Məhkəmə qərarları › İş №1(014)-139/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-139/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-139/2022 21.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X5 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Ağdaş rayonunda аnadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində 21 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 234.1 və 237.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, yaşadığı Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 12 ədəd xeyli miqdarda, narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda, qanunsuz olaraq 2022-ci ilin aprel ayının axırlarında əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, həmin bitkilər xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:51 dəqiqədən 18:26 dəqiqəyədək onun yaşadığı Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən evinin həyətyanı sahəsindən həmin 12 ədəd ümumi təmiz çəkisi 2 kq 230 qram olan narkotik tərkibli bitki kolları aşkar edilərək köklərindən çıxarılaraq qablaşdırılıb götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda, mənbədən və şəraitdən 02 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 11,44 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək yaşadığı evdə gül dipcəklərinin arasında saxlamış, həmin narkotik vasitə xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 17:51 dəqiqədən 18:26 dəqiqəyədək onun yaşadığı Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən evində gül dipcəklərinin arasından aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi yoxdur, narkotik vasitə olan marixuanadan istifadə edir, 2022-ci ilin aprel ayının axırlarında yaşadığı Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən evin həyətində torpağa 12 ədəd narkotik tərkibli bitkilərin toxumlarını əkmiş, Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən yaşadığı evin həyətində əkdiyi narkotik tərkibli çətənə kollarına əkdiyin vaxtdan etibarən həftədə 2 dəfə su vermiş, diblərini yumşaltmamış, xx.xx.2022-ci il tarixdə təxminən saat 17:45 radələrində yaşadığı evdə olarkən yoldan onu kiminsə səsləməsini eşitmiş, həmin vaxt yaşadığı evin qarşısındakı küçəyə çıxarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onlarda yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkməsi barədə məlumatın olmasını söyləmiş, həmin vaxt onlara həqiqətən də yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkməsini və əməlindən peşman olmasını söyləmiş, daha sonra yaşadığı evin həyətinə aqronom və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsindən torpağa əkdiyi 12 ədəd narkotik tərkibli kolları polis əməkdaşlarına göstərmiş, bundan sonra yaşadığı evin həyətindən aşkar edilmiş narkotik tərkibli kollar kökündən çıxarılmış, hündürlükləri ölçülmüş, ən kiçik bitkinin hündürlüyü 42 sm, ən böyüyünün isə hündürlüyü 201 sm olmuş, daha sonra həmin bitkilər torbaya qablaşdırılmış, torbanın üzərinə möhürü vurulmuş və torbanın üzərinə imza etmiş, həmçinin baxış zamanı polis əməkdaşları ondan yaşadığı evdə və ya həyətyanı sahədə narkotik vasitələrin saxlamasını soruşan zaman polis əməkdaşlarına əkib-becərdiyi narkotik tərkibli bitkilərdən özü istifadə etmək üçün yığaraq qurutduğu narkotik vasitənin olmasını bildirmiş və yaşadığı evin eyvanında yerləşən gül dibçəklərinin arxasında saxladığı 01 ədəd sellofan bükümü polis əməkdaşlarına təqdim etmiş, onun təqdim etdiyi 01 ədəd sellofan büküm açılan zaman içərisində qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə olan qurudulmuş marixuana və 01 ədəd sellofan bükümdə olan narkotik bitkilərin toxumları aşkar olunmuş, aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilərkən qurudulmuş marixuananın çəkiləri 7,09 qram, 7,48 qram və 01 ədəd sellofan bükümdə olan narkotik bitkilərin toxumları 15,36 qram olmuş, daha sonra aşkar olunmuş 03 ədəd sellofan bükümlər kağız zərfə qablaşdırılaraq üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurularaq zərfin üzərinə iştirakçılar imzalar etmiş, baxış zamanı video çəkilişdən istifadə edilmiş, daha sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra protokola imza etmiş, sonra polis əməkdaşları onu Ağdaş RPŞ-ə dəvət etmiş və Ağdaş RPŞ-də ona dövlət tərəfindən müdafiəçi ilə təmin edilmək hüququ olması izah edilmiş, Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək dövlət tərəfindən müdafiəçi təyin olunmasının təmin edilməsini xahiş etmiş, daha sonra şübhəli şəxs kimi tutulmuş və Ağdaş RPŞ-in növbətçi hissəsində üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd qara rəngli “İphone” markalı mobil telefon aşkar olunmuş, aşkar olunmuş mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə Azərbaycan Respublikası DİN-in 111 nömrəli möhürü vurulmuş və zərfin üzərinə iştirakçılar imza etmiş, şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş, daha sonra bu barədə protokol tərtib olunaraq tərtib olunmuş protokol ucadan oxunduqdan sonra protokola imza etmiş, yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş çətənə bitkilərini 2022-ci ilin aprel ayının sonlarında şəxsi istifadəsi üçün əkmiş, yaşadığı evin eyvanında olan gül dibçəklərinin arasından aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə kollarından yığmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, o, Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə polis nəfəri işləyir, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında qeydiyyatda olan xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə raportla müraciət etmişəm. Həmin raport əsasında Şahid1 tərfindən raportla RPŞnin rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmış, həmin gün saat 17:45 radələrində Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, Təqsirləndirilən şəxs çağıraraq ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumatın olmasını bildirmiş, Təqsirləndirilən şəxs onlara həqiqətən də yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə aqronum və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərmiş, həmin yerdən 12 ədəd torpağa əkilmiş narkotik tərkibli bitkilərə bənzər bitkilər aşkar edilmiş, aşkar edilmiş bitkilərə aqronom baxdıqdan sonra həmin bitkilərinin hər birinə aqrotexniki qaydada qulluq edildiyini bildirmiş, bundan sonra həmin bitkilərin hər biri kökündən çıxarılaraq ölçülmüş, ən kiçik bitkinin uzunluğu 42 sm, ən böyüyünün isə 201 sm olmuş, daha sonra həmin bitkilər qablaşdırılmış və üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, sonra Təqsirləndirilən şəxs onda başqa yerdə narkotik tərkibli bitkiləri əkibəkməməsi, həmçinin onda narkotik vasitə olub-olmamasını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında olan gül dibçəklərinin arasındakı sellofan torbada narkotik vasitə olmasını bildirmiş, daha sonra həmin yerə baxış keçirilmiş, baxış zamanı gül dibçəklərinin arasından 01 ədəd sellofan torba aşkar edilmiş, həmin sellofan torba açılan zaman içərisindən daha 01 ədəd sellofan büküm və narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsi, həmçinin narkotik tərkibli bitki toxumlarına bənzər bitki toxumları aşkar edilmiş, daha sonra digər sellofan büküm açılmış və həmin sellofan bükümün içərisindən narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsi aşkar edilmiş, həmin sellofan bükümlərdə olan bitki kütlələri elektron tərəzidə çəkilmiş və çəkiləri müvafiq olaraq 7.09 qram və 7.48 qram olmuş, həmçinin aşkar edilmiş bitki toxumları da elektron tərəzidə çəkilmiş və çəkisi 15.36 qram olmuş, bundan sonra aşkar edilmiş sellofan bükümlər kağız zərfə qablaşdırılmış və üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuş, bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmiş və o da, RPŞ-nə gəlmiş, RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və o şübhəli şəxs qismində tutulmuş, bundan sonra RPŞ-nin növbəti hissəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd “İphone” markalı mobil telefon aşkar edilmiş və həmin mobil telefon kağız zərfə qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmiş, şəxsi axtarış videoçəkiliş vasitəsi ilə aparılmış və protokol tərtib edilmiş, tərtib edilmiş protokol tərəflərindən imzalanmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-nə məlumat daxil olmamışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Evə baxış keçirilməsi və götürülmə haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 17:51-dan saat 18:26-ə dək Təqsirləndirilən şəxs yaşadığı evinə videoçəkilişlə baxış keçirilmiş, evin həyətyanı sahəsində 12 ədəd torpağa əkib becərdiyi ümumi sayı 12 ədəd olan narkotik tərkibli bitkilər aşkar edilmiş, həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumuşaldıldığını və suvarıdığını bildirmiş, həmçinin bu barədə rəy də tərtib etmiş, aşkar edilmiş narkotik tərkibli bitkilər kökündən çıxardılmış və hündürlükləri ölçülmüş, ən kiçik bitkinin hündürlüyü 42 sm, ən böyüyünün isə hündürlüyü 201 sm olmuşdur. Aşkar edilmiş bitki kolları torbaya qablaşdırıldıqdan sonra həmin torbaların üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında olan gül dibçəklərinin arasından 02 ədəd sellofan bükümdə çəkiləri müvafiq olaraq 7,09 qram və 7,48 qram narkotik tərkibli bitki kütləsinə bənzər bitki kütləsi və 01 ədəd sellofan bükümdə çəkisi 15,36 qram olan narkotik tərkibli bitkilərin toxumlarına bənzər bitki toxumları aşkar olunmuşdur. Aşkar olunmuş 03 ədəd sellofan bitkilər kağız zərfə qablaşdırılmış və üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 30 iyul 2022-ci il tarixli 17/597 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 12 ədəd ....” sözləri və imzalar yazılmış sinteteik kisənin içərisindəki, uzunluqları 42 sm-dən 201 sm-dək, nəm vəziyyətdə ümumi çəkiləri 2230 qram olan 12 (on iki) ədəd bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssisz) Arif Səmədovun 29 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi....” sözləri və imzalar yazılmış zərfin içərisindəki: -02 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6.25 qram və 5.19qram, ümumi təmiz çəkiləri 11,44qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 14.70 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitksinin toxumları narkotik vasitələr aid deyildir.Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1224 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1145 saylı məktubdan görünür ki, Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi 25 №-li evdə yaşayan Təqsirləndirilən şəxs psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 12 avqust 2022-ci il tarixli 1523 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi 25 №-li evdə yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: atası - X6 və X1 anasıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəhər icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 17:00-da Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən evinin həyətyanı sahəsində əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan cəmi 12 ədəd xeyli miqdarda, narkotik tərkibli çətənə (kannabis) bitkilərini həyətyanı sahəsində torpaqda, qanunsuz olaraq 2022-ci ilin aprel ayının axırlarında əkib becərərək aqrotexniki qaydada qulluq etməklə yetişdirib kultivasiya etmiş, 12 ədəd ümumi təmiz çəkisi 2kq 230 qram olan narkotik tərkibli bitki kolları və 02 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 11,44 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, əməlin cinayət olmasını və cinayət məsuliyyətin azad edən hallar yoxdur, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli protokola əsasən şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 2229,40 qram olan 12 ədəd çətənə (kannabis) bitkisi və 11.40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırılanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 22 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 22 saat hüquqi xidmətə görə 132 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 34.55 (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş şəhəri L.Məmmədbəyov küçəsi 25 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 2229,40 qram olan 12 ədəd çətənə (kannabis) bitkisi və 11.40 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırılanmış narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34.55 (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 22 saat hüquqi xidmətə görə 132 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar