Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-142/2023 21.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 2007-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs2 üzərində pul olub-olmamasını bilmək üçün onun üzərində olan paltarlara baxacağını bəhanə edərək əlini sonuncunun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə salaraq həmin cibdə mobil telefon olmasını görüb, Zərərçəkmiş şəxs2 cibində olan 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd “Xiaomi Redmi 10” 4GB/128 GB Carbon Grey” markalı mobil telefonu aşkar surətdə götürüb soyğunçuluq edərək sonuncuya ümumilikdə 650 (altı yüz əlli) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən, özgənin əmlakını açıq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhəri, H.Əliyev adına mərkəzi parkın yaxınlığında ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2008ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə salaraq Zərərçəkmiş şəxs1 cibində olan 550 (beş yüz əlli) manat dəyərində 1 (bir) ədəd “Redmi Note 11” Twilight Blue 6 GB RAM 128GB ROM markalı mobil telefonu aşkar surətdə götürüb soyğunçuluq edərək sonuncuya ümumilikdə 550 (beş yüz əlli) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs2 tanıdığını, lakin onun nənəsi Şahid7 tanımadığını, Ağdaş şəhərində yaşayan Şahid7 və Zərərçəkmiş şəxs2 ilə hər hansı bir ədavəti və ya düşmən münasibətinin olmadığını, xx.xx.2023-cü ildə Ağdaş şəhəri, H.Əliyev prospektində bazarın yaxınlığında yerləşən “Samsung” mağazasının qarşısında təkbaşına dayandığı zaman Zərərçəkmiş şəxs2 yanında adlarını sonradan bildiyi Şahid2 və Şahid1 ilə birlikdə gəldiyini gördüyünü, təkbaşına onlara yaxınlaşdığını, Zərərçəkmiş şəxs2 ona 20 (iyirmi) qəpik verməsini istədiyini, Zərərçəkmiş şəxs2 ona üzərində pul olmadığını bildirdiyini, Zərərçəkmiş şəxs2 əllərini yuxarı qaldırmasını, üzərini yoxlayacağını bildirdiyini, Zərərçəkmiş şəxs2 əllərini yuxarı qaldırdığını və onun ciblərini yoxlamağa başladığını, Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə əlini saldıqdan sonra pulun olmadığını, lakin cibində mobil telefonun olduğunu hiss etdiyini, həmin vaxt Elburusun gödəkçəsinin sol yan cibindən mobil telefonu qəfildən götürərək qaçıb oradan uzaqlaşdığını və bazarın arxasına getdiyini, orada mobil telefonun 1 ədəd “Redmi 10” markalı mobil telefon olduğunu gördüyünü, bundan sonra ortalığın biraz sakitləşməsini gözlədiyini, sonra əvvəllər tanıdığı Şahid3 ilə onun evinin yaxınlığında görüşdüklərini, Şahid3 babasının ona telefon aldığını, lakin ona təcili pul lazım olduğu üçün satmaq fikrində olduğunu yalandan bildirdiyini, bu zaman yanlarına Şahid3 qonşusu Şahid6 gəldiyini, Şahid3 Şahid6 onda telefon olduğunu və təcili pul lazım olduğu üçün satmaq istədiyini dediyini, bundan sonra üçünün birlikdə Ağdaş bazarının yaxınlığında yerləşən “Samsung” adlı telefon mağazasına getdiklərini, özünün mağazaya daxil olmadığını və onu görməsinlər deyə kənarda dayandığını, Şahid3 və Şahid6 ikisinin birlikdə həmin mağazaya daxil olduqlarını, Şahid3 Zərərçəkmiş şəxs2 cibindən götürüb qaçdığı həmin “Redmi 10” markalı mobil telefonu həmin mağazada 60 (altmış) manata satdıqdan sonra pulun hamısını, yəni 60 (altmış) manatı bazarın yaxınlığında təkbaşına gətirib ona verdiyini və oradan çıxıb getdiyini, özünün isə bir qədər şəhərdə piyada təkbaşına gəzdiyini, mobil telefonun satışından əldə etdiyi 60 (altmış) manat pulu internet saytında oyuna yüklədiyini, Elburusun cibindən mobil telefonu götürüb qaçan zaman onların hər hansı birinə xəsarət yetirmədiyini, törətmiş olduğu soyğunçuluq hadisəsi barədə hər hansı bir şəxsə demədiyini, törətmiş olduğu əməli törətməmişdən əvvəl də hər hansı bir şəxsə məlumat vermədiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs1 tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmən münasibətinin olmadığını, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində təkbaşına Ağdaş şəhərində yerləşən H.Əliyev parkında gəzdikdən sonra parkın içərisində Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsinə tərəf getdiyini, həmin vaxt adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 təkbaşına hərəkət etdiyini gördüyünü, özünün də həmin vaxt tək olduğunu, Zərərçəkmiş şəxs1 əlində bir ədəd telefon olmasını gördüyünü, həmin vaxt xərcləmək üçün ona pul lazım olduğuna görə həmin mobil telefonu Zərərçəkmiş şəxs1 əlindən götürüb qaçmaq qərarına gəldiyini, bir müddət Zərərçəkmiş şəxs1 izlədiyini, Zərərçəkmiş şəxs1 təkbaşına parkın içərisinə tərəf getikdə onun arxası ilə təkbaşına getdiyini, bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs1 əlində olan mobil telefonu əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymasını gördüyünü, Zərərçəkmiş şəxs1 arxasınca gedərək qəfildən əlini cibinə ataraq mobil telefonu götürərək parka tərəf qaçdığını, Zərərçəkmiş şəxs1 də onun arxasınca qaçsa da ona çata bilmədiyini, özünün oradan Ağdaş şəhəri, H.Əliyev prospektinə tərəf getdiyini, daha sonra həmin mobil telefona baxdığını və həmin mobil telefonun Redmi Note 11 markalı mobil telefon olmasını gördüyünü, həmin mobil telefonun kabrosunu çıxarıb Ağdaş şəhəri, H.Əliyev prosektində yerləşən “Samsung” mağazasının arxasında gizlətdiyini, sonra yolun əks istiqamətinə keçərək mobil telefonu orada küçələrin birində tullantı şüşə qabların arasında gizlətdiyini, mobil telefonu gizlətməkdə məqsədi daha sonra gəlib onu oradan götürüb, satmaq olduğunu, bundan sonra polis əməkdaşlarının ona yaxınlaşaraq mobil telefonu götürüb qaçdığını bildirdiklər və Ağdaş RPŞ-yə gətirildiyini, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Redmi Note 11” markalı mobil telefonu götürüb qaçan zaman orada ikisindən başqa heç kimin olmadığını, lakin ətrafda tanımadığı şəxslərin olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin və onların qanuni nümayəndələrinin vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə Zərərçəkmiş şəxs2 ifadəsində valideynləri tərəfindən alınan ona məxsus 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefonunun olduğunu, Ağdaş şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıdığını və onunla və onun ailə üzvləri ilə nə onun, nə də onun ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Ağdaş şəhər sakinləri Şahid2 və qardaşı Şahid1 dostu olduğunu, xx.xx.2023-cü ildə saat 12 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Ağdaş mərkəzi bazarının yaxınlığında Şahid2 və Şahid1 ilə birlikdə gəzdikləri zaman Təqsirləndirilən şəxs təkbaşına onlara yaxınlaşaraq ondan qəpik verməsini istədiyini, Təqsirləndirilən şəxs üzərində pul olmadığını bildirdiyini, bu zaman Təqsirləndirilən şəxs ondan əllərini göyə qaldırmasını tələb etdiyini və üzərini yoxlayacağını bildirdiyini, Təqsirləndirilən şəxs qorxduğuna görə əllərini göyə qaldırdığını və Təqsirləndirilən şəxs onun ciblərini yoxlamağa başladığını, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ona məxsus mobil telefonu götürərək qaçdığını, özünün də Təqsirləndirilən şəxs qorxduğu üçün həmin vaxt Təqsirləndirilən şəxs heç nə edə bilmədiyini və bu barədə heç kimə heç nə demədiyini, həmin vaxt yanında olan və hadisənin şahidləri olan dostları Şahid2 və Şahid1 da heç kimə heç nə deməmələrini xahiş etdiyini, daha sonra yaşadığı evə qayıtdığını, növbəti gün, yəni xx.xx.2023-cü ildə səhər saatlarında nənəsi Şahid7 mobil telefonunun onda olmadığını görüb ondan mobil telefonunun harada olmasını soruşan zaman nənəsinə ilk öncə heç nə demək istəməsə də nənəsi təkidlə ondan mobil telefonunun harada olmasını soruşduqda baş vermiş hadisəni nənəsinə danışdığını, bundan sonra nənəsinin onunla birgə Ağdaş rayon Polis şöbəsinə gələrək baş vermiş hadisə ilə əlaqədar olaraq ərizə yazdığını, bundan sonra Təqsirləndirilən şəxs onun cibindən götürüb qaçdığı mobil telefonunu polis əməkdaşlarının tapdığını, Təqsirləndirilən şəxs nə ona, nə də dostları Şahid2 və Şahid1 hər hansı bir xəsarət yetirmədiyini, hadisə baş verən zaman yanında dostları Şahid2 və Şahid1 olduğunu, hadisəni onların da gördüyünü, bundan başqa həmin vaxt ətrafda tanımadığı şəxslərin də olduğunu, soyğunçuluq nəticəsində ona 650 (altı yüz əlli) manat maddi ziyan dəymdiyini, həmin mobil telefonun içərisində hər hansı bir mobil nömrə olmadığını, həmin mobil telefondan sadəcə oyun oynamaq və vatsap üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə3 ifadəsində xx.xx.2023-cü il tarixdə Şahid7 Ağdaş rayon Polis şöbəsinə yazmış olduğu ərizə ilə bağlı Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs2 doğma övladı olduğunu, Zərərçəkmiş şəxs2 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon aldıqlarını və oğlunun istifadəsində olduğunu, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, xx.xx.2023-cü ildə səhər saatlarında oğlu Zərərçəkmiş şəxs2 dostları ilə şəhərə gəzməyə çıxdığını, günorta saatlarında Zərərçəkmiş şəxs2 evə qayıtdığını, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində evdə olan zaman oğlu Elburusun mobil telefonun olmamasını gördüklərini, Şahid7 Elburusdan mobil telefonun harada olmasını soruşduqda Zərərçəkmiş şəxs2 Şahid7 heç nə demədiyini, Şahid7 təkidlə Elburusdan mobil telefonunun harada olmasını soruşduğunu, bundan sonra Elburusun Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs ondan pul istədiyini, daha sonra isə pulu olmadığını dediyi vaxt Elgizin onun üzərini yoxlayacağını bildirərək əllərini yuxarı qaldırmasını tələb etdiyini və bu zaman onun gödəkçəsinin sol yan cibindən ona məxsus 1 ədəd “Redmi 10” markalı mobil telefonu götürüb qaçdığını bildirdiyini, Şahid7 dərhal oğlu Zərərçəkmiş şəxs2 ilə birgə Ağdaş rayon Polis şöbəsinə gedərək Zərərçəkmiş şəxs2 məxsus 650 (altı yüz əlli) manat dəyərində “Redmi 10” markalı mobil telefonun Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs soyğunçuluq yolu ilə ələ keçirərək qaçdığını və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etdiyini, soyğunçuluq nəticəsində 650 (altı yüz əlli) manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində anası Qanuni nümayəndə2 aldığı ona məxsus 550 (beş yüz əlli) manat dəyərində 1 ədəd “Redmi Note 11” Twilight Blue 6 GB RAM 128GB ROM markalı mobil telefonu olduğunu, Ağdaş şəhərində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, onunla və onun ailə üzvləri ilə nə onun, nə də onun ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, 22 aprel 2023-cü il tarixdə saat 17 radələrində Ağdaş şəhərində yerləşən H.Əliyev adına mərkəzi parkın yaxınlığında (Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi) olan zaman təkbaşına parkın ərazisinə tərəf piyada getdiyini, bir qədər sonra isə parka getmək üçün yaşadığı küçə ilə parka tərəf gedən zaman yol getdiyi üçün mobil telefonu əynində olan qara rəngli “Adidas” idman şalvarının sağ yan cibinə qoyduğunu, piyada gedən zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs qəfildən arxa tərəfdən gələrək cibindən mobil telefonunu götürüb parka tərəf qaçaraq uzaqlaşdığını, özünün də Təqsirləndirilən şəxs arxasınca qaçsa da onu tuta bilmədiyini, bundan sonra yaşadığı evə gedərək valideynlərinə bu barədə məlumat verdiyini, hadisə baş verən zaman yanında hər hansı şəxs(lər) olmadığını, lakin ətrafda tanımadığı və xatırlamadığı çoxlu insanların olduğunu, hadisəni onların da gördüklərini, həmin mobil telefonu 2-3 ay əvvəl 550 (beş yüz əlli) manata satın alındığını, ona təxminən 550 (beş yüz əlli) manat maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs ona hər hansı bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində xx.xx.2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinə və Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə müraciət etdiyini, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs1 doğma övladı olduğunu, oğlu Zərərçəkmiş şəxs1 550 (beş yüz əlli) manat dəyərində 1 ədəd “Redmi Note 11” Twilight Blue 6 GB RAM 128GB ROM markalı mobil telefon aldığını və Zərərçəkmiş şəxs1 istifadəsində olduğunu. Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs və ailə üzvlərini tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, xx.xx.2023cü ildə günorta saatlarında oğlu Zərərçəkmiş şəxs1 təkbaşına küçəyə gəzməyə çıxdığını, həmin gün saat 17 radələrində oğlu Muradın yaşadıqları evə təkbaşına qayıtdığını, oğlu Muradın ona adını sonradan bildiyi Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd “Redmi Note 11” Twilight Blue 6 GB RAM 128GB ROM markalı mobil telefonu götürüb qaçdığını bildirdiyini, özünün də bu barədə dərhal polisə məlumat verdiyini, baş vermiş soyğunçuluq nəticəsində 550 (beş yüz əlli) manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində ünvan 4 ünvanında ailə ilə birlikdə yaşadığını, Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs2 doğma nəvəsi olduğunu və onunla birlikdə yaşadığını, nəvəsi Zərərçəkmiş şəxs2 valideynləri tərəfindən ona 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon alındığını və onun istifadəsində olduğunu, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs tanımadığını və onunla hər hansı bir ədavəti və düşmənliyinin olmadığını, xx.xx.2023-cü il tarixdə səhər saatlarında nəvəsi Zərərçəkmiş şəxs2 dostları ilə şəhərə gəzməyə çıxdıqlarını, həmin gün günorta saatlarında nəvəsi Zərərçəkmiş şəxs2 yaşadıqları evə təkbaşına qayıtdığını, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində nəvəsi Elburusun evdə olan zaman onun mobil telefonunun olmamasını gördüyünü, özünün Elburusdan mobil telefonun harada olmasını soruşduqda onun hər hansı bir söz demədiyini, bir neçə dəfə təkidlə ondan mobil telefonun harada olmasını soruşduqda Elburusun Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs ondan pul istədiyini, daha sonra pulu olmadığını dedikdə Elgizin onun üzərini yoxlayacağını bildirərək əllərini yuxarı qaldırmasını tələb etdiyini və bu zaman onun gödəkçəsinin sol yan cibindən ona məxsus 1 ədəd “Redmi 10” markalı mobil telefonu götürüb qaçdığını bildirdiyini, özünün də bu barədə dərhal polis şöbəsinə getməli olduğunu bildirərək nəvəsi Zərərçəkmiş şəxs2 də götürüb Ağdaş rayon Polis şöbəsinə gedərək nəvəsi Zərərçəkmiş şəxs2 məxsus 650 (altı yüz əlli) manat dəyərində “Redmi 10” markalı mobil telefonun Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirərək qaçdığını və həmin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində ünvan 6 ünvanında ailəsi ilə birlikdə yaşadığını, Zərərçəkmiş şəxs2 dostu olduğunu, Ağdaş şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıdığını, onunla və onun ailə üzvləri ilə nə onun, nə də onun ailə üzvlərinin hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, dostu Zərərçəkmiş şəxs2 valideynlərinin 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon aldığını və onun həmin telefonu istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində Ağdaş mərkəzi bazarının yaxınlığında qardaşı Şahid1 və dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə gəzdiklərini, xx.xx.2023-cü ildə Ağdaş şəhəri, H.Əliyev proslektində, Ağdaş rayonu Mərkəzi bazarı yaxınlığında qardaşı Emin və dostu Elburus ilə gəzərkən Ağdaş şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs onlara yaxınlaşdığını, Zərərçəkmiş şəxs2 ona qəpik verməsini istədiyini, Elburusun da Elgizə üstündə pul olmadığını söylədiyini, Elgizin də Elburusa əllərini göyə qaldırmağını və üzərini yoxlayacağını söylədiyini, Elburus və özlərinin Elgizdən qorxduqlarını, buna görə də Elburusun əllərini göyə qaldırdığını, Elgizin Elburusun ciblərini yoxlamağa başladığını, həmin vaxt Elgiz Elburusun qara rəngli qış gödəkçəsinin sol yan cibindən Elburusa məxsus “Redmi 10” markalı mobil telefonu götürüb qaçdığını, onların Elgizdən qorxduqları üçün həmin vaxt heç nə edə bilmədiklərini, daha sonra yaşadıqları evə qayıtdıqlarını bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Zərərçəkmiş şəxs2 və nənəsi Şahid7 tanımadığını, lakin Təqsirləndirilən şəxs və qonşusu Şahid6 tanıdığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs ara-sıra Ağdaş şəhərində gördüyünü, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin qarşısında dayanan zaman Təqsirləndirilən şəxs yanına gəldiyini, Təqsirləndirilən şəxs babasının ona mobil telefon aldığını, lakin təcili olaraq pul lazım olduğu üçün satmaq istədiyini dediyini, həmin vaxt qonşusu Şahid6 onların yanına gəldiyini, Şahid6 Təqsirləndirilən şəxs babasının 1 ədəd “Redmi 10” markalı mobil telefon aldığını və Təqsirləndirilən şəxs həmin mobil telefonu satmaq istədiyini bildirdiyini, bundan sonra onların üçünün də Ağdaş şəhəri, H.Əliyev prospektində bazarın yaxınlığında yerləşən “Samsung” adlı telefon mağazasına getdiklərini, Elgizin onlardan uzaqlaşıb “siz aparın satın məni görən olmasın” deyə bildirdiyini, Şahid6 və özünün mağazaya daxil olaraq həmin telefon mağazasında mobil telefonu göstərib təcili pul lazım olduğu üçün satdıqlarını bildirdiklərini, mağazada işləyən, adını sonradan bildiyi Şahid4 ilə mobil telefonu 60 (altmış) manata satmaq barədə razılıq əldə etdiklərini və həmin qiymətə mobil telefonu satdıqlarını, pulu götürüb, bazarın yaxınlığında çöldə onu gözləyən Təqsirləndirilən şəxs verdiyini və oradan uzaqlaşdığını, daha sonra Təqsirləndirilən şəxs həmin mobil telefonu Zərərçəkmiş şəxs2 cibindən götürüb qaçmasını eşitdiyini, Təqsirləndirilən şəxs ona satmağı üçün verdiyi mobil telefon “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon olduğunu, lakin həmin mobil telefonun qiyməti barədə hər hansı bir məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Zərərçəkmiş şəxs2 və nənəsi Şahid7, Təqsirləndirilən şəxs, Şahid3 və Şahid6 tanımadığını, lakin Şahid4 tanıdığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, təxminən 15 ildən çoxdur ki, telefon mağazasının olduğunu, telefonların alqısatqısı ilə məşğul olmaqla ailəsinin və özünün dolanışığını təmin etdiyini, son 3 ildir ki, Ağdaş şəhəri, 20 Yanvar küçəsində icarə əsasında telefon mağazasını işlətdiyini və həmin telefon mağazasında mobil telefonların, aksessuarların və digər elektronika məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, həmin mağazanı təkbaşına işlətdiyini, xx.xx.2023-cü ildə saat 17 radələrində Şahid4 işlədiyi telefon mağazasına gələrək 1 ədəd mobil telefon satmaq istəməsini bildirdiyini, Şahid4la mütəmadi olaraq telefon alqı-satqısı ilə məşğul olduqlarını, buna görə də Şahid4 həmin mobil telefona baxdıqdan sonra 80 (səksən) manata satın ala biləcəyini bildirdiyini, bundan sonra Şahid4 ilə dediyi qiymətə, yəni 80 (səksən) manata razılaşdığını və 80 (səksən) manat pul ödəyərək, İMEİ kodu: 866 876 056 045 384 və 866 876 056 045 392 olan həmin mobil telefonu Şahid4 satın aldığını, həmin mobil telefonun “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon olduğunu, həmin mobil telefonun qiymətinin vəziyyətinə, istifadə müddətinə, yaddaşına və digər parametrlərinə görə dəyişdiyini, həmin mobil telefonun əvvəllər istifadə olunduğuna görə və sahibinə pul lazım olduğundan təcili satılması üçün həmin qiymətə olduğunu, Şahid4 ona 80 manata satmış olduğu həmin mobil telefonun sahibi barədə və digər məsələlər barədə məlumatı olmadığını, bu barədə onu Polis şöbəsinə dəvət etdikdən sonra məlumat verildiyini, Polis şöbəsində də həmin mobil telefonu polis əməkdaşlarına təqdim etdiyini və polis əməkdaşlarının həmin mobil telefonu ondan protokol əsasında götürdüklərini, həmin mobil telefonun içərisində hər hansı bir mobil nömrə olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid4 da iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Zərərçəkmiş şəxs2 və nənəsi Şahid7 tanımadığını, lakin Təqsirləndirilən şəxs və qonşusu Şahid3 tanıdığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Təqsirləndirilən şəxs ara-sıra Ağdaş şəhərində gördüyünü, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evin qarşısında dayanan zaman Təqsirləndirilən şəxs yanına gəldiyini, Təqsirləndirilən şəxs babasının ona mobil telefon aldığını, lakin təcili olaraq pul lazım olduğu üçün satmaq istədiyini dediyini, həmin vaxt qonşusu Şahid3 onların yanına gəldiyini, Şahid3 Təqsirləndirilən şəxs babasının 1 ədəd “Redmi 10” markalı mobil telefon aldığını və Təqsirləndirilən şəxs həmin mobil telefonu satmaq istədiyini bildirdiyini, bundan sonra onların üçünün də Ağdaş şəhəri, H.Əliyev prospektində bazarın yaxınlığında yerləşən “Samsung” adlı telefon mağazasına getdiklərini, Elgizin onlardan uzaqlaşıb “siz aparın satın məni görən olmasın” deyə bildirdiyini, Şahid3 və özünün mağazaya daxil olaraq həmin telefon mağazasında mobil telefonu göstərib təcili pul lazım olduğu üçün satdıqlarını bildirdiklərini, mağazada işləyən adını sonradan bildiyi Şahid4 ilə mobil telefonu 60 (altmış) manata satmaq barədə razılıq əldə etdiklərini və həmin qiymətə mobil telefonu satdıqlarını, pulu götürüb, bazarın yaxınlığında çöldə onu gözləyən Təqsirləndirilən şəxs verdiyini və oradan uzaqlaşdığını, daha sonra Təqsirləndirilən şəxs həmin mobil telefonu Zərərçəkmiş şəxs2 cibindən götürüb qaçmasını eşitdiyini, Təqsirləndirilən şəxs ona satmağı üçün verdiyi mobil telefon “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon olduğunu, lakin həmin mobil telefonun qiyməti barədə hər hansı bir məlumatının olmadını bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 avqust 2007-ci il tarixdə Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X4, anası Qanuni nümayəndə1dır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 16 iyun 2023-cü il tarixli, ƏQ-50/2023 nömrəli məktubdan görünür ki, 1 (bir) ədəd “Redmi Note 11” Twilight Blue 6 GB RAM 128GB ROM markalı mobil telefonun orta bazar qiyməti 510 (beş yüz on) manat təşkil edir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 16 iyun 2023-cü il tarixli, ƏQ-50/2023 nömrəli məktubdan görünür ki, 1 (bir) ədəd “Redmi Note 11” Twilight Blue 6 GB RAM 128GB ROM markalı mobil telefonun orta bazar qiyməti 600 (altı yüz) manat təşkil edir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 iyun 2023-cü il tarixli, 89 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə və ya şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 25 iyun 2023-cü il tarixli, 787 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş şəhəri, M.F.Axundov küçəsi 26 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: anası – xx.xx.1986-cı il təvəllüdlü X2, bacısı – xx.xx.2015-ci il təvəllüdlü X3 ibarətdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-658/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X10 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 16 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, təkrar törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri tamamilə sübuta yetirilir. Onun törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs azyaşlılara qarşı cinayət törətməsi Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayət törədərkən onun yetkinlik yaşına çatmayan şəxs olmasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon, 1 ədəd “Redmi Note 11 Twilight Blue 6 GB RAM 128 GB ROM” mobil telefonların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayan nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Xiaomi Redmi 10 4GB/128 GB Carbon Grey” markalı mobil telefon, 1 ədəd “Redmi Note 11 Twilight Blue 6 GB RAM 128 GB ROM” mobil telefonların zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-142/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-142/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver