Məhkəmə qərarları › İş №1(014)-14/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-14/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-14/2021 09.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1959-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 saylı evdə qeydiyyatda olan, Ağdaş şəhəri, Vaqif küçəsi 114 saylı evdə yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 2020-ci ilin avqust ayının axırlarında Ağdaş şəhəri, Məşad küçəsindən qəbristanlığın yanından yerdən tapdığı ümumi təmiz çəkisi 2.300 qram narkotik vasitə heroini şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə edib ondan ayrı-ayrılıqda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.927 qram narkotik vasitə olan heroini üzərində, 01 ədəd sellofan bükümdə 1.228 qram və 03 ədəd kağız bükümdə 0.045 qram, 0.039 qram və 0.061 qram, ümumilikdə təmiz çəkiləri 1.373 qram narkotik vasitə olan heroinləri qanunsuz olaraq yaşadığı evində saxlamışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 18:08 radələrində Təqsirləndirilən şəxs Fərux oğlunun üzərində Ağdaş RPŞ-nin növbətçi hissəsində şəxsi axtarış aparan zaman qanunsuz olaraq saxladığı 01 ədəd sellofan bükümdə 0.927 qram narkotik vasitə olan heroin onun üzərindən aşkar ediərək götürülmüşdür. Həmçinin həmin gün, saat 18:40 radələrində Təqsirləndirilən şəxs Fərux oğlunun yaşadığı Ağdaş şəhəri, Vaqif küçəsində yerləşən evində axtarış aparılan zaman qanunsuz olaraq saxladığı 01 ədəd sellofan bükümdə 1.228 qram və 03 ədəd kağız bükümdə 0.045 qram, 0.039 qram və 0.061 qram ümumilikdə təmiz çəkiləri 1.373 qram narkotik vasitə olan heroinlər aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi və ifadəsində narkotik vasitə olan heroindən istifadə etdiyini, tutulmamışdan bir neçə gün əvvəl Ağdaş şəhəri, Maşad küçəsi ilə qəbristanlığın yanından keçərkən yerdə bir ədəd selofan büküm gördüyünü və onu yerdən götürüb açdığı zaman içərisində bükümlər oluduğunu və həmin bükümlərinin içərisində də narkotik vasitə olan heroin olduğunu gördüyünü, həmin heroinlərdən bir bükümünü özü istifadə etmək üçün cibinə qoyduğunu, qalanlarını isə istifadə etmək üçün yaşadığı evdə gizlətdiyini, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Ağdaş şəhəri, Vaqif küçəsində piyada gedən zaman polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis işçilərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan idman şalvarın sağ cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu dediyini və özü istifadə etmək üçün üzərində saxladığını, yaşadığı evdə də ona məxsus narkotik vasitənin də olmasını bildirdiyini, daha sonra polis əməkdaşları ilə onun yaşadığı Ağdaş şəhəri, Vaqif küçəsi 114 saylı evə getdiklərini, orada axtarış keçirilən zaman onun yaşadığı evin yataq otağında olan yastığın altında saxladığı bir ədəd sellofan büküm aşkar edildiyini, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal halında maddə aşkar olunduğunu, evindən aşkar olunmuş bükümlərdəki kütlələrin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində və yaşadığı evdə saxladığını göstərdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyada olan, xx.xx.1959-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Fərrux oğlunun narkotik vasitələri üzərində və yaşadığı evdə saxlaması, satması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və müvafiq sənədləşmələr aparıldığını, həmçinin Ağdaş rayon məhkəməsinin qərarı da alındığını, həmin gün saat 17:30 radələrində CABnin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı küçədə piyada hərəkətdə olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində və evində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Vaqifin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Vaqifin əynində olan idman şalvarın sağ cibindən 01 ədəd sellofan büküm aşkar edildiyini, daha sonra üzərindən aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal hallında maddə aşkar olunduğunu, Vaqifin həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, bundan sonra üzərindən aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, daha sonra Vaqifin yaşadığı Ağdaş şəhəri, Vaqif küçəsi 114 saylı evə getdiklərini, həmin zaman iki nəfər hal şahidinin dəvət olunduğunu, daha sonra, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Vaqifin evinə baxış keçirdiklərini, baxış zamanı onun yaşadığı evin yataq otağında olan yastığın altında saxladığı sellofan büküm aşkar edildiyini, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal hallında maddə aşkar olunduğunu, aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkildiyini, daha sonra onun yaşadığı evin eyvanında olan yataqda yastığın altından 1 ədəd kibrit qutusu aşkar olunaraq götürüldüyünü, həmin kibrit qutusunun içərisindən 3 ədəd kağız büküm aşkar olunduğunu, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş bükümlərdəki vasitələri özü istifadə etmək üçün üzərində və yaşadığı evdə saxladığını, həmin narkotik vasitəni iki-üç gün bundan əvvəl Ağdaş şəhəri Maşad küçəsində qəbristanlığın yanından yerdən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini göstərdi. İş üzrə şahidlər Şahid4 və Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verdilər. İş üzrə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində xx.xx.2020-ci il tarixdə, təxminən saat 18:40 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsi ilə gedərkən polis əməkdaşlarının ona yaxınlaşıb özlərini təqdim edərək Ağdaş şəhəri, Vaqif küçəsində yaşayan sonradan adının Vaqif olduğunu bildiyi şəxsin yaşadığı evinə və həyətinə baxış keçiriləcəyini bildirdiklərini və onu da hal şahidi qismində iştirak etmək üçün dəvət etdiklərini, etiraz etməyib onlarla həmin ünvana getdiyini, həmin vaxt orada özündən başqa bir nəfər də hal şahidi dəvət edildiyini, daha sonra Vaqifin yaşadığı evinə onun, digər hal şahidinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Vaqifin yaşadığı evin yataq otağında olan yastığın altında saxladığı bir ədəd sellofan büküm aşkar edildiyini, aşkar edilmiş sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli, toz və kristal hallında maddə aşkar olunduğunu, aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkildiyini, daha sonra onun yaşadığı evin eyvanında olan yataqda balıncın altından 1 ədəd kibrit qutusu aşkar olunaraq götürüldüyünü, həmin kibrit qutusunun içərisidən 3 ədəd kağız büküm aşkar olunduğun göstərmişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17/514 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0.927 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,228 qram və 03 ədəd kağız bükümlərdə, təmiz çəkiləri 0,045qram, 0,039 qram və 0,061 qram, ümumilikdə təmiz çəkiləri 1,373 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş 02 ədəd zərfin içərisindəki heroinlər tərkiblərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 954 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Fərrux oğlu narkotik vasitələrdən istifadə edir. Narkotik maddə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibindən 01 ədəd sellofan büküm aşkar edilmiş, sellofan büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz və kristall halında maddə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan herion olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını demiş, aşkar olunmuş həmin narkotik maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, Şəki Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 05 gün hissəsindən şərti olaraq azad olunmuşdur, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin edilməmiş, həbsdən azad edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Ağdaş RPŞ-nin icraatında olan cinayət işi üzrə barəsində üç ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılmasının əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən olunması zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxmağı məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli hökm çıxarıldığı tarixdən, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalı, Ağdaş RPŞ-nin icraatında olan cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 2.140 qram narkotik vasitə olan heroin məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün, təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Ağdaş RPŞ-nin icraatında olan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 2.140 qram narkotik vasitə olan heroin məhv edilsin. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.(Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar