Məhkəmə qərarları › İş №1(014)-138/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-138/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-138/2024 25.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibləri Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı1, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda dələduzluq cinayətini törətmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 X17u FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2019-cu il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada Zərərçəkmiş şəxs1 8000 (səkkiz min) manat pulu alıb ələ keçirməklə sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda 8000 (səkkiz min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Bakı şəhərində sürücü vəzifəsinə işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən “Ləki Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs2 1500 (min beş yüz) manat pulu alıb ələ keçirməklə sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1500 (min beş yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 oğlu İsmayıl Qurbanovu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2023-cü ilin iyun ayının ortalarında Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “Ləki” restoranın qarşısında Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2107” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan 6000 (altı min) manat pulu ələ keçirməklə ona aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda 6000 (altı min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2023-cü ilin avqust ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən bazarın yaxınlığında ərzaq mağazasının qarşısında Zərərçəkmiş şəxs4 1000 (min) manat pulu alaraq və xx.xx.2023cü il tarixdə isə sonuncu tərəfindən 500 (beş yüz) manat pulun Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “1inci” marketdəki “MPAY” ödəmə terminalı vasitəsilə özünə məxsus 416973******4195 nömrəli bank kartına köçürülməsinə nail olaraq ona aldatma və etibardan sui-istifadə etmə yolu ilə 1500 (min beş yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra 2023-cü ilin sentyabr ayının əvvələrində Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən çayxananın yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2107” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan 3000 (üç min) manat pulu ələ keçirməklə ona aldatma və etibardan suiistifadə etmə yolu ilə 3000 (üç min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 oğlu Kamran Məmmədovu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü vəzifəsinə işə düzəldəcəyi adı inandırıb özünə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs5 tərəfindən xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə 3800 (üç min səkkiz yüz) manat pulun Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “Ləki Store” marektində olan terminal vasitəsilə özünə məxsus 416973******4195 nömrəli bank kartına köçürülməsinə nail olaraq sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda 5800 (beş min səkkiz yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 X18u Bakı şəhərində yerləşən şirkətlərin birində hüquqşünas vəzifəsinə işə düzəldəcəyinə inandırıb özünə qarşı inam yaratdıqdan sonra Zərərçəkmiş şəxs6 tərəfindən xx.xx.2024-cü tarixdə əvvəlcə 1000 (min) manat, daha sonra 3000 (üç min) manat pulun "xxxx" ASC-nin Ağdaş rayon filialında yerləşən bankomatın yanında olan “Milliön” ödəmə terminalı vasitəsilə özünə məxsus 416973******4195 nömrəli bank kartına köçürülməsinə nail olaraq sonuncuya aldatma və etibardan sui-istifadə etmə yolu ilə 4000 (dörd min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olnaraq araşdırılmış, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən 2009-cu ilədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsində, 2009-cu ildən 2011-ci ilədək isə Qusar rayonunda “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu işləmiş, daha sonra isə alver ilə məşğul olmağa başlamışdır. 2019-cu ilin may ayının ortalarında Qusar rayonunda “N” saylı hərbi hissədə tanış olduğu Şahid4 ona zəng edərək 1 nəfər tanışı olduğunu, onu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o da həmin şəxsə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Elnurla danışıb tanışları olduğunu, həmin şəxsi işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra Elnur ona həmin şəxsin onunla görüşmək istədiyini söyləmiş, o da razılaşmışdır. 2019-cu may ayının ortalarında özü, Elnur, Elnurun qohumu Pərviz və Namət Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşmüşlər. Söhbət zamanı Elnur onu Zərərçəkmiş şəxs1la tanış etmişdir. Namətə oğlunu işə düzəldəcəyini, vəzifədə olan tanışları olduğunu, amma bilmək olmaz bu işin nə qədər çəkə biləcəyini, ola bilər bir ay olsun, ola bilər bir il olacağını demiş, Namət də gözləyəcəyini demişdir. Daha sonra Namətə bu işi 8000 (səkkiz min) manata görəcəyini demiş və razılaşmışlar. Sonradan əlaqə saxlamaq üçün bir-birinin telefon nömrələrini götürmüşlər. 24 may 2019-cu il tarixdə Namət ona zəng edib pulun hazır olduğunu, Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşərək pulu verməyini bildirmiş, o da razılaşmış və həmin gün ikisi Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşmüşlər. Zərərçəkmiş şəxs1 8000 manat pulu ona vermiş, o da pulu götürüb əynindəki şalvarın cibinə qoymuş və ona oğlunu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəldəcəyi vədini vermişdir. Zərərçəkmiş şəxs1 yenə də bu işin bir ay da çəkə biləcəyini, bir il də çəkə biləcəyini, onu tələsdirməməyini söyləmişdir. Sağollaşıb ayrıldıqdan 20 gün sonra Elşəni işə qəbul olmaq üçün həkim komissiyasına göndərmiş, lakin ürəyində narahatlıq olduğu üçün komissiyadan keçə bilməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Elşəni yenidən həkim komissiyasına göndərmiş, 2 ay sonra səhhətində narahatlıqlar olduğu üçün yenidən mənfi rəy vermişlər. İşin alınmayacağını gördükdən sonra Zərərçəkmiş şəxs1 alıdığı pulun bir hissəni borclarına, bir hissəsini isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 ona dəfələrlə zəng edərək pulunu geri istəmişdir. O, isə işin düzələcəyini söz verərək pulu geri qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 ilə SHXÇDX-nin Ağdaş Rayon Şöbəsində işləyən zaman münasibətləri yaranmışdır. İşdən çıxdıqdan sonra ara-sıra görüşüb söhbət etmişlər. 2022-ci ilin oktyabr ayında təsədüfən Ağdaş şəhərində qarşılaşmışlar və görüşüb söhbət edən zaman ona heç yerdə işləmədiyini, iş yeri olarsa ona köməklik etməyini xahiş etmişdir. O da ona narahat olmamasını, tanışları olduğunu, onu işə düzəldəcəyini demişdir. Sonra Ramisin telefon nömrəsini götürmüş və əlaqə saxlayacağını demişdir. 05 dekabr 2022-cü il tarixdə Zərərçəkmiş şəxs2 zəng edərək Bakı şəhərində əmək haqqı 600-700 manat olan sürücü işi olduğunu, ona işləmək istədiyini bildirmişdir. Bundan sonra ondan işə düzəlmək üçün 1500 manat pul istəmiş və həmin gün saat təxminən 13 radələrində Zərərçəkmiş şəxs2 və Ramisin qohumu Şahid3 ilə birikdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən “Ləki Oil” yanacaq doldurma məntəqəsinin ərazisində görüşmüşlər və Zərərçəkmiş şəxs2 1500 manat pulu onu Bakı şəhərində əmək haqqı 600-700 manat olan sürücü işinə düzəlmək üçün ona vermişdir. Sağollaşdıqdan sonra Bakı şəhərinə gəlmiş və həmin pulu borclarına vermişdir. Daha sonra Zərərçəkmiş şəxs2 bir neçə dəfə ona zəng edib iş haqqında maraqlansa da ona işin düzələcəyini vəd edərək narahat olmamasını bildirmişdir. Bundan əlavə o, Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. 2023-cü ilin iyun ayının ortalarında Ramis ona zəng edərək Daşqın adlı tanışı olduğunu, oğlunu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəltmək istədiyini, Daşqının oğlunu orada işə düzəldib-düzəldə bilməyəcəyini soruşmuşdur. Ramisə Bakı şəhərində tanışları olduğunu, onların köməkliyi ilə Daşqının oğlu İsmayılı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldə biləcəyini söyləmişdir. Həmin şəxslə danışıb ona məlumat verəcəyini söyləmiş, daha sonra Ramisin ona zəng edib onunla görüşmək istədiklərini demişdir. Onlar da razılaşmış və 1 həftə sonra özü, Zərərçəkmiş şəxs2, Şahid3 və Zərərçəkmiş şəxs3 Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Ləki Restoranda görüşmüşlər. Söhbət zamanı Zərərçəkmiş şəxs3 Bakı şəhərində tanışları olduğunu, onların vasitəsilə oğlu İsmayılı 3 ay müddətində “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldəcəyinə söz vermiş, bunun müqabilində isə Zərərçəkmiş şəxs3 6000 (altı min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşmış və pul tapmaq üçün vaxt istəmişdir. Daha sonra əlaqə saxlamaq üçün bir-birinin telefon nömrələrini götürdükdən sonra sağollaşıb oradan ayrılmışlar. Bundan iki gün sonra yenə də Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Ləki Restoranda görüşmüşlər. Ramis və İsrəfil restoranın həyətində dayanmış, Daşqın və özü ona məxsus “VAZ 2107” minik markalı, **-KA-*** dövlət qeydiyyat nışanlı avtomobilə əyləşmilər. Həmin vaxt Daşqın 6000 (altı min) manat pulu oğlu İsmayılı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işə düzəltmək məqsədilə ona vermişdir. Daha sonra sağollaşıb Bakı şəhərinə qayıtmış və həmin pulun bir hissəsini borclarını, bir hissəsini isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 SHXÇDX-nin Ağdaş Rayon Şöbəsində işləyən zaman tanımışdır. 2023-cü ilin avqust ayında Təbriz ona zəng edərək onu Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işə düzəltməyini xahiş etmiş, o da Təbrizə narahat olmamasını, tanışlar olduğunu, onu işə düzəldəcəyini, ona tezliklə xəbər edəcəyini demişdir. Bir gün sonra Təbrizə zəng edib işə düzəlmək üçün 1500 manat pul lazım olduğunu söyləmiş və razılaşdıqdan sonra 2023-cü ilin avqust ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən bazarın yaxınlığında ərzaq mağazasının qarşısında görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs4 Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işə düzəlmək məqsədilə ona 1000 (min) manat pul vermiş, 500 (beş yüz) manatı isə hazırda üzərində olmadığından təxminən 1 həftəyə kartına vuracağını söyləmiş və razılaşmışlar. Daha sonra sağollaşıb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs4 xx.xx.2023-cü il tarixdə istifadəsində olan "xxxx" ASC-yə məxsus son 4 rəqəmi 4195 olan kartına 500 (beş) manat göndərmişdir. Bundan sonra Təbriz bir neçə dəfə ona zəng edib iş haqqında maraqlansa da işin düzələcəyini söz verib narahat olmamasını bildirmişdir. 2023-cü ilin sentyabr ayının əvvələrində Raminə zəng edərək bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirməyin mümkün olub-olmadığını soruşmuş, bunun asan iş olduğunu, tanışları olduğunu və bu iş üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmişdir. Daşqın onunla razılaşmış, daha sonra rayona gəlmiş və günorta saatlarında Daşqın və tanışı Kamil ilə Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt aralarında yaranan söhbət zamanı Zərərçəkmiş şəxs3 oğlu İsmayılın “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü işləyəcəyini, növbəli işləmək üçün əlavə adamda lazım olduğunu bildirmişdir. Həmin vaxt Kamil ona oğlunu həmin yerdə işə düzəlməsini istədiyini söyləmişdir. Özü isə ondan bu iş üçün 6000 (altı min) manat pul istəmişdir. Kamil onunla razılaşmış və bir-iki günə pul tapıb verəcəyini söyləmiş və razılaşmışlar. Daha sonra çayxanının yaxınlığında Zərərçəkmiş şəxs3 məxsus “VAZ 2107” minik markalı, **- KA-*** dövlət qeydiyyat nışanlı avtomobilə əyləşmişlər. Daşqının bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirmək məqsədilə onun yerinə ona 3000 (üç min) manat pul vermişdir. Bundan sonra onlarla sağollaşıb Bakı şəhərinə qayıtmışdır. Bir neçə gün sonra Kamil ona zəng edərək 5800 manat pul tapa biləcəyini söyləmiş və onunla razılaşmışdır. Ona tanışlarından xahiş edib 200 manatı həmin puldan çıxartdıracağını, narahat olmamasını, 5800 manata Kamranı işə düzəldəcəyini demişdir. Bundan sonra Kamil telefon vasitəsilə onunla əlaqə saxlayıb oğlu Kamranı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü vəzifəsinə işə düzəltmək məqsədilə istifadəsində olan "xxxx" ASC-yə məxsus son 4 rəqəmi 4195 olan kartına xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə isə 3800 (üç min) manat olmaqla, ümumilkdə 5800 (beş min səkkiz yüz) manat pul vurmuşdur. Həmin 5800 manat pulu da borcları və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 onun iş yoldaşı Elgün Bilalovun anasıdır. Elgün Bilalov ilə SHXÇDX-nin Ağdaş rayon Şöbəsində birlikdə işləmişlər. Həmin vaxtdan sonra da münasibətləri olmuşdur. Bakı şəhərində olan vaxt Zərərçəkmiş şəxs6 zəng edib Elgünün iş yoldaşı olduğunu, onu tanıdığını, bundan sonra Zərərçəkmiş şəxs6 hazırda Bakı şəhərində şirkətlərin birində mühafizəçi işlədiyini, tanışları olduğunu, Elgünü Bakı şəhərində fəaliyyət göstərən şirkətlərin birinə hüquqşünas kimi işə düzəldə biləcəyini, bunun üçün 4000 manat pul lazım olduğunu bildirmiş və onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs6 oğlu Elgünü işə düzəltmək üçün istifadəsində olan "xxxx" ASC-yə məxsus son 4 rəqəmi 4195 olan kartına əvvəcə 1000 (min) manat, daha sonra isə 3000 (üç min) manat pul göndərmişdir. Elgün Bakı şəhərinə gəlmiş və Elgünü qarşılayıb yaşadığı evə aparmışdır. Lakin Elgün həmin gün Əhmədli rayonunda yerləşən özünə məxsus evinə getmişdir., bundan sonra həmin pulu borcları və şəxsi ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra isə Zərərçəkmiş şəxs6 ona zəng edərək Elgünün rayona qayıtdığını və pulu qaytarmağını söyləmiş, özü isə ona pulunu geri qaytaracağını söyləsə də, pulu xərclədiyi üçün vədinə əməl edə bilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ziyanın ödnilməsi barədə verdikləri ərizələrlə məhkəmə iclasında verdikləri ifadələri arasında yaranmış ziddiyyət barədə sual verərkən, sonuncu zərəçəkmiş şəxslərin düz danışdıqlarını bildirib, ziyanı ödəyəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında son söz söyləyərkən bildirdi ki, hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxslərə vurduğu ziyanın bir qismini ödəmişdir, bir qismini özündən başqa ödəyəsi heç kim yoxdur. Himayəsində bir azyaşlı uşağı vardır. Ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, həmçinin digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki,o, Təqsirləndirilən şəxs, Şahid4 və Şahid2 əvvəllər tanımamışdır. Şahid1 isə qohumu olmuşdur. X17 işsiz olduğu üçün onu işə düzəltmək istəmiş, 2019-cu ilin may ayının ortalarında Fövqəladə Hallar Nazirliyinin Ağdaş Rayon Dövlət X3 işləyən qohumu Şahid1 həmin yerdə boş yer olarsa ona məlumat verməsini xahiş etmişdir. Bir neçə gün sonra Şahid1 FHN-nin Ağdaş Rayon Dövlət X3 boş yer olduğunu bildirmişdir. Lətif ona iş yoldaşı Şahid2 ona Elnur adlı qohumu olduğunu, onun da işə adam düzəldən Ramin adlı tanışı olduğunu demişdir. Lətifdən Pərvizin nömrəsini istəmişdir. O, Pərvizlə danışıb ona xəbər verəcəyini bildirmiş, təxminən bir həftə sonra Lətif iş yoldaşı Pərvizə onun nömrəsini vermiş, Pərviz özünün ona zəng edib əlaqə saxlayacağını demişdir. Daha sonra Pərviz istifadəsində olan mobil nömrə ilə Lətifə zəng etmiş və telefon danışığı zamanı Pərviz ona Elnur adlı qohumu olduğunu, ondan işə adam düzəldən Ramin adlı tanışı olduğunu eşitdiyini söyləmişdir. Pərvizə həmin şəxslərlə görüşmək istədəyini demiş və təxminən bir həftə sonra, yəni 2019-cü ilin may ayının sonlarında özü, Pərviz, Elnur və Ramin Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşmüşlər. Söhbət zamanı Elnur onu Təqsirləndirilən şəxs ilə tanış etmiş və Ramin oğlunu işə düzəldəcəyini, vəzifədə olan tanışları olduğunu demişdir. Ramin ona amma bu işin nə qədər çəkəcəyini bilmədiyini, ola bilər bir ay, ola bilər bir il olduğunu demişdir. O da Raminə gözləyəcəyini demiş və Ramin bu işi 8000 (səkkiz min) manata görəcəyini demişdir. Onlar razılaşmış və sonradan əlaqə saxlamaq üçün Raminlə bir-birinin telefon nömrələrini götürmüşlər. xx.xx.2019-cu il tarixdə Raminə zəng edib pulun hazır olduğunu demiş və Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşərək üzərində olan 8000 (səkkiz min) manat pulu qarşısındakı masanın üzərinə, Təqsirləndirilən şəxs qarşısına qoymuş və Ramin də pulu götürüb əynindəki şalvarın cibinə qoymuş, ona oğlunu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəldəcəyi vədini vermişdir. Daha sonra bu işin bir ay da çəkə biləcəyini, bir il də çəkə biləcəyini, onu tələsdirməməyini demiş və sağollaşıb ayrılmışlar. Təxminən bir ay sonra Təqsirləndirilən şəxs ilə Ağdaş şəhərində işin nə yerdə olduğunu bilmək üçün görüşmüş, Ramin görüş zaman işi düzəldəcəyini, həkim ilə danışdığını, narahat olmamasını bildirmişdir. Bundan sonra dəfələrlə Təqsirləndirilən şəxs ilə görüşmüş, hər dəfə Ramin ona işi düzəldəcəyini söyləmişdir. 2021-ci ilin yay aylarında həftədə bir dəfə Raminin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib işin nə yerdə olduğunu maraqlandığında Ramin hər dəfə eyni sözləri təkrar-təkrar ona demişdir. Bir müddət də Raminin işi düzəltməsini gözləmiş, lakin Ramindən xəbər çıxmamışdır. Bundan sonra 2022-ci ilin iyun ayında Raminə zəng edərək görüşmək istədiyini, ona verdiyi pulları geri qaytarmasını demişdir. Ağdaş şəhərində musiqi məktəbinin yaxınlığında Ramin ilə görüşmüş, görüş zamanı Ramin ona 20 gün vaxt verməsini, pul verdiyi adamlardan pulu geri alıb gətirəcəyini demiş və o da Raminlə razılaşmışdır. Təxminən bir ay gözlədikdən sonra Raminə zəng etmiş və telefon danışığı zamanı Ramin Ağdaş şəhərində olduğunu demişdir. Onunla yenidən 2022-ci ilin avqust ayının əvvəllərində görüşmüşdür. Həmin vaxt Ramin pul verdiyi adamların məzuniyyətdə olduğunu, həmin adamların heç birinin burada olmadığını, avqust ayının sonunda pulu geri qaytaracağını demiş, lakin Təqsirləndirilən şəxs yenə də onu aldadıb pulu geri qaytarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs 8000 manat məbləğində puldan 1600 manat qaytarmış, lakin 6400 manatı hələ də qaytarmamışdır. Ondan şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 15 ildir ki tanıyır. Həmin vaxt o, SHXÇDX-nin Ağdaş Rayon Şöbəsində işləmişdir. Tanışlarından Raminin adamlar işə düzəltdiyini eşitmişdir. Ramin işdən çıxdıqdan sonra da ara-sıra onunla görüşmüşlər. 2022-ci ilin oktyabr ayında təsədüfən Ağdaş şəhərində qarşılaşmışlar və görüşüb söhbət edən zaman Raminə heç yerdə işləmədiyini, iş yeri olarsa ona köməklik etməyini xahiş etmişdir. Ramin də ona narahat olmamasını, tanışların olduğunu, onu işə düzəldəcəyini demişdir. Sonra Ramin onun telefon nömrəsini götürərək onunla əlaqə saxlayacağını bildirmiş və sağollaşaraq ayrılmışlar. xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində əmək haqqı 600-700 manat olan sürücü işi olduğunu, işə düzəlmək üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demiş və onunla razılaşdıqdan sonra həmin gün saat təxminən 13 radələrində onun, qohumu İsrəfil və Ramin Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən “Ləki Oil” yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt 1500 (min beş yüz) manat pulu onu Bakı şəhərində əmək haqqı 600-700 manat olan sürücü işinə düzəltmək üçün Raminə vermiş və daha sonra sağollaşıb oradan ayrılmışlar. Bir müddət sonra Raminə zəng edib işin nə vaxt düzələcəyini soruşmuş, Ramin də ona işin düzələcəyini söz verərək narahat olmamasını bildirmişdir. 2023-cü ilin iyun ayının ortalarında İsrəfil ilə birlikdə olan zaman ona tanışı Daşqının oğlunu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəltmək istədiyini, Raminlə danışıb Daşqının oğlunu orada işə düzəldib-düzəldə bilməyəcəyini soruşub onlara cavab verməsini söyləmişdir. Raminə zəng edib bu barədə məlumat verdikdən sonra, Raminin Bakı şəhərində tanışları olduğunu, onların köməkliyi ilə Daşqnın oğlu İsmayılı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldə biləcəyini söyləmiş, özü də Raminin ona söylədiklərini İsrəfilə demiş, İsrəfil Daşqınla danışıb ona məlumat verəcəyini söyləd, daha sonra İsrəfil ona zəng edib Daşqının Raminlə görüşmək istədiyini söyləmiş, özü də Raminlə danışıb xəbər verəcəyini bildirmişdir. Bundan sonra Raminə zəng edib onunla görüşmək istədiklərini demiş, Ramin də razılaşmış və bir neçə gün sonra özü, İsrəfil, Daşqın və Ramin Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Ləki Restoranında görüşmüşlər. Söhbət zamanı Ramin Bakı şəhərində şirkətlərin birində mühafizəçi işlədiyini, özünün tanışları olduğunu və Daşqına oğlu İsmayılı 3 ay müddətində “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldəcəyini söz verərərk bunun müqabilində Ramin Daşqından 6000 (altı min) manat pul istəmişdir. Daşqın onunla razılaşmış və pul tapmaq üçün vaxt istəmişdir. Daha sonra Daşqınla Ramin əlaqə saxlamaq üçün bir-birilərinin telefon nömrələrini götürdükdən sonra sağollaşıb oradan ayrılmışlar. Bundan iki gün sonra yenə də Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən X11 görüşmüşlər, İsrəfillə özü restoranın həyətində dayanmışdır. Ramin pulu kənar yerdə götürmək istədiyini söyləmiş və Daşqınla birlikdə X4rşısında saxladığı “VAZ 2107” minik markalı avtomobilə əyləşmişdir. Daşqın 6000 (altı min) manat pulu oğlu İsmayılı işə düzəltmək məqsədilə Raminə verdikdən sonra sağollaşıb oradan ayrılmışlar. Daha sonra Zərərçəkmiş şəxs3 bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirmək məqsədilə bacısının yerinə Raminə 3000 (üç min) manat da verdiyini eşitmişdir. Bir müddət sonra Raminə zəng edib həm öz işini həm də Daşıqının işinin nə yerdə olduğunu soruşmuş, Raminin hər dəfə eyni sözləri təkar edərək narahat olmamalarını söyləmişdir. Bundan sonra Raminin onları aldatdığını öyrənmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. İbtidai istintaq zamanı ziyanın ödənilməsi ilə bağlı ərizə verməsinin səbəbi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasıdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmasa da ondan şikayətçi deyil. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, şəhid atasıdır. Böyük oğlu İsmayılın işlə təmin olunması üçün bir neçə dəfə idarə və təşkilatlara müraciət etmiş, lakin iş yeri olmadığı üçün müsbət cavab ala bilməmişdir. Tədbirlərin birində oğlunu iş tapmaqdan söhbət olmuş, həmin vaxt İsrəfil ona qohumu Ramisin Ramin adlı tanışı olduğunu, onun işə adam düzəltdiyini eşitdiyini, lazım olarsa onunla əlaqə saxlayacağını demiş və daha sonra onunla görüşmək istədiyini bildirmişdir. Bir neçə gün sonra İsrəfil, Ramis, Ramin və özü Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Ləki restoranında görüşmüşlər. Söhbət zamanı Ramin ona Bakı şəhərində şirkətlərin birində mühafizəçi işlədiyini, tanışları olduğunu, onların vasitəsilə oğlu İsmayılı 3 ay müddətində “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldəcəyinə söz vermişdir. Bunun müqabilində ondan 6000 (altı min) manat pul istəmiş və onunla razılaşdıqdan sonra pul tapmaq üçün vaxt istəmiş, əlaqə saxlamaq üçün Raminlə bir-birinin telefon nömrələrini götürdükdən sonra sağollaşıb ayrılmışlar. Bundan iki gün sonra yenə də İsrəfil və Ramis ilə birlikdə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən X11 görüşmüşlər, Ramis və İsrəfil restoranın həyətində dayanmışlar, özləri isə restoranının qarşısında saxladığı özünə məxsus “VAZ 2107” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək 6000 (altı min) manat pulu oğlu İsmayılı işə düzəltmək məqsədilə Raminə vermiş, daha sonra sağollaşıb oradan ayrılmışlar. 2023-cü ilin sentyabr ayının əvvəllərində Raminə zəng edərək bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirməyin mümkün olub-olmadığını soruşmuş, Ramin isə ona bunun asan iş olduğunu, tanışı olduğunu və bu iş üçün 3000 (üç min) manat pul lazım olduğunu bildirmiş, həmçinin ona bunun üçün bacısı Mənsurə Qurbanovanın 21 gün Bakıda xəstəxanada yatmalı olacağını da bildirdikdən sonra onunla razılaşmış və həmin gün günorta saatlarında Ramin ilə görüşmək üçün Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən çayxanaya getmiş, orada əvvəldən tanıdığı Kamil ilə qarşılaşmış və onunla söhbət zamanı Ramin adlı bir nəfəri gözlədiyini, onun bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirmək üçün ona köməklik göstərəcəyini söyləmişdir. Həmçinin bir müddət əvvəl Raminə oğlu İsmayılı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işə düzəltmək üçün 6000 (altı min) manat pul verdiyini, yaxın zamanlarda işin düzələcəyini demişdir. Bir müddət gözlədikdən sonra Ramin çayxanaya gəlib onlarla görüşdükdən sonra ona oğlu İsmayılın “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü işləyəcəyini, növbəli işləmək üçün əlavə adam da lazım olduğunu söyləmişdir. Həmin vaxt Kamil Raminə oğlunu həmin yerdə işə düzəltmək istədiyini söyləmişdir. Ramin ondan bu iş üçün 6000 (altı min) manat pul istəmişdir. Kamil Ramin ilə razılaşmış və bir-iki günə pul tapıb verəcəyini söyləmişdir. Bundan sonra Raminlə çayxananın yaxınlığında saxladığı özünə məxsus “VAZ 2107” minik markalı, **- KA-*** dövlət qeydiyyat nışanlı avtomobilə əyləşmişlər və həmin vaxt bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirmək məqsədilə bacısının yerinə Raminə 3000 (üç min) manat pul vermişdir. Bundan sonra sağollaşıb oradan ayrılmışlar. Bir müddət sonra Kamil də oğlunu “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü kimi işə düzəltmək üçün Təqsirləndirilən şəxs 5800 (beş min səkkiz yüz) manat pul verdiyini eşitmişdir. 21 gün sonra Raminə zəng edib işin alınıb-alınmadığını soruşmuş, ona bir neçə tanışı ilə görüşəcəyini və məsələni həll edəcəyini bildirmişdir. Bir-iki gün sonra yenidən Raminə zəng edib iş haqqına soruşduqda, o yenə də ona eyni sözləri təkrar demişdir. Bundan sonra ümumiyyətlə Raminin onu aldadtığını bilmiş və dəfələrlə onunla həm telefon vasitəsilə əlaqə saxlayıb, həm də görüşüb pulunu geri istəsə də Ramin müxtəlif bəhanələr gətirib pulunu geri qaytarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs3 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs ona heç bir ödəniş etməmişdir. İbtidai istintaq zamanı ziyanın ödənilməsi ilə bağlı ərizə verməsinin səbəbi Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasıdır. Təqsirləndirilən şəxs onun pulunu qaytarmasa da ondan şikayətçi deyil. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, 2023-cü ilin sentyabr ayının əvvəllərində tanışları ilə görüşüb çay içmək üçün Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən çayxanaya getmiş, həmin vaxt əvvəldən tanıdığı Zərərçəkmiş şəxs3 ilə qarşılaşmışlar. Onunla söhbət zamanı Ramin adlı bir nəfəri gözlədiyini, həmin şəxsin ona bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirmək üçün köməklik göstərəcəyini, həmçinin bir müddət əvvəl həmin şəxsə oğlu İsmayılı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də işə düzəltmək üçün 6000 (altı min) manat pul verdiyini, yaxın zamanlarda işin düzələcəyini də söyləmişdir. Bir müddət gözlədikdən sonra Ramin gəlib onlarla görüşdükdən sonra Zərərçəkmiş şəxs3 İsmayılın “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü işləyəcəyini, növbəli işləmək üçün əlavə adamda lazım olduğunu söyləmişdir. Həmin vaxt Raminə oğlunu həmin yerdə işə düzəltmək istədiyini bildirmiş, Ramin də ondan bu iş üçün 6000 (altı min) manat pul istəmiş və ona tanışları olduğunu, narahat olmamasını demişdir. O da Raminlə razılaşmış və bir-iki günə pul tapıb verəcəyini söyləmişdir. Daha sonra əlaqə saxlamaq üçün Raminlə bir-birinin telefon nömrəsini götürmüşlər. Bir neçə gün sonra Raminlə danışmiş və ona 5800 manat pul tapa biləcəyini söyləmişdir. Ramin onunla razılaşmış və ona tanışlarından xahiş edib 200 manatı həmin puldan çıxartdıracağını, narahat olmamasını, 5800 manata oğlunu işə düzəldəcəyini söyləmişdir. Bundan sonra Raminlə telefon vasitəsilə əlaqə saxlayıb oğlu Kamranı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də sürücü vəzifəsinə işə düzəltmək məqsədi ilə Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən “Ləki Store” marketində olan “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan sonu 4195 olan "xxxx"ın kartına xx.xx.2023-cü il tarixdə 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə isə 3800 (üç min səkkiz yüz) manat olmaqla, ümumilkdə 5800 (beş min səkkiz yüz) manat pul vurmuşdur. Bir müddət keçməsinə baxmayaraq Ramin oğlunu işə düzətməmişdir. Hər dəfə ona zəng edib iş haqqında maraqlananda müxtəlif bəhanələr gətirərək narahat olmamasını, işin düzələcəyini demişdir. Daha sonra Raminin onu aldatdığını bilmiş və pulunu geri istəmiş, lakin Ramin pulu geri qaytarmamışdır. Daha sonra Zərərçəkmiş şəxs5 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs ona dəymiş ümumilikdə 5800 manat ziyanı tam ödəmiş, Təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanıyır. X18 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsində işləyən vaxt Təqsirləndirilən şəxs ilə iş yoldaşı oldmuşdur. xx.xx.2024-cü il tarixdə tanımadığı nömrədən ona zəng gəlmişdir. Zəngə cavab verdikdən sonra həmin şəxs adının Ramin olduğunu və Elgünün iş yoldaşı olduğunu söyləmişdir. Bundan sonra ona hazırda özünün Bakı şəhərində şirkətlərin birində mühafizəçi işlədiyini, tanışları olduğunu, Elgünü Bakı şəhərində fəaliyyət göstərən şirkətlərin birinə hüquqşünas kimi işə düzəldə biləcəyini, bunun üçün 4000 manat pul lazım olduğunu bildirmiş və o da Raminlə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin Ağdaş rayon filialında yerləşən bankomat vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan sonu 4195 olan kapital bankın kartına əvvəlcə 1000 (min), daha sonra isə 3000 (üç min) manat olmaqla ümumilkdə 4000 (dörd min) manat pul göndərmiş, Təqsirləndirilən şəxs zəng edib pulun çatıb-çatmadığını soruşmuş, o da pulun çatdığını, Elgünün işinin hazır olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Raminə zəng edərək Elgünün işə başlayıb-başlamadığını soruşmuş, Ramin də ona narahat olmamasını, sabah Elgünün işə çıxacağını söyləmişdir. Növbət gün Elgün ona zəng edib ona pul göndərməsini və evə qayıdacağını söyləmişdir. Həmin gün axşam Elgün evə qayıtmış, Raminə zəng edib Elgünün harada olduğunu soruşmuşdur. Ona Elgün ilə danışdığını və Elgünün onun yanına gəldiyini söyləmişdir. Bundan sonra Raminin onu aldatdığını bilmiş və ona verdiyi 4000 (dörd min) manat pulunu geri istəmiş, lakin o hər dəfə, işin düzələcəyini, düzəlməsə pulu geri qaytaracağını söyləsə də sözlərinə əməl etməmişdir. Daha sonra Zərərçəkmiş şəxs6 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs ona 200 manat qaytarmış, 3800 manat borcu qalmışdır. Ondan şikayətçidir, pulunun qaytarılmasını tələb edir. Portaldan əldə olunmuş məlumatdan görünür ki, Zərərçəkmiş şəxs4 29 may 2024cü il tarixdə Rusiya Federasiyasının Tümen şəhərinə çıxış etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən tanımış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsində işləyən vaxt aralarıda münasibət yaranmış, tanışlarından Raminin adamları işə düzəltdiyini eşitmişdir. O, 2015-ci ildə Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işə düzəlmiş, 2022-ci ilin avqust ayınadək həmin hərbi hissədə sürücü vəzifəsində işləmiş, İkinci Qarabağ müharibəsindən sonra səhhətindəki narahatçılığa görə müqaviləni uzatmamış, ərizə yazaraq işdən ayrılmışdır. 2023-cü ilin avqust ayında Raminə zəng edərək Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işə düzəlmək istədiyini demiş, Ramin də ona narahat olmamasını, tanışlar olduğunu, onu işə düzəldəcəyini, ona tezliklə xəbər edəcəyini demişdir. Bir gün sonra Ramin ona zəng edərək bunun üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demiş, həmin vaxt əlində nağd pul olmadığı üçün Ağdaş şəhərində yerləşən bank olmayan təşkilatların birindən kredit götürmüş, Raminə isə yenidən zəng edərək “sələm” götürdüyünü, konkret olaraq onu işə düzəldibdüzəltməyəcəyini soruşmuş, Ramin telefon danışığı zamanı narahat olmamağını, işi düzüb-qoşacağını demiş, razılaşdıqdan sonra 2023-cü ilin avqust ayının ortalarında Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən bazarın yaxınlığında ərzaq mağazasının qarşısında görüşmüşlər, görüş zamanı Ramin ona işinin düzəldiyini, narahat olmamağını demişdir. Bundan sonra onu Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəyə müddətdən artıq həqiqi hərbi qulluqçu kimi işə düzəltməsi üçün Təqsirləndirilən şəxs 1000 (min) manat pulu vermiş, 500 (beş yüz) manatı isə təxminən bir həftə sonra, yəni xx.xx.2023-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “1inci” marketdəki “MPAY” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan sonu 4195 olan kapital bankın kartına göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng edərək pulun çatıb-çatmadığını soruşmuş, Ramin ona pulun çatdığını, işinin ən geci bir aya həll olunacağını demişdir. Bundan sonra Raminə bir neçə dəfə zəng edərək işin nə yerdə olduğunu soruşmuş, lakin o, hər dəfə ona işin sabaha, iki günə hazır olacağını deyərək müxtəlif bəhanələr gətirmiş, sonuncu dəfə Ramin ilə danışan zaman ona pulu geri qaytarcağını demiş, lakin bu günə kimi onun 1500 (min beş yüz) manatını geri qaytarmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qohumudur. Onunla bir neçə dəfə görüşən zaman ona oğlunu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltmək istəyirdi. Boş yer olarsa ona məlumat verməyini xahiş etmişdir. 2019-cu ilin may ayının ortalarında iş yoldaşı Şahid2 ilə söhbət edən zaman bir nəfər qohumu olduğunu, oğlunu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltmək istədiklərini demişdir. Həmin vaxt Şahid2 ona Elnur adlı qohumu olduğunu, ondan Ramin adlı bir nəfər şəxin işə adam düzəltdiyini eşitdiyini, ehtiyac olarsa Elnurla danışa biləcəyini söyləmişdir. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs1la görüşən zaman iş yoldaşı Pərvizin ona dediklərini ona söyləmişdir. Zərərçəkmiş şəxs1 razı olmuş və Pərviz ilə danışmaq üçün nömrəsini istəmişdir. Ona Pərvizlə danışdıqdan sonra xəbər verəcəyini söyləmişdir. Bir neçə gün sonra Pərvizə qohumu Zərərçəkmiş şəxs1 razı olduğunu və danışmaq üçün nömrəsini istədiyini söyləmiş, o da razılaşmış və Zərərçəkmiş şəxs1 nömrəsini istəmiş, o da Zərərçəkmiş şəxs1 nömrəsini Şahid2 vermişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat verməsini görməmiş, lakin sonradan Namətin oğlu Elşəni FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltməsi məqsədilə Raminə pul verməsindən məlumatı olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2019-cu ilin may ayının ortalarında iş yoldaşı Şahid1 ona bir nəfər qohumu olduğunu, oğlunu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltmək istədiyini söyləmişdir. Ona Şahid4 adında hərbidə işləyən qohumu olduğunu, ondan işə adam düzəldən Ramin adlı tanışı olduğunu eşitdiyini, ehtiyac olarsa Elnurla danışa biləcəyini söyləmişdir. Bir neçə gün sonra Lətif ona qohumu ilə danışdığını və onunla danışmaq istədiyini söyləmiş, onlar razılaşmış və Lətifdən qohumu Zərərçəkmiş şəxs1 nömrəsini almışdır. Daha sonra Zərərçəkmiş şəxs1 zəng edib Elnur adlı qohumu olduğunu, ondan işə adam düzəldən Ramin adlı tanışı olduğunu eşitdiyini söylədiyini, Namətin ona həmin şəxslərlə görüşmək istədəyini demiş, Elnura zəng edib bu barədə məlumat vermiş və təxminən bir həftə sonra, yəni 2019-cü ilin may ayının sonlarında o, Namət, Elnur və Ramin Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşmüşlər. Tanışlıqdan sonra Ramin ilə Namət öz aralarında iş haqqında danışmağa başlamışdır. Söhbət zamanı Ramin Namətə oğlunu işə düzəldəcəyini, vəzifədə olan tanışları olduğunu, amma bilmək olmaz bu işin nə qədər çəkə biləcəyini, ola bilər bir ay olsun, ola bilər bir ilə olacağını demişdir. Namət gözləyəcəyini demiş, həmçinin Raminin bu işi 8000 (səkkiz min) manata görəcəyini demişdir. Namət onunla razılaşmış və sonradan əlaqə saxlamaq üçün Raminlə bir-birilərinin telefon nömrələrini götürmüşlər, daha sonra sağollaşıb oradan ayrılmışlar. Zərərçəkmiş şəxs1 8000 (səkkiz min) manat pulu Təqsirləndirilən şəxs verdiyini görməmiş, lakin Namətin oğlu Elşəni FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltməsi məqsədilə Raminə pul verməsindən sonradan məlumatı olmuşdur. Raminlə hər hansısa formada əlaqəsi olmamış, Ramin ona Zərərçəkmiş şəxs1 aldığı puldan pul verməmiş və bu işdə hər hansısa bir marağı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2006-2012-ci il tarixlərdə Qusar rayonunda “N” saylı hərbi hissədə bölük komandiri işləyən zaman tanımışdır. Raminin tanışları olduğunu, müxtəlif yerlərə işə adamlar düzəltdiyini bilirdi. 2019-cu ilin may ayının ortalarında Ağdaş şəhərində yaşayan qohumu Şahid2 ona zəng edərək bir nəfər tanışı olduğunu, oğlunu FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltmək lazım olduğunu, Raminin həmin şəxsi işə düzəldib-düzəldə bilməyəcəyini soruşmuşdur. Ramin ilə danışdıqdan sonra əlaqə saxlayıb məlumat verəcəyini bildirmişdir. Bundan sonra Raminə zəng edib məsələ ilə bağlı məlumat vermişdir. Ramin dediyi adamı işə düzəldə biləcəyini söyləmiş, o da Raminin ona söylədiklərini Pərvizə demişdir. Bir neçə gün sonra Pərviz ona zəng edərək Raminlə görüşmək istədiklərini söyləmişdir. O da yenidən Raminlə danışıb məlumat verəcəyini demişdir. Bundan sonra Raminə zəng edib onunla görüşmək istədiklərini demiş və Ramin onunla razılaşmışdır. 2019-cu ilin may ayının ortalarında Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən Ağdaş şəhər bələdiyyəsinin inzibati binasının arxasında yerləşən çayxanada görüşmüşlər. Tanışlıqdan sonra Ramin ilə Namət öz aralarında iş haqqında danışmağa başlamışlar. Söhbət zamanı Ramin Namətə oğlunu işə düzəldəcəyini, vəzifədə olan tanışları olduğunu, amma bilmək olmaz bu işin nə qədər çəkə biləcəyini, ola bilər bir ay olacağını, ola bilər bir il olacağını demiş, Namət də gözləyəcəyini bildirmişdir. Həmçinin Ramin bu işi 8000 (səkkiz min) manata görəcəyini demişdir. Namət onunla razılaşmış və sonradan əlaqə saxlamaq üçün Raminlə bir-birilərinin telefon nömrələrini götürmüşlər. Daha sonra sağollaşıb oradan ayrılmışdır. Zərərçəkmiş şəxs1 8000 (səkkiz min) manat pulu Təqsirləndirilən şəxs verdiyini görməmiş, lakin Namətin oğlu Elşəni FHN-nin Ağdaş Rayon Dövlət X5 işə düzəltməsi məqsədilə Raminə pul verməsindən sonradan məlumatı olmuşdur. Ramin ona Zərərçəkmiş şəxs1 aldığı puldan verməmiş və bu işdə hər hansısa bir marağı olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qohumudur. Təqsirləndirilən şəxs isə Ramisin vasitəsilə tanımışdır. xx.xx.2022-ci tarixdə Ramislə birlikdə olan zaman ona Ramin adlı tanışı olduğunu və həmin şəxsin ona Bakı şəhərində əmək haqqı 600-700 manat olan sürücü işi tapdığını, işə düzəlmək üçün 1500 (min beş yüz) manat pul lazım olduğunu demişdir. Pulu düzəltməkdə Ramisə köməklik göstərmiş və həmin gün saat təxminən 13 radələrində o, Ramis və Ramin Ağdaş rayonu, Yuxarı Ləki kəndində, Bakı-Qazax avtomagistral yolunun kənarında yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Ramis 1500 (min beş yüz) manat pulu onu əmək haqqı 600-700 manat olan sürücü işinə düzəltmək üçün Raminə vermiş, daha sonra sağollaşıb oradan ayrılmışlar. Bir müddət sonra Ramisdən Raminin onu işə düzəlib-düzəlmədiyini soruşmuş, Ramis ona Raminlə tez-tez danışdığını, yaxın vaxtlarda Raminin ona işə düzəldəcəyini söz verdiyini, narahat olmamağını söylədiyini bildirmişdir. 2023-cü ilin iyun ayının ortalarında şəhid Xəqanın atası Zərərçəkmiş şəxs3 ilə Mingəçevir şəhərində təşkil olunmuş şəhid tədbirinə getmişlər. Aralarında yaranan söhbət zamanı Daşqın böyük oğlu İsmayıla iş axtardığını, lakin heç yerdə iş yeri olmadığını bildirmiş, bu zaman ona qohumu Ramisin Ramin adlı tanışı olduğunu, onun işə adam düzəltdiyini eşitdiyini, lazım olarsa onunla əlaqə saxlaya biləcəklərini demiş, Daşqın razı olmuş və həmin şəxslə görüşmək istədiyini söyləmişdir. Tədbirdən qayıtdıqdan sonra Ramislə görüşüb bu barədə məlumat vermiş və Raminlə danışıb Daşqının oğlu İsmayılı iş düzəldə bilib-bilmədiyini soruşub cavab verməsini söyləmişdir. Ramis Raminə zəng edib danışdıqdan sonra Ramin Bakı şəhərində tanışları olduğunu, onların köməkliyi ilə Daşqnın oğlu İsmayılı “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldə biləcəyini söyləmiş, Daşqınla danışıb ona məlumat verəcəyini söyləmişdir. Daşqınla danışdıqdan sonra o, Raminlə görüşmək istədiyi bildirmiş, Ramisə bu barədə məlumat verdikdən sonra Ramis Raminlə danışıb ona xəbər verəcəyini bildirmişdir. Daha sonra Ramis ona zəng edib Raminin razı olduğunu söyləmiş və bir neçə gün sonra o, Ramis, Daşqın və Ramin Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən Ləki Restoranında görüşmşlər. Söhbət zamanı Ramin Bakı şəhərində şirkətlərin birində mühafizəçi işlədiyini, tanışları olduğunu və Daşqına oğlu İsmayılı 3 ay müddətində “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də TTYŞ-də işə düzəldəcəyini söz vermiş, bunun müqabilində Ramin Daşqından 6000 (altı min) manat pul istəmişdir. Daşqın onunla razılaşmış və pul tapmaq üçün vaxt istəmişdir. Daha sonra Daşqınla Ramin əlaqə saxlamaq üçün bir-birilərinin telefon nömrələrini götürdükdən sonra sağollaşıb oradan ayrılmışlar. Bundan iki gün sonra o, Ramis və Daşqın yenə də Ağdaş rayonu, Yuxarı Ləki kəndində yerləşən X11 görüşmüşlər. Ramislə restoranın həyətində dayanmışlar, Ramin pulu kənaryerdə götürmək istədiyini söyləmiş və Daşqınla birlikdə Daşqının Restoranının qarşısında saxladığı “VAZ 2107” minik markalı avtomobilə əyləşmişlər. Daşqın 6000 (altı min) manat pulu oğlu İsmayılı işə düzəltmək məqsədilə Raminə verdikdən sonra sağollaşıb oradan ayrılmışlar. Daha sonra Zərərçəkmiş şəxs3 bacısı Mənsurə Qurbanovanın əlillik dərəcəsini dəyişdirmək məqsədilə Raminə 3000 (üç min) manat da verdiyini eşitmişdir. İş materillarında olan 30 iyul 2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan və çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx" ASC-yə məxsus 416973******4195 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 21:58-də 500 (beş yüz) manat, xx.xx.2023-cü il tarixdə saat 11:00-da 2000 (iki min) manat, xx.xx.2023-cü il tarixdə saat 12:22-də 3800 (üç min səkkiz yüz) manat, xx.xx.2024cü il tarixdə saat 17:04-də 1000 (min), xx.xx.2024-cü il tarixdə saat 17:10-da 3000 (üç min) manat mədaxil olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3-cü, 73-1.1-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 07 iyun 2024-cü il tarixli, 18-1-22/2-819/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 may 2024-cü il tarixli 1103 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – 1990-cı il təvəllüdlü X6, 2010-cü il təvəllüdlü X9, 2013-cü il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 06 oktyabr 2010-cu il təvəllüdlü X9, 15 may 2013-cü il təvəllüdlü X7 və 11 sentyabr 2014-cü il təvəllüdlü X10 adlı iki azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşaqları var. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 30 may 2024-cü il tarixli, 79 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 09 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2024-cü ildə saat 19:00-da tutulmuşdur. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 4(014)-23/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə maddi ziyana münasibətdə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizələrdə Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilməsi göstərilsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasında onlara dəymiş ziyanın ödənilmədiyini, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqları olduğundan ona mərhəmət edib bu cür ərizə yazdıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslərin dediklərini təkzib etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə dəymiş 29800 manat ziyanın 7600 (yeddi min altı yüz) manatı ödənilmiş kimi, 22200 (iyirmi iki min iki yüz) manatı isə ödənilməmiş kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs5la barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olamasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını, 22200 manat məbləğində maddi ziyanı ödəməməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 ondan şikayətçi olmalarını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 150 (yüz əlli) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) hesabına 150 (yüz əlli) manat pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar