Məhkəmə qərarları › İş №1(014)-139/2024

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-139/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-139/2024 23.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Ağdaş rayonunun Tofiqi kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən özgə əmlakını gizli olaraq talamış və təkrarən saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs Ağdaş rayonu, Tofiqi kəndində kəndində yerləşən evinin həyətində saxlanc yeri olan tövləyə dam hissəsindən keçməklə qanunsuz daxil olub həmin yerdə olan 02 baş ümumilikdə 900 manat hər biri 450 manat dəyərində diri çəkisi təxminən 60 kq təmiz çəkisi təxminən 40 kq dişi qoyunu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 900 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 03 may 2024-cü il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs Ağdaş rayonu, Tofiqi kəndində yerləşən evinin həyətində saxlanc yeri olan tövləyə dam hissəsindən keçməklə qanunsuz daxil olub həmin yerdə olan 02 baş ümumilikdə 900 manat hər biri 450 manat dəyərində diri çəkisi təxminən 60 kq təmiz çəkisi təxminən 40 kq dişi qoyunu gizli olaraq talayıb oğurlamaqla Zərərçəkmiş şəxs 900 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə 10 may 2024-cü il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs Ağdaş rayonu, Tofiqi kəndində yerləşən evinin həyətində saxlanc yeri olan tövləyə dam hissəsindən keçməklə qanunsuz daxil olub həmin yerdə olan 01 baş ümumilikdə 450 manat dəyərində diri çəkisi təxminən 60 kq təmiz çəkisi təxminən 40 kq dişi qoyunu tövlənin dam yerindən çıxarıb küçə ilə aparmaq istəmiş, lakin küçədən adam gəldiyini görüb yaxlanacağından qorxması səbəbindən, həmin qoyunu küçədə qoyaraq qaçmış yəni iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdırmayaraq Zərərçəkmiş şəxs ümumilikdə 450 manat dəyərində 01 baş qoyununu oğurlamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində özünü Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Maddi vəziyyətində və səhhətində problemlər olmuşdur. Zərərçəkmiş şəxs da təsərrüfatla məşğul olduğunu, təsərrüfatında xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxladığını bilmişdir. Zərərçəkmiş şəxs məxsus təsərrüfatdan xırdabuynuzlu heyvanları oğurlayıb satmaq, əldə etdiyi pulla borclarını ödəmək və səhhətində olan problemləri həll etmək qərarına gəlmişdir. 25 aprel 2024-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Tofiqi kəndində yerləşən çayxananın qarşısında olan zaman həmkəndlisi Şahid1 yaxınlaşıb, ona məxsus avtomobil ilə özünə məxsus bir neçə baş qoyunu Bərdə rayonunda yerləşən mal bazarına aparıb satmaq istədiyini, atası razı olacağı təqdirdə xəbər edəcəyini bildirmişdir. Şahid1 ona həmkəndlisi Şahid2 sürücülük vəsiqəsi olduğunu, Bərdəyə getmək üçün avtomobili onun idarə etməli olduğunu demiş və zəng vurub Şahid2 razılığına almışdır. Şahid2 və Şahid1 onu Bərdə rayonunda yerləşən mal bazarına aparmaları üçün pul istəmiş, o, da 60 manat pul müqabilində razılaşmışdır. 26 aprel 2024-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olan tövlənin çöl tərəfində olan giriş qapısının qarşısına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra ayağını tövlənin divarına qoymuş və tövlənin dam yerində ot yığılması üçün hazırlanmış yerə çıxmışdır. Daha sonra tövlənin dam yerindən tullanaraq tövlənin içərisinə daxil olmuşdur. Tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmuş, oradan 1 baş dişi cinsli qoyunu götürüb çiyinlərinə qoymuş və tövlənin içində olan dəmir parçasına ayağını qoyub tövlənin dam yerinə çıxmışdır. Daha sonra qoyunu çiyinindən götürüb yavaşca dam yerindən küçəyə tullamışdır. Daha sonra isə özü dam yerindən tullanıb küçəyə çıxmış və qoyunu çiyininə qoyub yaşadığı evin giriş qapısının yanına gətirmişdir. Qapının kənarında saxladığı ip ilə qoyunun ayaqlarını bağlayıb qapının yanındakı peyin topasının yanına qoymuşdur. Bundan sonra yenidən Zərərçəkmiş şəxs məxsus tövlənin yanına gələrək ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra ayağını tövlənin divarına qoymuş və tövlənin dam yerində ot yığılması üçün hazırlanmış yerə çıxmışdır. Daha sonra tövlənin dam yerindən tövlənin içərisinə daxil olmuşdur. Oradan 1 baş dişi cinsli qoyunu götürüb çiyinlərinə qoymuş və tövlənin içində olan dəmir parçasına ayağını qoyub tövlənin dam yerinə çıxmışdır. Daha sonra qoyunu çiynindən götürüb yavaşca dam yerindən küçəyə tullamış və özü dam yerindən tullanıb küçəyə çıxmış və qoyunu çiyininə qoyub yaşadığı evin giriş qapısının yanına gətirmişdir. Qapının kənarında saxladığı ip ilə qoyunun ayaqlarını bağlayıb qapının yanındakı peyin topasının yanına qoymuşdur. Oğurluq edən zaman da Şahid2 ona bir neçə dəfə zəng edərək Bərdə rayonunda yerləşən mal bazarına gedibgetməyəcəyi soruşmuş, sonuncu dəfə Şahid2 zəng edəndə ona təxminən 1 saata yaşadığı evin qapısının qarşısında olduğunu bildirmişdir. Bir müddət sonra Şahid2 Şahid1 məxsus “VAZ 2105” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, onlar 2 baş qoyunu baqaja qoyub, avtomobilə əyləşərək Bərdə rayonunda yerləşən mal bazarına getmişlər. Qoyunları mal bazarında əvvəllər tanımadığı şəxsə hər birini 200 manat olmaqla, ümumilikdə 400 manata satmışdır. Bundan sonra Şahid1 və Şahid2lə avtomobilə əyləşib Ağdaş rayonu, Tofiqi kəndinə gəlmişlər, yolda Şahid1 60 manat pul vermiş, o, da həmin pulun 30 manatını Şahid2 vermişdir. Qoyunların satışından əldə etmiş pulla borclarını ödəmiş və səhhətində olan problemlə bağlı dərmanlar almışlar. Bir müddət keçdikdən sonra yenidən pula ehtiyacı olmuş və yenə də Zərərçəkmiş şəxs məxsus tövlədən oğurluq etmək qərarına gəlmişdir. 02 may 2024-cü il tarixdə səhər saatlarında Şahid2 zəng edib, axşam saatlarında Bərdə rayonunda yerləşən mal bazarına gedə biləcəklərini demiş, Şahid2 də razılaşmışdır. 03 may 2024-cü il tarixdə gecə saatlarında Şahid2 ona zəng edərək, mal bazarına gedib-getməyəcəyini soruşmuş, o, xəbər edən zaman Şahid1 ilə brilikdə qapısının qarşısında olmasını bildirmişdir. 03 may 2024-cü il tarixdə saat təxminən 03 radələrində Zərərçəkmiş şəxs evinin həyəytanı sahəsində olan tövlənin çöl tərəfində olan giriş qapısının qarşısına gəlmiş, heç kimin olmadığına əmin olduqdan sonra ayağını tövlənin divarına qoymuş və tövlənin dam yerində ot yığılması üçün hazırlanmış yerə çıxmışdır. Daha sonra tövlənin dam yerindən tullanaraq tövlənin içərisinə daxil olmuş, tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmuş, oradan 1 baş dişi cinsli qoyunu götürüb çiyininə qoyub tövlənin içində olan dəmir parçasına ayağını qoyub tövlənin dam yerinə çıxmış və qoyunu çiynindən götürüb yavaşca dam yerindən küçəyə tullamışdır. Daha sonra isə özü dam yerindən tullanıb küçəyə çıxmış, qoyunu çiyninə qoyub yaşadığı evin giriş qapısının yanına gətirmiş, qapının kənarında saxladığı ip ilə qoyunun ayaqlarını bağlayıb qapının yanındakı peyin topasının yanına qoymuşdur. Bundan sonra yenidən Zərərçəkmiş şəxs məxsus tövlənin yanına gələrək heç kimin olmadığına əmin olduqdan sonra ayağını tövlənin divarına qoyub, tövlənin dam yerində ot yığılması üçün hazırlanmış yerə çıxmış, tövlənin dam yerindən tövlənin içərisinə daxil olmuş, oradan 1 baş dişi cinsli qoyunu götürüb çiyinlərinə qoyaraq tövlənin içində olan dəmir parçasına ayağını qoyub tövlənin dam yerinə çıxmış, qoyunu çiynindən götürüb yavaşca dam yerindən küçəyə tullamış, özü dam yerindən tullanıb küçəyə çıxmış, qoyunu çiyninə qoyub yaşadığı evin giriş qapısının yanına gətirmiş, qapının kənarında saxladığı ip ilə qoyunun ayaqlarını bağlayıb qapının yanındakı peyin topasının yanına qoymuşdur. Təxminən 10-15 dəqiqə sonra Şahid2 Şahid1 məxsus “VAZ 2105” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evin qarşısına gəlmiş, 2 baş qoyunu baqaja qoymuşlar və Bərdə rayonunda yerləşən mal bazarına getmişlər. Bərdə rayonunda yerləşən mal bazarında qoyunları əvvəllər tanımadığı şəxsə hər birini 200 manat olmaqla, ümumilikdə 400 manata satmışdır. Bundan sonra Şahid1 və Şahid2lə Ağdaş rayonu, Tofiqi kəndinə gəlmişlər, yolda Şahid1 60 manat pul vermiş, o, da həmin pulun 30 manatını Şahid2 vermişdir. Qoyunların satışından əldə etdiyi pulla borclarını ödəmiş və səhhətində olan problemlə bağlı dərmanlar almışdır. Yenidən pula ehtiyacı olmuş və yenə də Zərərçəkmiş şəxs məxsus tövlədən oğurluq etmək qərarına gəlmişdir. 10 may 2024-cü il tarixdə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs evinin həyətyanı sahəsindəki tövlənin çöl tərəfində olan giriş qapısının qarşısına gəlmiş, heç kimin olmadığına əmin olduqdan sonra ayağını tövlənin divarına qoyub, tövlənin dam yerində ot yığılması üçün hazırlanmış yerə çıxmış, tövlənin dam yerindən tullanaraq tövlənin içərisinə daxil olmuş, tövlənin içərisində xırdabuynuzlu heyvanlar olmuşdur. Oradan 1 baş dişi cinsli qoyunu götürüb çiyinlərinə qoymuş və tövlənin içində olan dəmir parçasına ayağını qoyub tövlənin dam yerinə çıxmışdır. Daha sonra qoyunu çiynindən götürüb yavaşca dam yerindən küçəyə tullayıb, dam yerindən tullanıb küçəyə çıxmış və qoyunu çiyninə qoyub yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt qarşı tərəfdən kiminsə gəlməsini hiss edib, yerində dayanmış, hava qaranlıq olduğundan həmin şəxsin üzünü görməmiş, lakin həmin şəxsin onu görəcəyindən qorxmuşdur. Buna görə də qoyunu həmin yerdə qoyub kəndin içərisinə doğru qaçmağa başlamışdır. Bu zaman burunu və sifəti tövlənin yanında olan dırmıxa dəymişdir. Həmin vaxtı sifətində və burnunda ağrılar hiss etmiş, lakin həmin yerdən qaçaraq uzaqlaşmış və yaşadığı evə gəlmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, təsərrüfatında xırdabuynuzlu və iribuynuzlu heyvan saxlayır. Hər gün saat 08 radələrində həmin heyvanları otlaq sahəsinə otarmağa aparır, saat 20 radələrində isə otlaq sahəsindən gətirib fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövləyə salır. 26 aprel 2024-cü il tarixdə səhər saatlarında tövlənin qapısını açıb içəri daxil olan zaman qoyunları saymağa başlamış və 2 baş qoyunun əksik olduğunu görüb, qoyunların oğurlanmasından şübhələnmiş, lakin bu barədə ailə üzvlərinə heç bir məlumat verməmişdir. Qoyunları oğurlayan şəxsi özünün müəyyən edib və bundan sonra polisə məlumat vermək qərarına gəlmişdir. Bundan sonra 03 may 2024-cü il tarixdə yenidən tövlənin qapısını açaraq içəri daxil olmuş və qoyunları saydıqda yenidən 2 baş qoyunun əksik olduğunu görmüşdür. Yenə də qoyunların oğurlandığına əmin olmuş, lakin bu barədə ailə üzvlərinə məlumat verməmişdir. Həmin vaxtdan etibarən gecə saatlarında fərdi yaşayış evinin həyətyanı sahəsində olan tövlənin yanındakı at arabasında yatmışdır ki, oğurluq edən şəxsi müəyyən etsin. 10 may 2024-cü il tarixdə saat təxminən 02 radələrində tövlənin yanında at arabasında yatmışdır. Həmin vaxt küçədən qışqırıq səsləri eşitmiş və dərhal küçəyə çıxmışdır. Qardaşı oğlu Müşfiqi küçədə görmüş, Müşfiq 1 nəfər tanımadığı şəxsin ona məxsus qoyunu aparan zaman gördüyünü, həmin şəxsin qoyunu küçədə qoyub qaçdığını bildirmişdir. Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng-mərkəzinə zəng edərək məlumat vermişdir. Oğurlanmış və oğurlanmağa cəhd edilmiş qoyunların hər birinin dişi cinsli, yerli cins, tünd qəhvəyi rəngli, diri çəkisinin 60 kq, təmiz çəkisinin 40 kq, hər birinin qiymətinin 450 manat olduğunu, həmin qoyunlarda heç bir şikəstlik, həmçinin fərqləndirici iz və yaxud nişan olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, ondan heç bir şikayəti və tələbi yoxdur. Daha sonra zərəçəkmiş şəxs məhkəməyə təqsirləndirilən şəxslə barışması barədə ərizə təqdim etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 aprel 2024-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Tofiqi kəndində yerləşən çayxananın qarşısında olarkən həmkəndlisi Təqsirləndirilən şəxs ona yaxınlaşaraq özünə məxsus bir neçə baş qoyunu Bərdə rayonunda yerləşən mal bazarına aparıb satmaq istədiyini, lakin atasının razı olmadığını bildirib, atasından razılıq alacağı təqdirdə Bərdə rayonuna gedib-getməyəcəyini soruşmuşdur. O, kənd ərazisində taksi fəaliyyəti ilə məşğul olur, lakin sürücülük vəsiqəsi olmadığından rayon ərazisindən kənara çıxmır. Buna görə o, Təqsirləndirilən şəxs həmkəndlisi Şahid2 sürücülük vəsiqəsinin olduğunu, Şahid2 avtomobilini idarə edəcəyi təqdirdə mal bazarına gedəcəyini bildirmişdir. Bundan sonra o, Şahid2lə danışmış, sonuncu isə razılaşmışdır. Təqsirləndirilən şəxs onlara cəmi 60 manat pul verəcəyini bildirmişdir. 26 aprel 2024-cü il tarixdə gecə saatlarında Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs ona zəng etdiyini və onu evlərindən götürməli olduqlarını bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid2 yaşadığı evin qarşısına gəlmiş və idarə etdiyi “VAZ 2105” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs məxsus evin qarşısına getmişlər. Onun avtomobilini Şahid2 idarə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin yol qapısının qarşısında dayanmış və yanında ayağı bağlı vəziyyətdə olan 2 baş qoyunu onun avtomobilinə qoymuş və onlar Bərdə rayonuna getmişlər. Bazarda Təqsirləndirilən şəxs 2 baş qoyunu baqajdan yerə düşürmüş, o, isə Şahid2lə birlikdə mal bazarında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş dayanacağa gəlmişlər və orada Təqsirləndirilən şəxs gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş və onlar Ağdaş rayonu, Tofiqi kəndinə gəlmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs ona 60 manat pul vermiş, o, isə həmin pulun 30 manatı Şahid2 vermişdir. 02 may 2024-cü il tarixdə axşam saatlarında Tofiqi kəndində yerləşən çayxananın qarşısında olan zaman Təqsirləndirilən şəxs onun yanına gələrək, atasından 2 baş qoyunu da, satmaq üçün razılıq aldığını, həmin qoyunları onun avtomobili ilə Bərdə mal bazarına aparıb satmaq istədiyini, Şahid2lə danışdığını və Bərdə mal bazarına getməyə razı saldığını, bunu müqabilində ona 60 manat pul verəcəyini demişdir. O, da razılaşmışdır. 03 may 2024-cü il tarixdə gecə saatlarında Şahid2 ona zəng edərək Təqsirləndirilən şəxs evindən götürməli olduqlarını demişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid2 yaşadığı evin qarşısına gələrək onu evindən götürmüş və “VAZ 2105” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs məxsus evin qarşısına gəlmişdir. Avtomobilini Şahid2 idarə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yol qapısının qarşısında dayanmış və yanında ayağı bağlı vəziyyətdə olan 2 baş qoyunu avtomobilin baqajına qoymuşdur. Daha sonra onlar Bərdə rayonunda yerləşən mal bazarına gəlməyə başlamışlar. Bazarda Təqsirləndirilən şəxs 2 baş qoyunu baqajdan yerə düşürmüş, o, isə Şahid2lə birlikdə mal bazarında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş dayanacağa gəlmişlər və orada Təqsirləndirilən şəxs gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs onların yanına gəlmiş və onlar Ağdaş rayonu, Tofiqi kəndinə gəlmişlər. Yolda olan zaman Təqsirləndirilən şəxs ona 60 manat pul vermiş, o, isə həmin pulun 30 manatı Şahid2 vermişdir. 09 may 2024-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs ilə görüşdükdə sonuncu 1 baş qoyun satmaq üçün atasından razılıq alacağı təqdirdə Şahid2lə qoyunları satmağa aparmaq istədiyini bildirmişdir. Özü də razılaşmışdır. 10 may 2024-cü il tarixdə gecə saatlarında Şahid2 ona “Whatsapp” ani mesajlaşma proqramında zəng edərək Təqsirləndirilən şəxs atasının fikrini dəyişdiyini, qoyunları satmaq üçün razılıq ala bilmədiyini və buna görə də Bərdə rayonunda yerləşən mal bazarına gedə bilməyəcəklərini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 25 aprel 2024-cü il tarixdə axşam saatlarında Ağdaş rayonu, Tofiqi kəndində yerləşən yaşadığı evdə olan zaman Şahid1 ona zəng edərək həmkəndlisi Təqsirləndirilən şəxs özünə məxsus qoyunları ona məxsus avtomobil ilə Bərdə rayonunda yerləşən mal bazarına aparıb satmaq istədiyini, lakin sürücülük vəsiqəsi olmadığından avtomobilini idarə etməsini xahiş etmişdir. O, razılaşmışdır. Söhbət zamanı Şahid1 axşam Təqsirləndirilən şəxsla danışdıqdan sonra zəng edib xəbərləşəcəyini və onu evlərindən götürüb Təqsirləndirilən şəxs məxsus evə gələcəyini və Bərdə rayonunda yerləşən mal bazarına aparacağını bildirmişdir. Özü və Şahid1 Təqsirləndirilən şəxs Bərdə rayonunda yerləşən mal bazarına aparacağı üçün yol pulu istəmişlər. Təqsirləndirilən şəxs cəmi 60 manat pul verəcəyini bildirmişdir. Özü də razılaşmış və sağollaşaraq mobil telefonunu söndürmüşdür. 25 aprel 2024-cü il tarixdə axşam saatlarında və 26 aprel 2024-cü il tarixdə gecə saatlarında bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etmiş və Bərdə rayonunda yerləşən mal bazarına gedib-getməməyəni soruşmuşdur. Təqsirləndirilən şəxs da xəbər edəcəyini bildirmişdir. Sonuncu dəfə 26 aprel 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs zəng edən zaman təxminən 1 saata evlərinin qarşısında olmağını istəmişdir. Təxminən 1 saata yaxın vaxt keçəndən sonra Şahid1 zəng edərək hazır olmağını istəmişdir. Təxminən 5-10 dəqiqə sonra Şahid1 yaşadığı evin qarşısına gəlmiş və Şahid1 məxsus “VAZ 2105” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs məxsus evin qarşısına gəlmişlər. Avtomobili özü idarə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin yol qapısının qarşısında dayanmış və yanında ayağı bağlı vəziyyətdə olan 2 baş qoyunu avtomobilə qoymuş və onlar Bərdə şəhərinə getmişlər. Bərdə rayonunda yerləşən mal bazarına çatdıqdan sonra Təqsirləndirilən şəxs 2 baş qoyunu baqajdan yerə düşürmüş, o, Şahid1 ilə birlikdə mal bazarında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş dayanacağa gəlmişlər və orada Təqsirləndirilən şəxs gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs onun və Şahid1 yanına gəlmişdir. Avtomobilə əyləşib Ağdaş rayonu, Tofiqi kəndinə gəlməyə başlamışlar. Yolda Təqsirləndirilən şəxs Şahid1 60 manat pul vermiş, Şahid1 də həmin pulun 30 manatını ona vermişdir. Bundan başqa, 02 may 2024-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edərək axşam saatlarında özünə məxsus bir neçə baş qoyunu satmaq üçün Bərdə rayonunda yerləşən mal bazarına gedə biləcəklərini demiş, o, da razılaşmışdır. 03 may 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs zəng etmiş və mal bazarına gedib-getməməyini soruşmuşdur. Təqsirləndirilən şəxs da xəbər edəcəyini bildirmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs ona zəng edən zaman Şahid1 ilə birlikdə təxminən 1 saat sonra qapılarının yanında olmasını istəmişdir. Bir qədər sonra onlar Şahid1 məxsus “VAZ 2105” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs məxsus evin qarşısına gəlmişlər. Avtomobili özü idarə etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evinin yol qapısının qarşısında dayanmış və yanında ayağı bağlı vəziyyətdə olan 2 baş qoyunu avtomobilə qoymuş və onlar Bərdə şəhərinə getmişlər. Bərdə rayonunda yerləşən mal bazarına çatdıqdan sonra Təqsirləndirilən şəxs 2 baş qoyunu baqajdan yerə düşürmüş, o, Şahid1 ilə birlikdə mal bazarında avtomobillərin dayanması üçün nəzərdə tutulmuş dayanacağa gəlmişlər və orada Təqsirləndirilən şəxs gözləmişlər. Bir müddət sonra Təqsirləndirilən şəxs onun və Şahid1 yanına gəlmişdir. Avtomobilə əyləşib Ağdaş rayonu, Tofiqi kəndinə gəlməyə başlamışlar. Yolda Təqsirləndirilən şəxs Şahid1 60 manat pul vermiş, Şahid1 də həmin pulun 30 manatını ona vermişdir. Daha sonra 09 may 2024-cü il tarixdə gün ərzində Təqsirləndirilən şəxs bir neçə dəfə ona zəng etmiş və ola bilsin ki, özünə məxsus bir baş qoyunu Bərdə mal bazarına aparacağını və ona xəbər edəcəyini bildirmiş, özü də razılaşmışdır. 10 may 2024-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs bir neçə dəfə zəng etmiş və mal bazarına gedib-getməməyini soruşmuşdur. Təqsirləndirilən şəxs da ona xəbər edəcəyini bildirmişdir. Gecə saatlarında Təqsirləndirilən şəxs zəng edərək atasının fikrini dəyişdiyini, qoyunları satmağa razılıq vermədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. 10 may 2024-cü il tarixdə axşam saat təxminən 02 radələrində Ağdaş rayonu, Tofiqi kəndində yerləşən çayxanadan gəlmişdir. Əmisi Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qarşısına yaxınlaşan zaman qaranlıqda gözünə nəsə görünmüşdür. Həmin vaxtı dayanmış və üzərində olan alışqanın işığını yandıraraq ətrafa baxmışdır. Ətrafda heç kimi görməmişdir. Bundan sonra hərəkət etməyə başlamış və əmisi Zərərçəkmiş şəxs məxsus tövlənin qarşısına çatan zaman qaranlıqda nəyinsə hərəkət etdiyini görmüşdür. Yaxınlaşan zaman orada 1 baş qoyunun olmasını görmüşdür. Həmin vaxtı qoyunun əmisi Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Çünki əmisi özünə məxsus təsərrüfatında xırdabuynuzlu heyvan saxlamışdır. Həmin vaxt qoyunun oğurlanmağa cəhd edildiyini fikirləşmiş, lakin əmisinə xəbər verməmişdir. Belə ki, öz-özlüyündə fikirləşmişdir ki, qoyunu oğurlamaq istəyən şəxs yaxınlıqda olar və ona hər hansı xəsarət yetirə bilər. Həmçinin qərara gəlmişdir ki, fərdi yaşayış evinə gedib özünə məxsus mobil telefonu götürüb və həmin yerə geri qayıdaraq ətrafı müşahidə etsin və oğurluq edən şəxsi görərsə bu barədə polisə məlumat versin. Buna görə də həmin yerdən uzaqlaşmış və fərdi yaşayış evinə gəlmişdir. Fərdi yaşayış evinə gəldikdən sonra özünə məxsus mobil telefonunu götürmüş və əmisinə məxsus fərdi yaşayış evinin qarşısına yaxınlaşmış və mobil telefonunun işığı ilə ətrafa baxmışdır. Həmin vaxtı ətrafda heç kimin olmadığını görmüş, lakin qoyun əmisi Zərərçəkmiş şəxs məxsus tövlənin qarşısında dayanmışdır. Bundan sonra əmisi Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qapısının qarşısına gəlmiş və qapını döyərək əmisi çağırmışdır. Bir neçə dəqiqə sonra əmisi Zərərçəkmiş şəxs qapını açaraq çölə çıxmışdır. Əmisi Zərərçəkmiş şəxs ona məxsus 1 baş qoyunun oğurlanmağa cəhd edildiyini bildirmiş və tövlənin yanında olan qoyunu ona göstərmişdir. Əmisi Zərərçəkmiş şəxs da həmin qoyunun özünə məxsus olmasını bildirmişdir. Daha sonra əmisi baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-nin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Bir müddət sonra Ağdaş RPŞ-nin əməkdaşları əmisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə gəlmişlər, baş vermiş hadisə barədə əmisinin ərizəsi alınmış və hadisə yerinin fotoşəkillərini çəkilmişdir. İş materiallarında olan 10 may 2024-cü il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolundan görünür ki, Ağdaş rayonu, Tofiqi kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətində yerləşən tövlədir. Tövlə həyətə daxil olduqda sağ tərəfdə yerləşir. Tövlə birmərtəbəlidir. Tövlənin on tərəfi açıqdır və tövlənin içərisinə daxil olmaq üçün dəmir qapı vardır. Tövlənin ortasında daş hasarlar və dəmir qapılar vardır. Tövlənin içərisində heyvanların saxlanılması üçün ayrı-ayrı yerlər vardır. Zərərçəkmiş şəxs tövlənin içərisini təqdim edərək ona məxsus 1 baş qoyunun 09 may 2024-cü il tarixdən 10 may 2024-cü il tarixə keçən oğurlanmağa cəhd edildiyini bildirdi. Bundan sonra həmin oğurlanmağa cəhd edilməyə 1 baş qoyunun şəkili çəkildi və protokol iştirak edən şəxslər tərəfindən imzalandı. Baxış zamanı iş üçün əhəmiyyat kəsb edən hər hansı əşya, predmet və ya maddə götürülmədi. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxs 21 may 2024-cü il tarixli 232 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlər-burun yəhərənin, sağ gözaltı nahiyənin səthi yaraları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 10 may 2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərlər. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 10 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə saat 16:50-də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Tofiqi kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 may 2024-cü il tarixli 140/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - atası 10 may 1968-ci il təvəllüdlü X3, anası 28 dekabr 1976-cı il təvəllüdlü X4 və qardaşı 29 iyun 2000-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Tofiqi kənd inzibati Ərazi Dairəsi nümayəndəliyinin verdiyi 21 may 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 14 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-nin polikilinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13cü maddəsinə əsasən, törətdiyi cinayəti etiraf edərək, əməllərindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin isə sanksiyasında başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – bir baş qoyunun Zərərçəkmiş şəxs saxlanca verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 102 (yüz iki) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdən 11 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut – bir baş qoyunun Zərərçəkmiş şəxs saxlanca verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi ("xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB********************, VÖEN ********** saylı) hesabına 102 (yüz iki) manat pul köçürülməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar