Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-141/2023 25.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 2005-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Ağdaş şəhəri, Hərbi qəsəbə ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq anbara daxil olmaqla vahid niyyətlə xeyli miqdarda özgə əmlakını gizli yolla talamış və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edərək üzərində saxlayaraq daşımış və satmışdır. Belə ki, o, vahid niyyətlə özgənin əmlakını talama niyyəti və tamah məqsədi ilə 22 dekabr 2022-ci il saat 03 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən “Orelay” firmasına məxsus anbarının dəmir dam örtüyünü çıxarmaqla qanunsuz daxil olaraq anbarda olan Orelay firmasına məxsus hər birinin dəyəri 400 manat, ümumi dəyəri 3200 manat olan 08 ədəd 1991-2000-ci illər Rusiya istehsalı, 2 kvt/1450 gücü və dövriyyəsi olan “elektrik motoru”nu və hər birinin dəyəri 500 manat, ümumi dəyəri 3000 manat olan 06 ədəd 1995-2010-cu illər Rusiya istehsalı, 5 kvt/900 gücü və dövriyyəsi olan “elektrik motoru”nu gizli yolla talayaraq oğurlamış, eyni niyyət ilə 23 dekabr 2022-ci il saat 03 radələrində Ağdaş şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən “Orelay” firmasına məxsus anbara dəmir dam örtüyündən qanunsuz daxil olaraq anbarda olan Orelay firmasına məxsus hər birinin dəyəri 600 manat, ümumi dəyəri 2400 manat olan 4 ədəd 1991-2000-ci illər Rusiya, İran istehsalı, 5 kvt/1500 gücü və dövriyyəsi olan “elektrik motoru”nu, hər birinin dəyəri 1000 manat, ümumi dəyəri 2000 manat olan 2 ədəd 1991-2000-ci illər Rusiya istehsalı, 11 kvt/2800 gücü və dövriyyəsi olan “elektrik motoru”nu, hər birinin dəyəri 700 manat, ümumi dəyəri 2100 manat olan 3 ədəd 1991-2000-ci illər Rusiya istehsalı, 7 kvt/1850 gücü və dövriyyəsi olan “elektrik motoru”nu və hər birinin dəyəri 300 manat, ümumi dəyəri 2100 manat olan 7 ədəd 1995-2015ci illər Rusiya, Ukrayna istehsalı, 0.75 kvt/900 gücü və dövriyyəsi olan “elektrik motoru”nu oğurlamaqla firmaya ümumilikdə 14800 (on dörd min səkkiz yüz) manat xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi ilə ümumi təmiz çəkisi 0,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhəri ərazisində Şahid5 9 (doqquz) manat müqabilində satmış, Şahid5 da həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhəri, H.Əliyev prospektində Şahid3 10 (on) manat müqabilində satmış, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 Ağdaş rayonu H.Əliyev parkında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında, xidməti otaqda həmin tarixdə saat 02:08-dən 02:18-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sol ön cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,25 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək hər hansı bir yerdə işləmədiyini, maddi sıxıntılar çəkdiyini və dolanışığının zəif olduğunu, Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “ORELAY” firmasının sahibi Namiq Ədilovu əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, maddi sıxıntılar çəkdiyinə və pulu olmadığına görə oğurluq edərək asan yolla pul qazanmaq qərarına gəldiyini və bu məqsədlə “ORELAY” firmasının özünün evinin yaxınlığında yerləşən anbarına qanunsuz daxil olaraq oradan avadanlıqlar oğurlamaq qərarına gəldiyini, 22 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində evlərinin yaxınlığında yerləşən ORELAY firmasının anbarına təkbaşına daxil olmaq üçün anbarın arxa tərəfinə gəldiyini və anbarın şiferinin qırıq hissəsindən aşağı baxdığını, gecə olduğu üçün alışqanın işığına görə alışqan da götürdüyünü, alışqanın işığı ilə içəriyə baxdıqda hündür olduğunu gördüyünü, təkbaşına yaşadığı evə qayıdıb evdə olan uzun qalın kəndiri götürüb yenidən oraya gəldiyini, şiferdən aşağıya kəndiri salladığını və kəndirdən tutaraq kəndir vasitəsi ilə aşağı endiyini, daha sonra orada bir qədər gəzişdikdən sonra yüngül olan motorları təkbaşına bir-bir götürüb anbarın qapısına yaxınlaşdığını və götürdüyü 14 ədəd motoru qapının qarşısına yığdıqdan sonra bir-bir motoru əlinə alıb açıq vəziyyətdə olan qapıdan çölə çıxartdığını və qapının qarşısına yığdığını, daha sonra qapıdan çıxdıqda sağ tərəfdə olan kiçik tullantıların üzərindən anbarın damına çıxdığını və həmin anbardan oğurladığı 14 ədəd motoru bir-bir aparıb anbarın arxa tərəfində olan sonra gəlib götürüb aparıb satmaq məqsədi ilə kolluqda gizlətdiyini, həmin anbarda motorlar çox olduğuna görə hamısını oğurlaya bilmədiyini və daha sonra gəlib digər motorları da oğurlamaq qərarına gəldiyini, daha sonra yaşadığı evə gedib yatdığını, səhəri gün “Orelay” firmasının anbarından oğurladığı həmin 14 ədəd motoru metallom satmaq üçün yer axtardığını, həmin gün əvvəllər tanıdığı Ağdaş rayon sakini Şahid2 ilə Ağdaş şəhərində rastlaşdığını və Şahid2 bir neçə əşyanın olmasını və ona metalloma aparmaq üçün avtomobil lazım olduğunu, həmçinin əşyaları yığmağa fəhlə lazım olmasını bildirdiyini, bu zaman Adilin ona tanışı Şahid1 da götürüb gələcəyini bildirdiyini, bir qədər sonra Şahid2 tanışı Şahid1 ilə birgə Nurlanın prokatı (motosikleti) ilə yaşadıqları evin yanına gəldiyini, Adilin onunla köməkləşib həmin kisədə olan motorları prokata yığdığını, daha sonra yolüstü Adili yolda düşürdüklərini, Nurlanla birgə Ağdaş şəhəri ərazisində cırtdanlar arasında yerləşən metallom dükanında işləyən Həsən adlı şəxsə motorların 14 ədədinin hamısını ümumilikdə 200 (iki yüz) manata satdığını, Şahid2 və Şahid1 hər birinə 25 manat pul verdiyini, qalan pulları isə şəxsi ehtiyacları üçün xərclədiyini, 23 dekabr 2022-ci il tarixdə gecə saat 03 radələrində evinin yaxınlığında yerləşən ORELAY firmasının anbarına yenidən təkbaşına daxil olub oğurluq etmək üçün anbarın arxa tərəfinə gəldiyini və anbarın şiferinin qırıq hissəsindən aşağı baxdığıını, gecə olduğu üçün üzərində olan alışqanın işığı ilə həmin uzun qalın kəndir vasitəsi ilə yenidən şiferdən (dam örtüyündən) aşağıya kəndiri salladığını və kəndirdən tutaraq kəndir vasitəsi ilə aşağı anbarın içərisinə düşdüyünü və yüngül olan motorları bir-bir götürüb keçən dəfə etdiyi kimi anbarın giriş qapısının qarşısına gətirib yığdığını və götürdüyü 16 ədəd motoru qapının qarşısına yığdıqdan sonra bir-bir motoru əlinə alıb açıq vəziyyətdə olan qapıdan çölə çıxartdığını və qapının qarşısına yığdığını, daha sonra qapıdan çıxdıqda sağ tərəfdə kənara yığılmış taxta və dəmir tullantıların üzərindən anbarın damına çıxdığını və həmin anbardan oğurladığı 16 ədəd motoru bir-bir aparıb anbarın arxa tərəfində olan kolluqda sonra gəlib götürüb aparıb satmaq məqsədi ilə gizlətdiyini, daha sonra yaşadığı evə gedib yatdığını, səhəri gün günorta saatlarında küçəyə çıxdığını və oğurladığı motorları satmaq üçün avtomobillə gəzib metallom alan şəxs axtarmağa başladığını, bu zaman markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı bir nəfər şəxsin avtomobillə metallom almasını gördüyünü, adını bilmədiyi həmin şəxsə yaxınlaşaraq onda müxtəlif ölçülərdə morotlar olduğunu, bir nəfərin borc qarşılığında ona verdiyini və satmaq istədiyini bildirdiyini, həmin şəxsin motorlara baxdıqdan sonra ala biləcəyini bildirdiyini və birlikdə motorları gizlətdiyi yerə, evinin yaxınlığına gəldiyini, həmin şəxsin motorlara baxdıqdan sonra hamısına birlikdə 220 (iki yüz) manat pul verə biləcəyini bildirdiyini və razılaşdıqlarını, həmin şəxsin avtomobilinə motorların hamısını yığdıqdan sonra 220 (iki yüz iyirmi) manat pulu götürdüyünü və həmin pulları da gündəlik şəxsi ehtiyaclarına xərclədiyini, etmiş olduğu oğurluq barədə hər hansı bir şəxsə hər hansı bir söz demədiyini, həmin şəxslərin motorların oğurluq olmasını bilərsə, polisə məlumat verər və yaxud da həmin motorları almaz deyə həmin motorların özünə məxsus olmasını bildirdiyini, oğurluğu təkbaşına törətdiyini və oğurluq etdiyi zaman onu görən olmadığını, anbardan oğurladığı 30 ədəd motorun əlamətlərini xatırlamadığını, həmin motorların içərisində müxtəlif ölçülərdə olanlarının da olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitədən istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, Ağdaş şəhərində mərkəzi bazarın arxasında piyada hərəkətdə olan zaman yerdə 1 ədəd bükülü olmasını gördüyünü, həmin bükümü götürərək içərisində nə olmasına baxdıqda həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını gördüyünü, marixuanadan istifadə edən olduğu üçün həmin marixuananı götürərək istifadə etmək üçün özündə saxladığını, daha sonra xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində H.Əliyev parkında hərəkətdə olan zaman əvvəllər Ağdaş şəhər sakini kimi tanıdığı Taleh adlı şəxsin yanına gələrək ona narkotik vasitə istədiyini, kimdən ala biləcəyini soruşduğunu, həmin zaman Talehə özündə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Talehə verə biləcəyini bildirdiyini, Talehlə razılaşdığını və həmin 1 ədəd bükümdə olan narkotik vasitəni Talehə pay verdiyini, daha sonra həmin yerdən aralaşaraq yaşadığı evə getdiyini, sonradan ilk dəfə Talehdən 15 manat məbləğində borc pul istədiyini, Talehin də ona üzərində 9 manat olduğunu və ona verə biləcəyini bildirmiş və ona 9 manat verdiyini, Talehə pul müqabilində narkotik vasitə satmadığını, ona narkotik vasitəni pay verdiyini, 9 manat məbləğində pulu isə pula ehtiyacı olduğu üçün Talehdən borc aldığını bildirmişdir. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Polis şöbəsində qorxduğu və polis əməkdaşlarının təsiri altında olduğu üçün Talehə narkotik vasitə satdığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ifadələri arasında əhəmiyyətli ziddiyyət yarandığından Azərbaycan Respublikası CPM-in 327-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində heç bir yerdə işləmədiyini, narkotik vasitədən mütəmadi hallarda istifadə etdiyini, əvvəllər məhkum olunmadığını, Ağdaş şəhərində mərkəzi bazarın arxasında piyada hərəkətdə olan zaman yerdə 1 ədəd bükülü olmasını gördüyünü, həmin bükümü götürərək içərisində nə olmasına baxdıqda ona həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını gördüyünü, marixuanadan istifadə edən olduğu üçün həmin marixuananı götürərək istifadə etmək üçün özündə saxladığını, daha sonra xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində H.Əliyev parkında hərəkətdə olan zaman əvvəllər Ağdaş şəhər sakini kimi tanıdığı Taleh adlı şəxsin yanına gələrək ona narkotik vasitə istədiyini, kimdən ala biləcəyini soruşduğunu, həmin zaman Talehə özündə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni Talehə sata biləcəyini bildirdiyini, belə olub Talehlə razılaşdığını və həmin 1 ədəd bükümdə olan narkotik vasitəni Talehə 9 manat müqabilində satdığını, daha sonra həmin yerdən aralaşaraq yaşadığı evə getdiyini, bundan sonra xx.xx.2023-cü il tarixdə saat 03:58 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində hərəkətdə olan vaxt Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağında, satmağında və istifadə etməyində şübhəli olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsinə gəldiyini və polis şöbəsinə gələndən sonra orada ona vəkil təqdim edib onu şübhəli şəxs kimi tutduqlarını, şübhəli şəxs kimi tutularkən ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra onun üzərində Ağdaş rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrinin bir daha izah olunduğunu, bundan sonra şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli qısaqol gödəkçəsinin sağ cibindən 1 ədəd alışqan və 2 ədəd bir manatlıq pul əsginası aşkar olunduğunu, daha sonra xx.xx.2023-cü il tarixdə Ağdaş şəhərində bazarın yaxınlığında 9 manat pula narkotik vasitəni Taleh adlı şəxsə satdığını, həmin pulun 7 manatına mağazadan siqaret aldığını, bundan sonra üzərindən aşakr olunmuş 2 ədəd bir manatlıq pul əsginası iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçalarının vurulduğunu və iştirakçılarla birlikdə kağız zərfin üzərinə imza etdiklərini, daha sonra üzərindən aşkar olunmuş digər əşyaların ona qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, polis əməkdaşlarının iştirakı ilə onun yaşadığı evə də baxış keçirildiyini, lakin onun yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar edilmədiyini, baxış və axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsi, üzləşdirmə istintaq hərəkətinin protokolu, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, məhkəmə-narkoloji ekspertizasının rəyi, eləcə də işin biridigərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində 19 aprel 2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “ORELAY” firmasına məxsus anbardan oğurluq hadisəsinin baş verməsi ilə əlaqədar ərizə ilə müraciət etdiyini, həmin firmanın qohumu Namiq Ədilova məxsus olduğunu, 19 aprel 2023-cü il tarixdə səhər saatlarında hər gün olduğu kimi firmaya işlərini görmək üçün gəldiyini və fabrikdə gündəlik iş fəaliyyəti ilə məşğul olmağa başladığını, həmin gün dəzgahların və digər avadanlıqların olduğu anbara daxil olduğunu, həmin anbarın firmanın həyətində yerləşdiyini, anbara daxil olduqda qapının girişindən sağ tərəfdə çoxlu sayda motorların (dəzgah motorlarının) olmadığını gördüyünü, dərhal bu barədə rəhbərliyə məlumat verdiyini, anbarın işçiləri ilə ətrafa və anbarın içərisinə və firmanın həyətinə baxdığını, lakin həmin motorların olmadığını bildiklərini, anbarın içərisindən yuxarı baxdıqda anbarın şiferinin (damının) bir hissəsinin çıxarıldığını gördüyünü, bundan sonra rəhbərliyin göstərişinə əsasən Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət etdiyini, həmin oğurlanan motorların istifadəyə qismən yararlı motorlar olduğunu, belə ki, həmin motorların hər hansı bir detalı (hissəsi) nasaz olduqda digər motorla əvəz etiklərini və təmir olunanadək həmin motoru anbara qoyduqlarını, baş vermiş oğurluq nəticəsində, yəni 30 ədəd motorun oğurlanması nəticəsində ümumilikdə təxminən 14800 (on dörd min səkkiz yüz) manat maddi ziyan dəydiyini, başqa maddi ziyan dəymədiyini, dam örtüyünə hər hansı maddi ziyan dəymədiyini, anbara sonuncu dəfə 10 aprel 2023-cü ildə səhər saatlarında daxil olduqlarını, ara-sıra anbara daxil olduqda motorların bir neçəsinin olmadığını gördüyünü, lakin fikir vermədiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, onlara dəymiş zərəri ödəyib, onun tutulmasını istəmir, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə “Orelay” firmasına məxsus anbardan 30 (otuz) ədəd motorun oğurlanması ilə bağlı yazmış olduğu ərizə ilə tanış olduğunu, Zərərçəkmiş şəxs və həmin oğurluq hadisəsini törədən Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, yaşadığı evin həyətində özünə məxsus emalatxana olduğunu, həmin emalatxanada müxtəlif əl işləri gördüyünü, həmçinin metallom qəbul edərək Bakı şəhərinə satdığını və maddi qazanc əldə edib ailəsini dolandırdığını. 22 dekabr 2022-ci ildə əvvəllər tanımadığı və adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi emalatxanaya gələrək tanışından ucuz qiymətə aldığı 14 ədəd motorunun olduğunu və həmin motorları satmaq istədiyini bildirdiyini, həmin motorlara baxdıqdan sonra həmin 14 ədəd motoru metallom kimi ümumilikdə 200 (iki yüz) manat pul qarşılığında ala biləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs da onunla razılaşdığını və motorları emalatxananın həyətinə boşaltdığını, daha sonra 200 (iki yüz) manat pulu Təqsirləndirilən şəxs verdiyini və Təqsirləndirilən şəxs da pulu ondan götürüb çıxıb getdiyini, daha sonra motorların yaxşı vəziyyətdə olduğunu görüb bir qədər baha qiymətə satmaq qərarına gəldiyini və satışa qoyduğunu, lakin bir qədər baha qiymətə satışa qoyduğuna görə bu günədək alan olmadığını, Təqsirləndirilən şəxs ona başqa hər hansı bir əşya satmadığını, Təqsirləndirilən şəxs satmış olduğu motorların oğurluq olmasını bilmədiyini, Təqsirləndirilən şəxs həmin motorları adını sonradan bildiyi Ağdaş şəhər sakini Şahid1 Adil oğlu ilə birlikdə Nurlana məxsus prokat (motosiklet) ilə gətirdiyini, həmin zaman onların yanında başqa hər hansı bir şəxs olmadığını, pulu Təqsirləndirilən şəxs şəxsən verdiyini, digər motorların harada olması barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs Adil oğlunun Ağdaş rayon Polis şöbəsinə yazdığı ərizə ilə tanış olduğunu, Zərərçəkmiş şəxs Adil oğlunu tanıdığını, onunla və onun ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, özünə məxsus prakatla (motosikletlə) yüklər daşıyıb qazanc əldə edərək özünün və ailəsinin dolanışığını təmin etdiyini, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıdığını, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, 23 dekabr 2022-ci ildə səhər saatlarında yaşadığı evdə olduğu zaman qonşusu Şahid2 evinə gələrək ona Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs məxsus metallom əşyalar olduğunu və onları daşımaq üçün prakat lazım olduğunu, daşıma üçün pul verəcəyini bildirdiyini, özünün də razılaşıb Şahid2 ilə birgə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhərində yerləşən Hərbi qəsəbə adlanan yerə, yəni yaşadıqları evin yaxınlığına getdiklərini, orada Təqsirləndirilən şəxs ilə görüşdüklərini, Təqsirləndirilən şəxs içərisində müxtəlif növ işlənmiş motorlar olan kisələri göstərdiyini və bunları metalloma aparmaq lazım olduğunu bildirdiyini, Şahid2 Təqsirləndirilən şəxs ilə birgə içərisində müxtəlif ölçülərdə motorlar olan təxminən 4-5 kisəni prakata yüklədiklərini, daha sonra prakata oturduqlarını və oradan uzaqlaşdıqlarını, Şahid2 evinin yaxınlığında prakatdan düşüb evə getdiyini, Həsənin və özünün həmin motorları Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində (cırtdanlar arası deyilən yer) yerləşən Ağdaş şəhər sakini Şahid4 işlətdiyi metal qəbulu dükanına gətirdiklərini, Təqsirləndirilən şəxs metallomu işlədən Şahid4 14 ədəd motoru ümumilikdə 200 (iki yüz) manata satdığını, motorları satdıqdan sonra Təqsirləndirilən şəxs ona daşıma pulu kimi 25 (iyirmi beş) manat pul verdiyini, həmin motorların kimə məxsus olmasını bilmədiyini, Təqsirləndirilən şəxs həmin motorların oğurluq olmasını onlara demədiyini, belə ki, Həsəndən həmin motorların kimə məxsus olmasını soruşduqda Həsənin onlara həmin motorların özünə məxsus olmasını bildirdiyini, həmin motorların dəyərini bilmədiyini, həmin vaxt xatırladığı qədəri ilə 4-5 kisənin içərisində ümumilikdə 14 ədəd motor olduğunu, həmin motorların müxtəlif ölçülərdə olduğunun, digər motorların harada olmasından məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olan və yaşayan Şahid3 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid6 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev adına mərkəzi parkda hərəkətdə olan zaman Şahid3 təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Şahid3 yaxınlaşaraq özlərini təqdim edib Şahid3 üzərində narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra onların Şahid3 rayon Polis şöbəsinə dəvət etdiklərini, Şahid3 da onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon Polis şöbəsinin təhqiqatçısı Şahid3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və Şahid3 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib Şahid3 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, bundan sonra Ağdaş rayon Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Şahid3 dövlət hesabına müdafiəçi təyin edildiyini, Şahid3 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, videoçəkiliş vasitəsi ilə Şahid3 üzərində şəxsi axtarışa başlanıldığını, şəxsi axtarış zamanı Şahid3 əynində olan şalvarın sol qabaq cibindən 1 ədəd gümüş rəngli kağız büküm, şalvarının sağ arxa cibindən siqaret qutusu və qutunun içərisindən siqaret dənələri aşkar olunduğunu, Gümüşü rəngli kağız bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0,5 qram olduğunu, Şahid3 kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsdən 10 (on) manata satın aldığını bildirdiyini, 1 ədəd gümüşü rəngli kağız bükümün kağız zərfə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçaları vurulduğunu, iştirakçılar tərəfindən zərfin üzərinin imzalanıldığını, protokol tərtib olunduğunu və tərtib olunmuş protokolun iştirakçılar tərəfindən təsdiq edildiyini, xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması və istifadəsi barədə əməliyyat məlumatının daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 02:58 radələrində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid9 ilə birlikdə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Şahid5 təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Şahid5 yaxınlaşaraq özlərini təqdim edib Şahid5 üzərində narkotik vasitələri saxlaması, satması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra onlar Şahid5 rayon Polis şöbəsinə dəvət etdiklərini, Şahid5 da onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon polis şöbəsinin təhqiqatçısının Şahid5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və Şahid5 təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib Şahid5 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, bundan sonra Ağdaş rayon Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Şahid5 dövlət hesabına müdafiəçi təyin edildiyini, Şahid5 üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, həmçinin Şahid5 yetkinlik yaşına çatmayan şəxs olduğuna görə doğma atası Tehran İsmayılovun da şəxsi axtarışda iştirak etdiyini, Şahid5 xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Həsən adlı şəxsdən 9 (doqquz) manata narkotik vasitə satın aldığını və həmin narkotik vasitəni 10 (on) manata Şahid3 satdığını bildirdiyini, şəxsi axtarış zamanı Şahid5 şalvarının sol cibindən 1 ədəd mobil telefon aşkar olunduğunu və iş üçün əhəmiyyət kəsb etdiyindən kağız zərfə qablaşdırılaraq götürüldüyünü, daha sonra xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şahid5 yaşadığı evinə də baxış keçirildiyini, lakin baxış zamanı evdə dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmadığını, baxışın videokamera vasitəsi ilə qeydə alındığını və protokol tərtib olunduğunu, tərtib olunmuş protokolun iştirakçılar tərəfindən imzalandığını, xx.xx.2023cü il tarixdə Ağdaş şəhəri, Hərbi qəsəbə ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması, satması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 03:58 radələrində Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid7 ilə birlikdə Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs təkbaşına piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri saxlaması, satması və qəbul etməsi barədə onlara məlumat daxil olduğunu bildirdiklərini, bundan sonra onların Təqsirləndirilən şəxs rayon Polis şöbəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs da onlarla birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiklərini, rayon Polis şöbəsinin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və Təqsirləndirilən şəxs təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, bundan sonra Ağdaş rayon Polis şöbəsinin inzibati binasında, xidməti otaqda Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edildiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ cibindən 1 ədəd alışqan və 2 ədəd 1 manatlıq pul əsginasları aşkar olunduğunu, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsə 9 manat pula narkotik vasitə satdığını bildirdiyini, həmin pulun 7 manatına siqaret aldığını bildirdiyini, 2 ədəd 1 manatlıq pul əsginasının isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb götürüldüyünü, üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçalarının vurulduğunu, şəxsi axtarış ilə bağlı protokol tərtib olunduğunu və iştirakçılar ilə birlikdə protokolu imzaları ilə təsdiq etdiklərini, Şahid3 narkotik vasitələrin satışı ilə məşğul olması barədə rayon Polis şöbəsinə məlumat daxil olmadığını, Şahid5 və Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs tutulan zaman özü və ya başqa hər hansı bir polis əməkdaşı tərəfindən heç bir güc, zor və ya təzyiqə məruz qalmadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid Ağdaş rayon Polis şöbəsinin Post Patrul Xidməti Bölməsinin polis nəfərləri Şahid7, Şahid6 və Şahid9 da iş üzrə Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, Ağdaş rayon sakini Şahid5 və Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onlarla və onların ailə üzvləri ilə hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Ağdaş şəhərində yerləşən Heydər Əliyev adına parkın yaxınlığında təkbaşına piyada olduğu zaman əvvəllər tanımadığı və sonradan kim olmasını bildiyi Şahid5 yaxınlaşdığını və Şahid5 narkotik vasitə istifadəçisi olduğunu və narkotik vasitə satırsa ala biləcəyini bildirdiyini, Şahid5 ondan kim olmasını soruşduqda Ağdaş rayon sakini olduğunu və adının Əli olmasını bildirdiyini, bundan sonra Şahid5 ona narkotik vasitə sata biləcəyini bildirdiyini və onunla birlikdə Ağdaş rayon mərkəzi bazarının yaxınlığına gəldiyini, yolda gəldiyi zaman Şahid5 narkotik vasitənin bir çetini (bükümünü) 10 manata sata biləcəyini bildirdiyini, özünün də razılaşdığını və üzərində olan 10 (on) manat pulu Şahid5 verdiyini, həmin vaxt tək olduqlarını, bundan sonra Şahid5 çıxıb getdiyini, Şahid5 bir müddət sonra təkbaşına gəldiyini və ona bir büküm narkotik vasitə qurudulmuş marixuana verdiyini, özünün də Şahid5 narkotik vasitə qurudulmuş marixuananı alıb oradan uzaqlaşdığını, Taleh İsmaylovun narkotik vasitəni haradan və kimdən almasını bilmədiyini, 27 mart 2023-cü il tarixdə saat 01:30 radələrində Ağdaş şəhəri, Azadlıq küçəsində hərəkətdə təkbaşına hərəkətdə olduğu zaman Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirdiklərini, bundan sonra polis əməkdaşlarının onu Ağdaş rayon Polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşları ilə razılaşıb rayon polis şöbəsinə gəldiyini və polis şöbəsinə gələndən sonra orada dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etdiyini, həmin vaxt ona vəkillərin siyahısını təqdim etdiklərini və özünün də vəkil seçdiyini, daha sonra vəkili təqdim edib onu şübhəli şəxs kimi tutduqlarını, şübhəli şəxs kimi tutularkən ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra onun üzərində Ağdaş rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı ona hüquq və vəzifələrinin bir daha izah olunduğunu, bundan sonra şəxsi axtarış zamanı üzərində olan şalvarının sol ön cibindən 1 ədəd gümüş rəngli kağız büküm aşkar olunduğunu, daha sonra şalvarının sağ arxa cibindən 1 ədəd siqaret qutusu aşkar olunduğunu, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd gümüş rəngli kağız büküm açıldıqda içərisindən yaşıl rəngli, xüsusi iyə malik olan narkotik narkotik vasitə qurudulmuş marixuana aşkar olunduğunu, həmin qurudulmuş marixuananın elektron tərəzidə çəkildiyini və çəkisinin 0,5 qram olduğunun müəyyən olunduğunu, həmin maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd gümüş rəngli kağız bükümün kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçalarının vurulduğunu və iştirakçılarla birlikdə kağız zərfin üzərinə imza etdiklərini, daha sonra üzərindən aşkar olunmuş siqaret qutusunun özünə qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, narkotik vasitələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını, Şahid5 narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs almasından məlumatı olmadığını, Şahid5 ona bu barədə hər hansı bir söz demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində narkotik vasitəni əvəllər istifadə etmədiyini və əvvəllər məhkum olunmadığını, xx.xx.2023-cü il tarixdə saat 02:58 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan vaxt Ağdaş rayon Polis şöbəsinin əməkdaşlarının ona yaxınlaşdıqlarını və üzərində narkotik vasitə saxlamağında, satmağında və istifadə etməsində şübhəli olduğunu bildirdiklərini və onu polis şöbəsinə dəvət etdiklərini, polis şöbəsinə gəldiyini və polis şöbəsinə gələndən sonra orada ona vəkil təqdim edib onu şübhəli şəxs kimi tutduqlarını, şübhəli şəxs kimi tutularkən ona hüquq və vəzifələrinin izah olunduğunu, sonra üzərində Ağdaş rayon Polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı ona hüquq və vəzifələri bir daha izah olunduğunu, bundan sonra şəxsi axtarış zamanı onun üzərində olan şalvarın sol cibindən 1 ədəd mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı özü xx.xx.2023-cü il tarixdə Ağdaş şəhər sakini Həsən adlı şəxsdən 9 (doqquz) manata narkotik vasitə satın aldığını bildirdiyini, daha sonra həmin tarixdə narkotik vasitəni 10 (on) manat pula əvvəllər tanıdığı Ağdaş şəhər sakini Şahid3 satdığını və 1 manat mənfəət götürdüyünü bildirdiyini, həmin 1 manat pula 3 dənə siqaret aldığını, bundan sonra üzərindən aşkar olunmuş 1 ədəd mobil telefon iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılaraq üzərinə DİN-in 111 saylı möhürü olan kağız parçaları vurulduğunu və iştirakçılarla birlikdə kağız zərfin üzərinə imza etdiklərini, daha sonra üzərindən aşkar olunmuş digər əşyaların özünə qaytarıldığını, şəxsi axtarışın video kamera vasitəsilə videoqeydə alındığını, sonra da protokol tərtib olunduğunu, narkotik vasitələrin satışı ilə məşğul olduğunu, polis şöbəsinə gətirilən və polis şöbəsində olan zaman ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq və ya zor tətbiq edilmədiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 16 iyun 2023-cü il tarixli, ƏQ-55/2023 nömrəli məktubdan görünür ki, 08 ədəd 1991- 2000-ci illər Rusiya istehsalı, 2 kvt/1450 gücü və dövriyyəsi olan “elektrik motoru”nun xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2800 (iki min səkkiz yüz) manat, 06 ədəd 1995- 2010-cu illər Rusiya istehsalı, 5 kvt/900 gücü və dövriyyəsi olan “elektrik motoru”nun xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2700 (iki min yeddi yüz) manat, 4 ədəd 1991- 2000-ci illər Rusiya, İran istehsalı, 5 kvt/1500 gücü və dövriyyəsi olan “elektrik motoru”nun xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2400 (iki min dörd yüz) manat, 2 ədəd 1991- 2000-ci illər Rusiya istehsalı, 11 kvt/2800 gücü və dövriyyəsi olan “elektrik motoru”nun xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2000 (iki min) manat, 3 ədəd 1991-2000-ci illər Rusiya istehsalı, 7 kvt/1850 gücü və dövriyyəsi olan “elektrik motoru”nun xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2100 (iki min yüz) manat, 7 ədəd 1995-2015-ci illər Rusiya, Ukrayna istehsalı, 0,75 kvt/900 gücü və dövriyyəsi olan “elektrik motoru”nun nəzəri qaydada xx.xx.2022-ci il tarixə olan orta bazar qiyməti 2100 (iki min yüz) manat təşkil olunmuşdur. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ cibindən 1 ədəd alışqan və 2 ədəd 1 manatlıq pul əsginasları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Taleh adlı şəxsə 9 manat pula narkotik vasitə sat, həmin pulun 7 manatına siqaret almışdır. 2 ədəd 1 manatlıq pul əsginası isə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb götürülmüş üzərinə DİN-in 111 nömrəli möhürü olan kağız parçaları vurulmuşdur. İşin materiallarında olan digər CD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdaş şəhəri, Hərbi qəsəbədə yerləşən evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən üzləşdirmə protokolundan görünür ki, Həsənov X2 Taleh Tehran oğlu ilə üzləşdirilmiş və Təqsirləndirilən şəxs Şahid5 9 manat müqabilində narktoik vasitə satdığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və ya şifahi olaraq ərizə, şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli, 299 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Hərbi Şəhərcikdə yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: atası – 1975-ci il təvəllüdlü X3. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1129 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-656/2023 nömrəli məktubdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 aprel 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 22:55-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 18:00-da tanış edilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 27 mart 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 04:20-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 28 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 19:00-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitənin qanunsuz olaraq satılması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü narkotik vasitənin satışında təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, üzləşdirmə protokoluna, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, sonuncunun ibtidai istintaq zamanı verdiyi ilkin ifadə daha inandırıcıdır, həmçinin istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. İşin bütün halları ilə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə üst-üstə düşür. Belə ki, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş şahidlərin hər biri təqsirləndirilən şəxsin məhkəmə istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişlər. Həmçinin, Şahid5 məhkəmədə də birbaşa Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir ki, ondan, yəni Təqsirləndirilən şəxs narkotik vasitə almış və müqabilində Təqsirləndirilən şəxs 9 manat vermişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə X1 hər iki əməl üzrə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, oğurluq əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını məhkəmə onun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün və 22 aprel 2023-cü il tarixdən 24 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün, cəmi 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılmalıdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35,97 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd 1 (bir) manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 ədəd 1991-2000-ci illər Rusiya İstehsalı, 2 kvt/1450 gücü və dövriyyəsi olan “elektrik motoru” və 6 ədəd 1995-2010-cu illər Rusiya İstehsalı, 5 kvt/900 gücü və dövriyyəsi olan “elektrik motoru”-nun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən təhvil alınması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 234.2-ci maddələri nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 28 mart 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün və 22 aprel 2023-cü il tarixdən 24 aprel 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 2 gün, cəmi 4 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi dörd gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 4 (dörd) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs oğlndan ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan, 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd 1 (bir) manatlıq pul əsginası dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 8 ədəd 1991-2000-ci illər Rusiya İstehsalı, 2 kvt/1450 gücü və dövriyyəsi olan “elektrik motoru” və 6 ədəd 1995-2010-cu illər Rusiya İstehsalı, 5 kvt/900 gücü və dövriyyəsi olan “elektrik motoru”-nun zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən təhvil alınması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-141/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-141/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver