə aşkar olunmamış, sonra isə üzərindən aşkar olunmuş ağzı açıq şəkildə üzərindən istifadə edilmiş siqaret qutusuna polis əməkdaşı tərəfindən baxış keçirilmiş, içərisində siqaret dənəcikləri olması müəyyən olunmuş, daha sonra digər siqaret qutusunun da ağzı açılaraq baxış keçirilmiş, içərisində siqaret dənəcikləri olması müəyyən olunmuşdur. Bundan başqa həmin siqaret qutularının içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, ibtidai istintaq zamanı onu döyən, incidən olmamışdır, ona demişlər boynuna götür, o, da götürmüşdür. O, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə prokurorluğa şikayət etmişdir. İfadəni oxumaqdan özü imtina etmişdir, verilən hər şeyə imza atmışdır. Yanında müdafiəçisi olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib yaşadığı evdə saxlaması, eləcə də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkibbecərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə 25 iyun 2024-cü il tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və torpaq sahələrinə qaxil olma və onlara baxış keçirilməsi barədə qərar qəbul edildikdən sonra, istintaq-əməliyyat qrupu yaradılmışdır. 25 iyun 2024-cü il tarixdə saat 20:42 radələrində aqronom ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evinin qarşısına getmiş və qapını döymüş, Təqsirləndirilən şəxs qapını açmış, təhqiqatçı Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qərarı ilə tanış edib ondan yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edib-etmədiyini soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərdiyini və onlara qulluq etdiyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bitkiləri əkdiyi yeri göstərməyini bildirmiş, sonra həyətə daxil olmuşlar və Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlamışlar. Həyət iki hissədən ibarət olmuş, dəmir arakəsmə qapıdan keçərək digər tərəfə daxil olduqdan sonra Təqsirləndirilən şəxs həyətdə olan narkotik tərkibli bitkiləri göstərmiş, aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, diblərinin yumşaldılıb, suvarıldığını və onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin narkotik tərkibli bitkiləri hansı məqsədlə və nə vaxt əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin bitkiləri 1 ay əvvəl məhsul vaxtı götürüb, qurudub, istifadə etmək üçün əkdiyini bildirmişdir. Bundan sonra təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmiş və başqa hər hansı yerdə narkotik tərkibli bitkiyə bənzər bitkilərin aşkar olunmamış, bundan sonra təhqiqatçı tərəfindən torpağa əkilmiş 02 ədəd narkotik tərkibli bitkilər torpaqdan çıxarılmış və hündürlüklərinin 77 və 78 sm olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs istifadə etmək üçün yaşadığı evdə qurudulmuş marixuana olduğunu söylədikdən sonra təhqiqatçı ona narkotik vasitəni qoyduğu yeri göstərməyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanmış, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabdakı fincanın içərisindən 01 ədəd sellofan bükümü təqdim etmiş, həmin sellofan bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sellofan bükümün açılmış, içərisində yaşıl rəngli spesifk iyə malik olan qurudulmuş bitki kütləsinin olması müəyyən edilmişdir. Daha sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 14,73 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə gətirmişlər, Polis şöbəsində şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs bir daha həyətyanı sahəsində aşkar olunan 02 ədəd narkotik tərkibli bitkini hansı məqsədlə və nə vaxt əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin bitkinin toxumlarını 1 ay əvvəl istifadə etmək üçün əkdiyini və onlara qulluq etdiyini bildirmiş, daha sonra təhqiqatçı ondan yaşadığı evdə aşkar olunun narkotik vasitəyə bənzər bitki kütləsinin kimə məxsus olduğunu və hansı məqsədlə evdə saxladığını soruşmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. Həmin vaxt təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları tək-tək masanın üzərinə qoymağı təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “GSS” sözləri yazılmış, ağzı açıq şəkildə olan siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan həmin şalvarın sol yan cibindən isə 01 ədəd üzərinə “GSS” sözləri yazılmış ağzı bağlı şəkildə olan siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin onun üzərindən başqa hər hansı əşya, predmət və ya maddə aşkar olunmamışdır. Daha sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağzı açıq şəkildə üzərindən istifadə edilmiş siqaret qutusuna baxış keçirmiş, içərisində siqaret dənəciklərinin olması müəyyən olunmuş, digər siqaret qutusunun da ağzı açılaraq baxış keçirilmiş, içərisində siqaret dənəciklərinin olması müəyyən olunmuş, bundan başqa həmin siqaret qutularının içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evinin həyətyanı sahəsinə və evinə baxış keçirilərkən, Ağdaş RPŞ-yə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 Şahid2 ifadəsində göstərdikləri xüsusatları eyni ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, asmabronxit xəstəsi olduğu üçün gün ərzində çox vaxt yaşadığı evin içərisində olduğundan həyətə düşmür, ona oğlu qulluq edir. Eləcə də oğlu Təqsirləndirilən şəxs həyətyanı sahənin digər hissəsində əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini kultivasiya etməsi, həmçinin yaşadıqları evdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana saxlaması barədə məlumatı olmamış və ya görməmişdir. Həmçinin, əgər o, həmin bitkiləri və ya həmin qurudulmuş narkotik vasitəni görsəydi belə narkotik tərkibli çətənə (kannabis) bitkiləri olmasını bilməzdi. Çünki onun həmin bitki növlərinin xüsusiyyətləri barədə heç bir məlumatı yoxdur. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, baxış keçirilən yer Ağdaş rayonu, Pirəzə kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi və evin həyətyanı sahəsidir. Təqsirləndirilən şəxs ilkin olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin və yaşadığı evdə isə narkotik vasitə olması ilə bağlı Ağdaş RPŞ-yə məlumat daxil olması, bununla bağlı olaraq həmin evin həyətyanı sahəsinə və evə baxış keçirələcəyi bildirilmiş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, həyət iki hissədən ibarət olmuş, dəmir arakəsmə qapıdan keçərək digər tərəfə daxil olduqdan sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan narkotik tərkibli bitkilərin yerini göstərmiş, aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, diblərinin yumuşaldılıb, suvarılıb və onlara aqrotexniki qaydada qulluq olunduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin bitkiləri nə vaxt və hansı məqsədlə əkməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin bitkiləri 1 ay əvvəl məhsul vaxtı götürüb, qurudub, istifadə etməyi üçün əkdiyini bildirmişdir. Daha sonra həyətyanı sahədə torpağa əkilmiş ümumilikdə 02 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər təhqiqatçı tərəfindən torpaqdan çıxarılmış və hündürlükləri 77 və 78 sm olduğu müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olubolmadığı soruşulmuş, o, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlanılmış, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında olan dolabdakı fincanın içərisindən 01 ədəd sellofan bükümü təqdim etmiş, həmin sellofan bükümə təhqiqatçı tərəfindən baxış keçirilmiş, sellofan büküm açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan qurudulmuş bitki kütləsinin olması müəyyən olunmuş, daha sonra həmin büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisi 14,73 qram olmuşdur. İş materiallarında olan 25 iyun 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 20:42-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evinin həyətyanı sahəsinə və evinə baxış keçirildikdən sonra rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həyətyanı sahəsində aşkar olunan 02 ədəd narkotik tərkibli bitkini hansı məqsədlə və nə vaxt əkməsi soruşulmuş, Təqsirləndirilən şəxs həmin bitkinin toxumlarını 1 ay əvvəl istifadə etməyi üçün əkdiyini və onlara qulluq etdiyini bilirdirmiş, daha sonra təhqiqatçı ondan yaşadığı evdə aşkar olunun narkotik vasitəyə bənzər bitki kütləsinin kimə məxsus olduğunu və hansı məqsədlə evdə saxladığını soruşmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmiş, bundan sonra təhqiqatçının ona hüquq və vəzifərini izah etdikdən sonra üzərində olan əşyaları tək-tək masanın üzərinə qoymağını təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd üzərinə “GSS” sözləri yazılmış, ağzı açıq şəkildə olan siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan həmin şalvarın sol yan cibindən isə 01 ədəd üzərinə “GSS” sözləri yazılmış ağzı bağlı şəkildə olan siqaret qutusunu çıxararaq masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin onun üzərindən başqa hər hansı əşya, predmət və ya maddə aşkar olunmamış, daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağzı açıq şəkildə üzərindən istifadə edilmiş siqaret qutusuna baxış keçirmiş, içərisində siqaret dənəcikləri olmasının müəyyən olunmuş, daha sonra digər siqaret qutusunun da ağzı açılaraq baxış keçirilmiş, içərisində siqaret dənəciklərinin olması müəyyən olunmuş, bundan başqa həmin siqaret qutularının içərisində iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmiş, təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunan 02 ədəd narkotik tərkibli bitkinin kimə məxsus olmasını, hansı məqsədlə və nə vaxt əkdiyi soruşulmuş, Təqsirləndirilən şəxs həmin bitkilərin özünə məxsus olduğunu, 1 ay əvvəl istifadə etməyi üçün əkdiyini və onlara qulluq etdiyini bildirmiş, təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə aşkar olunun narkotik vasitəyə bənzər bitki kütləsinin kimə məxsus olduğunu və haradan əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin bitki kütləsini Kür çayından balıq ovlamaq üçün gedərkən çayın sahilində yerdən tapdığını, şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar özünə qaytarılmışdır. İşin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 26 iyun 2024-cü il tarixli 3- 16-16-2-17/559 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş..02 ədəd bitki...” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 02(iki) ədəd, uzunluqları 77 sm və 78 sm, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 114,15 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitəyə bənzər...” yazısı, adlar və imzalar olan zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 13,95 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.İşin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 18 mart 2024-cü il tarixli 492 saylı rəyindən görünür ki, X5 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2024-cü il tarixli 1146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 04 iyul 2024-cü il tarixli 453 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 1) cinayəti törədən zaman o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi fəaliyyətin müvəqqəti pozulmaslı və kəmağıllıq xəstəliyindən əzab çəkməmişdir, 2) hazırda onu istintaqa düzgün ifadə vermək qabiliyyətindən məhrum edən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əzab çəkmir, 3) xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından və kəmağıllıq xəstəliyindən əzab çəkməməsi səbəbindən onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur, 4) istintaq olunan cinayət əməlini törədərkən onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşməmişdir. İşin materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 03 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarının sürətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə cəzasının 07 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 29 iyul 2024-cü il tarixli C/1-1296 nörməli məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin 7(075)-250/2023-cü il saylı 30 oktyabr 2023-cü il tarixli qərarı üzrə X7 cəzasını 06 iyun 2024-cü ildə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş Rayon İcra və Probasiya Şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli, 5-32- 12/2-224/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – anası X2 ibarətdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Pirəzə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 18 iyul 2024-cü il tarixli 5-32-12/2-223/2024 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İşin materillarında olan “Şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulması onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 25 iyun 2024-cü il tarixdə saat 20:42-dən hesablanmışdır. İş materiallarında olan 27 iyun 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyun 2024-cü il tarixdə saat 16:00-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 03 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Ağdaş rayon prokurorluğunda araşdırılmış material üzrə Azərbaycan Respublikası CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitənin evinə polis əməkdaşları tərəfindən qoyulması barədə ifadə versə də, onun bu ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, baxış keçirilməsinin qeydə alındığı videoçəkiliş, iş üzrə şahidlərin həm ibtidai istintaq, həmçinin hazırki məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst-üstə düşən və bu səbəbdən də mötəbərliyi şübhə doğurmayan ifadələri ilə, ekspert rəyləri və digər sənədlərlə təkzib edildiyindən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı evində narkotik vasitə aşkar olunmaması barədə verdiyi ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri isə yuxarıda qeyd edilən əsaslara görə mötəbər sübut kimi qəbul edilməklə, elan edilmiş ittihamın və hökmün əsasına məhz sonuncuların ifadələri qoyulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini və yenidən qəsdən cinayət törətməsini, yəni cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkumluğun anlayışı Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən aşağıdakı kimi verilmişdir: cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs sonuncu dəfə Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.4, 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə cəzasının 07 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad edilməsini və həmin tarixdən 6 il müddət keçmədən yenidən qəsdən hazırki cinayəti törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq təyin olunmuş cəzadan heç bir nəticə çıxarmayaraq yenidən cinayət törətməsi islah olunmamasına dəlalət edir və bütün bunları nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədlərinə nail olmağı qeyri mümkün hesab edir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixə şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 (iki) ədəd çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 114.05 qramı və aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 13.93 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evinin həyətyanı sahəsinə və evə baxış keçirilən zaman, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdən 27 iyun 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 (iki) ədəd çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış 114.05 qramı və aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 13.93 qramı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evinin həyətyanı sahəsinə və evə baxış keçirilən zaman, həmçinin üzərində şəxsi axtarış və götürmə aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar