Məhkəmə qərarları › İş №1(014)-14/2025

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-14/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-14/2025 23.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X12 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və onun qanunu nümayəndəsi Qanuni nümayəndə Namiq oğlu, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi - Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində üç azyaşlı övladı olan, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X3 saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 128 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Ağdaş rayonu, Nehrəxəlil kənd ərazisində yerləşən ictimai yer olan kafedə həmkəndlisi Şahid5 Əlibala oğlu ilə birlikdə spirtli içki qəbul edərkən aralarında mübahisə yaranması və onun nalayiq söyüşlər işlətməsi səbəbi ilə Zərərçəkmiş şəxs1 onlara irad bildirərək kafedən getmələrini tələb etməsindən sonra Şahid5 kafeni tərk etməsinə baxmayaraq, etiraz edərək həmin yeri tərk etməməsinə görə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 onu qolundan tutub kafedən çölə çıxarmaq istəməsindən sonra ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyməklə təhqir edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan kafedə olan masanı çəkərək yerə yıxmaq istədikdə masanın üzərində olan 02 ədəd çaynik, 13 ədəd armudu fincan, 15 ədəd nəlbəki və 04 ədəd boşqab yerə düşərək sınmış, bundan sonra Zərərçəkmiş şəxs1 üzərinə hücum edib masanın üzərindən götürdüyü qulplu fincanı silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun başından qəsdən bir dəfə vuraraq ona sağ təpə nahiyəsinin yarası, sağ təpə alın nahiyəsinin sıyrığı, sağ gözün ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirmiş, ardınca Zərərçəkmiş şəxs1 onu kafedən çölə çıxardıqda yenidən ucadan qışqırıb nalayiq sözlərdən istifadə etməklə ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə zərəçəkmiş şəxs üzərində silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi, beləliklə Zərərçəkmiş şəxs1 ümumilikdə 40 (qırx) manat məbləğində maddi ziyan vurulması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1la qonşu olmaqla münasibətləri yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsində küçəyə birləşən hissədə kafe işlədir və o, hərdən ərzaq alıb özü ilə kafeyə aparmış, kafedə oturub aldığı ərzaqla spirtli içki qəbul etmişdir. 28 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində pomidor və çörək alıb spirtli içki qəbul etmək üçün Zərərçəkmiş şəxs1 işlətdiyi kafeyə getmişdir. Həmin vaxt kafedə ondan başqa heç kim olmamışdır. O, kafedə oturub spirtli içki qəbul etməyə başlamış, bir müddət sonra Rövşən adlı həmkəndlisi kafeyə gəlib onun yanında oturaraq onunla birlikdə spirtli içki içməyə başlamışlar. Daha sonra Rövşənlə aralarında sözlə mübahisə baş vermiş, kafedə səs-küy yaratdıqları üçün Zərərçəkmiş şəxs1 onlara yaxınlaşıb kafedən getmələrini bildirmiş, Rövşən çıxıb getmiş, o isə getməkdən imtina etmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 onun qolundan tutub kafedən bayıra çıxartmaq istəmişdir. O, Qorxmazın bu hərəkətin əsəbləşib əyləşdiyi masanı çəkərək yerə yıxmış və nəticədə bir neçə ədəd çaynik, armudu fincan, nəlbəki və boşqab yerə tökülmüş və hamısı qırılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 qolundan tutub onu bayıra çıxarmağa davam etmiş, o da qapının sol tərəfində divara bərkidilmiş masanın üzərində olan şüşə fincanı götürüb Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 onu kafedən bayıra çıxarıb qapını arxa tərəfdən bağlamışdır. Spirtli içki təsiri altında oluğuna görə sonradan nə baş verdiyini xatırlamır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində zərərçəkmiş şəxslərlə barışmasını və əməllərindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmasını bildirib, ifadəsində göstərdi ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşadığı evin həyətyanı sahəsində küçəyə birləşik hissədə balaca kafe işlədir və kafenin giriş qapısı küçəyə açılır. Kafedə kənd sakinləri özləri üçün ərzaq gətirib spirtli içki qəbul edirlər. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs sakit biri kimi tanıyır, lakin Elçin spirtli içki qəbul etdikdən sonra tez-tez dava-dalaş edir. 28 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs əlində çörək və pomidor gətirib onun işlətdiyi kafedə spirtli içki qəbul etməyə başlamışdır. Təqsirləndirilən şəxs kafeyə gələn zaman kafedə heç kim olmamışdır. Lakin sonradan Rövşən adlı həmkəndlisi gələrək Elçinin yanında oturmuş və ondan spirtli içki istəmişdir. O da Rövşənə spirtli içki verdikdən sonra Elçinlə Rövşən spirtli içki qəbul etməyə davam etmişdir. Saat təxminən 19:00 radələrində Elçinlə Rövşən sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt Elçin ucadan qışqırıb nalayiq sözlər dediyinə görə onlara yaxınlaşaraq kafedən çıxıb getmələrini tələb etmişdir. Rövşən kafedən çıxıb getmiş, lakin Elçin uca səslə nalayiq ifadələr işlətməyə davam etmişdir. O da Elçindən nalayiq sözlər deməməsini tələb etmiş, çünki kafe onun həyətində olduğuna görə ailə üzvləri deyilən nalayiq sözləri eşitmişdir. Buna görə də Elçinin qolundan tutub küçəyə çıxartmaq istəmiş, lakin Elçin kafedən çıxmaq istəmədiyinə görə əsəbləşərək əyləşdiyi masanı dartmış və nəticədə masanın üzərində olan iki ədəd çaynik, 13 ədəd armudu fincan, 15 ədəd nəlbəki və 04 ədəd boşqab yekə tökülmüş və hamısı qırılmışdır. O, Elçinin qollarından tutub kafenin qapısı istiqamətinə doğru aparmağa başlamış, həmin vaxt Elçin qapının sol tərəfində divara bərkidilmiş masanın üzərində olan şüşə fincanı götürüb onun başına vurmuşdur. O, Təqsirləndirilən şəxs kafedən bayıra çıxarıb, qapını arxa tərəfdən bağlamışdır. Elçin küçədə uca səslə qışqıraraq nalayiq söyüşlər söyməyə davam etmişdir. Təxminən 5 dəqiqə sonra Elçinin qardaşı Araz kafenin qarşısına gələrək Elçinin qolundan tutub evlərinə aparmışdır. O da başından qan axdığını gördüyü üçün fərdi yaşayış evinin həyətyanı sahəsinə getmiş, bir az sonra qohumu Ramin həyətə gəlmiş və başından qan axdığını görüb avtomobillə onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 oglu onun həmkəndliləridir. 28 oktyabr 2024cü il tarixdə saat 19 radələrində o, Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən su kanalının yanında dayanarkən həmkəndlisi Təqsirləndirilən şəxs küçədə ucadan qışqırıb nalayiq sözlər deyə-deyə Zərərçəkmiş şəxs1 çayxanasına doğru hərəkət etdiyini görmüşdür. Qorxmazın çayxanası onun dayandığı yerdən təxminən 50-60 metr məsafə uzaqlıqda olmuşdur. O da Elçinin başqalarıyla dalaşdığını zənn etdiyi üçün oğlu Şahid1 zəng edərək Təqsirləndirilən şəxs küçədə nalayiq sözlər deyə-deyə Qorxmazın çayxanasına doğru hərəkət etdiyini, buna görə də o tərəflərə getməməsini tapşırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 oglu onun həmkəndliləridir. 28 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində tanışı Raminlə birlikdə kənddə olan vaxt atası Şahid2 ona zəng edərək Elçinin yüksək səslə küçədə nalayiq ifadələr işlədərək Qorxmazın çayxanası istiqamətində hərəkət etdiyini, buna görə də həmin istiqamətlərə getməməsini tapşırmışdır. Bundan xəbər tutan X9 dava etmələrinin qarşısını almaq üçün dərhal Qorxmazın çayxanasına getmişdir. Təxminən 5-10 dəqiqə sonra Ramin geri qayıdaraq Elçinin Qorxmazı vurduğunu, buna görə də Qorxmazı xəstəxanaya aparacağını söyləyib çıxıb getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la mübahisəsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir. Həmçinin Zərərçəkmiş şəxs1 onun yeznəsi və bibisi oğludur. 28 oktyabr 2024-cü il tarixdə saat təxminən 20 radələrində Ağdaş rayonu, Nehrəxəlil kəndində həmkəndlisi Şahid1la bir yerdə olan zaman sonuncun atası zəng edərək, Zərərçəkmiş şəxs1 çayxanasında dava baş verdiyini Bayrama bildirmişdir. O, bunu eşidən kimi dərhal Zərərçəkmiş şəxs1 çayxanasına getmiş, Qorxmazın öz yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində əyləşdiyini, bacısı Şahid6 isə Qorxmazın başının qanını sildiyini görmüşdür. O, Qorxmazdan nə baş verdiyini və başına nə olduğunu soruşduqda Qorxmaz ona Elçinin çayxanada spirtli içki içdikdən sonra səs-küy saldığını və söyüş söydüyünü, bu səbəbdən Təqsirləndirilən şəxs çayxanadan çölə çıxarmaq istədiyini, həmin vaxt Təqsirləndirilən şəxs da çayxananın içərisində olan fincanı götürərək onun baş nahiyəsinə vurduğunu bildirmişdir. Bundan sonra o da Qorxmazın başından çox qan gəldiyini görüb onu Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 28 oktyabr 2024-cü il tarixdə axşam saat təxminən 20 radələrində o, yaşadığı fərdi yaşayış evində olan zaman qardaşı Təqsirləndirilən şəxs küçədə ucadan qışqırıb nalayiq sözlər dediyini eşitmiş və dərhal küçəyə çıxaraq Təqsirləndirilən şəxs yanına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ucadan qışqırıb nalayiq sözlər deyə-deyə yaşadıqları evə doğru getmiş, Zərərçəkmiş şəxs1 isə çayxananın arxa qapısını bağlayaraq çayxananın içərisində dayanmışdır. Həmin vaxt ətrafda onlardan başqa heç kəs olmamışdır. O da Elçinin çox səs-küy saldığını gördüyü üçün onun qolundan tutaraq yaşadığı evə aparmışdır. Təqsirləndirilən şəxs evə apardıqdan sonra nə üçün içki içməsini və səs-küy salmasını soruşduqda Təqsirləndirilən şəxs heç bir cavab verməmişdir. Bundan sonra o, yenidən Zərərçəkmiş şəxs1 çayxanasına getmiş, lakin həmin vaxt Qorxmaz çayxanadan çıxaraq öz həyətlərinə getdiyi üçün Qorxmazın yaşadığı evə gedərək onun sağ təpə nahiyəsinin qanamasını görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 qohumu Ramin adlı şəxs də orda olmuşdur. O da Qorxmazdan nə baş verdiyini soruşduqda Qorxmaz Elçinin çayxanada spirtli içki içdikdən sonra səbəbsiz yerə onunla mübahisə etdiyini və çayxanada olan fincanı onun baş nahiyəsinə vurduğunu bildirmişdir. Həmin vaxt Ramin Zərərçəkmiş şəxs1 Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 onun həmkəndliləridir. O, hər axşam Zərərçəkmiş şəxs1 kafesində az miqdarda spirtli içki qəbul edir. 28 oktyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində yenə spirtli içki içmək üçün Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən Zərərçəkmiş şəxs1 kafesinə getmişdir. O, kafeyə gedən zaman Təqsirləndirilən şəxs Mədət oğlunun kafedə tək oturduğunu və sərxoş olmasını görmüşdür. Kafedə həmin vaxt Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 başqa heç kəs olmamışdır. O, Qorxmazdan spirtli içki istəyib Təqsirləndirilən şəxsla bir masada oturmuşdur. Təqsirləndirilən şəxs onu nalayiq sözlərlə təhqir etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs sakit olmasını, söyüş söyməməyini tələb etsə də, Təqsirləndirilən şəxs onun sözlərinə məhəl qoymayaraq yenidən nalayiq sözlər deməyə davam etdiyi üçün Qorxmaz da ona Elçinin sərxoş olduğunu buna görə kafedən getməsini bildirmişdir. O da kafedən çıxaraq öz yaşadığı evə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 oglu onun əridir və Zərərçəkmiş şəxs1 Ağdaş rayonu, Nehrəxəlil kəndində fərdi yaşayış evlərinin həyətyanı sahəsində yola bitişik hissədə çayxana işlədir. 28 oktyabr 2024-cü il tarixdə saat təxminən 19 radələrində o, evdə olan zaman çayxanadan səs-küy gəldiyini və kiminsə ucadan qışqıraraq nalayiq sözlər dediyini eşitmiş, lakin əri Zərərçəkmiş şəxs1 çəkindiyi üçün çayxanaya getməmişdir. Təxminən 15 dəqiqə sonra əri Zərərçəkmiş şəxs1 evə gəldiyində Qorxmazın başının qanadığını görmüşdür. O da Qorxmazdan başından qan gəldiyini və nə baş verdiyini soruşduqda, sonuncu həmkəndliləri Təqsirləndirilən şəxs onunla mübahisə etdiyini və fincanla başına vurduğunu bildirmişdir. Bundan sonra o evdən əski götürərək Qorxmazın başından axan qanını silməyə başlamışdır. Təxminən 5 dəqiqə sonra qardaşı Şahid3 yaşadıqları evə gəlmiş və əri Zərərçəkmiş şəxs1 Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Təqsirləndirilən şəxs ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 28 oktyabr 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Zərərçəkmiş şəxs1 yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən həyətyanı torpaq sahəsində yaşadığı evin yanında küçəyə yaxın olan hissədə kafedə baş vermişdir. Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 ilə aralarında baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs1 baş nahiyəsinə şüşə fincan ilə bir dəfə vuraraq xəsarət yetirmiş, həmçinin Təqsirləndirilən şəxs Qorxmaza məxsus iki ədəd çaynik, 13 ədəd armudu fincan, 15 ədəd nəlbəki, 04 ədəd boşqab və 01 ədəd qulplu fincanı sındırmışdır. 1 ədəd şüşə fincan iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. 27 sentyabr 2024-cü il tarixli, 392 nömərli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta-ağır dərəcəli sərxoş olmuşdur. Məhkəmə tibbi-ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 577 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər-sağ təpə nahiyəsinin yarası, sağ təpə alın nahiyəsinin sıyrığı, kəsici alət (ola bilər şüşə parçaları) sağ gözün ağlı qişasında qansızma, küt alət təsirindən törənmiş, törənmə müddətləi xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Məhkəmə tibbi-ekspertizasının 30 oktyabr 2024-cü il tarixli, 579 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı xəsarət aşkar olunmamışdır. “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş 01 noyabr 2024-cü il tarixli, 18-1-22/2-1521/2024 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində “Epizodik həşiş qəbulu” diaqnozu ilə narkoloji profilaktik qeydiyyatdadır. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə psixiatrik ekspertizasının 27 noyabr 2024-cü il tarixli, 901 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (psixi davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həmin xəstəlik kompensiya(yaxşılaşma) mərhələsində olduğundan o, cinayəti törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək qabiliyyətində olmuşdur, Təqsirləndirilən şəxs hal-hazırda istintaqa düzgün ifadə vermək qabiliyyətindədir, hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur, istintaq olunan cinayət əməlini törədərkən Azərbaycan Respublikası CM-in 21 ve 22-ci maddələrinin təsiri altına düşmür. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 5-32-12/2-249/2024 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayan 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi – anası Şahid7 ibarətdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 113792 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 xx xxxxx 2013-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, atası Təqsirləndirilən şəxs, anası X4r. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Nehrəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 19 noyabr 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 noyabr 2024-cü il tarixdə saat 20:20-də şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2024-cü il tarixdə, saat 09:50-də Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 4(014)-52/2024 nömrəli, 21 noyabr 2024-cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 128 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs X6 haqqında həbs qətimkan tədbiri seçilməsinə dair Ağdaş rayon X7 Bölməsinin müstəntiqinin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokurorunun təqdimatı təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 13 (on üç) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. "xxxx" MMC-dən daxil olmuş 29 noyabr 2024-cü il tarixli, ƏQ-116/2024 nömrəli məktubdan görünür ki, İstifadə olunmuş, təxminən 2024-cü ildə alınmış, 02 ədəd çaynikin orta bazar qiyməti 10 (on) manat; İstifadə olunmuş, təxminən 2024-cü ildə alınmış, 13 ədəd armudu fincan və 01 ədəd qulplu fincanın orta bazar qiyməti 7 (yeddi) manat; İstifadə olunmuş, təxminən 2024-cü ildə alınmış, 15 ədəd nəlbəkinin orta bazar qiyməti 8 (səkkiz) manat; İstifadə olunmuş, təxminən 2024-cü ildə alınmış, 04 ədəd boşqabın orta bazar qiyməti 5 (beş) manat dəyərində olmuşdur. Məhkəmə, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaqda verdiyi ifadələrini, 28 oktyabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokolu, maddi sübutu, məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2024-cü il, 31 oktyabr 2024-cü il və 04 noyabr 2024-cü il tarixli rəylərini, ambulator məhkəmə psixiatrik ekspertizasının 27 noyabr 2024cü il tarixli rəyini, "xxxx" MMC-dən daxil olmuş 29 noyabr 2024-cü il tarixli, ƏQ-116/2024 nömrəli məktubu, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri, əksinə bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, işdə olan digər sübutları tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edib silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə, habelə zərərçəkmiş şəxsin əmlakını məhv etməklə və zədələməklə müşayiət edilən qərəzli hərəkətlər etmiş və zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəlləsi) 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Cinayət Məcəlləsinin 221.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmişdir, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına görə cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. “Silah qismində istifadə edilən əşyaların” anlayışına Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 7 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli Qərarında aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat təsərrufat-məişət məqsədi ilə və yaxud da ümumiyyətlə hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhvetmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alıb, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə düzgün tövsif edilmişdir, həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi cinayət əməlinə görə cəzalanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki o, 27 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində orta ağır dərəcəli sərxoşluq vəziyyətində Ağdaş rayonu, Nehrəxəlil kəndi ərazisində yerləşən evlərində anadangəlmə makro-hidrosefaliya, aşağı ətrafların spastik paraplegiyası xəstəliyindən əziyyət çəkən xx xxxxx 2013-cü il təvəllüdlü onun üçün azyaşlı və köməksiz vəziyyətdə, habelə ondan asılı vəziyyətdə olan qızı - Zərərçəkmiş şəxs2 əlil arabasına nəcis ifraz etməsi səbəbindən sifət nahiyəsindən və bədəninin müxtəlif yerlərindən qəsdən bir neçə dəfə sillə ilə vuraraq sonuncuya alın nahiyəsinin, sol göz ətrafı nahiyənin, sol almacıq nahiyəsinin, döş qəfəsinin ön səthinin, sağ çiyin nahiyəsinin qançırları, sol gözün ağlı qişasına qansızma, alt və üst dodaqların, sol ayağın baş barmaqlarının sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, lakin o, Zərərçəkmiş şəxs2 və sonuncunun qanunu nümayəndəsi ilə barışdığına görə məhkəmənin 23 yanvar 2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 73.2ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25 may 2006-cı il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının Prezidcentinin 26 dekabr 2011-ci il tarixli, 1934 saylı “ƏFV” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 25 may 2006-cı il tarixli hökmünə münasibətdə Təqsirləndirilən şəxs məhkumluğu Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ödənilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 16 yanvar 2025-ci il tarixli, c/i-49 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 1(014)-100/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını 20 noyabr 2024-cü il tarixdə tam olaraq çəkib qurtarmış və üzərində Ağdaş rayon İcra və Probasiya şöbəsində heç bir öhdəlik yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Cinayət Məclləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətin residivini yaradan hallar kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, iş materiallarına istinad edib himayəsində üç azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır və qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunması mümkün deyildir. Odur ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən, yəni şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Cinayət Məcəlləsinin 62 və ya 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1 ədəd şüşə fincan Zərərçəkmiş şəxs1 özünə qaytarılmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 24 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 144 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 1 ədəd şüşə fincan zərərçəkmiş şəxsə qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 144 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar