Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-138/2023 23.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakları ilə 07 avqust 1986-cı ildə Ağdaş rayonu, Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Ağdaş rayonu, Pirəzə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 18,55 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşıyaraq, xx.xx.2023-cü il tarixdə saat 01 radələrində əvvəlcədən aralarında olan danışıqlarına əsasən Ağdaş rayonu, Pirəzə kəndində yerləşən qəbirstanlığın yaxınlığındakı çay daşının altına qoyaraq əvvəllər tanıdığı Ağdaş rayonu, Nehrəxəlil kənd sakini X3 heç bir mənfəət əldə etmədən pay kimi vermiş, xx.xx.2023-cü il tarixdə saat 01:42 radələrində Ağdaş RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X11 rayonu, Pirəzə kəndində saxlanılaraq RPŞ-yə gətirildikdən sonra Ağdaş şəhəri, M.İsayev 12 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 02:08-dən 02:28-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 18,55 qram kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Pirəzə kəndində ailəsi ilə birlikdə yaşadığını, subay olduğunu, heç bir bir ruhi-əsəb və s. xəstəliyinin olmadığını, əvvəllər narkotik vasitə istifadə etdiyini, Azərbaycan Repsublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:15 radələrində Ağdaş rayonu, Pirəzə kəndi ərazisində piyada hərəkət edən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və narkotik vasitələrdən istifadə etməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etdiklərini, onlarla birlikdə polis şöbəsinə gəldiyini, polis şöbəsində ona maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi təyin olunduğunu, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd salfetkanın aşkar edilərək götürüldüyünü, şəxsi axtarış zamanı polis əməkdaşının ondan kiməsə narkotik vasitə verib-vermədiyini soruşduğunu, həmin vaxtı “Baba” kimi tanıdığı Ərrəhman adlı şəxsin ona zəng etdiyini, narkotik vasitə istədiyini və Ərrəhmana yabanı halda yetişən narkotik vasitə bitkilərindən topladığı 1 ədəd sellofan bükümdə qurudulmuş marixuana verdiyini bildirdiyini, şəxsi axtarışın videokamera vasitəsilə videoqeydə alındığını, şəxsi axtarışın başa çatdığını və protokol tərtib olunduğunu, protokola imza etdiklərini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-narkoloji ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında şahid X5 ifadəsində Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs tanıdığını, onunla uzun müddətdir ki, dostluq münasibətinin olduğunu, Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyin olmadığını, 2 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat təxminən 19:00 radələrində Təqsirləndirilən şəxs zəng edərək qonağının olduğunu və istifadə etmək üçün narkotik vasitə istədiyini bildirdiyini, Təqsirləndirilən şəxs də narkotik vasitə istifadə etdiyini və onda narkotik vasitə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs də yabanı halda yığdığı narkotik vasitə qurudulmuş marixuanasının olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitəni Ağdaş rayonu, Pirəzə kəndində yerləşən qəbirstanlığın yanında verəcəyini bildirdiyini və onunla razılaşdığını, işi olduğu üçün Pirəzə kəndinə gec getməli olduğunu, bir müddət sonra Təqsirləndirilən şəxs ona yenidən zəng etdiyini və işinin olduğunu bildirərək narkotik vasitə qurudulmuş marixuananı Ağdaş rayonu, Pirəzə kəndində yerləşən qəbirstanlığın yaxınlığındakı çay daşının altına qoyduğunu bildirdiyini, xx.xx.2023-cü il tarixdə günorta saat 13:00 radələrində Ağdaş rayonu, Pirəzə kəndində yerləşən qəbirstanlığın yanındakı çay daşının altından 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürdüyünü və həmin yerdən uzaqlaşdığını, Təqsirləndirilən şəxs ona verdiyi narkotik vasitə qurudulmuş marixuanaya görə ondan pul istəmədiyini və həmin narkotik vasitəni ona pay verdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində Ağdaş RPŞ-nin PPXB-nin manqa komandiri işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı fərdi yaşayış evində saxlaması, həmçinin narkotik vasitələri istifadə etməsində şübhəli olmasının qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, ilk öncə Ağdaş Rayon Məhkəməsindən alınmış qərar əsasında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evindən istifadəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddənin aşkar olunmadığını, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində onun və əməliyyat müvəkkili Şahid1 iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində saxlanıldığını, həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli olmadığından onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs razılaşdığını və onu Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Vüsal Əzəmmədovun xidməti otağına gətirildiklərini, həmin vaxt axtarış aparılmasında iştirak etmək üçün Ağdaş rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi qismində təhqiqatçı Vüsal Əzəmmədovun xidməti otağına dəvət olunduğunu, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, daha sonra onun, müdafiəçinin, əməliyyat müvəkkili Şahid1 iştirakı ilə təhqiqatçı Vüsal Əzəmmədov RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis kapitanı Elçin Yahyayevin video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başladığını, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçının Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd quru salfetkanı çıxarıb masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçı Vüsal Əzəmmədov tərəfindən şəxsi axtarış davam etdirildiyini, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmetin aşkar edilmədiyini, daha sonra təhqiqatçı X8 Babayevə şifahi şəkildə suallar verdiyini və əvvəllər kiməsə narkotik vasitə satıb-satmamasını soruşduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs 3-4 gün əvvəl “Baba” kimi tanıdığı Ərrəhmana 1 ədəd sellafon bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı pay olaraq verdiyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd salfetkanın iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Ağdaş rayonu, Pirəzə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində, yaşadığı fərdi yaşayış evində saxlaması, həmçinin narkotik vasitələri istifadə etməsində şübhəli olmasının qeyd olunduğunu, həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Ağdaş RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edildiyini, ilk öncə Ağdaş Rayon Məhkəməsindən alınmış qərar əsasında xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evindən istifadəsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddənin aşkar olunmadığını, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində onun və PPXBnün manqa komandiri Şahid2 iştirakı ilə Ağdaş rayonu, Pirəzə kəndi ərazisində saxlanıldığını, həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli olmadığından onu Ağdaş RPŞ-yə dəvət etdiklərini, Təqsirləndirilən şəxs razılaşdığını və onu Ağdaş RPŞ-nin inzibati binasında təhqiqatçı Vüsal Əzəmmədovun xidməti otağına gətirildiklərini, həmin vaxt axtarış aparılmasında iştirak etmək üçün Ağdaş rayon Hüquq məsləhətxanasının vəkili Müdafiəçi qismində təhqiqatçı Vüsal Əzəmmədovun xidməti otağına dəvət olunduğunu, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğunu, hüquq və vəzifələrinin ona izah olunduğunu, daha sonra onun, müdafiəçinin, PPXB-nün manqa komandiri Şahid2 iştirakı ilə təhqiqatçı Vüsal Əzəmmədov RPŞ-nin Kriminalistik TQ-nun baş inspektor kriminalisti, polis kapitanı Elçin Yahyayevin video çəkiliş aparması ilə onun üzərində axtarış aparmağa başladığını, axtarış aparmağa başlamamışdan əvvəl təhqiqatçının Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd quru salfetkanı çıxarıb masanın üzərinə qoyduğunu, daha sonra təhqiqatçı Vüsal Əzəmmədov tərəfindən şəxsi axtarış davam etdirildiyini, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmetin aşkar edilmədiyini, daha sonra təhqiqatçı X8 Babayevə şifahi şəkildə suallar verdiyini və əvvəllər kiməsə narkotik vasitə satıb-satmamasını soruşduğunu, həmin vaxtı Təqsirləndirilən şəxs 3-4 gün əvvəl “Baba” kimi tanıdığı Ərrəhmana 1 ədəd sellafon bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı pay olaraq verdiyini bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd salfetkanın iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd quru salfetkanı çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Vüsal Əzəmmədov tərəfindən şəxsi axtarış davam etdirilmiş, lakin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı X12 Babayevə şifahi şəkildə suallar vermiş və əvvəllər kiməsə narkotik vasitə satıb-satmamasını soruşmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs 3-4 gün əvvəl “Baba” kimi tanıdığı Ərrəhmana 1 ədəd sellafon bükümdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı pay olaraq verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd salfetka iş üçün əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 894 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X13 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-573/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X13 poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli, c/1-897 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(043)-15/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə cəzasını xx.xx.2022-ci il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik qalmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 aprel 2023-cü il tarixli, 5-32-12/2-155/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: anası:1963-cü il təvəllüdlü X1 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 31 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 21:15də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 02 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 10:30-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş narkoloji ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və narkoloji ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-138/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-138/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver