Məhkəmə qərarları › İş №1(014)-143/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-143/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-143/2022 13.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci ildə Ağdaş rayonu, Tofiqi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu Tofıqi kəndində yaşayan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir neçə dəfə yumruqla sifət və baş nahiyələrindən qəsdən vuraraq ona sol gözaltı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, boynun aşağı 1/3-nin sol nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bildi, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını bildirdi, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında Zərərçəkmiş şəxs ilə 2020-ci ildə ailə qurduğunu, onların birgə nikahlarından bir övladlarının olduğunu, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə övladlarının xəstə olmasına görə hərdənbir övladlarını Ucar rayonu Mərkəzi xəstəxanasına müalicəyə apardıqlarını, xx.xx.2022-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə on bir aylıq övladlarını Ucar rayonuna xəstəxanaya müalicəyə apardıqlarını, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində arvadı Zərərçəkmiş şəxs ilə övladlarını Ucar rayonunda yerləşən xəstəxanadan yaşadıqları evə gətirdiklərini, yaşadıqları evə daxil olan kimi anası Mehbarənin onlara evə gec gəlmələrinə öz iradını bildirdiyini, həmin vaxt arvadı Zərərçəkmiş şəxs anası Mehbarəyə “mənim işimə qarışma” dediyini, buna görə də, anası Mehbarə ilə arvadı Sevincin arasında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Sevincə anası Mehbarə ilə mübahisə etməməsini bildirdiyini, həmin vaxt arvadı Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyini, buna görə də, arvadı Zərərçəkmiş şəxs ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs əsəbləşdiyini və yumruqla bir neçə dəfə onun sifət və baş nahiyyələrinə vuraraq ona xəsarət yetirdiyini, daha sonra atası Əlizadənin onları aralaşdırdığını bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını bildirdi, onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi və izahatında 2020-ci ildə Ağdaş rayonu Tofıqi kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurduğunu, ailə qurandan sonra Ağdaş rayonu Tofıqi kəndində Təqsirləndirilən şəxs valideynləri ilə eyni evdə yaşadıqlarını, onların birgə nikahlarından bir övladlarının dünyaya gəldiyini, lakin son vaxtlar həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında müxtəlif səbəblərdən mübahisələrinin baş verdiyini, 11 aylıq övladının xəstə olmasına görə övladını müalicə etdirmək üçün hərdənbir Ucar rayonu Mərkəzi xəstəxanasına apardığını, xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində övladını əri Təqsirləndirilən şəxs ilə birlikdə Ucar rayon Mərkəzi xəstəxanasından Ağdaş rayonu Tofıqi kəndində yerləşən yaşadıqları evə gətirdiklərini, evə daxil olan kimi qayınanası Mehbarənin ona yaşadıqları evə gecə gəldiklərini irad bildirərək onun haqqında nalayiq ifadələr işlətdiyini, buna görə də qayınanası Mehbarəyə ona nalayiq ifadə işlətməməsini, onun işinə qarışmamasını bildirdiyini, həmin vaxt qayınanası Mehbarə ilə onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı əri Təqsirləndirilən şəxs da, ona anası Mehbarə ilə mübahisə etməsinə görə iradını bildirdiyini, onun da, əri Təqsirləndirilən şəxs onun anası ilə eyni evdə yaşamaq istəmədiyini bildirdiyini, həmin vaxt əri Təqsirləndirilən şəxs ilə də, onun arasında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yumruqla bir neçə dəfə onun sifət və baş nahiyyələrinə vuraraq xəsarət yetirdiyini, daha sonra qayınatası Əlizadənin onları aralaşdırdığını bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında Zərərçəkmiş şəxs onun gəlini olduğunu. Zərərçəkmiş şəxs ilə 2020-ci ildə oğlu Təqsirləndirilən şəxs ailə qurduğunu, onların ailə qurandan sonra onlarla eyni evdə onlarla birlikdə yaşadıqlarını, əvvəllər gəlini Sevinc ilə münasibətlərinin çox yaxşı olduğunu, gəlini Sevincin bir azyaşlı övladının olduğunu, lakin son vaxtlar gəlini Sevinc ilə aralarında narazılıqlar yarandığını, xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə gəlini Zərərçəkmiş şəxs azyaşlı övladlarını Ucar rayonu Mərkəzi xəstəxanasına müalicə etdirmək üçün apardığını, həmin günü təxminən saat 19:30 radələrində gəlini Zərərçəkmiş şəxs ilə oğlum Təqsirləndirilən şəxs birlikdə yaşadıqları evə qayıtrdıqlarım, arvadı Mehbarənin gəlini Zərərçəkmiş şəxs evə gec gəlməsinə görə iradını bildirib, evə vaxtında gəlməli olmalarını söylədiyini, həmin vaxt gəlini Zərərçəkmiş şəxs qaynanasına “ Sən mənim işimə qarışma” dediyini, buna görə də, onların aralarında mübahisə baş verdiyini, mübahisə zamanı gəlini Zərərçəkmiş şəxs qayınanasına nalayiq ifadə işlətməsinə görə oğlu Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs onunla mübahisə etməməsini bildirdiyini, lakin gəlini Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs da, nalayiq ifadə işlətdiyini, buna görə də, Təqsirləndirilən şəxs ilə gəlini Zərərçəkmiş şəxs aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Təqsirləndirilən şəxs gəlini Zərərçəkmiş şəxs yaxınlaşaraq yumruqla bir neçə dəfə gəlini Zərərçəkmiş şəxs sifət və baş nahiyyələrindən vuraraq xəsarət yetirdiyini, həmin vaxt onları aralaşdırdığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 707 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər-sol gözaltı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması), sol gözün ağlı qişasına qansızma, boynun aşağı 1/3-nin sol nahiyəsinin qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir, cinayət əməli hadisələrin təsadüfü axarı zəminində baş vermişdir, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2,133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi həyata keçirilməməli, məhkəməyədək sadələşdirilmiş icraat işinə xitam verilməli və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar