Məhkəmə qərarları › İş №1(014)-140/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-140/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-140/2023 28.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 23 avqust 1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Hərbi şəhərcik ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə ona zəng edərək 2020-ci ilin dekabr ayında Şahid3 onun vasitəsilə anası Zərərçəkmiş şəxs Rusiya Federasiyasından göndərdiyi və sonuncuya məxsus 23530 ABŞ dolları puldan 17700 ABŞ dolları məbləğində pulu Rusiya Federasiyası, Moskva şəhərində yaşayan oğlu Şahid3 onun vasitəsilə göndərmək istəməsini deməsindən sonra 15 fevral 2021-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, Fərid Məmmədzadə küçəsi ev 6-da yerləşən nömrəsiz yaşayış evinə gedib həmin evin qonaq otağında sonuncunun ona verdiyi birində 135 ədəd 100 ABŞ dollarlıq və 3 ədəd 10 ABŞ dollarlıq, digərində 100 ədəd 100 ABŞ dollarlıq olmaqla iki dəstədə toplanmış ümumilikdə 23530 ABŞ dolları pulun birinci - 135 ədəd 100 ABŞ dollarlıq və 3 ədəd 10 ABŞ dollarlıq olan dəstəsini tam, ikinci - 100 ədəd 100 ABŞ dollarlıq dəstəsini isə 92-yə qədər saydıqdan sonra Zərərçəkmiş şəxs bilmədən ona 17700 ABŞ dolları əvəzinə 23530 ABŞ dolları pul verdiyini bilib artıq verilmiş pulu gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs pulun artıq olması barədə hər hansı bir söz demədən pulu saymağı dayandıraraq onun əvvəl gətirdiyi pul olduğunu bəhanə edib pulun qalan hissəsini saymamış, Zərərçəkmiş şəxs istəyi ilə pulun 200 ABŞ dollarını qaytardıqdan sonra qalan pulun 9911 (doqquz min doqquz yüz on bir) manat ekvivalentində olan 5830 ABŞ dolları hissəsini gizli olaraq talayaraq qalan 17500 ABŞ dolları pulu istintaqa məlum olmayan şəxs vasitəsilə Şahid3 göndərmiş, bununla da Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 9911 (doqquz min doqquz yüz on bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində idarə etdiyi Mersedes markalı **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə fərdi qaydada taksi sürücüsü olaraq Bakı şəhərinə sərnişin daşıdığını, Ağdaş-Bakı xətti üzrə işlədiyini, Nüşabə və Şahid1ları tanıdığını, özünün müştəriləri olduqlarını, bir neçə dəfə onları Bakı şəhərinə aparıb-gətirdiyini, həmçinin onların sovqatlarını da apardığını, təxminən iki ay əvvəl Nüşabənin oğlu Cavidin onunla telefon əlaqəsi saxlayaraq anası Nüşabə üçün pul yolladığını və ondan həmin pulu Bakı şəhəri 20 Yanvar metrosunun yanından götürüb aparıb anası Nüşabəyə verməsini ona söylədiyini, özünün də Cavidin yolladığı hazırda məbləğinin xatırlamadığı pulu götürüb aparıb Ağdaş şəhərində Nüşabə və Süleymana verdiyini, xx.xx.2021-ci il tarixdə Nüşabənin ona zəng edərək oğlu Cavidə pul yollamaq istədiyini bildirdiyini, özünün də Nüşabəyə Bakı şəhərində olduğunu və xx.xx.2021-ci il tarixdə gəlib pulu götürəcəyini söylədiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində Nüşabənin yaşadığı evə gəldiyini və Nüşabənin əri Süleymanın yanında ona 17700 dollar pul verərək həmin pulu Bakı şəhərindən Moskva şəhərinə oğlu Cavidə göndərməsini söylədiyini, daha sonra isə Nüşabənin ona verdiyi 17700 dollar puldan 200 dolları ona qaytarmağını söylədiyini, özünün də Nüşabəyə 200 dolları qaytardığını, daha sonra isə 17500 dollar pulu götürüb Bakı şəhərinə getdiyini, Bakı şəhərinə gedən zaman yolda həm Cavid ilə, həm də Nüşabə ilə telefon əlaqəsi saxlayaraq bir neçə dəfə pulun məbləğinin 17500 dollar olmasını dəqiqləşdirdiyini, Bakı şəhərində olan zaman Cavidin söylədiyi ünvandan Cavidə 17500 dollar pulu yolladığını, aradan təxminən 3 gün keçəndən sonra Cavidin ona zəng elədiyini və ona telefonda anası Nüşabənin ona 5800 dollar artıq pul verdiyini və onun da həmin pulu qaytarmağını söylədiyini, özünün də Cavidə anası Nüşabədən atası Süleymanın yanında 17500 dollar pul aldığını və həmin pulu da, ona göndərdiyini söylədiyini, həmçinin artıq məbləğdə pul almadığını bildirdiyini, pulu göndərən zaman Cavid ilə Əbil adlı kassiri telefon ilə danışdırdığını, pulun həqiqətən də, 17500 dollar olmasını dəqiqləşdirdiklərini, Cavidə 17500 dollar pulu Bakı şəhərində Gömrük Hospitalının yaxınlığından yolladığını, Nüşabədən 17500 dollar pul sayıb aldığını, həmin kisənin içərisində 17700 dollar pulun olduğunu və həmin puldan 200 dollar Nüşabə götürdüyünü, 17500 dolları isə Bakı şəhərində Əbil adlı şəxsə vermək üçün götürdüyünü, Nüşabədən pulu götürdükdən sonra əynində olan şalvarının cibinə qoyduğunu, daha sonra da Bakı şəhərinə getdiyini, Bakı şəhərinə avtomobili ilə gedən zaman yanında 3 nəfər tanımadığı şəxslərin olduğunu, onlardan birini Ağdaş rayonundan götürdüyünü, ikisini isə Ləki dörd yolundan götürdüyünü, həmin şəxslərin də onda pul olmağını bilmədiklərini, həmin pulu xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Gömrük Hospitalının yanında Əbilin iş otağında Əbilə verdiyini, Əbilin də həmin vaxtı pulu saydığını və pulun da 17500 dollar oldğunu, bundan sonra Əbilin Cavidlə danışdığını, Cavidə də ona 17500 dollar pul gətirməsini bildirdiyini, Cavidin də pulun düz olduğunu, ona 17500 dollar pul gətirməli olmağını bildirdiyini, Əbil adlı şəxsin Bakı şəhərində Gömrük Hospitalının yanında bir otaqda kassir işlədiyini, nə işlə məşğul olmasını bilmədiyini, Əbillə Cavidin arasında şəxsi münasibətlərinin olmasını bildiyini, Əbil adlı şəxsin Cavidə həmin pulun göndərilməsi ilə bağlı müvafiq sənədləşdirmə aparmadığını, Əbil adlı şəxsə pulu verən zaman həmin yerdə müşahidə kameraları görmədiyini, Nüşabənin ona pulu dollarla verdiyini, həmin pulu saydığını və həmin pulun miqdarının 17500 ABŞ dollar pul olduğunu, Zərərçəkmiş şəxs pulu götürərkən həmin vaxt yanında Nüşabənin yaşadığı mənzildə Nüşabə və əri Şahid1 olduğunu, həmin pulun Nüşabənin atası Muğdətin evində olduğunu sonradan bildiyini, Cavidin ona həmin pulu Bakı şəhərində Əbil adlı şəxsin vasitəsi ilə göndəriləcəyini bildirdiyini, həmin pulun parçadan hazırlanmış kisə torbanın içərisində olduğunu və elə həmin kisədə, yəni torbada Əbil adlı şəxsə verdiyini, Əbil adlı şəxs də onun yanında pulu sayaraq götürdüyün, həmin pulu Bakı şəhərində Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Gömrük Hospitalının yaxınlığında binanın içərisində Əbilə verdiyini, həmin 17500 dollar pulun iki bağlamada olduğunu, bağlamanın birində 100 ədəd 100 ABŞ dollarlıq əsginaslar, digərində isə 75 ədəd 100 ədəd 100 ABŞ dollarlıq əsginasların olduğunu, Nüşabənin həmin pulları aparmağı qarşılığında ona 30 manat pul verdiyini, pulu götürdükdən sonra yolda Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsini yığdığını və Nüşabəyə “oğlun Cavidə denən mənə zəng vursun” deyə bildirdiyini, Nüşabənin isə ona “danışıb deyəcəm” deyə bildirdiyini, bundan sonra onun mobil telefonuna Cavidin zəng vurduğunu və ona “sənə nömrə göndərəcəyəm həmin nömrə ilə danışıb pulu həmin şəxsə ver” deyə bildirdiyini, bundan sonra Bakı şəhərində Cavidin ona dediyi ünvanda olarkən təkrar olaraq Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək “sənin mənə verdiyin pulun qədəri 17500 ABŞ dollarıdırmı?” deyə bildirdiyini, Nüşabənin də ona “həmin pul 17500 ABŞ dollarıdır” deyə bildirdiyini, bundan sonra da həmin pulu Əbil adlı şəxsə verdiyini, həmçinin həmin vaxt da Cavidi Əbil ilə telefon vasitəsi ilə də danışdırdığını, ümumiyyətlə kiminsə pulunu aparan zaman pulu sayaraq təhvil almağına baxmayaraq həmin pulu təhvil verən zaman bir daha da həmin şəxsdən soruşaraq təsdiqlədiyini, Zərərçəkmiş şəxs və əri Şahid1 dediklərinin yalan olduğunu, 17500 ABŞ dolları pulu aparıb Bakı şəhərində təqdim etdiyini bildirmişdir. Cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirirək ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş istintaq hərəkətlərinin protokolları, şahidlərin ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıdığını, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, Elçini tanıdığı üçün hər zaman Bakı şəhərinə sovqat yola saldığını, belə ki, qızı İncinin Bakı şəhərində evlənərək yaşadığını və qızının yaşadığı ünvana lazım olan əşyaları onun vasitəsi ilə göndərdiyini, eyni zamanda qızının əri Vüqarın da Elçinin taksisi ilə gedib gəldiyini, həmçinin onunla dəfələrlə Bakı şəhərinə gedib gəldiyini, Elçin ilə arasında heç bir düşmən münasibətinin və ədavətin olmadığını, oğlu Şahid3 bir ildən çox müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində alverlə məşğul olduğunu, 2020-ci ilin dekabr ayında oğlunun ona zəng edərək Təqsirləndirilən şəxs vasitəsi ilə ona 40.000 manat pul yolladığını və onun da həmin pulu qarşılamasını söylədiyini, 2020-ci ilin dekabr ayının sonlarında həmin sonlarında həmin vaxtlar karantin rejimi vaxtı, yəni şəhər rayonlara gediş gəlişin bağlanan vaxtı olmasını xatırladığını, taksi sürücüsü Təqsirləndirilən şəxs yaşadıqları evdə 40.000 manat pulu gətirib ona 23530 ABŞ dollar pul verdiyini, həmin pulların iki paçkada olduğunu, paçkanın birində 135 ədəd 100 ABŞ dollarlıq və 3 ədəd də 10 ABŞ dollarlıq pul əsginası, digərində isə 100 ədəd 100 ABŞ dollarlıq pul əsginasının olduğunu, daha sonra həmin pulları yaşadığı evdə saxlamağa ehtiyat etdiyindən saxlaması üçün etibarlı yer olduğu üçün atası Şahid2 verdiyini, xx.xx.2021-ci il tarixdə oğlu Cavid onunla telefon əlaqəsi saxladığını və ondan göndərdiyi 23530 ABŞ dollar puldan 17700 ABŞ dollar pul yollamasını istədiyini, özünün də həmin vaxt Təqsirləndirilən şəxs ilə əlaqə saxladığını və Təqsirləndirilən şəxs Ağdaş rayonundan Bakıya oradan isə Cavidə pul yollamaq lazım olduğunu söylədiyini, Elçinin isə hazırda işlərinin olduğunu və xx.xx.2021-ci il tarixdə onlara gəlib pulu götürəcəyini söylədiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 08 radələrində atası Müğdətin ona saxlamağa verdiyi 23530 dollar pulu gətirib ona, yəni ərinin yanında təhvil verdiyini, özləri, yəni əri Süleymanın həmin pulu sayaraq atasından təhvil aldıqlarını, daha sonra, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində Elçinin onun yaşadığı evə gəldiyini, həmin vaxt özü və əri X4 ona 17700 dollar pul göndərməsini istədiyini və həmin pulu da, onun aparıb Bakıdan Moskva şəhərinə yolla salmasını xahiş etdiklərini, həmin vaxt Elçinə iki paçka pulu, yəni paçkanın birinin içərisində 138 ədəd olmaqla 135 ədəd 100 dollar, 3 ədəd isə 10 dollar, digər paçkada isə 100 ədəd 100 dollar olmaqla ümumilikdə ona 23530 dollar pul verdiyini, “Elçin gətirdiyin 40.000 manat puldur, apar bunu Cavidə göndər” deyə söylədiyini, Elçinin birinci paçkanı tam saydıqdan sonra ikinci paçkada isə 90, 91, 92 və sairə sayaraq “əşi bu pullar mənim gətirdiyim pullardır” deyib pulu saymağı dayandırıb hər iki paçkanı çit torbaya qoyaraq pulları götürdüyünü, bu zaman Elçinə Cavidə göndərməsi üçün verdiyi puldan 200 dollarını geri verməsini, həmin pul ilə dişlərini düzəltdirəcəyini söylədiyini, Elçin də Elçinə verdiyi puldan 200 ABŞ dollarını ona geri verdiyini, daha sonra isə Elçinin pulları götürüb çıxıb getdiyini, Elçinin evdən çıxdıqdan sonra 11:55-də mobil telefonuna zəng etdiyini və Elçinin ondan pulun nə qədər olduğunu soruşduğunu, Elçinə cavab olaraq 17500 ABŞ dollar pul verdiyini bildirdiyini, bundan az sonra saat 13 radələrində Elçinin təkrar olaraq ona zəng etdiyini və ondan bir daha pulun nə qədər olduğunu soruşduğunu və ona eyni cavab verdiyini, az sonra ilkin zəngdən 2-3 dəqiqə keçdiyini, Elçinin ona təkrar olaraq zəng etdiyini və Elçinin, yenidən ondan pulun sayını öyrəndiyini, həmin vaxt xəstə olduğundan Elçinə heç bir kəskin cavab vermədiyini, Elçinə pulun 17500 ABŞ dollar olduğunu bildirdiyiin, aradan təxminən iki gün keçdikdən sonra oğlu Cavid ilə telefon vasitəsi ilə danışan zaman Cavidin ondan nə üçün 17700 ABŞ dollar pul əvəzinə 17500 ABŞ dollar yolladığını soruşduğunu, özünün də Cavidə həmin 200 ABŞ dolları müalicəsi üçün götürdüyünü söylədiyini, Cavidin isə ona “evdə sizin 6000 ABŞ dollar pulunuz qalıb, bəs həmin pullar hanı” deyə söylədiyini, özünün də Cavidə Elçin vasitəsilə pulların hamısını göndərdiyini söylədiyini və həmin vaxt Elçinə səhvən 5830 ABŞ dollar artıq pul verdiyini başa düşdüyünü, daha sonra isə Elçinə zəng edərək bu barədə Elçinə bildirdiyini, lakin Elçinin ona yalnız 17500 dollar pul verdiyini və həmin pulu da Bakı şəhərində Cavidə yolladığını söylədiyini, pulun kəsir olduğunu bildikdə dərhal Elçin ilə əlaqə saxladığını və Elçinin harada olduğunu yaşadığı ünvana gəlməsini bildirdiyini, lakin Elçinin həmin gün yaşadığı ünvana gəlmədiyini, səhəri gün saat 12 radələrində yaşadığı ünvana gəldiyini və Elçin ilə söhbət etmək istədikdə Elçinin ona “gəl gedək ziyarətgaha and içək” bildirdiyini, Elçin Fərəzliyevə 23.330 ABŞ dollar pul verən zaman orada Elçin və əri Süleymanın olduğunu, Təqsirləndirilən şəxs oğlu Cavidə Bakı şəhərində pulu haradan yollamasını bilmədiyini, Elçinin ondan pul alıb Bakı şəhərinə gedən zaman avtomobilində heç kimin olmadığını, oğlu Cavidin ona göndərdiyi pulu Elçinə tam olaraq geri qaytardığını, oğlu Cavidin ona göndərdiyi 17.500 ABŞ dollar pulun 40.000 manat olduğunu səhvən bilərək Elçinə oğlu Cavidin göndərdiyi bütün pulu Elçinə verdiyini, həmin pulun bütövlükdə ona məxsus olduğunu, oğlu Cavidin ehtiyacı olduğu üçün ondan pul istədiyinə görə Cavidə göndərdiyini, Elçinin bir dəfə ona şikayətçi olmamağı üçün ona 5000 (beş min) manat pul təklif etdiyini, lakin Elçinə pulun hamısını istədiyini bildirdiyini, həmin pulun özünə məxsus olduğunu, oğlu Cavidə pul lazım olduğu üçün Cavidin ondan pul istəyib özünün də səhvən pulun hamısını Təqsirləndirilən şəxs oğlu Cavidə göndərməsi üçün verdiyini bildirmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində 2020-ci ilin fevral ayından Rusiya Federasiyasının Moskva vilayətinin Kotelniki şəhərində yaşadığını, anası Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə yazdığı şikayət ərizəsi ilə bağlı olaraq Təqsirləndirilən şəxs təxminən 7-8 il olar ki, Bakı şəhərinə sərnişin aparan taksi sürücüsü kimi tanıdığını, Rusiya Federasiyasına köçəndən sonra Elçinlə dəfələrlə Ağdaş şəhərinə pul və ya sovqat yola saldığını, Elçinlə arasında heç bir düşmən münasibətinin və ya ədavətinin olmadığını, Rusiya Federasiyasının Moskva şəhərində alverlə məşğul olduğunu, təxminən 2020-ci ilin dekabr ayının əvvəllərində anası Nüşabəyə zəng edərək Elçinlə onlara 40000 manat pul yolladığını və həmin pulu Elçindən götürməsini söylədiyini, sonra Elçin onların evində olan zaman ona zəng edərək 23530 ABŞ dolları pulu gətirib anası Nüşabəyə və atası Süleymana verdiyini, həmin vaxt Elçinin mobil telefonu ilə atası Süleymanla da danışdığını və atası Süleyman da ona Elçinin onlara 23530 ABŞ dollar pul verdiyini, həmin pulların iki paçka olmaqla, paçkanın birində 135 ədəd 100 ABŞ dollar və 3 ədəd 10 ABŞ dollar pul əsginasları, digərində isə 100 ədəd 100 ABŞ dollar pul əsginaslarınını olduğunun bildiyini, xx.xx.2021-ci il tarixdə Elçinə zəng edərək evinə getməsini və oradan 17700 ABŞ dolları pulu götürüb ona göndərməsini bildirdiyini, bundan sonra anası ilə telefon əlaqəsi saxladığını və anasına göndərdiyi 23530 ABŞ dollar puldan 17700 ABŞ dollar pulu Elçinlə ona yollamasını bildirdiyini, anası Nüşabənin də həmin vaxt Təqsirləndirilən şəxslə əlaqə saxladığını və Elçinə Ağdaş rayonundan Bakıya oradan isə Cavidə pul yollamaq lazım olduğunu bildirdiyini, Elçinin isə hazırda işlərinin olduğunu bildirdiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində Elçinin onların evinə gəldiyini, həmin vaxt anası Nüşabə və atası Süleymanın Elçinə anasının ona 17700 dollar pul göndərmələrini istədiyini və həmin pulu da, Elçinin aparıb Bakıdan Moskva şəhərinə yola salmasını xahiş etdiklərini, həmin vaxt anası Nüşabənin Elçinə “Elçin gətirdiyin 40000 manat puldur, apar bunu Cavidə göndər” deyə söylədiyini, lakin, anası Nüşabəyə tapşırdığı 17700 ABŞ dolları əvəzinə, anası Nüşabənin onun anasına göndərdiyi 23530 ABŞ dollarından 200 ABŞ dolları götürərək qalan pulun hamısını, yəni 23330 ABŞ dollar pulu Elçinə 17500 ABŞ dolları əvəzinə verdiyini, Elçinin də pulların olduğu paçkanın birini saydığını, ikinci paçkada olan pulun isə bir hissəsini saydıqdan sonra “elə bu mən gətirdiyim puldur” deyə söylədiyini və pulları götürərək evdən çıxdığını, Elçinin yolda olan zaman onunla beş dəfə mobil telefon vasitəsilə əlaqə saxladığını, Elçinin birinci dəfə ona zəng edən zaman ondan pulun nə qədər olmasını soruşduğunu və özünün də Elçinə 17700 ABŞ dolları olmasını bildirdiyini, ikinci dəfə Elçinin bundan bir qədər sonra ona zəng edərək ona pulu saydığını və pulun artıq olmasını bildirdiyini, özünün isə Elçinə pulu dəqiq sayıb götürdüyünü bildirdikən sonra Elçinin ona dəqiqləşdirib zəng edəcəyini bildirdiyini, üçüncü dəfə Elçinin ona zəng edərək yanacaqdoldurma məntəqəsində pulu saydığını və pulun sayının düz olduğunu bildirsə də, lakin məbləği söyləmədiyini, dördüncü dəfə Elçinin ona zəng edəndə Bakı şəhərinə bir qədər sonra çatacağını və pulu göndərəcəyini bildirdiyini, beşinci dəfə Elçin ona zəng edəndə artıq pul göndərmək istədiyini bildirdiyini, özünün də bundan sonra həmin məntəqə ilə əlaqə saxladığını və daha sonra Elçinin pulu ona göndərdiyini, özünün pulu bir gün sonra aldıqda pulun 17500 ABŞ dolları olduğunu gördüyünü və anası Nüşabəyə zəng edərək ona 17700 ABŞ dolları göndərməsini, lakin anasına ona 17500 ABŞ dolları göndərdiyini bildirdiyini, anası Nüşabənin də ona 200 ABŞ dolları özünə lazım olduğu üçün evdə saxladığını bildirdiyini, özünün isə anası Nüşabəyə “evdə sizin 6000 ABŞ dollar pulunuz qalıb, bəs həmin pullar hanı” deyə söylədiyini, anasın da ona Elçin vasitəsilə pulların hamısını göndərdiklərini söylədiyini, həmin vaxt Elçinə anasının səhvən 5830 ABŞ dolları artıq pul verdiyini başa düşdüyünü, daha sonra isə Elçinə zəng edərək bu barədə bildirdiyini, lakin, Elçinin ona anası Nüşabənin yalnız 17500 dollar pul verdiyini və həmin pulu da Bakı şəhərindən ona yolladığını söylədiyini, özünün isə bir daha Elçinə anası Nüşabənin onunla göndərdiyi 23530 ABŞ dollar puldan 200 ABŞ dolları götürdüyünü və qalan 23530 ABŞ dolları pulu verdiyini bildirdiyini, Elçinin isə bir daha anası Nüşabənin 17500 ABŞ dolları pul verdiyini bildirdiyini, özünün isə Elçinə hansı səbəbdən yolda olan zaman ona zəng edib pulun məbləğini dəqiqləşdirdiyini soruşduğunu, Elçinin ona pul apardığını, bu səbəbdən də məbləği dəqiqləşdirdiyini bildirərək cavabdan yayındığını, Rusiya Federasiyasında istifadə etdiyi mobil nömrənin **********1 saylı mobil nömrə olduğunu, bundan sonra müxtəlif vaxtlarda Elçin ilə danışıb anası Nüşabədən oğurladığı pulu qaytarmasını bildirsə də Elçin hər dəfəsində ona “get işinlə məşğul ol” deyə cavab verdiyini, Elçindən pulu istədikdə Elçin ona “pulu oğurlamışam, yaxşı etmişəm, sübut edə bilirsənsə get sübut et” deyə cavab verdiyini, Əbil adlı şəxsi tanımadığını, sadəcə olaraq həmin şəxsə ləqəb kimi Əbil deyildiyini, lakin kim olmasını, əsl adını və hazırda harada olmasını bilmədiyini, həmin pulun anası Zərərçəkmiş şəxs məxsus olduğunu, özünə pul lazım olduğu üçün anası Zərərçəkmiş şəxs pulun bir hissəsini ona göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində hazırda evli və iki övladının olduğunu, İncinin hazırda evlənib Bakı şəhərində yaşadığını, oğlu Cavidin isə Rusiya Federasiyasında işlədiyini, arvadı Zərərçəkmiş şəxs Ağdaş RPŞ-yə yazdığı şikayət ərizəsi ilə bağlı Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıdığını, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, Elçin ilə bir neçə dəfə Bakı şəhərinə sovqat yola saldığını, həmçinin Elçinlə dəfələrlə Bakı şəhərinə gedib gəldiklərini, oğlu Şahid3ov oğlunun bir ildən çox müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində alverlə məşğul olduğunu, təxminən iki ay əvvəl oğlunun zəng edərək Elçin Fərizləyev vasitəsilə 40.000 manat pul yolladığını və həmin pulu almaqlarını söylədiyini, həmin gün də Təqsirləndirilən şəxs yaşadıqları evdə onlara gətirib 23.530 ABŞ dolları pul verdiyini, həmin pulların iki paçkada olduğunu, paçkanın birində 135 ədəd 100 ABŞ dolları və 3 ədəd də 10 ABŞ dollarlıq pul əsginası, digərində isə 100 ədəd 100 ABŞ dollarlıq pul əsginası olduğunu, daha sonra həmin pulları yaşadıqları evdə saxlamağa ehtiyat etdiklərindən saxlaması üçün qayınatası Şahid2 verdiklərini, xx.xx.2021-ci il tarixdə oğlu Cavidin telefon əlaqəsi saxladığını və 17700 ABŞ dollar pul yollamaqlarını istədiyini, həmin vaxt Təqsirləndirilən şəxs ilə əlaqə saxladıqlarını və Elçinə Bakıdan Cavidə pul yollamaq lazım olduğunu söylədiklərini, Elçinin isə hazırda işlərinin olduğunu və xx.xx.2021-ci il tarixdə gəlib pulu götürəcəyini söylədiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 08 radələrində qayınatası Müğdətin saxlamağa verdikləri 23530 ABŞ dollar pulu gətirib onlara təhvil verdiyini, özünün və arvadı Nüşabənin həmin pulu sayaraq təhvil aldıqlarını, daha sonra, yəni xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində Elçinin yaşadıqları evə gəldiyini, həmin vaxt özünün və arvadı X3 onlardan 17700 ABŞ dollar pul göndərməyini istədiyini və həmin pulu da, Elçinin vasitəsi ilə aparıb Bakıdan Moskva şəhərinə yola salmasını xahiş etdiklərini, həmin vaxt Elçinin pulu saymağa başladığını, Elçinin birinci paçkanı tam saydıqdan sonra ikinci paçkada isə 90, 91, 92 və sairə sayaraq “əşi bu pullar mənim gətirdiyim pullardır” deyib pulu saymağı dayandıraraq hər iki paçkanı çit torbaya qoyaraq pulları götürdüyünü, həmin vaxt Nüşabənin Elçinə “Elçin gətirdiyin 40000 manat puldur, apar bunu Cavidə göndər” deyə söylədiyini, bu zaman arvadı X5 göndərməsi üçün verdiyi puldan 200 ABŞ dollarını geri verməsini, həmin pul ilə dişlərini düzəltdirəcəyini söylədiyini, Elçinin də, ona verdikləri puldan 200 ABŞ dollarını geri verdiyini, daha sonra isə Elçinin pulları götürüb çıxıb getdiyini, aradan təxminən iki gün keçdikdən sonra oğlu Cavid ilə telefon vasitəsi ilə danışan zaman Cavidin onlardan nə üçün 17700 ABŞ dollar əvəzinə 17500 ABŞ dollar yolladıqlarını soruşduqlarını, onların da, Cavidə həmin 200 ABŞ dolları pulu müalicə üçün götürdüklərini söylədiklərini, Cavidin isə onlara “evdə sizin 6000 dollar pulunuz qalıb, bəs həmin pullar hanı” deyə söylədiyini, özlərinin də Cavidə Elçin vasitəsilə pulların hamısını göndərdiklərini söylədiyini və həmin vaxt Elçinə səhvən 5830 ABŞ dollar artıq pul verdiklərini başa düşdüklərini, daha sonra isə Elçinə zəng edərək bu barədə Elçinə bildiklərini, lakin Elçinin yalnız 17500 dollar pul verildiyini və həmin pulu da Bakı şəhərində Cavidə yolladığını söylədiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 09 radələrində yaşadıqları evdə səhvən Elçin Fərəzliyevə 17500 dollar əvəzinə 23330 dollar pul verdiklərini, lakin Təqsirləndirilən şəxs təkidlə 17500 dollar pul vermələrini söylədiyini, Elçinin yalan danışdığını, çünki, Elçinin pulu Bakıya aparan zaman yolda onlara 3 dəfə zəng edərək ona verdikləri pulun məbləğini dəfələrlə soruşduğunu, onların da, hər dəfəsində Elçinə 17500 dollar pul vermələrini söylədiklərini, həmin vaxt səhvən 40000 manat pulun 17700 dollar pula bərabər olduğunu fikirləşdiklərini, Elçin Fərəzliyevə 23330 dollar pul verən zaman orada Elçin və Nüşabənin olduğunu, Təqsirləndirilən şəxs oğlu Cavidə Bakı şəhərində pulu haradan yollamasını bilmədiyini, Cavidin arvadı Nüşabəyə Rusiyadan telefon vasitəsi ilə onlara 40000 manat pul yolladığını dediyini, lakin Rusiyadan Bakı şəhərinə kimə yollamasını bilmədiyini, Cavidin Elçinlə telefon əlaqəsi saxlayıb, Elçinə “get pulu götür evə ver” dediyini, Elçinin də həmin pulu kimdən götürməsini bilmədiyini, həmin pulları Elçinin arvadı Nüşabə və onun yanında sayaraq verdiyini, həmin pulların iki paçkada olduğunu, paçkanın birində 135 ədəd 100 dollarlıq və 3 ədəd də, 10 dollarlıq pul əsginası, digərində isə 100 ədəd 100 dollarlıq pul əsginası olduğunu, 15 fevral 2021-ci il tarixdə Nüşabənin atasına saxlamaq üçün verdiyi iki paçkada paçkanın birində 135 ədəd 100 dollarlıq və 3 ədəd də 10 dollarlıq pul əsginası, digərində isə 100 ədəd 100 dollarlıq pul əsginasını sayaraq təhvil aldıqlarını, Elçinin onlardan pul alıb Bakı şəhərinə gedən zaman avtomobildə heç kimin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs doğma qızı olduğunu, təxminən 2-3 ay əvvəl qızı Nüşabənin ona 235 ədəd 100 dollarlıq və 3 ədəd 10 dollar pul əsginaslarını saxlamaq üçün verdiyini, həmin pulları qızına oğlu Cavidin göndərdiyini, həmin pulları ona qızı versə də həmin pulları Bakı şəhərindən taksi sürücüsü işləyən Elçinin gətirdiyini, həmin pulu qızının 2020-ci ilin dekabr ayında ona gətirib verdiyini, xx.xx.2021-ci il tarixdə axşam saatlarında qızı Nüşabənin ona zəng edərək saxlamağa vermiş olduğu pulları geri istədiyini, xx.xx.2021-ci il tarixdə saat təmxinən 08 radələrində qızı Nüşabənin ona saxlamağa verdiyi 235 ədəd 100 ABŞ dollarlıq və 3 ədəd 10 ABŞ dollarlıq pul əsginaslarını qızı Nüşabənin yaşadığı evə gətirdiyini və Nüşabənin əri Süleymanın iştirakı ilə onun yanında sayaraq 235 ədəd 100 ABŞ dollarlıq və 3 ədəd 10 ABŞ dollar pulu qızı Nüşabəyə verdiyini, aradan təxminən 2-3 gün keçdikdən sonra özünün, Nüşabənin və Süleymanın Elçin adlı şəxs vasitəsilə nəvəsi Cavidə səhvən 17500 ABŞ dollar əvəzinə 23330 ABŞ dollar pul göndərdiklərini öyrəndiyini, belə ki, onların yanlışlıqla, yəni səhvən onun gətirdiyi puldan 17500 dollar əvəzinə nəvəsi Cavidin onlara yolladığı bütün pulları Elçinə verdiklərini, Elçinin isə sonradan onun yalnız 17500 dollar pul götürməsini bildirdiyini, onlar bu barədə bildikdən sonra Elçinə zəng etdiklərini, lakin Elçinin həmin gün deyil ertəsi gün Nüşabənin yaşadığı evə gəldiyini, həmin vaxt onların Elçinə 23330 ABŞ dollar pul verdiyini bildirdiyini, Elçinlə söhbət etməyinə baxmayaraq Elçinin pulun 17500 ABŞ dollar olduğunu dediyini, qızı Nüşabədən saxlamaq üçün aldığı 23530 dollar pulu xx.xx.2021-ci il tarixdə qızının yaşadığı evdə qızı Nüşabəyə və əri Süleymana sayaraq təhvil verdiyini, tam olaraq 23530 ədəd ABŞ dollar və 3 ədəd 10 ABŞ dollar pul onda olduğunu bildiyini və özünün həmin pulu sayaraq qızına verdiyini, həmin pulu göz bəbəyi kimi qoruduğunu, çünki həmin pulu qorumaq məqsədi ilə evdə arvadı yatdığı döşəyin içərisinə qoyaraq orada gizlətdiyini, həmin pulları qızı Nüşabənin evində sayaraq Nüşabəyə ərinin yanında verdiyini, özünün və arvadının onlara verilmiş pulu qızı Nüşabəyə məxsus olduğu üçün qoruduqlarını, Nüşabənin hər hansı bir problemini həll etmək üçün qoruduqlarını, Elçinə pulun düzgün olmamasının müəyyən olunduqda zəng edildiyini, Elçinə zəng edilməsinə baxmayaraq səhəri gün qızı Nüşabənin yaşadığı ünvana gəldiyini, ona həmin vaxt Elçinin pulu götürüb getdikdən sonra yol boyu 3 dəfə qısa bir zamanda öz mobil telefonu ilə qızı Nüşabəni yığmasının məlum olduğunu, Elçinə pulun evdən verildiyini və Elçinin həmin pulu Bakı şəhərindən yola salmalı olduğunu, lakin yol boyu 3 dəfə qızı Nüşabəyə zəng edərək pulun qədərini öyrənməsinin səbəbini bilmədiyini, pulun Elçinə verilərkən guya pulu sayıb, sonradan isə özünün bir daha pulu saydığını, əgər Elçin, pulu qəbul edibsə və pulun nə qədər olduğunu bildiyi halda nə səbəbdən Elçinə zəng edərək bir daha dəqiqləşdirmə apardığını, Elçinin yalan danışdığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2021-ci il tarixli 1002 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X11in poliklinika şöbəsində ruhiəsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə və ya şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli, № 520 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Hərbi Şəhərçikdə kommunal mənzildə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı – 1993-cü il təvəllüdlü X1; oğlu – 2013-cü il təvəllüdlü X2; oğlu – 2015-ci il təvəllüdlü X6. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:30-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 18 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2021-ci il tarixdə, saat 16:00-da saxlandığı Ağdaş RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrumetmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar