Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-141/2024 11.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Mütəxəssis müəllim – X2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 08 avqust 2024-cü il tarixdə saat 22:00 radələrində Ağdaş şəhəri, X4 küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla, Ağdaş şəhəri, Məşəd küçəsi ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə onunla eyni ünvanda yaşayan əri Təqsirləndirilən şəxs arasında Ağdaş şəhəri, Məşəd küçəsində yerləşən yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyərək ona qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilərək, hazırda arvadı Arifə ilə barışdıqlarını, əməlindən peşman olmasını bildirib ifadə verməkdən imtina etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən sualları cavablandıraraq bildirdi ki, o, işə gedərkən arvadı Arifəyə evdə olmasını başqa yerə getməməsini bildirmiş, lakin axşam işdən gəldikdə arvadının dayısıgilə getdiyini və qapının bağlı olduğunu görmüşdür. Dəfələrlə iş alətləri lazım olduğundan onları götürmək üçün işdən evə gəlir və qapının bağlı olmasını görür, qonşulardan axtarıb arvadını tapır. O, da arvadının bu hərəkətlərindən əsəbləşərək əlində olan qaz açarını arvadına atmış və həmin açar onun baş nahiyəsindən dəymişdir. Əvvəllərdə aralarında mübahisələr olmuşdur. Hadisə vaxtı yanlarında kiçik övladı Zəhra olmuşdur. Arvadını vurduqdan sonra onu xəstəxanaya, daha sonra Mingəçevir şəhərində xəstəxanaya aparmış, oradan da Arifə xalasıgilə getmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında məhkəməyədək sadələşdirilmiş icraat materialının bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər hallar ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hadisə günü Tərlanın həbsdə olan qardaşının məhkəməsi olacağı üçün Tərlan Bakıya gedəcək idi. O, ev işlərini bitirdikdən sonra qəbiristanlığın yanında yaşadıqlarından qorxduğu üçün həyətdən küçəyə çıxaraq Tərlanın Bakıya gedibgetməyəcəyi ilə maraqlanmaq istəmişdir. Küçədə bir tərəfdə dayısıgilin, digər tərəfdə isə xalasıgilin evləri yerləşir. O, küçədə qızından atasının gəlib-gəlməməsini soruşmuş, həmin vaxt küçədən velosiped səsi gəldiyini eşidən qızı Zəhra atasının gəldiyini bildirmiş və onlar birlikdə yaşadıqları həyətə daxil olmuşlar. Tərlan həyətə daxil olan kimi əlində olan qaz açarını ona atmış və qaz açarı onun baş nahiyəsindən dəymişdir. Bundan sonra Tərlan onu xəstəxanaya aparmışdır. Hazırda Tərlanla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan icraata xitam verilməsini xahiş edir. Daha sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışması barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında mütəxəssisin iştirakı ilə dindirilmiş Şahid2 verilən sualları cavablandıraraq bildirdi ki, anası ilə atası dalaşan vaxt yuxarıda evdə olmuş, valideynlərinin dalaşmaq səsinə aşağı düşmüş və anasının yerə yıxıldığını, atasının əlində qaz açarı olduğunu, anasının başından qan axdığını görmüşdür. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsini xahiş etmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 498 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər – başın sol təpə - ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş – cırılmış yarası küt – bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 233 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xx.xx.2024-cü il tarixinə uyğun xəsarətin hər hansı bir obyektiv əlamət izləri aşkar olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağdaş şəhəri, Məşəd küçəsində yaşayan Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanda yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 23:20-də “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin Acil bölməsinə “Başın sol ənsə nahiyəsinin əzilmiş, kəsilmiş yarası. Kəllə-beyin silkələnməsi” diaqnozları ilə müraciət etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı və üç övladından ibarətdir. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin təqsrləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə dair xahişini, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-141/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-141/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver