Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-143/2021 21.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərək vəkili Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1971-ci ildə Ağdaş rayonu, Qobu Üstü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Qobu Üstü kəndində qeydiyyatda olan və yaşayan, barəsində 09 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş rayonu, Qobu Üstü kəndində yerləşən «Tural» şadlıq sarayının həyətində yerləşən kafedə sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə heç bir əsaslı səbəb olmadan belində gəzdirdiyi silah qismində istifadə olunan bıçağı çıxararaq həmin kənd sakini xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3 həmin bıçaqla hədələyərək ondan əmisi Zərərçəkmiş şəxs1 saraydan çölə çağırmasını tələb etmiş, onun tələbinə əməl etməyən Cahid Əsədova qarşı əlindəki silah qismində istifadə olunan bıçaqla sağ saidin orta 3/1-nin ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə ictimai qaydanın pozulmsının qarşısını alan şəxsə müqavimət göstərmiş, həmin vaxt əmisi Zərərçəkmiş şəxs1 çağırmasını tələb edən Təqsirləndirilən şəxs irad tutan xx.xx.2002-ci il təvəllüldü Zərərçəkmiş şəxs2 silah qismində istifadə olunan bıçaqla sağ körpücük nahiyyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərmiş, daha sonra xuliqanlıq hərəkətlərini davam etdirərək saraydan çölə çıxan Zərərçəkmiş şəxs1 kafenin həyətində silah qismində istifadə olunan bıçaqla sağ ayağından bir dəfə vurmaqla ona sağ budun orta 3/1-nin iç səthinin yarası ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri etmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Ağdaş rayonu, Qob Üstü kənd sakini Zərərçəkmiş şəxs1 onun həmkəndlisi olduğunu, 07 avqust 2021-ci il tarixdə kəndin sarayının həyətində yerləşən kafedə pivə içdiyini, həmin vaxt oraya həmkəndlisi Samitin gəldiyini, ora gələn zaman Samitin ona toyun hələ başlamadığını, lakin onun kefləndiyini bildirdiyini, Samitə onu toya çağırmadıqlarını, pivə içdiyini bildirdiyini, həmin söhbət əsnasında aralarında mübahisə olduğunu, mübahisə zamanı Samitin ona nalayiq söyüşlər söydüyünü, Samitdən qohum olduqları üçün ona qarşı nalayiq ifadələr işlətməməyini xahiş etdiyini, lakin Samitin yenə də ona söyüş söydüyünü və ona qabağında heç kimin heç nə edə bilməyəcəyini dediyini, bundan əsəbləşdiyini, evə getdiyini və evdən bir ədəd bıçaq götürdüyünü və oraya qayıtdığını, gəldikdən sonra Samitin qardaşı uşaqlarına əmisini çağırmağı bildirdiyini, uşaqların da gedib əmisi Samiti çağırdıqlarını, Samit gəldikdən sonra keçib kafenin həyətindəki stolda oturduqlarını, stolda oturan zaman Samitin ona söydüyü söyüşləri yenə də təkrar etdiyini, bundan əsəbləşdiyini və Samiti bir dəfə sağ ayağından bıçaq ilə vurduğunu, daha sonra orada olan şəxslərin onları araldıqlarını, hadisə zamanı orada Samitin qardaşı uşaqları Səyyad və Cahidin olduğunu, Samiti bir dəfə sağ ayağından bıçaq ilə vurduğunu, həmin çəngəlin hadisə yerində qaldığını, Samiti vuran zaman orada Samitin qardaşı uşaqları və bir neçə nəfər şəxsin olduğunu, sonradan hadisə yerinə sarayda olan kənd sakinlərinin gəldiklərini, hadisənin təxminən 15 dəqiqə çəkdiyini, hadisə yerində «Tural» şadlıq sarayında yerləşən kamera görüntülərindən onun əlində bıçaqla şadlıq sarayının kafe hissəsinə gəlməyi, oradan zorla içəri daxil olmaq istəməyi, bu zaman Cahid və Səyyad həmçinin Heydər adlı şəxslərin ona mane olmaları, həmin zaman bıçaq çıxararaq onları hədələməyi, daha sonra sarayın içərisinə girməyi, sonra çıxaraq əl-üzünüzü yuymağı, bundan bir neçə dəqiqə sonra Samit adlı şəxsin saraydan çölə çıxmağı, həmin vaxt onu sarayın həyətində yerləşən kafenin həyətinə dəvət etməyi, orada oturmaları və oturan zaman belindən çıxardığı bıçaqla Samiti ayağından vurmağı, daha sonra yenə də vurmaq istəyərkən orada olan şəxslərin ona mane olmaları və bıçağı onun əlindən almaları göstərilməsi ilə bağlı göstərilənlərin, doğru olduğunu, hadisə yerində olan Səyyadla və Cahidlə heç bir işinin olmadığını, onlardan əmisi Samiti çağırmasını tələb etdiyini, həmin vaxt onlara təsadüfən xəsarət yetirdiyini, əlindəkinin isə bıçaq olduğunu, Samiti vuran zaman kiminsə onu itələdiyini, yerə yıxılan zaman sifətinin dəmir boruya dəydiyini və həmin vaxt dişinin düşdüyünü bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs oğlunu tanıdığını, onunla aralarıda heç bir düşmənçilik və ədavət olmadığını, 07 avqust 2021-ci il tarixdə yaşadıqları kənddə yerləşən «Tural» şadlıq sarayında həmkəndlisi Şükürün toyu olduğunu, həmin toyda iştirak etdiyini, toyda olan zaman həmkəndlisi Şaiqin kafenin həyətində pivə içdiyini gördüyünü, ona zarafatla toy hələ başlamadığını lakin onun kefli olduğunu dediyini, Şaiqin ona belə olduqlarını, asdıqlarını, kəsdiklərini və s. dediyini, özünün ona zarafatla indiyə qədər kimi vurduğunu dediyini, həmin vaxt aralarında kiçik mübahsə olduğunu, mübahisə zamanı Şaiqin ona onu vurub “belə-belə” edəcəyini dediyini, yəni söyüş söydüyünü, özünün də ona onu vuranı “belə belə” edəcəyini dediyini, yəni eyni söyüşlə cavab verdiyini, bundan sonra saraya getdiyini, təxminən 30-40 dəqiqə sonra çölə çıxdığını, çölə çıxan zaman Şaiqin sarayın qapısının ağzından olduğunu gördüyünü və onu görən kimi sarayın kafesinin həyətini göstərib orada stolda oturub söhbət etmələrini bildirdiyini, stolda oturmağa getdiklərini, həmin vaxt onun araxası ilə qardaşı oğlanları Səyyad və Cahidin, həmçinin Şaiqin bacısı oğlu Yusifin də gəldiklərini, stola oturduqarını və həmin vaxt Şaiqin ona camaatın içərisində söz atdığını dediyini, Şaiqə onu əsəbləşdirməməyini, bayaq da ona heç nə demədiyini, yersiz yerə mübahisə yaratdığını bildirdiyini, sonra Şaiqin ona söydüyünü deyərək sual verdiyini, Şaiqə onu vurana söydüyünü bildirdiyini, bunu deyən kimi Şaiqin sağ tərəfindən yekə bir bıçaq çıxardığını və onu vurmaq istədiyini, bıçağın bədəninə dəyəcəyini və iç orqanlarının zədələnəcəyini hiss etdiyindən Şaiqin əlindəki bıçağı ayağı ilə vurub salmaq istədiyini, lakin Şaiqin bıçağının onun ayağına dəyib ona xəsarət yetirdiyini, Şaiqin onu bir də vurmaq istəyəndə qardaşı uşaqlarının və başqa şəxslərin Şaiqi tutub onu bir daha vurmasına imkan vermədiklərini, daha sonra onun ayağını sarıdıqlarını və onu xəstəxanaya gətirdiklərini, Şaiqin onunla mübahisə etdikdən sonra evə getdiyini və bıçaq gətirdiyini, daha sonra qardaşı oğlanları Səyyad və Cahidə onu çağırmalarını bildirdiyini, onları bıçaqla hədələdiyini və onların hər ikisinə xəsarət yetirdiyini, Cahidlə Səyyadın da Şaiqin əlində bıçaq olduğunu görüb xoşagəlməz hadisə baş verə biləcəyindən ehtiyat edərək onu çağırmadıqlarını sonradan bildiyini, Şaiqin həmin zaman spirtli içki qəbul etdiyini, özünün də spitli içki içdiyini, həmin zaman orada özü, Şaiq, qardaşı oğlanları Cahid, Səyyad, Yusif və digər kənd sakinlərinin olduğunu, Şaiqin onu iri mətbəx bıçağı ilə vurduğunu və həmin bıçağın Şaiqin özündə qaldığını, həmin bıçağın tutacaq hissəsinin ağ rəngdə olduğunu, tutacağının skoçla bağlandığını, həmin bıçağın mal kəsmək üçün nəzərdə tutulmuş bıçağa oxşadığını, Şaiqə qarşı heç bir nalayiq söyüş söymədiyini, Şaiqin onu çəngəllə yox, bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisə vaxtı üzərində olan paltarların xəstəxanada qaldığını, həmin vaxt üzərində olmuş şalvarın təqdim edildiyini, hadisənin təxminən 15 dəqiqə çəkdiyini, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs3 oğlu məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarıda heç bir düşmənçilik və ədavət olmadığını, Zərərçəkmiş şəxs1 onun əmisi olduğunu, 07 avqust 2021-ci il tarixdə yaşadıqları kənddə yerləşən «Tural» şadlıq sarayında həmkəndliləri Şükürün toyu olduğunu, həmin toyda iştirak etdiyini, həmçinin qardaşı Səyyadla birlikdə həmin sarayda yerləşən çayxananı işldərək ailəsinə maddi köməklik etdiyini, saat təxminən 15:30 radələrində sarayın kafesinin qarşısında əmisi Samit və qardaşı Səyyadla dayandıqlarını, həmin vaxt orada həmkəndlisi Şaiqin olduğunu, Şaiqin əmisi Samitlə söhbət etdiyini, həmin vaxt Şaiqin pivə içdiyini, əmisi Samitin Şaiqə zarafatla toy hələ başlamadığını, lakin onun içib kefləndiyini dediyini, Şaiqin də əmisinə onu toya çağırmadıqlarını dediyini, daha sonra onların söhbət etdiklərini, söhbət əsnasında əmisi Samitin Şaiqə qardaşı Xəzərin kənddə müəyyən şəxlsərə sataşdığını, ona kiməsə sataşmamasını başa salmağını dediyini, həmin vaxt Şaiqin sərxoş olduğunu, Şaiqin əmisi Samitə iki qardaş belə olduqlarını, istədiklərini vuracaqlarını, bıçaqlayacaqlarını və s. dediyini, əmisinin də ona ağıllı olağını və ona getməsini bildirdiyini, həmin vaxt Şaiqlə əmisinin arasında mübahisə olduğunu, mübahisə zamanı Şaiqin əmisi Samitə ona sataşanı vurub “belə-belə” edəcəyini dediyini, yəni söyüş söydüyünü, əmisinin də Şaiqə onu vuranı “belə-belə” edəcəyini dediyini, yəni eyni söyüşlə cavab verdiyini, bundan sonra Şaiqin çıxıb getdiyini, təxminən yarım saat sonra saat 16:00 radələrində qardaşı Səyyad və həmkəndlisi Heydərlə sarayın kafesinin mətbəxinin qapısında dayandıqlarını, həmin vaxt oraya Şaiqin gəldiyini, əmisi Samitin isə sarayın içərisində olduğunu, Şaiqin gələn kimi ona əmisi Samiti çağırmağını dediyini və sağ tərəfindən belindən bir ədəd mətbəx bıçağı çıxardığını və ona əmisini bıçaqlayacağını dediyini, Şaiqə 50 yaşının olduğunu, ona yaraşmadığını dediyini, yanında olan qardaşı Səyyadın da Şaiqə ona yaraşmadığını dediyini, həmin vaxt Şaiqin əlindəki bıçaqla qardaşı Səyyadın sinəsinə, onun isə qoluna xəsarət yetirdiyini, lakin onun sərxoş olduğunu görüb həmçinin toy olduğu üçün bu məsələni şişirtmədiklərini, bundan sonra əmisini çağırmaqdan imtina etdiyini, Şaiqin həyat yoldaşını çağırmaq üçün sarayın mətbəxinə getdiyini, Şaiqin həyat yoldaşının sarayın mətbəxində işlədiyini, Şaiqin həyat yoldaşını çağırdıqdan sonra onun həyat yoldaşının gəlib Şaiqi apardığını, həmin ərəfələrdə Şaiqin bacısı oğlu Yusifin də orada olduğunu, Yusifə də dayısını sakitləşdirməyini dediyini, əlində bıçaq olduğunu dediyini, lakin Yusifin Şaiqin zarafat etdiyini, heç nə olmayacağını dediyini, bundan bir qədər sonra əmisinin saraydan çölə çıxdığını və onların yanında dayandığını, həmin vaxt Şaiqin yenə də gəldiyini və əmisini kafenin həyətində olan stola oturmağa dəvət etdiyini, həmin vaxt əmisim Samit və Şaiqin arxası ilə özü, qardaşı Səyyad, Şaiqin bacısı oğlu Yusifin də getdiklərini, əmisi Samit və Şaiqin stola oturduqlarını və söhbət etməyə başladıqlarını, söhbət zamanı Şaiqin əmisi Samitə onun kimə söydüyünü dediyini, Samitin də onu vurana söydüyünü dediyini, bu zaman qəfildən Şaiqin belindən bıçaq çıxardığını və əmisini vurmaq istədiyini, əmisinin bunu görüb ayağa durduğunu və Şaiqin zərbəsinin onun qarnına dəyməməsi üçün ayağını qabağa verdiyini, həmin vaxt Şaiqin əlindəki bıçaqla əmisi Samitin ayağından vurduğunu və əmisinin ayağından xəsarət aldığını, daha sonra Şaiqin bir də əmisini vurmaq istədiyini, lakin müdaxilə edərək Şaiqi əmisini bir daha vurmasına imkan vermədiklərini, həmin vaxt qardaşı Səyyadın bir dəfə də Şaiqin sifətindən yumruqla vurduğunu, həmiçinin əmisinin vəziyyətini görüb yenə də Şaiqin üzərinə cumub onu vurmaq istədiyini, lakin orada olan şəxslərin buna imkan vermədiyini, daha sonra oradakıların dəsmal gətirdiklərini və Samitin ayağını bağladıqlarını, daha sonra Şaiqin bacısı oğlu Yusifin onu sarayın içərisinə apardığını, əmisini isə atasının xəstəxanaya apardığını, Şaiqin həmin zaman spirtli içki qəbul etdiyini, Şaiqin Samiti iri mətbəx bıçağı ilə vurduğunu, həmin bıçağın Şaiqin özündə qaldığını, sonradan onların başlarının əmisinə qarışdığı üçün həmin bıçağın necə olmasını bilmədiklərini, həmin bıçağın tutacaq hissəsinin ağ rəngdə olduğunu, tutacağının skoçla bağlandığını, həmin bıçağın mal kəsmək üçün nəzərdə tutulmuş bıçağa oxşadığını, Şaiqin yalan dediyini, əmisi Samitin Şaiqə qarşı heç bir nalayiq söyüş söymədiyini, qardaşı Səyyadın Şaiqin əmisi Samiti qəfildən vurmasına görə əsəbləşib Şaiqi bir dəfə vurduğunu,həmçinin bıçağı onun əlindən almaq üçün çalışdığını, bundan əlavə onun arxası ilə də getmək istədiyini, orada olan şəxslərin onu saxlayaraq sakitləşdirdiyini, Şaiqin əmisi Samiti qəfilən vurmasının onlara pis təsir etdiyini, Şaiqin onun sağ əlindən vuraraq xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs yalan dediyini, Şaiqin əmisi Samiti çəngəllə yox, bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisə təxminən 15 dəqiqə çəkdiyini, hadisə vaxtı orada adamların olduğunu, lakin həyəcanlı olduğu üçün kimlərin olduğunu xatırlamadığını, hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 07 avqust 2021-ci il tarixdə kənddə yerləşən «Tural» şadlıq sarayında həmkəndlisi Şükürün toyu olduğunu, özünün də həmin gün dostu Cahidə kömək etmək üçün oraya getdiyini, saat təxminən 16:00 radələrində sarayın kafesinin qarşısında həmkəndlisi Cahidlə və Səyyadla dayandıqlarını, həmin vaxt oraya Şaiqin gəldiyini, həmin vaxt Şaiqin sərxoş olduğunu, Şaiq gəldikdən sonra sağ tərəfindən belindən bir ədəd mətbəx bıçağı çıxardığını və Cahidə əmisi Samiti çağırmasını onu bıçaqlayacağını dediyini, Cahidin isə Şaiqə 50 yaşın olmasını, ona yaraşmadığını dediyini, həmin vaxt Şaiqin əlindəki bıçaqla Cahidin qoluna, Səyyadın isə sinəsinə xəsarət yetirdiyini, lakin onun sərxoş olduğunu görüb həmçinin toy olduğu üçün bu məsələni şişirtmədiklərini, bundan sonra Cahidin əmisini çağırmaqdan imtina etdiyini, Şaiqin həyat yoldaşını çağırmaq üçün sarayın mətbəxinə getdiyini, Şaiqin həyat yoldaşının sarayın mətbəxində işlədiyini, Cahidin Şaiqin həyat yoldaşını çağırdıqdan sonra onun həyat yoldaşının gəlib Şaiqi apardığını, sonra ona Səyyad və Cahidin təxminən 30-40 dəqiqə əvvəl Samitlə Şaiqin arasında qısa mübahisə olduğunu dediyini, həmin ərəfələrdə Şaiqin bacısı oğlu Yusifin də orada olduğunu, Cahidin Yusifə də dayısını sakitləşdirməyini dediyini, əlində bıçaq oldğunu dediyini, lakin Yusifin Şaiqin zarafat etdiyini, heç nə olmayacağını dediyini, bundan bir qədər sonra Samitin saraydan çölə çıxdığını və onların yanında dayandığını, həmin vaxt Şaiqin yenə də gəldiyini və Samiti kafenin həyətində olan stola oturmağa dəvət etdiyini, həmin vaxt Samit və Şaiqin arxası ilə Cahid, Səyyad, Şaiqin bacısı oğlu Yusifin getdiyini, Samit və Şaiqin stola oturduqlarını və söhbət etməyə başladıqlarını, həmin vaxt kafenin həyətində olan digər bir stola pivə apardığını, həmin anda səs küy yarandığını gördüyünü, tez ora getdiyini və Samitin ayağından qan axdığını gördüyünü, Şaiqin Samit bıçaqla vurduğunu bildiyini, bundan sonra qaçıb saraydan dəsmal gətirdiyini və Samitin ayağını bağladığını, Şaiqi isə kiminsə götürüb apardığını, Şaiqin həmin zaman spirtli içki qəbul etdiyini, Şaiqin Samiti iri mətbəx bıçağı ilə vurduğunu, həmin bıçağın Şaiqin özündə qaldığını, sonradan Samitə başlarının qarışdığı üçün həmin bıçağın necə olmasını bilmədiklərini, həmin bıçağın tutacaq hissəsinin ağ rəngdə olduğunu, tutacağının skoçla bağlandığını, həmin bıçağın mal kəsmək üçün nəzərdə tutulmuş bıçağa oxşadığını, Şaiqin stolda oturub Samiti bıçaqla vuran zaman özünün orada olmadığını, ona görə də bu bardə nəsə deyə bilmədiyini, bıçalanma anını görmədiyini, lakin əvvəlləcədən Şaiqin əlində bıçaq gördüyünü bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun dayısı olduğunu, 07 avqust 2021-ci il tarixdə kənddə yerləşən «Tural» şadlıq sarayında həmkəndlisi Şükürün toyu olduğunu, özünün də həmin gün oraya getdiyini, saraya gedəndə saat təxminən 16:00 radələrində sarayın kafesinin qarşısında həmkəndlisi Cahidi gördüyünü, həmin vaxt Cahidin ona dayısı Şaiqin əlində bıçaq olduğunu, onun əmisi Samiti vurmaqla hədələdiyini, onu götürüb aparmağını bildirdiyini, özünün də Cahidə onu aparacağını, yəqin zarafat etdiyini bildirdiyini, dayısı Şaiqin kimisə bıçaqlayacağını ağlına belə gəlməyəcəyini, həmin ərəfədə Samitin saraydan çölə çıxdığını, bu zaman dayısı Şaiqin ona söhbət etmələrini dediyini, onların kafenin həyətində olan stolda oturduqlarını, həmin vaxt Şaiqin Samitə kimin var yoxuna söydüyünü dediyini, Samitin də onu bıçaqla vuranın var yoxunu “bele belə edərəm” dediyini, həmin vaxt Şaiq Samiti bıçaqla vurduğunu, Samitin isə ayağa durub sağ ayağını qabağa verdiyini, həmin vaxt bıçağın Samitin ayağına dəydiyini, bundan sonra Cahid, Səyyad və özünün Şaiqin əlindən bıçağı almağa çalışdıqlarını, Səyyadın isə bir dəfə dayısını yumruqla sifətindən vurduğunu və onu boğduğunu, snra Samitə başlarının qarışdığını və onun arxası ilə xəstəxanaya getdiklərini, Şaiq həmin zaman spirtli içki qəbul etdiyini, Şaiqin Samiti bıçaqla vurduğunu, həmin bıçağın Şaiqin özündə qaldığını, sonradan başının Samitə qarşıdığı üçün bıçağın hara olmasını bilmədiyini, Şaiqin Samiti bıçaqla vurduğunu, həmçinin onların stola oturan vaxt Şaiqin Samitə kimin var yoxuna söydüyünü soruşduğunu, Samitin də onu bıçaqla vuranın var yoxunu “belə-belə” edərəm dediyini, hadisənin əvvəlindən xəbərinin olmadığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs2 oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, onunla aralarıda heç bir düşmənçilik və ədavət olmadığını, Zərərçəkmiş şəxs1 onun əmisi olduğunu, 07 avqust 2021-ci il tarixdə yaşadıqları kənddə yerləşən «Tural» şadlıq sarayında həmkəndliləri Şükürün toyu olduğunu, özünün də həmin toyda iştirak etdiyini, həmçinin qardaşı Cahidlə birlikdə həmin sarayda yerləşən çayxananı işlədərək ailəsinə maddi köməklik etdiyini, saat təxminən 15:30 radələrində sarayın kafesinin qarşısında əmisi Samit və qardaşı Cahidlə dayandıqlarını, həmin vaxt orada həmkəndlisi Şaiqin olduğunu, Şaiqin əmisi Samitlə söhbət etdiyini, həmin vaxt Şaiqin pivə içdiyini, əmisi Samitin Şaiqə zarafatla toy hələ başlamadığını, lakin onun içib kefləndiyini dediyini, Şaiqin də əmisinə onu toya çağırmadıqlarını dediyini, daha sonra onların söhbət etdiklərini, söhbət əsnasında əmisi Samitin Şaiqə qardaşı Xəzərin kənddə müəyyən şəxlsərə sataşdığını, ona kiməsə sataşmamasını başa salmağını dediyini, həmin vaxt Şaiqin sərxoş olduğunu, Şaiqin əmisi Samitə iki qardaş belə olduqlarını, istədiklərini vuracaqlarını, bıçaqlayacaqlarını və s. dediyini, əmisinin də ona ağıllı olağını və ona getməsini bildirdiyini, həmin vaxt Şaiqlə əmisinin arasında mübahisə olduğunu, mübahisə zamanı Şaiqin əmisi Samitə ona sataşanı vurub “belə belə” edəcəyini dediyini, yəni söyüş söydüyünü, əmisinin də Şaiqə onu vuranı “belə-belə” edəcəyini dediyini, yəni eyni söyüşlə cavab verdiyini, bundan sonra Şaiqin çıxıb getdiyini, təxminən yarım saat sonra saat 16 radələrində qardaşı Cahid və həmkəndlisi Heydərlə sarayın kafesinin mətbəxinin qapısında dayandıqlarını, həmin vaxt oraya Şaiqin gəldiyini, əmisi Samitin isə sarayın içərisində olduğunu, Şaiqin gələn kimi Cahidə əmisi Samiti çağırmağını dediyini və sağ tərəfindən belindən bir ədəd mətbəx bıçağı çıxardığını və ona əmisini bıçaqlayacağını dediyini, Cahidin də Şaiqə 50 yaşının olduğunu, ona yaraşmadığını dediyini, özünün də Şaiqə ona yaraşmadığını dediyini, həmin vaxt Şaiqin əlindəki bıçaqla onun sinəsinə, Cahidin isə qoluna xəsarət yetirdiyini, lakin onun sərxoş olduğunu görüb həmçinin toy olduğu üçün bu məsələni şişirtmədiklərini, bundan sonra qardaşının əmisini çağırmaqdan imtina etdiyini, Şaiqin həyat yoldaşını çağırmaq üçün sarayın mətbəxinə getdiyini, Şaiqin həyat yoldaşının sarayın mətbəxində işlədiyini, Şaiqin həyat yoldaşını çağırdıqdan sonra onun həyat yoldaşının gəlib Şaiqi apardığını, həmin ərəfələrdə Şaiqin bacısı oğlu Yusifin də orada olduğunu, qardaşı Cahidin Yusifə də dayısını sakitləşdirməyini dediyini, əlində bıçaq olduğunu dediyini, lakin Yusifin Şaiqin zarafat etdiyini, heç nə olmayacağını dediyini, bundan bir qədər sonra əmisinin saraydan çölə çıxdığını və onların yanında dayandığını, həmin vaxt Şaiqin yenə də gəldiyini və əmisini kafenin həyətində olan stola oturmağa dəvət etdiyini, həmin vaxt əmisim Samit və Şaiqin arxası ilə özü, qardaşı Cahid, Şaiqin bacısı oğlu Yusifin də getdiklərini, əmisi Samit və Şaiqin stola oturduqlarını və söhbət etməyə başladıqlarını, söhbət zamanı Şaiqin əmisi Samitə onun kimə söydüyünü dediyini, Samitin də onu vurana söydüyünü dediyini, bu zaman qəfildən Şaiqin belindən bıçaq çıxardığını və əmisini vurmaq istədiyini, əmisinin bunu görüb ayağa durduğunu və Şaiqin zərbəsinin onun qarnına dəyməməsi üçün ayağını qabağa verdiyini, həmin vaxt Şaiqin əlindəki bıçaqla əmisi Samitin ayağından vurduğunu və əmisinin ayağından xəsarət aldığını, daha sonra Şaiqin bir də əmisini vurmaq istədiyini, lakin müdaxilə edərək Şaiqi əmisini bir daha vurmasına imkan vermədiklərini, həmin vaxt qardaşı Səyyadın bir dəfə də Şaiqin sifətindən yumruqla vurduğunu, həmiçinin əmisinin vəziyyətini görüb yenə də Şaiqin üzərinə cumub onu vurmaq istədiyini, lakin orada olan şəxslərin buna imkan vermədiyini, daha sonra oradakıların dəsmal gətirdiklərini və Samitin ayağını bağladıqlarını, daha sonra Şaiqin bacısı oğlu Yusifin onu sarayın içərisinə apardığını, əmisini isə atasının xəstəxanaya apardığını, Şaiqin həmin zaman spirtli içki qəbul etdiyini, Şaiqin Samiti iri mətbəx bıçağı ilə vurduğunu, həmin bıçağın Şaiqin özündə qaldığını, sonradan onların başlarının əmisinə qarışdığı üçün həmin bıçağın necə olmasını bilmədiklərini, həmin bıçağın tutacaq hissəsinin ağ rəngdə olduğunu, tutacağının skoçla bağlandığını, həmin bıçağın mal kəsmək üçün nəzərdə tutulmuş bıçağa oxşadığını, Şaiqin yalan dediyini, əmisi Samitin Şaiqə qarşı heç bir nalayiq söyüş söymədiyini, Şaiqin əmisi Samiti qəfildən vurmasına görə əsəbləşib Şaiqi bir dəfə vurduğunu, həmçinin bıçağı onun əlindən almaq üçün çalışdığını, bundan əlavə onun arxası ilə də getmək istədiyini, orada olan şəxslərin onu saxlayaraq sakitləşdirdiyini, Şaiqin əmisi Samiti qəfilən vurmasının onlara pis təsir etdiyini, Şaiqin onun çiynindən üzü aşağı çəkərək sinəsinin sağ hissəsinə xəsarət yetirdiyini bildirmişdir, Təqsirləndirilən şəxs yalan dediyini, Şaiqin əmisi Samiti çəngəllə yox, bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisə təxminən 15 dəqiqə çəkdiyini, hadisə vaxtı orada adamların olduğunu, lakin həyacanlı olduğu üçün kimlərin olduğunu xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 Samir oğlu 23.08.2021-ci il tarixdə ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 09.08.2021-ci il tarixli 486 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarət-sağ budun orta 1/3-nin iç səthinin yarası, deşici-kəsici alət (ola bilər bıçaq) təsirindən törənmiş, törənmə müddəti 07.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduğundan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddilər. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 09.08.2021-ci il tarixli 489 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində olan xəsarət-sağ körpücük nahiyəsinin sıyrığı, kəsici alət təsirindən törənmiş, törənmə müddəti 07.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizanın 09.08.2021-ci il tarixli 490 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində olan xəsarət-sağ saidin orta 1/3-nin ön səthinin sıyrığı, kəsici alət təsirindən törənmiş, törənmə müddəti 07.08.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş üzrə keçirilmiş məhkəmə-trasaloji ekspertizasının 17.09.2021-ci il tarixli 3/1444 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şalvarın üzərində rəyin tədqiqi hissəsində yerləşmə yeri və sayı göstərilməklə bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin o cümlədən bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin təsiri ilə yaranmağa xarakterik deşilmə kəsilmə zədəsi vardır. Tədqiqata təqdim edilmiş şalvarın material xüsusiyətlərindən aslı olaraq zədə bucaqalrının müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmadı. Qeyd olunan zədədənin müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şaraitdədə yaranması mümkündür. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətlərə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmamış uşağın və 70 yaşında göz xəstəsi olan anasının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi,barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edərək təyin edilmiş cəzanı sınaq müddəti müəyyən edilməklə şərti hesab etməyi məqsədə müvafiq bilir və hesab edir ki, onun barəsində təyin edilmiş cəzanın şərti hesab edilərək azadlıqda saxlanılması Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsinə mindiyi tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 357.0.3-cü maddəsinə əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclası zalında dərhal həbsdən azad edilməli, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin saxlama kamerasında saxlanılan bir ədəd şalvar iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılmalı, bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır, mülki iddia verilməmişdir. Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş 09 avqust 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, 07 avqust 2021-ci il tarixdən hökm çıxarılan tarixə qədər, yəni 21 dekabr 2021-ci il tarixədək dörd ay on dörd gün həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza bir il altı ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs hökmün icrasına nəzarət edən orqanda qeydiyyatdan keçmək, həmin orqanın razılığı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifə olaraq tapşırılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclası zalında həbsdən azad edilsin, hökm qanuni qüvvəsinə minənə qədər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Ağdaş Rayon Polis Şöbəsinin saxlama kamerasında saxlanılan bir ədəd şalvar iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılsın, bir ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-143/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-143/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver