Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-138/2022 23.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X6 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs Zərəçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1999-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Soğanverdilər kəndində qeydiyyatda olan və yaşayan, Ağdam rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 2(iki) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri təqsirləndirilməsinə dair cinayət işinə 23 dekabr 2022-ci il tarixdə Ağdaş rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham olunur ondan ötrü ki, o, xx.xx.2022-ci il tarixdə saat 03:30 radələrində Ağdam rayon Mərzili kəndində qeydiyyatda olan və Ağdam rayonu Qaçqınlar şəhərciyində yaşayan xx.xx.1982-ci il təvəllüdlü X7 ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək, özgənin əmlakını gizli yolla talama məqsədilə ünvan 1 ünvanında yaşayan X3 məxsus Mingəçevir-Şamaxı-Bakı Magistral yolunun kənarında, Ağdaş rayon Gürcüva kənd ərazisində yerləşən saxlanc yeri olan ərzaq mağazasının arxasında olan ağ rəngli plastik materialından hazırlanmış nəfəsliyi sındıraraq yerindən çıxartdıqdan sonra həmin yerdən mağazaya qanunsuz daxil olaraq, kassanın yan tərəfində olan piştaxtadan hər biri 2 manat 10 qəpik dəyərində olmaqla cəmi 21 manat dəyərində 10 ədəd Viceroy markalı, hər biri 2 manat 60 qəpik dəyərində olmaqla cəmi 26 manat dəyərində 10 ədəd Rhotmans markalı, hər biri 2 manat 30 qəpik dəyərində olmaqla cəmi 11 manat 50 qəpik dəyərində 5 ədəd Senator markalı, ümumilikdə 58 manat 50 qəpik dəyərində siqaretləri və 520 manat nəğd pul əskinaslarını gizli talamaqla, zərərçəkmiş şəxsə ümumilikdə 578 manat 50 qəpik ziyan vurmaqla özgənin əmlakını gizli olaraq oğurladıqdan sonra həmin əmlakı əlbir olduğu Vüqar Vəliyevlə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, əvvələr məhkum olunmadığını, Ağdam və Bərdə ərazisindən bir neçə dəfə mal qara oğurluğu etdiklərini, həmin oğurluqda Vüqar və başqa bir neçə nəfər şəxslə birlikdə olduqlarını, buna görə Ağdam rayon məhkəməsi tərəfindən məhkum olunduğunu, xx.xx.2022-ci il tarixdə tanışı Vüqar Vəliyevin ona zəng edərək Ağdaş şəhərinə getmək lazım olduğunu, orada işlərinin olduğunu bildirdiyini, bundan sonra görüşdüklərini, Vüqarın ona orada mağaza olduğunu, həmin mağazadan oğurluq etmək lazım olduğunu bildirdiyini, Vüqarın Ağdaş rayonu ilə hansısa formada əlaqəsi olduğunu, Vüqarın ya Ağdaşda yaşadığını, ya da qohumlargilə gəlib getdiyini, ona görə də Vüqarın Ağdaş ərazisini tanıdığını, bundan sonra Vüqara məxsus Xəzər-Lada markalı avtomobillə Ağdaş şəhərinə gəldiklərini, Ağdaş şəhərində Ağdaş-Göyçay yolunun üzərində olan qəbristanlığın yanına çatanda Vüqarın yolun sağında olan mağazanı göstərib buradan oğurluq edə biləcəklərini bildirdiyini, bundan sonra Vüqarın mağazanın çölündə gəlib gedən olsa ona xəbər etməsi üçün dayandığını, özünün isə arxa tərəfində olan plastik pəncərəni arxadan basıb açıb içəri girdiyini, içəri qaranlıq olduğunu, içəridən olan kassanı açdığını və kassada pul olduğunu gördüyünü və pulu götürdüyünü, daha sonra mağazadan iki blok da siqaret götürdüyünü, həmin siqaretlərdən bir bloku Rhotmans, bir bloku isə Palmall siqareti olduğunu, daha sonra mağazaya girdiyi yerdən çıxdığını və Vüqarın avtomobilinə oturduğunu, mağazadan götürdüyü pulu saydığını, həmin pulun 299 manat olduğunu, həmin pulun 80 manatını özünə götürdüyünü, qalan pulu isə Vüqara verdiyini, siqareti isə Vüqarın avtomobilinə tulladığını, bir neçə paçkasını pzü götürdüyünü, qalanının isə Vüqarın avtomobilində qaldığını, həmin mağazaya, mağazanın arxasında olan plastik pəncərədən daxil olduğunu, həmin oğurluğu Vüqarla birlikdə etdiyini, mağazadan oğurluq edən zaman onları görən olmadığını, Ağdaş rayonunu yaxşı tanımadığını, Ağdaş rayonu ilə Vüqarın əlaqəsi olduğunu, Ağdaş şəhəri ərazisindən oğurluq etməyi də ona Vüqarın təklif etdiyini, onu həmin yerə Vüqarın gətirdiyini, Vüqarın avtomobili ilə gəldiklərini, mağazanı da ona Vüqar göstərdiyini, rayon ərazisini yaxşı tanımasa da, yalnız oğurluq etdiyi ərazini və həmin mağazanı göstərə biləcəyini göstərmişdir. Məhkəmədən son sözündə əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyi olmadığını, Mingəçevir-Şamaxı-Bakı magistral yolunun kənarında Ağdaş rayon Gürcuva kənd ərazisində yerləşən özünə məxsus ərzaq mağazası olduğunu, həmin mağazanı özü işlətdiyini, mağazanı səhər saatlarında saat 07:00 radələrində açıb saat 00:00 radələrinədək işlətdiyini, xx.xx.2022-ci il tarixdə saat 00:00 radələrində mağazanı bağlayıb yaşadığı evə getdiyini, xx.xx.2022-ci il tarixdə təxminən saat 07:00 radələrində işçisi Qalib Səmədovun mağazanı açan zaman mağazanın arxa hissəsində yerləşən plastik pəncərəni yerindən çıxararaq naməlum şəxs və ya şəxslər mağazaya daxil olduğunu gördüyünü, həmin vaxtlarda Qalib Səmədovun onun istifadəsində olan mobil nömrəsinə zəng edərək mağazaya gecə saatlarında kimlərinsə daxil olduqlarını bildirdiyini, özünün də dərhal yaşadığı evdən mağazaya gələn zaman mağazanın arxa plastik pəncərəsi çıxarılaraq yerə qoyulmuş və həmin yerdən mağazaya daxil olaraq pulları saxladıqları çəkməcəsində olan pulları və tütün məmulatı olan siqaretləri oğurladıqlarını gördüyünü, həmin vaxt bu barədə Ağdaş RPŞ-ə məlumat verdiyini, sonradan çəkməcədəki pulları hesablayan zaman 520 (beş yüz iyirmi) manat pulu, 01 blok (içərisində 10 ədəd siqaret paçkası olan) “Viceroy” markalı 19 manat dəyərində, 01 blok “Rotmans” markalı 23,60 manat dəyərində və 05 paçka “Senator” markalı hər biri 2,30 manat olan siqaretlər oğurlandığını müəyyən etdiyini, ona ümumilikdə 574,10 manat maddi ziyan dəydiyini göstərmişdir. Məhkəmədə təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid Nazim oğlu ifadəsində heç bir ruhi əsəb xəstəliyi olmadığını, Zərərçəkmiş şəxs tanıdığını, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, təxminən 20-25 gün öncə Ağdaş şəhəri Maşad küçəsində Bakı-Şamaxı-Mingəçevir magistral yolunun kənarında yerləşən çayxanalardan birində olan zaman gecə təxminən saat 01:00 radələrində Ağdam rayon sakini Vüqar Vəliyev və yanında birinci dəfə gördüyü və əvvəllər tanımadığı, sonradan adının Şəmistan olduğunu bildiyi bir nəfər şəxslə onun yanına gəldiklərini, həmin zaman Vüqarın ona “Bakı- Şamaxı-Mingəçevir magistral yolunun kənarında yerləşən ərzaq mağazasına oğurluğa girərək mağazadan pul və siqaret götürək, sən də, mağazanın kənarında durarsan kimlərsə gələrsə bizlərə xəbər verərəsən” dediyini, özünün də Vüqar və yanında olan şəxslə çayxanadan çıxaraq magistral yolun kənarı ilə "Şəhidlər" abidəsinin qarşısına getdiklərini, həmin yerdə dayandıqlarını və Vüqarın ona “sən burada bizlərə gözətçi qalarsan, biz mağazaya daxil olub oğurluq edəcəyik, əgər kimlərsə mağazaya tərəf gələrsə bizə xəbər verərəsən” dediyini, özünün də həmin vaxt oğurluq etməkdən qorxub Vüqara və onun yanında, olan Şəmistan adlı şəxsə “mən sizlərlə birgə oğurluqa şərik ola bilmərəm və mən belə hərəkət etməyəcəm” dediyini, həmin vaxt Vüqarın, yanında olan şəxs və özünün Ağdaş şəhəri Maşad qəbirsanlığının içərisi ilə öz evlərinə gedən zaman Vüqarın “mən özümü oradan oğurluq edəcəm” dediyini, daha sonra onlardan uzaqlaşaraq öz yaşadığı evə getdiyini, bundan təxminən 4-5 gün sonra Vüqarı və digər tanımadığı şəxsi görmədiyini, lakin sonradan həmin mağazadan oğurluq olduğunu eşitdiyini, həmin oğruluqda iştirakı olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3332 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda edilən siqaretlərin 2022-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 58,5 manat müəyyən edilir. Həmin siqaretlərin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Viceroy 10 qutu -2,10 manat-21 mana; Rhotmans 10 qutu- 2,60 manat-26 manat; Senator-5 qutu-2,30 manat-11 manat 50 qəpik. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 1(013)-06/2022 saylı 31 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 05 avqust 2022-ci il tarixli 220 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Soğanverdilər kəndində yaşamaqla ailə tərkibi: atası – X10 və anası- X1 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bərdə rayon İHB-nın Soğanverdilər kənd İnzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən zərərçəkmiş şəxs X2 21 dekabr 2022-ci il tarixli ərzəsində görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənmişdir Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2022-ci il tarixdə saat 11:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-26/2022 saylı xx.xx.2022-ci il tarxli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir, həbs etmənin əvvəli 27 fevral 2022-ci tarixdən saat 11:55-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 4(014)-62/2022 saylı xx.xx.2022-ci il tarxli qərarı ilə həbs qətimkan tədbiri 01 ay 20 gün yəni, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və ona törətdiyi cinayətə görə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, «istənilən məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsinin tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 66.5-cü maddəsinə əsasən hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Ağdam Rayon Məhkəməsinin 1(013)-06/2022 saylı 31 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 27 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 20 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdam Rayon Məhkəməsinin 1(013)-06/2022 saylı 31 may 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona təyin edilmiş 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbsə alındığı vaxtdan yəni, 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ73İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. (Həbsdə olan təqsirləndirilən şəxs aldığı vaxtdan 20 gün müddətinə). Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-138/2022
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-138/2022
23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver