Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-139/2021 01.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X8 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, 15.08.2021ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, 10.05.2021-ci il tarixdə yaşadığı Ağdaş rayon, Orta Ləki kəndindəki evinin həyətyanı sahəsindəki əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 11 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 13.08.2021-ci il tarixdə saat 12:40-da Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayon Orta Ləki kəndindəki evinin həyətyanı sahəsindən həmin bitkilərdən hündürlükləri 2 metr 07 sm-dən 3 metr 58 sm-dək, ümumi təmiz çəkisi 22 kiloqram 105,00 qram olan 11 ədəd çətənə (kannabis) bitkiləri RPŞ əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, narkotik vasitə olan marixuanadan istifadə etdiyini, təxminən 2021-ci ilin may ayının təxminən 10-da Ağdaş rayonu Orta Ləki kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində 02 ədəd dipçəyə 08 ədəd torpağa və 01 ədəd həyaətyanı sahədə yerləşən istixananın içərisinə torpağa əkilməklə ümumilikdə 11 ədəd narkotik tərkibli bitkilərin toxumlarını əkdiyini, Ağdaş rayon Orta Ləki kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsinə əkdiyi narkotik tərkibli çətənə kollarını torpağa əkdiyi vaxtdan bu vaxta kimi, 3-4 dəfə suvardığını, diblərini yumşaltdığını və külək əyib qırmaması üçün ağaca iplə bərkitdiyini, 13.08.2021-ci il tarixdə təxminən saat 12-40 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitdiyini, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşlarının ona yaxınlaşaraq onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməyi barədə məlumat olduğunu söylədiklərini, özünün də həmin vaxt onlara həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkdiyini və əməlindən peşman olduğunu söylədiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə və 08 ədəd torpağa əkib becərdiyi və yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada torpağa əkdiyi 01 ədəd, ümumi sayı 11 ədəd olan narkotik tərkibli kolları polis əməkdaşlarına göstərdiyini, daha sonra yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli bitkilərin kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 2,07 m, ən böyüyünün isə hündürlüyü 3,58 m olduğunu, daha sonra həmin bitkilərin kisələrə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, həmçinin əkib becərdiyi bitkilərə qulluq göstərmək üçün istifadə etdiyi 01 ədəd sarı rəngli kauçukdan hazırlanmış su qabı, 01 ədəd aliminum qazan və 01 ədəd də bağ qayçısının da aşkar olunaraq götürlüdüyünü, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, daha sonra Ağdaş RPŞ-də dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edildiyini, özünün də Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərərfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etdiyini, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 11 ədəd narkotik tərkibli bitki kollarını təxminən 2021-ci ilin may ayının təxminən 10-u özünün şəxsi istifadəsi üçün əkdiyini, özünün istifadə etməyi üçün əkdiyi ümumi 11ədəd narkotik tərkibli bitkilərin toxumları təxminən bir il əvvəl yaşadığı kəndin çöl sahəsində su kanalının kənarından kağıza bükülmüş olan narkotik tərkibli çətənə toxumlarını tapdığını, heç kimə narkotik vasitə satmadığını, özü istifadə etmək üçün əkdiyini, heç vaxt heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş Müdafiəçi Paşa oğlu ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 13.08.2021-ci il tarixdə xidmətdə olduğunu, həmin gün günorta saatlarında Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin məlumat əsasında raportla özü tərəfindən şöbə rəhbərliyinə məruzə edildiyini və əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunduğunu, bundan sonra həmin gün saat 12:40 radələrində Məhərrəmin yaşadığı ünvana getdiklərini, Məhərrəmi küçəyə səsləyib ona həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat olduğunu və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs da buna etiraz etmədiyini və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etdiyini, bundan sonra videoçəkiliş apararaq aqrononum iştirakı ilə Məhərrəmin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Məhərrəmin yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə və 08 ədəd torpağa əkib becərdiyi və yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada torpağa əkdiyi 01 ədəd, ümumi sayı 11 ədəd olan narkotik tərkibli kolları aşkar edildiyini, daha sonra aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 2,07 m, ən böyüyünün isə hündürlüyü 3,58 m olduğunu, bundan sonra həmin bitkilərin kisələrə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, həmçinin Təqsirləndirilən şəxs əkib becərdiyi bitkilərə qulluq göstərmək üçün istifadə etdiyi 01 ədəd sarı rəngli kauçukdan hazırlanmış su qabı, 01 ədəd aliminum qazan və 01 ədəd də bağ qayçısı da aşkar olunaraq götürlüdüyünü, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, video çəkiliş aparıldığını və tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatın daxil olmadığını, Təqsirləndirilən şəxs Ağdaş şəhər sakini kimi üzdən tanıdığını, onunla da heç bir münasibətinin olmadığını, Məhərrəmin özünün deməsinə görə bitkilərin toxumlarını təxminən bir il əvvəl yaşadığı kəndin çöl sahəsindəsu kanalının kənarından kağıza bükülmüş olan narkotik tapdığını, həmin narkotik tərkibli kolların 11 ədəd narkotik tərkibli bitki kollarını təxminən 2021-ci ilin may ayının təxminən 10-u şəxsi istifadə etmək məqsədilə əkdiyini bildirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid1 və Şahid2 şahid Müdafiəçi Paşa oğlu ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində, 1985-ci il tarixdən Ağdaş rayon Toxum Nəzarəti Xidmətinin baş aqronomu işlədiyini, 13.08.2021-ci il tarixdə Ağdaş rayonu Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində qanunsuz olaraq tərkinində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat daxil olduğunu, həmin əraziyə baxış keçiriləcəyini həmin baxışda özünün də aqronom kimi iştirak etməyini təklif etdiklərini, özünün də buna etiraz etmədiyini, həmin gün saat 12:40 radələrində Məhərrəmin yaşadığı ünvana getdiklərini, Məhərrəmi küçəyə səsləyib ona həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitki kollarını əkib-becərməsi barədə məlumat olduğunu və həyətyanı sahəsinə baxış keçirmək istədiklərini bildirdiklərini, Təqsirləndirilən şəxs da buna heç bir etiraz etmədiyini və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə Ağdaş RPŞ-nə müraciət etdiyini, bundan sonra videoçəkiliş apararaq mənim iştirakı ilə Məhərrəmin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Məhərrəmin yaşadığı evin həyətyanı sahəsindən 02 ədəd dibçəyə və 08 ədəd torpağa əkib becərdiyi və yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanada torpağa əkdiyi 01 ədəd, ümumi sayı 11 ədəd olan narkotik tərkibli kolları aşkar edildiyini, daha sonra aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardıldığını və hündürlüklərinin ölçüldüyünü, ən kiçik bitkinin hündürlüyünün 2,07 m, ən böyüyünün isə hündürlüyü 3,58 m olduğunu, həmçinin həmin kollara baxaraq onlara aqrotexniki qaydada qulluq olunmasını bildirdiyini və bu barədə rəy yazdığını, bundan sonra həmin bitkilərin kisələrə qablaşdırıldığını, kisənin üzərinə imza etdiklərini, daha sonra kisənin üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulduğunu, həmçinin Təqsirləndirilən şəxs əkib becərdiyi bitkilərə qulluq göstərmək üçün istifadə etdiyi 01 ədəd sarı rəngli kauçukdan hazırlanmış su qabı, 01 ədəd aliminum qazan və 01 ədəd də bağ qayçısı da aşkar olunaraq götürlüdüyünü, baxış zamanı video çəkilişdən istifadə edildiyini, daha sonra bu barədə protokol tərtib olunduğunu, video çəkiliş aparıldığını və tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etdiklərini, Təqsirləndirilən şəxs əvvəlllər tanımadığını, onunla da heç bir münasibətinin olmadığını göstərmişdir. Cinayət işinə əlavə olunmuş Məhkəmə Bioloji Ekspertizasının 13.08.2021-ci il tarixli 17/603 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 05 ədəd...” sözləri yazılmış sintetik kisələrin içərisindəki, hündürlükləri 207sm-dən 358 sm-dək, ümumi təmiz çəkiləri – 22 kiloqram 105,00 qram olan 11(on bir) ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronom mütəxəssis Şahid3 13 avqust 2021-ci il tarixli rəyinə əsasən 11(on bir) ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 34.55 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-сi il tarixli 1040 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadı etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və Elektron Məhkəmə Sistemi çıxarışından görünür ki, Təqsirləndirilən şəxs oğlunun humayəsində 02.09.2021-ci il tarixdə anadan olmuş X3, 07.08.2013-cü il tarixdə anadan olmuş X2 və 28.01.2012-ci il tarixdə anadan olmuş X4 vardır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə protokoldan görünür ki, həmin tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 10.05.2021-ci il tarixdə yaşadığı Ağdaş rayon, Orta Ləki kəndindəki evinin həyətyanı sahəsindəki əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 11 ədəd xeyli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etməsi,bununla da Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin əməli törətməkdə təqsirlidir, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi üzrə özünü təqsirli bilib əməlindən peşman olduğunu qeyd edərək ona Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr–Zəfər Günü münasibətilə elan edilmiş 05 noyabr 2021-ci il tarixli amnistiya aktını tətbiq etməklə barəsində olan cinayət işinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin qərarın 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinliklik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcəli əlil övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədən atalığı, övladlığı götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslərin amnistiya aktının təsiri altına düşməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı olduğundan onun barəsində amnistiya aktı tətbiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 1.16 və 9.1-ci bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi Abdulhüsen oğluna dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi Abdulhüsen oğlunun məhkəmədə göstərdiyi 30 (otuz) saat hüquqi xidmətə görə 180 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 01 ədəd sarı rəngli kauçukdan hazırlanmış su qabı, 01 ədəd alüminim qazan, 01 ədəd də bağ qayçısı hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserində qeydiyyata alınmalıdır. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi” haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 1.16-cı və 9.1-ci bəndlərinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs Ağdaş rayon narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri qərar qanuni qüvvəsini aldıqsan sonra məhv edilsin. İş üzrə maddi sübut olan Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, 01 ədəd sarı rəngli kauçukdan hazırlanmış su qabı, 01 ədəd alüminim qazan, 01 ədəd də bağ qayçısı hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş 30 saat hüquqi xidmətə görə 180 manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Təqsirləndirilən şəxs 34.55 manat (otuz dörd manat əlli beş qəpik) ekspertiza xərci alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-139/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-139/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver