Məhkəmə qərarları › İş №1(014)-143/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-143/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-143/2023 20.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan 2 getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus xeyli miqdarda əmlakı təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 günlük icarə haqqını ödəməklə yalnız istifadə etmək üçün əldə etdiyi “Mercedes Benz E220” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün mülkiyyət hüququ olmadığı və başqa şəxsə özgəninkiləşdirə bilməyəcəyi ona məlum olduğu halda özünə məxsus olduğunu yalandan bildirərək özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2021-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində yerləşən evində həmin avtomobili 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğində Zərərçəkmiş şəxs4 satacağını yalandan vəd edərək onun ümumilikdə 16850 (on altı min səkkiz yüz əlli) manat pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2022-ci il tarixdə Göyçay rayonu, Bığır kəndində yerləşən evində 100 manat pul vəsaitinin özünə verilməsinə, eyni niyyətlə həmin gün 150 manat pul vəsaitinin Ağdaş şəhəri, H.Əliyev prospekində yerləşən “Milliön” ödəmə terminalından özünə məxsus bank hesabına köçürülməsinə, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə 750 manat pul vəsaitinin Bakı şəhərindən “Emanat” ödəmə terminalından özünə məxsus bank hesabına köçürülməsinə, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə 1000 manat pul vəsaitinin Sumqayıt şəhərində yerləşən ödəmə terminallarının birindən özünə məxsus bank hesabına köçürülməsinə nail olub, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə vahid niyyətlə 2000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs4 məxsus 16850 (on altı min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 günlük icarə haqqını ödəməklə yalnız istifadə etmək üçün əldə etdiyi “Mercedes Benz E220” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün mülkiyyət hüququ olmadığı və başqa şəxsə özgəninkiləşdirə bilməyəcəyi ona məlum olduğu halda özünə məxsus olduğunu yalandan bildirərək özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2022-ci il tarixdə mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs2 zəng edərək həmin avtomobili 14000 (on dörd min) manat məbləğində Zərərçəkmiş şəxs2 satacağını yalandan vəd edərək onun ümumilikdə 14000 (on dörd min) manat pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus 8000 (səkkiz min) manat dəyərində “Mercedes Benz C180” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhəri, Asan Xidmət mərkəzində cinayətdən xəbərsiz olan – Şahid3 adına baş etibarnamə verilməsindən sonra öz adına rəsmiləşdirməyə nail olub, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə Ağdaş şəhər avtovağzalında 450 manat pul vəsaitini avtomobilə yeni mühərrik alınması üçün, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu Qolqəti kəndində 200 manat pul vəsaitini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində 100 manat pul vəsaitini aylıq ödəniş kimi əldə edib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda yəni, ümumilikdə 8750 (səkkiz min yeddi yüz əlli) manat pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda yəni, 14000 (on dörd min) manat məbləğində pul vəsaitini aldatma və etibardan suiistifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 günlük icarə haqqını ödəməklə yalnız istifadə etmək üçün ədə etdiyi “Mercedes Benz E220” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün mülkiyyət hüququ olmadığı və başqa şəxsə özgəninkiləşdirə bilməyəcəyi ona məlum olduğu halda özünə məxsus olduğunu yalandan bildirərək özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsində həmin avtomobili 14000 (on dörd min) manat məbləğində Zərərçəkmiş şəxs5 satacağını yalandan vəd edərək Zərərçəkmiş şəxs5 ümumilikdə 14000 (on dörd min) manat pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə ondan vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində ilkin ödəniş adı ilə 500 manat pul vəsaitini, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən X1rşısında ilkin ödəniş adı ilə 500 manat pul vəsaitini, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə Ağdaş rayonunda Ləki dörd yolu adlanan ərazidə aylıq ödəniş adı ilə 370 manat pul vəsaitini əldə edib, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 1370 manat pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs5 məxsus xeyli miqdarda yəni, 14000 (on dörd min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 günlük icarə haqqını ödəməklə yalnız istifadə etmək üçün ədə etdiyi “Mercedes Benz E220” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün mülkiyyət hüququ olmadığı və başqa şəxsə özgəninkiləşdirə bilməyəcəyi ona məlum olduğu halda özünə məxsus olduğunu yalandan bildirərək özünə qarşı inam yaratdıqdan sonra xx.xx.2022-ci il tarixdə, Ağdaş şəhəri ərazisində “Universam” adlanan ərazidə həmin avtomobili 14260 (on dörd min iki yüz altmış) manat məbləğində Zərərçəkmiş şəxs3 satacağını yalandan vəd edərək onun ümumilikdə 14260 (on dörd min iki yüz altmış) manat pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə ondan vahid niyyətlə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında ilkin ödəniş adı ilə 2260 manat pul vəsaitini, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində 200 manat pul vəsaitini, eyni niyyətlə xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında 120 manat pul vəsaitini aylıq ödəniş kimi əldə edib, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 2580 (iki min beş yüz səksən) manat pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs3 məxsus xeyli miqdarda yəni, 14260 (on dörd min iki yüz altmış) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Şahid6 günlük icarə haqqını ödəməklə yalnız istifadə etmək üçün ədə etdiyi “Mercedes Benz E220” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün mülkiyyət hüququ olmadığı və başqa şəxsə özgəninkiləşdirə bilməyəcəyi ona məlum olduğu halda özünə məxsus olduğunu yalandan bildirərək özünə qarşı inam yaratdıqdan sonra Ağdaş şəhərində, Qəbələ dördyolu deyilən ərazidə 13000 (on üç min) manat məbləğində Zərərçəkmiş şəxs1 satacağını yalandan vəd edərək onun ümumilikdə 13000 (on üç min) manat pul vəsaitini ələ keçirmək niyyəti ilə sonuncunu aldadıb etibarından sui-istifadə etməklə ondan vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Xosrov kəndində ilkin ödəniş adı ilə 1000 (min) manat pul vəsaitini əldə edib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 (min) manat pul vəsaitini dələduzluq yolu ilə təkrarən ələ keçirmiş, sonuncu aldadılmasını başa düşdükdən sonra qalan pul vəsaitini verməkdən imtina etdiyindən sonuncuya məxsus həmin pul vəsaitini ələ keçirə bilməyib, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda yəni, 13000 (on üç min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 29, 178.2.2, 29, 178.2.4, 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamla təqsirli bilərək ifadəsində evli olduğunu, 3 azyaşlı övladının olduğunu, hazırda heç bir yerdə işləmədiyini, Şahid6 tanıdığını, Şahid6 mobil nömrəsini 2020-ci ilin aprel ayında avtomobil elanı saytından götürdüyünü və ona zəng etdiyini, belə ki, Şahid6 həmin elanda ona məxsus avtomobilləri icarəyə verməsi barədə elan yerləşdirdiyini, özünün də həmin elanı gördükdən sonra həmin elanı yerləşdirmiş şəxsin əlaqə nömrəsinə zəng etmək qərarına gəldiyini, bunun üçün Şahid6 zəng etdiyini, Fariz ilə mobil telefonda danışan zaman ona elanda avtomobillərin qalmaq şərti ilə icarəsini yazmasını gördüyünü və bu şərtlə avtomobil almaq istədiyini bildirdiyini, Şahid6 isə ona həmin şərtlə avtomobili yalnız şəxsi tanıdıqdan sonra verdiyini bildirdiyini, özünün də Farizdən hazırda avtomobilinin olub-olmamasını soruşduğunu, bu zaman Farizin ona qara “dörd fara” 2.2 dizel mator və heç bir xərc tələb etməyən avtomobilinin olmasını bildirdiyini, özünün də Farizə həmin avtomobil üçün ilkin olaraq 800 manat pulu və 25 manat etibarnamə üçün rüsum pulunu göndərəcəyini bildirdiyini, Farizin də onunla razılaşdığını və Əhmədli qəsəbəsində olduğunu bildirdiyini, özünün də 800 manat ilikin ödəniş və 50 manat etibarnamə üçün dövlət rüsumunu Farizə göndərdiyini, bundan təxminən 2 saat sonra gümüşü rəngli 2.2 dizel mator təxmini yadında qalan **-KC-*** nömrə nişanlı, “dörd fara” avtomobili ona verdiyini, bundan sonra özü Farizə zəng edərərk ona qara rəngli avtomobil dediyini lakin gümüşü rəngli avtomobil göndərməsinin səbəbini soruşduğunu, Farizin də ona həmin qara rəngli avtomobilin yaxşı vəziyyətdə olmadığını və ona uyğun gəlmədiyini bildirdiyini, özünün də Farizə mobil telefonda danışan zaman qara rəngli avtomobilin yaxşı vəziyyətdə olmasını bildirməsini söylədiyini, həmin vaxt Farizin ona qara rəngli avtomobilə baxmadan dediyini, lakin avtomobilə baxdıqdan sonra həmin qara rəngli avtomobilin yaxşı vəziyyətdə olmamasını gördüyünü bildirdiyini, həmçinin mobil telefonda danışan zaman Farizin ona iki gün möhlət verdiyini və həmin günlərin pulunu almayacağını bildirdiyini, daha sonra o, Farizlə həmin avtomobil üçün günü 20 manat olmaqla iki gündən sonra hər gün ona göndərəcəyi bank kartına 20 manat icarə pulunu göndərəcəyi barədə razılığa gədiklərini, daha sonra özünün Göyçay rayonuna yola düşdüyünü, Şamaxı rayonunun ərazisində olan zaman Farizin ona zəng etdiyini və harada olduğunu, həmçinin avtomobilin hansı vəziyyətdə olduğunu soruşduğunu, Farizin həmin vaxt ona yenə də qara rəngli avtomobil ilə nisbətdə ona verdiyi gümüşü rəngli avtomobilin yaxşı olduğunu və onun uzaq yol işləməsini nəzərə alaraq məhz bu avtomobili vermək qərarına gəldiyini bildirdiyini, həmçinin Farizin ona səhər avtomobili ustaya göstərməyi və avtomobildə olan nasazlıq barədə ona məlumat verməsini tapşırdığını, səhəri gün isə Göyçay rayonunda tanış avtomobil ustasının işlədiyi avtomobil təmiri sexinə getdiyini, həmin sexdə avtomobilə baxıldığını və təxminən 45 manat dəyərində ehtiyyat hissəsi aldığını, həmçinin ustaların ona avtomobilinin karopkasında gecikmənin olmasını bildirdiklərini, özünün də Farizə zəng edərək bu barədə məlumat verdiyini, Farizin də ona narahat olmağa ehtiyacın olmadığını bildirdiyini, daha sonra Farizin ona sabah ödənişin vaxtının olmasını bildirdirdiyini, özünün də Farizə onun üçün iki gün vaxt verdiyini və avtomobil üçün 45 manat pul xərclədiyini bildirdiyini, bu zaman Farizin ona bunun ona aidiyyatının olmadığını bildirdiyini, həmçinin Farizin ona əvvəlcə ödəniş etmək üçün bank kartının şəkilini göndərəcəyini bildirsə də daha sonra ortağı ilə məsləhətləşərək bunu edəcəyini söylədiyini, bundan bir gün sonra Farizin ona Rabitə banka aid Şahid6 məxsus bank kartının şəkilini atdığını və günlük ödənişi həmin kartın hesab nömrəsinə atmasını tapşırdığını, özü də bir aylıq ödənişin miqdarında, yəni 600 manat pulu Farizin ona göndərdiyi kart hesabına Göyçay rayonundan göndərdiyini, özü ödəniş etdikdən sonra həmin ödənişin çekini çəkib Farizə göndərdiyini, Farizin də ona zəng edərək onların 3 nəfər ortaq olduqlarını bildirdiyini, bundan bir ay sonra ikinici ayın ödəniş vaxtı günü Farizin ona Rabitə Banka aid X4 məxsus bank kartının şəkilini atdığını və ödənişi həmin kart hesabına göndərməsini tapşırdığını, lakin ödənişin nə qədər olması barədə heç bir söz demədiyini, özünün də həmin kart hesabına Göyçay rayonunda yerləşən “Ekanom” marketdə olan “Emanat” ödəniş terminalından 200 manat pul göndərdiyini və həmin ödənişin çekini də çəkərək Farizə göndərdiyini, bundan sonra Farizin ona zəng etdiyini, söhbət zamanı Fariz ona normal və dəqiq iş gördüyünü bildirdiyini və əlavə avtomobillərinin olmasını, götürmək istəsə verə biləcəyini söylədiyini, buna görə də o, tanışı olan şəxslərə bu barədə məlumat verdiyini və onlara da avtomobil götürə biləcəyini bildirdiyin, həmin şəxslərin də onunla razılaşdığını və avtomobil götürmək istədiklərini bildirdiklərini, özü də bu barədə Farizə məlumat verdiyini, Farizin də onu tanıdığı üçün onunla razılaşdığını, daha sonra özü xəstəliyi ilə əlaqədar 3 ay müddətində “Semaşka” xəstəxanasında yatdığını, bu müddət ərzində onun avtomobillərdən xəbəri olmadığını, xəstə olan zaman onun idarə etdiyi avtomobili Ağdaş rayonu, Xosrov kənd sakini Xəyyam adlı şəxsin idarə etdiyini, özü avtomobili Xəyyama 950 manat ilkin ödəniş və hər ay üçün 480 manat olmaqla 36 aylıq və sonda avtomobilin ona qalması şərti ilə verdiyini, həmçinin Xəyyama sağaldıqdan sonra avtomobilin onlarda qalması ilə bağlı avtomobillərin sahibi ilə danışacağını, əgər mümkün olmasa ilkin ödəniş kimi qalan ödənişləri isə almayacağını bildirdiyini, digər üç avtomobilin isə ödənişlərini atası tərəfindən Xəyyam, Dağlar və Moska kimi tanıdığı Zaməddin adlı şəxsə ödədiyini, lakin onlardan Dağların avtomobili Farizə qaytarmadığını, digər iki şəxsin isə söz versələr də avtomobilləri geri qaytarmadığını, həmin avtomobillərdən ** OL *** nömrə nişanlı Xəyyamda və ** VM *** nömrə nişanlı avtomobilin isə Moska deyilən şəxsdə qaldığını, Xəyyamda olan avtomobili Ağdaş rayon polis şöbəsinin əməkdaşlarının rayon polis şöbəsinə gətirdiklərini, Moska deyilən şəxsin isə avtomobili Ağdaş şəhərində M.İsayev küçəsində saxladığını, həmin avtomobili də Ağdaş rayon Polis şöbəsinin əməkdaşları rayon Polis şöbəsinə gətirdiyini, daha sonra Farizin həmin avtomobilləri təhvil aldığını, Xəyyam və Moska deyilən şəxslərin etdiyi əməllərdən onun heç bir əlaqəsi olmadığını, hazırda Farizə olan borcu hər bir avtomobil üçün 7 günlük olmaqla ümumilikdə 560 manat pul olduğunu, Şahid6 ilk dəfə avtomobili 2020-ci ilin aprel ayında, ikinci avtomobili bundan təxminən 2 ay sonra, üçüncü avtomobili ikincidən təxminən 2-3 ay sonra, dördüncü avtomobili isə üçüncü avtombildən təxminən 15-20 gün sonra götürdüyünü, Şahid6 ona normal və dəqiq iş gördüyünü bildirdiyini və əlavə avtomobillərinin olmasını, götürmək istəsə verə biləcəyini söylədiyi üçün bu barədə tanışlarına bildirdiyini və Moska kimi tanıdığı Zaməddin, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ona avtomobil götürmək istədiyini bildirdiklərini, özünün də Farizə bu barədə məlumat verdiyini, daha sonra Fariz özü həmin şəxslərə etibarnamə verdiyini, bundan başqa Təqsirləndirilən şəxs ifadəsində Şahid6 ifadəsində ona ilk dəfə 2021-ci ilin mart ayının ortalarında ** KG *** qeydiyyat nişanlı avtomobili verdiyini daha sonra həmin avtomobil üçün bir neçə dəfə etibarnamə verdiyini, ikinci dəfə 2021-ci ilin sentyabr ayında ** LK *** qeydiyyat nişanlı avtombili verdiyini və bundan sonra bir neçə dəfə həmin avtomobilə etibarnamə verdiyini, üçüncü dəfə 2022-ci ilin yanvar ayında ** VM *** qeydiyyat nişanlı avtomobili, dördüncü dəfə 2022-ci ilin fevral ayının ortalarında ** OL *** qeydiyyat nişanlı avtomobili verdiyini bildirməsi ilə bağlı Fariz yalan deyir, Farizdən ilk dəfə avtomobili 2020-ci ilin aprel ayında, ikinci avtomobili bundan təxminən 2 ay sonra, üçüncü avtomobili ikincidən təxminən 2-3 ay sonra aldığını bildirdiyini, dördüncü avtomobili isə üçüncü avtombildən təxminən 15-20 gün sonra götürdüyünü, Şahid6 ona məxsus olan avtomobilləri almadığını, avtomobilləri ondan icarəyə götürdüyünü, alacağı ilə bağlı hər hansı bir razılıq əldə etmədiyini, Zərərçəkmiş şəxs5 Ağdaş rayon Polis şöbəsinə ünvanladığı ərizəsində ona xx.xx.2022-ci il tarixdə **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş etmək və sonda ona qalacağı, avtomobilin ona qalacağı şərti ilə verdiyini, 1370 manat ödəniş etdiyini və hər ay 370 manat kredit verəcəyi ilə razılaşdıqlarını bildirməsi ilə bağlı suala cavab verməkdən imtina etdiyini, Zərərçəkmiş şəxs2 Ağdaş rayon Polis şöbəsinə ünvanladığı ərizəsində onu xx.xx.2022-ci il tarixdə **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş etmək və sonda ona qalacağı adı ilə aldadaraq satdığını, ilkin ödəniş kimi özünə məxsus 8 min manatlıq avtomobilini ona verdiyini və 750 manat ödəniş verdiyini bildirməsi barədə suala cavab verməkdən imtina etdiyini, Zərərçəkmiş şəxs3 Ağdaş rayon Polis şöbəsinə ünvanladığı ərizəsində onu xx.xx.2022-ci il tarixdə **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş etmək adı ilə aldadaraq satdığını, ilkin ödəniş olaraq 2260 manat, aylıq ödəniş kimi isə 578 manat verməsini bildirməsi barədə suala cavab verməkdən imtina etdiyini, Zərərçəkmiş şəxs1 Ağdaş rayon Polis şöbəsinə ünvanladığı ərizəsində onu xx.xx.2022-ci il tarixdə **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş etmək və sonda ona qalacağı adı ilə aldadaraq satdığını, ilkin ödəniş olaraq 1000 manat verdiyini bildirməsi barədə suala cavab verməkdən imtina etdiyini, Zərərçəkmiş şəxs4 Ağdaş rayon Polis şöbəsinə ünvanladığı ərizəsində onu xx.xx.2022-ci il tarixdə **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş etmək və sonda ona qalacağı adı ilə aldadaraq satdığını, ilkin ödəniş kimi ona 2000 manat pul verdiyini bildirməsi barədə suala cavab verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 1000 manat ilkin ödəniş, Zərərçəkmiş şəxs2 ilkin ödəniş kimi özünə məxsus 8000 manatlıq avtomobil, Zərərçəkmiş şəxs3 2260 manat ilkin ödəniş, Zərərçəkmiş şəxs1 1000 manat ilkin ödəniş, Zərərçəkmiş şəxs4 1000 manat pulu ona verdiklərini bildirmələri barədə suala cavab verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini və onlarla barışdığının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində Ağdaş rayonunda Bakı şəhərinə və geriyə doğru istiqamət üzrə taksi fəaliyyəti ilə məşğul olduğunu, tanışı Şahid5 yeznəsi Təqsirləndirilən şəxs adlı şəxsin kreditə avtomobil satmasını öyrəndiyini, daha sonra Natiqin telefon nömrəsini taparaq ona zəng etdiyini, Natiqə kreditə avtomobil almaq istədiyini bildirdiyini, Natiqin də, ona yaşadığı evə gələrək söhbət etməsini təklif etdiyini, onun da xx.xx.2021-ci il tarixdə saat təxminən 10 radələrində Natiqin yaşadığı Göyçay rayonu Bığır kəndində yerləşən evə getdiyini, həmin vaxt Natiqin ona “Mercedes Benz E 220” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili göstərdiyini və həmin avtomobil üçün ilkin olaraq 2000 manat, sonradan isə 33 ay ərzində hər ay 450 manat olmaqla aylıq ödəniş etməli olduğunu, sonda 16850 manat ödədikdən sonra avtomobilin ona qalacağını söylədiyini, onun da Natiq ilə razılaşdığını, həmin vaxt Natiqə beh kimi 100 manat pul verdiyini və avtomobili götürüb öz evinə gətirdiyini, həmin günü Natiqin ona verdiyi kart hesabına “Milliön” elektron ödəmə sisitemi vasitəsi ilə Ağdaş şəhərindən 150 manat pul göndərmiş, xx.xx.2022-ci il tarixdə isə Bakı şəhərində “Emanat” elektron ödəmə sistemi vasitəsi ilə Natiqin ona verdiyi kart hesabına 750 manat pul göndərdiyini, xx.xx.2022-ci il tarixdə isə Sumqayıt şəhərindən Natiqin kartına 1000 manat pul göndərdiyini, Natiqə ödəməli olduğu 2000 manat ilkin ödənişi ödəyib qurtardığını, Natiqin ona həmin avtomobili idarə etmək üçün etibarnamə verdiyini, daha sonra özü Natiqdən kreditə satın aldığı “Mercedes Benz E 220” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili ustaya apardığını, həmin vaxt avtomobilin təkərlərinin, su baçokunun, predokunun yağının və digər hissələrinin nasaz olduğunun ortaya çıxdığını, o daha sonra avtomobilin su baçokuna 45 manat, 4 ədəd naklatkasına 18 manat, yağ dəyişməsinə görə 160 manat, perodukuna 50, 4 ədəd təkərlərinə 348 manat pul xərclədiyini, lakin avtomobilin düzəlmədiyini, avtomobilin mühərliyinin yağı azaltdığını, özünün də bu barədə Natiqə məlumat verdiyini, Natiqin də, ona “Mercedes Benz E 220” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili dəyişəcəyini və əvəzinə ona yeni avtomobil verəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində özünün Ağdaş rayon mərkəzi xəstəxanasının yeni binasının yanında “Mercedes Benz E 220” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili Natiqə təhvil verdiyini, Natiqin həmin vaxt ona xx.xx.2022-ci il tarixdə yeni avtomobil verəcəyini söylədiyini, Natiqin də ona xx.xx.2022-ci il tarixdə “Mercedes Benz E 220” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili digər avtomobilin əvəzinə verdiyini, xx.xx.2022-ci il tarixdə isə Natiqin ona özü idarə etmək üçün avtomobil lazım olduğunu və bir günlük sürməsi üçün “Mercedes Benz E 220” markalı ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili ona verməsini istədiyini, xx.xx.2022-ci il tarixdə həmin avtomobili aparıb Natiqin yaşadığı evə ona təhvil verdiyini, sonradan isə Natiqin avtomobili qaytarmadığını gördükdə onunla telefon əlaqəsi saxladığını, avtomobili nə vaxt qaytaracağını soruşduğunu, Natiqin də hər dəfə bir bəhanə gətirərək avtomobili ona qaytarmadığını, daha sonra özünün Elşən ilə Bakı şəhərinə avtomobillərin əsl sahibi Farizin yanına getdiyini, Farizin onlara heç kimə avtomobil satmadığını və Natiqə avtomobilləri arendaya verdiyini bildirərək Elşənin avtomobilini onun əlindən aldığını, bu zaman Natiqin onu aldatmasını başa düşdüyünü, Natiqin “Mercedes Benz E 220”markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona etibarnamə versə də, “Mercedes Benz E 220” markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və ya sahiblik etmək üçün hər hansı bir sənəd vermədiyini, belə ki, özünün şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsinin şəkilini Natiqə göndərdiyini və Natiqin də ona onlayn etibarnamə verdiyini, Təqsirləndirilən şəxs həmin avtomobilin özünə məxsus olduğunu, lakin başqa şəxsin adına qeydiyyatda olduğunu, həmin avtomobili ona müvəqqəti olaraq etibarnamə ilə verəcəyini, lakin pulu tam ödəyib qurtardıqdan sonra onun adına qeydiyyata salacağını bildirdirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində Ağdaş-Bakı xətti ilə taksi fəaliyyəti ilə məşğul olduğunu, Təqsirləndirilən şəxs tanıdığını, belə ki, Natiqin Ağdaş rayonunda evləndiyini, qayını Elçin ilə birlikdə taksi fəaliyyəti ilə məşğul oduğunu, bir neçə dəfə Natiqi Elçinin yanında gördüyünü və həmin vaxtdan onların münasibətlərinin yarandığını, bir neçə müddət sonra Təqsirləndirilən şəxs kreditə maşın satmasını bildiyini, onun “Mercedes Benz C180” markalı, ** GC *** dövlət qeydiyyat nişanlı avtomobili olduğunu, həmin maşının benzin mühərrikli olduğunu, buna görə də dizel mühərrikli avtomobil almaq istədiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 12:30 radələrində Natiqin ona zəng etdiyini və aralarındakı telefon danışığı zamanı Natiqin ona maşını dəyişmək istəməsini öyrəndiyini söylədiyini və onda “Mercedes Benz E 220 cdi” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və həmin avtomobili onun maşını ilə dəyişmək istədiyini bildirdiyini, özünün də Natiq ilə razılaşdığını, Natiqin maşının 14 000 manat qiymətinin olduğunu söylədiyini, o da öz maşınının 8 000 manat qiymətinin olmasını bildirdiyini, onların həmin vaxt maşınlarını dəyişmək və yerdə qalan 6000 manat pulu hər 300 manat olmaqla 20 ay ərzində Natiqə ödəmək qərarına gəldiyini, həmin günü, yəni xx.xx.2022-ci il tarixdə Natiqin onun yaşadığı evə gəldiyini və öz maşınını onun həyətinə qoyduğunu, daha sonra isə o, arvadı Kübra Mikayılova, Natiq və Natiqin yanında olan tanımadığı şəxs ilə birlikdə onun maşını ilə Mingəçevir şəhər Asan xidmət mərkəzinə getdiyini, Asan xidmətdən onun maşınını arvadı Kübra Mikayılovanın adına olduğundan arvadı Kübra Şahid3 adına baş etibarnamə verdiyini, həmin vaxt isə Natiqin ona satdığı maşının Şahid6 adına olduğuna görə onun vasitəsi ilə onlayn şəkildə sürmə etibarnaməsi verdiyini və etibarnamənin şəklini ona whatsapp vasitəsi ilə göndərdiyini, xx.xx.2022-ci il tarixdə Natiqdən aldığı “Mercedes Benz E 220 CDİ” markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərriyin nasaz vəziyyətə düşdüyünü, həmin vaxt Natiqə zəng etdiyini və bu barədə ona məlumat verdiyini, Natiqin də, ona avtomobilin motorunun dəyişilməsinin lazım olduğunu, yeni motorunun dəyirinin təxminən 900 manat olduğunu söylədiyini, ona motorun pulunu yarı-yarı ödəməyi təklif etdiyini, özünün də Natiqlə razılaşdığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində Ağdaş şəhər avtovağzalında Natiqə mühərrikə görə 450 manat pul verdiyini, həmin vaxt onların yanında Natiqin qayını Elçinin olduğunu, Natiq həmin vaxt ona xx.xx.2022-ci i tarixdə axşam saatlarında maşının mühərriyini göndərəcəyini söylədiyini, lakin sonradan Natiqin müxtəlif bəhanələr gətirərək ona mühərrik göndərmədiyini, xx.xx.2022-ci il tarixdə yenidən Natiq ilə telefon əlaqəsi saxladığını, Natiqdən motoru nə üçün göndərmədiyini soruşduğunu, Natiqin isə ona motoru göndərə bilmədiyini söylədiyini, ona 6000 manat borcundan 1000 manat çıxıb əvəzinə yeni motor almasını təklif etdiyini, həmçinin onun əvvəl motora görə Natiqə verdiyi 450 manat pulu da, borcundan çıxacağını söylədiyini, elə həmin günü gedib 1000 manata yeni motor aldığını, 200 manat ustaya əl haqqı verərək maşınına qoydurduğunu, xx.xx.2022-ci il tarixdə isə maşının turbosu nasaz vəziyyətə düşdüyünü, onun da məcbur olub 350 manata yeni turbo alaraq ustaya 30 manat əl haqqı verib maşına qoydurduğunu, xx.xx.2022-ci il tarixdə yaşadığı evin həyətinin çöl qapısının qarşısında Natiqə maşına görə aylıq ödəniş üçün 200 manat, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində, Qəbələ dörd yolu deyilən yerdə 100 manat pul verdiyini, xx.xx.2022-ci il tarixdə Natiqə zəng edərək maşına görə 3700 manat borcu qaldığını söylədiyini və həmin borcu birdəfəlik ödəyə biləcəyini bildirdiyini, həmçinin Natiqə onunla görüşüb borcunu ödəməyi təklif etdiyini, Natiqin də, ona xx.xx.2022-ci il tarixdə Yevlaxda görüşüb maşını onun adına keçirəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə Natiqlə telefon əlaqəsi saxladığını və onunla görüşmək istədiyini söylədiyini, lakin Natiqin müxtəlif bahanələr gətirərək onunla görüşmədiyini, onun da, Natiqin hərəkətlərindən şübhələndiyini və Natiqin onu aldatmasını fikirləşdiyini, buna görə də, maşının sahibi Şahid6 ilə görüşüb məsələni aydınlaşdırmaq qərarına gəldiyini, bu məqsədlə dostu Zərərçəkmiş şəxs4 ilə birlikdə xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə getdiyini, Bakı şəhərində olan zaman Natiqə zəng etdiyini və Natiqdən ona etibarnamə verməsini istədiyini, əks təqdirdə isə ondan şikayət edəcəyini söylədiyini, Natiq də, ona “get hara istəyirsən şikayət elə” deyə cavab verdiyini, daha sonra onlar Şahid6 ilə görüşdüklərini və məsələni Farizə danışıb maşının qalıq pulunu verərək almaq istədiyini söylədiyini, həmin vaxt Fariz ona maşına baxmaq istədiyini söylədiyini və ondan açarları alaraq tanımadığı bir şəxsə verdiyini, maşını sürüb işlək vəziyyətdə olub-olmamasına baxmaq istədiyini, həmin şəxsin də, maşını sürüb getdiyini, onun da həmin vaxt Farizdən nə baş verməsini soruşduğunu, Farizin də, ona Natiqi şəxsən tanımadığını, Natiq ilə telefon vasitəsi ilə əlaqə saxladığını və Natiqə “Mercedes Benz E 220 cdi” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili günü 20 manata arendaya verdiyini söylədiyini, daha sonra isə Natiqin Farizə zəng edərək ona maşını başqalarına satmağa deyil, sürməyə verdiyini söylədiyini, Natiqin də, telefon da, Farizə “sənin əmlakın yanındadı, əmlakını da, götür” deyə söylədiyini, onun da, həmin vaxt Natiqin onu aldatmasını başa düşdüyünü və 102 xidmətinə zəng edərək bu barədə məlumat verdiyini, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 8000 (səkkiz min) manatlıq Mercedes Benz C180 markalı avtomobilini ilkin ödəniş kimi, xx.xx.2022-ci il tarixdə yaşadığı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən evin qarşısında 200 manat, xx.xx.2022-ci il tarixdə isə Ağdaş şəhəri, Qəbələ dördyolu deyilən ərazidə 100 manat aylıq ödəniş kimi verdiyini, bundan əlavə xx.xx.2022-ci il tarixdə Ağdaş şəhər Avtovağzalında Natiqə 450 manat mühərlik üçün verdiyini, daha sonra Natiqin həmin vəsaiti avtomobilin aylıq ödənişi kimi hesab etdiyini, həmçinin daha sonra 1000 manata həmin avtomobilə mühərlik aldığını, 350 manata həmin avtomobil üçün turbo aldığını və ümumilikdə ustalara 230 manat pul xərclədiyini, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə etmək üçün ona onlayn şəkildə sürmə etibarnaməsi verdiyini və etibarnamənin şəklini ona whatsapp vasitəsi ilə göndərdiyini, Təqsirləndirilən şəxs həmin avtomobilin özünə məxsus olduğunu, lakin başqa şəxsin adına qeydiyyatda olduğunu, həmin avtomobili ona müvəqqəti olaraq etibarnamə ilə verəcəyini, lakin pulu tam ödəyib qurtardıqdan sonra onun adına qeydiyyata salacağını bildirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində Ağdaş rayonunda Bakı şəhərinə və geriyə doğru istiqamət üzrə taksi fəaliyyəti ilə məşğul olduğunu, özünə avtomobil almaq istədiyini, qonşusu Elşənin Natiq adlı şəxsdən kreditə maşın almasını öyrəndiyini, buna görə də, Elşən ilə görüşüb bu barədə onunla söhbət etdiyini, söhbət zamanı Elşənin Natiqin onların tanışı Elçinin yeznəsi olduğunu söylədiyini, onun da, daha sonra xx.xx.2022-ci il tarixdə Elçinə zəng etdiyini və aralarındakı söhbət zamanı Elçinin ona Natiqin hazırda Göyçay rayonunda olmasını və bu gün Ağdaş şəhərinə gələcəyini söylədiyini, Natiqin nömrəsinin olub-olmadığını soruşduğunu, onun da, Natiqin nömrəsinin onda olmasını söylədiyini, bir az sonra Natiqə zəng etdiyini və aralarındakı telefon danışığı zamanı Natiq ona Ağdaş şəhərinə gələcəyini söyləyəcəyini və Ağdaş şəhərində M.İsayev küçəsində “qozların dibi” adlanan yerdə görüşmələrini söylədiyini, xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində “qozların dibi” adlanan yerdə Natiqlə görüşdüyünü, Natiqə ondan avtomobil almaq istədiyini söylədiyini, həmin vaxt Natiqin ona özünün sürdüyü “Mercedes Benz E 220”markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili göstərdiyini və həmin avtomobilin 14 000 manat qiymətinin olduğunu bildirdiyini, həmçinin ona təqdim etdiyi avtomobili kreditə verə biləcəyini söylədiyini, ondan ilkin ödəniş kimi 1000 manat və 35 ay ərzində hər ay 370 manat olmaqla kredit alacağını söylədiyini, kreditin sonunda isə həmin avtomobilin ona qalmalı olduğunu, Natiq ilə ümumilikdə avtomobili 13950 manata razılaşdığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evin həyətinin çöl qapısının qarşısında Təqsirləndirilən şəxs ilkin olaraq verməli olduğu 1000 manat ödənişdən 500 manatını verdiyini, həmin vaxt orada onlardan başqa heç kimin olmadığını, xx.xx.2022-ci il tarixdə isə Ağdaş şəhərində Mədəniyyət evinin qarşısında Təqsirləndirilən şəxs “Mercedes Benz E 220” markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili ona təhvil verdiyini, onun da həmin vaxt 1000 manat ilkin ödənişin qalıq qalan 500 manatını Natiqə verdiyini, bu zaman orada ondan və Təqsirləndirilən şəxs başqa bibisi oğlu Şahid1 olduğunu, xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs ona “Mercedes Benz E 220”markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verdiyini, xx.xx.2022-ci il tarixdə Şahid5 ona zəng etdiyini, Natiqdən maşın alıb-almadığını soruşduğunu, onun da Elçinə Natiqdən “Mercedes Benz E 220”markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili kredit olmaq şərti ilə satın aldığını söylədiyini, bu zaman Elçinin ondan maşını ona göstərməsini xahiş etdiyini, onun da, daha sonra Elçin ilə Ağdaş rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkda görüşdüklərini, həmin vaxt Elçinin maşına baxdığını, bu zaman onun da Elçindən Natiqdən maşın almağı ilə bağlı sonradan hər hansı bir problemin olub-olmayacağını soruşduğunu, Elçinin də, ona heç bir problemin olmayacağını söylədiyini, sonradan onun avtomobili aparıb ustaya göstərdiyini və ustanın avtomobilə baxarkən ona avtomobilin karobkasının, amortizatorlarının, gidrausilitelinin, termostatının, rolunun lentasının və bəzi hissələrinin nasaz olduğunu söylədiyini, onun da, nəticədə maşına 1170 manat pul xərclədiyini və nasazlıqların bir hissəsinin aradan qaldırdığını, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Ağdaş şəhəri, Ləki dörd yolu adlanan yerdə Natiq ilə görüşdüyünü və ona aylıq ödəniş olan 370 manat pul verdiyini, həmin vaxt onların yanında heç kimin olmadığını, xx.xx.2022-ci il tarixdə Elşənin ona zəng etdiyini, Natiqin onu aldatmasını, onun Bakı şəhərində olan zaman avtomobillərin sahibi Fariz adlı şəxsin avtomobili onun əlindən almasını söylədiyini, onun da, həmin dəqiqə Natiqə zəng etdiyini və Natiqdən Elşənin başına gələn hadisəni soruşduğunu, həmçinin Natiqə Elşən kimi onun da avtomobil aldığını söylədiyini, Natiqin də, ona “sənin Elşənə aidiyyətin yoxdur, mən özüm qəsdən maşını Elşənin əlində aldırmışam. Fariz mənim dostumdur. Mən Elşənə demişdim ki, məni bir ay gözlə mən sənə satdığım maşını öz adıma keçirdikdən sonra həmin avtomobili sənin adına keçirərəm. Lakin Elşən mənim sözümə qulaq asmadı və bir-başa avtomobilin birinci sahibin yanına getdi. Mən də, Farizə dedim və o da avtomobili Elşənin əlindən aldı” deyə söylədiyini, həmçinin Farizin ona bir həftəyə ona satdığı “Mercedes Benz E 220”markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomibili götürüb Bakı şəhərinə gəlməsini və orada avtomobili onun adına keçirəcəyini söylədiyini, onun da həmin vaxt Natiqdən şübhələndiyini, Natiqin onun avtomobilini də, əlindən aldıra biləciyini fikirləşdiyini, xx.xx.2022-ci il tarixdə Elşəndən avtomobilin əsl sahibinin Farizin nömrəsini aldığını və Farizə zəng etdiyini, Fariz ilə aralarındakı telefon danışığı zamanı ona məxsus “Mercedes Benz E 220”markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs kreditə satın aldığını söylədiyini, Farizin də ona “Mercedes Benz E 220”markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomibili heç kimə satmadığını, həmin avtomobili Təqsirləndirilən şəxs gündəlik 20 manata arendaya verdiyini söylədiyini, onun da, həmin vaxt Farizə əgər avtomobili Natiqə arendaya vermişdisə nə üçün onun adına sürmə etibarnaməsi verməsini soruşduğunu, Farizin də, ona Natiqin sürücüsü kimi bilərək ona etibarnamə verməsini söylədiyini, həmçinin avtomobili ona geri verməsini tələb etdiyini, həmin vaxt Natiqin onu da, Elşəni aldatdığı kimi aldatmasını başa düşdüyünü, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə etmək üçün ona etibarnamə verdiyini, belə ki, öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsinin şəkilini ona göndərdiyini və onun da etibarnamə verdiyini, belə ki, Təqsirləndirilən şəxs həmin avtomobilin özünə məxsus olduğunu, lakin başqa şəxsin adına qeydiyyatda olduğunu, həmin avtomobili ona müvəqqəti olaraq etibarnamə ilə verəcəyini, lakin pulu tam ödəyib qurtardıqdan sonra onun adına qeydiyyata salacağını bildirdiyini, Natiqə xx.xx.2022-ci il tarixdə pul verən zaman onun bibisi oğlu Şahid1 da orada olduğunu və onun Natiqə pul verdiyini gördüyünü bildirmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində Ağdaş rayonunda Bakı şəhərinə və geriyə doğru istiqamət üzrə taksi fəaliyyəti ilə məşğul olduğunu, 2022-ci ilin fevral ayının əvvəllərində sürücü yoldaşı Şahid5 ilə aralarındakı söhbət zamanı ona yeznəsi Təqsirləndirilən şəxs həkimə gedəsi olduğunu, buna görə də, kreditə avtomobil satmasını söylədiyini, həmçinin ondan avtomobil almaq istəyib-istəməməsini soruşduğunu, özünün də Elçinə fikirləşib bir cavab verəcəyini bildirdiyini, xx.xx.2022-ci il tarixdə Elçinin ona zəng etdiyini və Natiqin Ağdaş şəhərində olduğunu və satmaq istədiyi “Mercedes Benz E 220” markalı avtomobili də gətirdiyini söylədiyini, ondan hələ də avtomobil almaq istəyib-istəməməsini soruşduğunu, onun da avtomobil almaq istədiyini söylədiyini, bundan sonra onların Ağdaş şəhərində “Universam” adlanan yerin yanında görüşdüklərini, həmin vaxt nun “Mercedes Benz E 220” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə baxdığını və Natiqdən həmin avtomobilə ilkin ödəniş kimi nə qədər pul istəməsini soruşduğunu, Natiqin də, ona həmin avtomobil üçün ilkin ödəniş kimi 2500 manat verəcəyini və 30 ay müddətində hər ay 400 manat pul ödəyəcəyini söylədiyini, sonda isə özü və Natiqin “Mercedes Benz E 220” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilə ilkin ödəniş kimi Natiqə 2260 manat pul verəcəyi və aylıq 400 manat olmaqla 30 ay müddətində ümumilikdə 14260 manat ödədikdən sonra avtomobilin sonda ona qalacağı şərti ilə Natiqə kredit ödəyəcəyi barədə razılaşdığını, həmçinin Natiqin ona səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə avtomobilə görə idarə etmək üçün etibarnamə verəcəyini söylədiyini, sonra onların avtomobili onun yaşadığı evin həyətinə apardığını və onun evinin həyətində 2260 manat pulu Təqsirləndirilən şəxs verdiyini, həmin vaxt orada özü, Elçin, Natiq və anası Şahid2 olduğunu, daha sonra onların avtomobilə dizel tökmək üçün “Azpetrol” yanacaq doldurma məntəqəsinə getdiyini, xx.xx.2022-ci il tarixdə Natiqin ona “Mercedes Benz E 220” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verdiyini, xx.xx.2022-ci il tarixdə özünün Natiqdən aldığı “Mercedes Benz E 220” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhərinə apardığını və orada ustaya göstərdiyini, ustanın da, ona avtomobilin mühərriyində problem olduğunu və mühərriyin dəyişməli olduğunu söylədiyini, özünün də, Natiq ilə telefon əlaqəsi saxladığını və bu barədə Natiqə məlumat verdiyini, Natiqin də, ona Ucar rayonunda özünün ustası olduğunu və avtomobili həmin ustaya da, göstərməsini tapşırdığını, xx.xx.2022-ci il tarixdə özünün Natiqlə avtomobili həmin ustaya göstərdiklərini, Ucar rayonunda olan ustanın da mühərriyin dəyişilməli olduğunu söylədiyini, Natiqin də, bundan sonra ona “Mercedes Benz E 220” markalı, ** KG *** dövlət qeydiyyat nişanlı avtomobilin yerinə “Toyota Pirius” markalı avtomobil verəcəyini söylədiyini, elə həmin günü, yəni xx.xx.2022-ci il tarixdə Natiqin ona satdığı “Mercedes Benz E 220” markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomobili onun yaşadığı evin qarşısından götürüb getdiyini, həmin vaxt Natiqin ona iki gün ərzində “Toyota Pirius” markalı avtomobili Bakı şəhərindən onunla görüşüb verəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə özünün Bakı şəhərinə getdiyini, xx.xx.2022-ci il tarixdə özünün Natiqə zəng etdiyini və aralarındakı telefon danışığı zamanı Natiqin ona avtomobilin hələ gömrükdən keçmədiyini və onun bir neçə gün daha gözləməli olacağını söylədiyini, sonradan özünün bir neçə dəfə də, avtomobilə görə Natiq ilə telefon əlaqəsi saxladığını, Natiqin də, hər dəfə müxtəlif bahənələr gətirərək avtomobili ona verdiyini, 2022-ci ilin mart ayının 10-dan sonra Natiqin onun zənglərinə cavab vermədiyini, sonradan isə özünün Natiqin onun digər tanışlarını onlara avtomobil satmaq adı ilə aldatmasını öyrəndiyini və onu da, aldatmasını başa düşdüyünü, həmçinin fevral ayı üçün Natiqə avtomobilin 320 manat aylıq ödənişi etdiyini, həmin ödənişin 200 manatını xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində, 120 manatını isə xx.xx.2022-ci il tarixdə yaşadığı evin qarşısında ödədiyini, həmin vaxtlar onların yanında heç kim olmadığını, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə etmək üçün ona etibarnamə verdiyini, belə ki, öz şəxsiyyət vəsiqəsini və sürücülük vəsiqəsinin şəkilini ona göndərdiyini, Natiqin də ona etibarnamə verdiyini, Təqsirləndirilən şəxs həmin avtomobilin özünə məxsus olduğunu, lakin başqa şəxsin adına qeydiyyatda olduğunu, həmin avtomobili ona müvəqqəti olaraq etibarnamə ilə verəcəyini, lakin pulu tam ödəyib qurtardıqdan sonra onun adına qeydiyyata salacağını bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs tanıdığını, özünə maşın almaq istədiyini, Natiqin də ona özünə məxsus olan Mercedes markal **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili satmasını bildirdiyini və həmin avtomobili ona sata biləcəyini söylədiyini, onların həmin avtomobil üçün Natiqə 1000 manat pulu ilkin ödəniş kimi verməsi və aylıq 300 manat olmaqla 40 ay müddətində ödəniş etməsi barədə razılığa gəldiklərini, ümumilikdə avtomobili 13000 manata razılaşdıqlarını, xx.xx.2022-ci il tarixdə özü yaşadığı evin həyətində Natiqə maşını almaq üçün 1000 manat pul verdiyini, həmin vaxt özü həyətində olan 1500 manat dəyərində inəyi satmaq istədiyini, Natiqin də, ona inəyi tələsik alıcıya 1100 manata satmağını və 1000 manat ilkin ödənişi ona verməsini, əvəzində isə ziyanlıq etdiyi 400 manat pulu maşının aylıq ödənişindən çıxacağını söylədiyini, özünün də Natiqlə razılaşdığını və inəyi 1100 manata satıb Natiqə 1000 manat pul verdiyini, həmçinin aylıq ödəniş üçün öz maaş kartını aylıq ödənişlərini kartdan çıxarması üçün Natiqə verdiyini, Natiqin də xx.xx.2022-ci il tarixdə onunla görüşüb alqı-satqı müqaviləsi imzaladıqdan sonra ona avtomobilə görə etibarnamə verəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə isə özü Natiqə görüşmək üçün zəng etdiyini, lakin Natiqin onun zənginə cavab vermədiyini, həmin vaxtdan sonra isə Natiq ilə əlaqə saxlaya bilmədiyini, sonradan isə özünün Natiqin onun tanışları Elşən, Dağlar və digərlərini aldatmasını eşitdiyini və Natiqin onu da, aldatmasını başa düşdüyünü, Natiqə verdiyi maaş kartını tez bir zamanda bağlatdırdığını və Natiqin oradan pul çıxara bilmədiyini, həmçinin Natiqin onu aldatmasını başa düşdüyü üçün aylıq ödəniş etmədiyini, Təqsirləndirilən şəxs ona xx.xx.2022-ci il tarixdə həmin avtomobil üçün etibarnamə verəcəyini bildirsə də, ona heç bir sənəd vermədiyini, Natiqə pul verən zaman orada ikisindən başqa heç kimin olmadığını, Təqsirləndirilən şəxs həmin avtomobilin özünə məxsus olduğunu, lakin başqa şəxsin adına qeydiyyatda olduğunu, həmin avtomobili ona müvəqqəti olaraq etibarnamə ilə verəcəyini, lakin pulu tam ödəyib qurtardıqdan sonra onun adına qeydiyyata salacağını bildirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Zərərçəkmiş şəxs3 özünün doğma oğlu olduyğunu, Dağların Ağdaş-Bakı və geriyə doğru istiqamət üzrə sürücü işlədiyini, təxminən 2022-ci ilin fevral ayının əvvəllərində oğlu Dağların ona avtomobili benzinlə işlədiyini və benzinin daha çox pul tələb etdiyini, buna görə də həmin avtomobilin sataraq dizel ilə işləyən avtomobil almaq istədiyini bildirdiyini, özünün də Dağlara heç bir söz demədiyini, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə oğlu Dağların tanımadığı bir şəxslə onun yaşadığı ünvana gəldiyini, Dağların ona həmin şəxsdən kreditlə avtomobil aldığını və ilkin ödəniş etməli olduğunu bildirdiyini, bundan sonra Dağların həmin şəxsə onun yanında 2260 manat pul verdiyini, bundan sonra həmin şəxsin getdiyini, daha sonra oğlu Dağların avtomobili ona göstərərək dizel ilə işlədiyini və bununla daha rahat yol gedib-gələcəyini söylədiyini, onun da avtomobildən başı çıxmadığı üçün deyəcək bir sözü olmadığını, bundan təxminən 20 gün sonra oğlu Dağların evlərinə gələrək yeni aldığı avtomobildə problem olduğunu, buna görə də avtomobili aldığı şəxsə geri qaytardığını, əvəzində isə həmin şəxsin ona başqa avtomobil satacağını bildirdiyini, lakin bir neçə gün sonra Dağların yaşadıqları evə gələrək həmin şəxsin onu aldatdığını, avtomobili apardığını, yeni avtomobil vermədiyini, həmçinin pulunu da geri qaytarmadığını bildirdiyini, bundan sonra oğluna bu barədə polisə müraciət etməsini məsləhət gördüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində təxminən 2022-ci ilin yanvar ayının əvvələrində, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə Ağdaş rayonu, Qəbələ dörd yolu deyilən yerdə qohumu olan bir şəxslə söhbət edən zaman, sonradan adının Natiq olduğunu öyrəndiyi şəxsin də onların yanına gəldiyini, həmin yerdə yerləşən çayxanda oturub söhbət edən zaman həmin şəxslə tanış olduğunu, söhbət zamanı həmin şəxsin onun müharibə iştiakçısı olduğunu öyrəndiyini, həmçinin ona özünün də müharibə veteranı olmasını bildirdiyini, bundan sonra həmin şəxsin ona hazırda sürücülük vəsiqəsi olmadığı üçün avtomobil alqı-satıqısı edə bilmədiyini bildirdiyini, daha sonra ona bu işdə kömək edə bilib-bilmədiyini soruşduğunu, özünün də Natiqin müharibə vetaranı olmasından heç bir etiraz etmədiyini, daha sonra onun idarə etdiyi avtomobil ilə Ağdaş şəhərinə, “qozların dibi” deyilən yerə gəldiyini, bundan sonra o öz idarə etdiyi avtomobil ilə, onlar isə Elşənin idarə etdiyi avtomobil ilə Mingəçevir şəhərinə getmək üçün yola düşdüklərini, Ağdaş rayonu, Nehrəxəlil kəndinin ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində onun avtomobilini saxladığını və onlarla birlikdə getdiyini, daha sonra özü, Natiq, Elşən və Elşənin arvadı Elşənin idarə etdiyi, Mercedes markalı avtomobil ilə Mingəçevir şəhərinə, Asan xidmət mərkəzinə getdiklərini, avtomobil Elşənin arvadının adına olduğundan onun adına baş etibarnamə verildiyini, bundan sonra onların yenidən Ağdaş rayonuna qayıtdıqlarını, Ağdaş rayonunda Elşən və onun arvadını Ağdaş rayonunda düşürdüyünü, daha sonra Natiqin ona Göyçay rayonuna gedərək avtomobili onun adına keçirməsini xahiş etdiyini, özünün də Natiqlə razılaşdığını və onların Göyçay rayonuna getdiklərini, orada da həmin avtomobili Natiqin adına keçirdiyini, bundan sonra yaşadığı Ağdaş rayonu, Nehrəxəlil kəndinə gəldiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs onun bacısının əri olduğunu, təxminən 2022-ci ilin fevral ayının əvvəllərində yeznəsi Natiqin ona həmin vaxt idarə etdiyi avtomobili satmaq istədiyini bildirdiyin, özü də həmin avtomobilin onun özünə məxsus olmasını bildirdiyini, bundan bir neçə gün sonra onunla birlikdə Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olan Dağlar adlı şəxsin ona dizel mühərlik avtomobil almaq istəməsini bildirdiyini, həmin vaxt onun yadına yeznəsi Natiqin sözünün düşdüyünü, buna görə də onun Dağlara yeznəsi Natiqin 2.2 cdi dizel mühərlik “dörd göz” markalı avtomobil satmaq istədiyini bildirdiyini, Dağların da ona Natiqin Ağdaşa gələndə ona xəbər etməsini xahiş etdiyini, bundan sonra Natiqin Ağdaş şəhərinə gəldiyini və özünün də Dağlara bu barədə məlumat verdiyini, bundan sonra X14 şəhərində görüşdüklərini, lakin onların arasında olan söhbətdən özünün xəbəri olmadığını, həmçinin özünün sinif yoldaşı Zaməddinin hazırda dəqiq olaraq xatırlamadığı tarixdə ona zəng edərək yeznəsi Natiqdən avtomobil almaq istədiyini bildirdiyini, özünün də Zaməddinə “öz işinizdir, mən bir söz deyə bilmərəm” deyə söylədiyini, sonradan Zaməddinin Natiqdən avtomobil almasını bildiyini, bundan başqa onunla birlikdə taksi fəaliyyəti ilə məşğul olan Elşən adlı şəxsin də ona zəng edərək yeznəsi Natiqdən avtomobil almaq istədiyini bildirdiyini, özünün Elşənə də “öz işinizdir, mən bir söz deyə bilmərəm” deyə söylədiyini, Elşənin də Natiqdən avtomobil almasını sonradan bildiyini, Zərərçəkmiş şəxs2 Natiqə 450 manat pul verən zaman orada olduğunu, onlar arasındakı söhbətdən Natiqin Elşən üçün avtomobil mühərliyi almasını və bunun müqabilində Elşənin Natiqə pul verməsini bildiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 ifadəsində Zərərçəkmiş şəxs2 əri olduğunu, əri Elşənin Ağdaş-Bakı və geriyə doğru istiqamət üzrə gündəlik taksi fəaliyyəti ilə məşğul olduğunu, təxminən 2022-ci ilin yanvar ayında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə əri Elşənin ona avtomobili benzinlə işlədiyi üçün tanışı Natiq adlı şəxsdən dizel mühərrikli avtomobil almaq istəməsini bildirdiyini, həmçinin ona avtomobilini ilkin ödəniş olaraq Natiqə verəcəyini, qalan pulu isə kredit kimi hər ay ödəyəcəyini söylədiyini, bundan sonra Elşənin ona avtomobilin onun adına olduğundan Mingəçevir Asan xidmət mərkəzinə gedərək etibarnamə verməli olduğunu bildirdiyini, buna görə də, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə əri Elşən ilə birlikdə Mingəçevir şəhərinə getdiyini, həmin vaxt Natiq adlı şəxsin və onun yanında tanımadığı daha bir şəxsin də olduğunu, Asan xidmət mərkəzində özünün Natiqin yanında olan şəxsə baş etibarnamə vermədiyini, bundan sonra yenidən yaşadığı evə gəldiyini, həmin gün isə Ağdaş rayonunda Elşənin avtomobili Natiq adlı şəxsə verdiyini, bundan bir neçə gün sonra Elşənin Natiq adlı şəxsdən aldığı avtomobildə nasazlıqlar yaranmağa başladığını, daha sonra Elşənin Bakı şəhərinə gedərək avtomobili öz adına keçirmək istədiyini, lakin Natiqin onun zənglərinə cavab vermədiyi üçün onun da avtomobilin əsl sahibini tapdığını, həmin şəxsin də Elşənə avtomobili heç kimə satmadığını, Natiq adlı şəxsə avtomobili günlük 20 manat olmaqla icarəyə verdiyini bildirdiyini və avtomobili Elşəndən aldığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Zərərçəkmiş şəxs5 özünün doğma dayısı oğlu olduğunu, 2022-ci ilin yanvar ayında, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə dayısı oğlu Zaməddinin ona avtomobil almaq üçün pul lazım olduğunu bildirdiyini, həmin vaxt onun da Zaməddinə 220 manat pul borcu olduğunu, buna görə də onun Zaməddinlə Ağdaş şəhərində Mədəniyyət evinin qarşısında görüşdüklərini, bundan sonra Zaməddinin ona Natiq adlı şəxsdən avtomobil alması və həmin şəxsə ilkin ödəniş verməli olduğunu bildirdiyini, onların həmin yerdə olan zaman Natiq adlı şəxsin də ora gəldiyini, onların Natiqlə görüşdüklərini, bu zaman Zaməddinin həmin şəxsə 500 manat pul verdiyini, həmin şəxsin də Zaməddinə “Mercedes Benz” markalı avtomobili təhvil verdiyini, bundan sonra Zaməddinin onu yaşadığı ünvana apardığını, bundan bir neçə müddət sonra avtomobilin Zaməddində olmadığını gördüyünü və Zaməddindən bunun səbəbini soruşduğunu, bu zaman Zaməddinin ona avtomobilin oğurluq çıxdığını bildirdiyini, özünün də Zaməddindən nəyə görə oğurluq avtomobili almasını soruşduğunu, Zaməddinin də ona avtomobilin oğurluq olmasından xəbərinin olmadığını, Natiq adlı şəxsin avtomobilin özünə məxsus olmasını söylədiyini bildirdiyini, daha sonra onların avtomobilinin oğurluq olmadığını, Natiq adlı şəxsin günlük icarəyə götürdüyü avtomobili Zaməddinin etibarından sui-istifadə edərək onun pulunu əldə etmək üçün ona satmasını vəd etdiyini söylədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində özünün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, özünə məxsus olan avtomobilləri olduğunu, həmin avtomobilləri icarəyə verdiyini və bununla da maddi dolanışığını təmin etdiyini, 2021-ci ilin yay aylarında özünü Natiq adlı şəxs kimi qələmə verən şəxsin onun mobil telefonuna zəng etdiyini və ona internetə verdiyi elanı oxuyub və ondan icrarəyə maşın götürmək istədiyini bildirdiyini, belə ki, özü internetə günü 22 manata icarəyə maşın verməsi lakin maşın satmaqla deyil sonda özünə geri qayıtması barədə elan yerləşdirdiyini, Natiqin də onunla telefonda danışan zaman icarəyə maşın götürmək istədiyini bildirdiyini, ona güzəşt edə bilməsini soruşduğunu, onun da Natiqdən güzəşt nəyə deməsini soruşduğunu, Natiqin də ona maşını günü 20 manatdan icarəyə götürmək istədiyini bildirdiyini, onun da Natiqə problem olmadığını söylədiyini, sonradan Natiqin ona verməyi nəzərə tutduğu maşını ona videogörüntü vasitəsilə göstərməsini xahiş etdiyini, onun da videogörüntü vasitəsilə Mersedes E 220 markalı, ** KG *** markalı avtomobili göstərdiyini, daha sonra Natiq adlı şəxsin onunla razılaşdığını və avtomobili icarəyə görütmək istədiyini bidirdiyini, onlar Xətai rayonunda yerləşən Notariat ofisinin qarşısında görüşmələri və sürmək üçün etibarnamə verməsi barədə razılaşdıqlarını, danışdıqları vaxtda həmin yerə getdiyini, lakin Natiqin həmin yerə gəlmədiyini, həmin yerdə olduğu vaxt digər bir telefon nömrəsindən ona zəng gəldiyini, telefonda başqa bir şəxsin danışdığını, ona Notariat ofisinin qarşısında onu gözlədiyini bildirdiyini, onun da həmin şəxsə orada olduğunu dediyini və avtomobilimin nömrəsini də söyləyərək ona yaxınlaşmasını bildirdiyini, həmin vaxt ona iki nəfər şəxsin yaxınlaşdığını, onun da həmin şəxslərdən Natiqin hansı olmasını soruşduğunu, həmin şəxslərin də ona Natiqin orada olmadığını bildirdiklərini, bu zaman özünün Natiqlə əlaqə saxladığını, Natiqin ona Bakı Ağdaş marşurutu üzrə avtomobillərini icarəyə verdiyini, atasının 100-dən yuxarı avtomobili olduğunu, hazırda icarəyə vermək üçün boş avtomobili olmadığını, onun yanına gələn şəxslərdən birinin onun sürücüsü olduğunu, həmin sürücü layiqli sürücü olduğu üçün onu əldən buraxmaq istəmədiyini bildirdiyini və ondan, sürmək üçün həmin şəxsə etibarnamə verməsini xahiş etdiyini, onun həmin günü həmin şəxsə etibarnamə verdiyini, həmin şəxsin adının X6 olduğunu, özünün Habil Babayevlə də Natiq haqqında danışdığını, Habilin ona Natiqin doğru dediyini, Ağdaş Bakı marşurutu üzrə işlədiyini, lakin Habilin özünün Göyçay Bakı marşurutu üzrə işlədiyini bildirdiyini, Habilin danışıqlarından onda Natiqin vicdanlı şəxs olması barədə təsürat yarandığını, həmin gündən sonra onun təxminən 3 ay Natiqlə işlədiyini, belə ki, 3-5 gündən bir gündəlik icarə haqqı onlara verdiyi özünə məxsus bank kartına yükləndiyini, avtomobilə qurlaşdırdığı GPS qurğusu vasitəsi ilə avtomobilini daim olaraq izlədiyini və avtomobilinin təxminən 10 gün müddətində işləmədəyini və hərəkətsiz olduğunu gördüyünü, bu səbəblə də Natiqlə əlaqə saxladığını, Natiqin də ona avtomobili işləməsə belə onun ödənişini həyata keçirəcəyini bildirdiyini, eyni zamanda Natiqin ondan 2-ci bir avtomobili icarəyə verə bilibbilməyəcəyini soruşduğunu, onun da Natiqə onun üçün avtomobili icarəyə verə biləcəyini söylədiyini, həmçinin Natiqin ondan ona verəcəyi avtomobilə etibarnaməni sürücülük vəsiqəsini Whatsapp vasitəsi ilə göndərsə yazdıra bilib-bilməyəcəyini soruşduğunu, onun da Natiqə problem olmadığını, sürücülük vəsiqəsini ona Whatsapp vastiəsi ilə göndərməsini və sürmək üçün etibarnamə yazdıracağını bildirdiyini, ertəsi gün Natiqin ona Vhatsapp vastiəsi ilə iki nəfərin sürücülük vəsiqəsini göndərdiyini, Natiq də ona Habilə verdiyi **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili digər bir şəxsin adına yazdırmasını, həmçinin başqa bir şəxsin də adına ona icarəyə verəsi olduğu ikinci avtomobili sürmək üçün etibarnamə yazdırmasını söylədiyini, həmin gün hər iki şəxsin adına etibarnamə yazdıraraq həmin şəxslərə avtomobilləri verdiyini, daha doğrusu həmin avtomobillərin birini Natiqin Habildən götürdüyün, digərini isə, yəni Mersedes Benz E 220 markalı **-LK- *** dövlət qeydiyyat nişanlı avtomobili isə onlara təhvil verdiyini, həmçinin avtomobili ikinci şəxsə verməmişdən qabaq həmin şəxslə Natiq barəsində sorğu sual etdiyini, həmin şəxsin də ona Natiqin Ağdaş Bakı marşurutu ilə sərnişin daşıma ilə məşğul olduğunu və özünün də Natiqin sürücüsü olduğunu bildirdiyini, bu hadisədən təxminən 2 ay ərzində Natiq onun pullarını ona verdiyi kart hesabına 3-5 gündən bir vurduğunu, 2 ay sonra Natiqin ondan Mersedes Universal avtomobil (Furqon) istədiyini, həmin vaxt həmin avtomobil icarədə olduğu üçün təxminən bir ay sonra həmin avtomobili Natiqə icarəyə verəcəyini bildirdiyini, həmin avtomobil Mersedes Benz E 220 markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil ona geri qayıtdıqdan sonra Natiqlə əlaqə saxladığını və ondan istədiyi avtomobilin boş olduğunu bildirdiyini, Natiqin də ona bir nəfərin sürücülük vəsiqəsini Vhatsapp vastiəsi ilə göndərdiyini və həmin sürücüyə avtomobili sürmək üçün etibarnamə yazdırmağını xahiş etdiyini, Natiqlə də əvvəllər işlədiyi üçün və aralarında problem olmadığı üçün həmin avtomobili həmin şəxsə idarə etməsi üçün etibarnamə vasitəsi ilə verdiyini, təxminən bu hadisədən 1 ay keçdikdən sonra Natiqin ödənişləri gecikdirdiyini, bundan sonra da onun zənglərinə cavab vermədiyini, daha sonra Natiqlə telefon əlaqəsi saxlayan zaman danışıq Natiqin səhhətində problem olmasını başa düşdüyün, həmçinin Natiqin ona xərçəng xəstəsi olmasının müəyyən edildiyini və onun qüsurlu danışıqlı, başında şiş olduğu üçün və müalicə üçün öz avtomobilini satdığını, ondan başqa, yəni dördüncü avtomobili öz istifadəsi üçün icarəyə götürmək istədiyini bildirdiyini, lakin səhhətində problem olduğu üçün avtomobil idarə etməyi həkimlərin ona icazə vermədiyi üçün avtomobili onun yaxın adamına sürücülük etibarnaməsi yazdırmasını xahiş etdiyini, daha sonra o, Natiqin göndərdiyi şəxsə avtomobili idarə etməsi üçün verdiyini, həmin zamandan sonra Natiqin ona 4 avtomobilin heç birinə görə icarə haqqı göndərmədiyini, təxminən bu hadisənin bir aydan çox davam etdiyini, sonradan özünü Natiqin atası kimi təqdim edən İntiqam adlı şəxsin ona zəng edərək Natiqin avtomobilləri müəyyən ilkin ödəniş qarşılığında sürmək üçün etibarnamə yazdıraraq həmin şəxslərə qanunsuz olaraq satdığını bildirdiyini, özünün bu barədə dərhal Natiqlə əlaqə saxladığını və Natiqə avtomobilləri təcili olaraq ona geri qaytarmasını tapşırdığını, Natiqin ondan bunun səbəbini soruşduqda Natiqə onu aldatdığını, ödənişləri normal etmədiyinə görə və onun ardınca İntiqam adlı şəxsin atası olaraq ona zəng edib Natiqin ona aid olan avtomobilləri qanunsuz olaraq satdığını bildirdiyini dediyini, Natiqin bu zaman ondan bir həftə vaxt istədiyini və bir həftə ərzində 4 ədəd avtomobilləri halallıq olsun deyə çatışmayan yerlərini təmir etdirərək geri qaytaracağını bildirdiyini, lakin bir həftə tamam olmamış özünü Zaməddin olaraq təqdim edən bir şəxsdən ona zəng gələrək ona məxsus Mersedes Benz E-220 markalı, **- VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin özündə olduğunu və həmin avtomobili Natiqdən 1000 manat ilkin ödəniş edərək aldığını, həmin etibarnaməni onun özü tərəfindən sürmək üçün yazdırıldığını, həmçinin həmin şəxsin Natiqin yoxa çıxdığını, onunla əlaqə saxlaya bilmədiyini, Natiqin tapılmasında ona köməklik göstərilməsini istədiyini və əks halda avtomobili ona geri qaytarmayacağını bildirdiyini, daha sonra Natiqlə əlaqə saxladığını və telefon vasitəsi ilə Zaməddinlə telefon vasitəsi ilə xəttə qoşaraq, Natiqlə aralarında olan danışığa qulaq asmasını bildirdiyini, həmin zaman Natiqin telefonda ona böhtan atdıqlarını, səhhətində yaranan problemlərlə bağlı ondan istifadə etdiklərini və danışdığı vaxta qədər avtomobilləri ona geri qaytaracağını bildirdiyini, ertəsi günü bir nəfər sonradan adının Elşən olmasını bildiyi şəxsin ona yaxınlaşaraq Şahid6 adlı şəxsin harada yaşadığını soruşduğunu, onun da həmin şəxsə Şahid6 özünün olduğunu bildirdiyini, həmin zaman Elşən adlı şəxsin onun adına olan Mersedes Benz E220 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili Natiq adlı şəxsdən 14000 manata aldığını, həmin pulun 8000 manatını verdiyini, qalan 6000 manatı isə avtomobili sənədləşdirdikdən sonra Natiqə verəcəyini vəd etdiyini və həmin avtomobili adına sənədləşdirməyinə köməklik etməyini istədiyini, onun da Elşən adlı şəxsə həmin avtomobili onun adına sənədləşdirə bilməyəcəyini, çünki həmin avtomobili Natiqə satmadığını, həmin avtomobili Natiqə icarəyə verdiyini bildirdiyini, bundan sonra GPS vastiəsi ilə həmin avtomobilin yaşadığı binanın yaxınlığında olmasını gördüyünü və avtomobilini Elşən adlı şəxsdən təhvil götürdüyünü, Elşən adlı şəxsin ona məxsus avtomobili idarə etmək üçün heç bir sənədi olmadığını, həmin gün axşam saat təxminən 20-21 radələrində Xəyyam adlı şəxsin ona zəng edərək Mersedes Benz E220 markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili Natiqdən aldığını və həmin avtomobil üçün Natiqə 950 manat pul və maaş kartını verdiyini bildirdiyini, onun da həmin şəxsə onun həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığını və ondan avtomobilini geri qaytarmasını xahiş etdiyini, Xəyyam adlı şəxsin isə 950 manatı ona verdikdən sonra avtomobili verəcəyini söylədiyini, onun da Xəyyam adlı şəxsə dəfələrlə onun adına olan avtomobili özündə saxlamasının qanunsuz olmasını dəfələrlə izah etdiyini, Xəyyam adlı şəxsin isə yenə də həbsə düşsə belə, 950 manatı almadığı halda avtomobili geri qaytarmayacağını bildirdiyini, avtomobili sökməli də olsa, yandırmalı da olsa o pulu avtomobildən çıxaracağını bildirdiyini, ertəsi gün həmin Xəyyam adlı şəxsə zəng edərək danışdığını, Xəyyamın da ona avtomobili gəl Ağdaş şəhərindən götür dediyini, özü də Xəyyamın sözünə inanaraq Ağdaş şəhərinə gəldiyini, özünün Ağdaş şəhərinə çatmağına 10 dəqiqə qalmış Natiqin ona zəng etdiyini və onu burada özü gəlməsə də Əhməd adlı şəxsin qarşılayacağını və avtomobilləri həmin şəxslərdən alıb ona geri qaytaracağını, həmin Əhməd adlı şəxsin prokurorluq və polis orqanlarında xüsusi nüfuza sahib olduğunu bildirdiyini, özünün də Natiqə “avtomobilləri sənə vermişəm, mənim avtomobillərimi də geri qaytar” deyə söylədiyini, daha sonra avtomobilinə qurlaşdırdığı GPS izləmə qurğusu vasitəsi ilə həmin əraziyə getdiyini və GPS-in həmin ərazini göstərməsinə baxmayaraq avtomobilimin həmin ərazidə olmamasını müəyyən etdiyini, həmin zaman ona Elşən adlı şəxsdən avtomobili geri götürdükdən sonra Zaməddin və Xəyyam adlı şəxsin həmin avtomobillərdən, yəni Zaməddində olan **-VM-*** nömrəli avtomobil və **-OL-*** nömrəli avtomobillərdən GPS qurğu onun avtomobillərini geri götürməməsinə və izlərini itimələri məqsədi ilə GPS qurğusunu avtomobillərin üzərindən sökmələrinin məlum olduğunu, daha sonra Ağdaş rayon Polis şöbəsinə yaxınlaşaraq başına gələn hadisələri polis əməkdaşlarına danışaraq rəsmi ərizə ilə müraciət etmək istədiyini bildirdiyini, bu zaman ona etibarnamə verdiyi ərazi üzrə Polis İdarəsinə müraciət etmək hüququnun ona izah edildiyini, daha sonra əldə etdiyi məlumata əsasən Natiqin atası İntiqamın özünün dediyinə görə Xəyyam və Zaməddin adlı şəxslərə dəymiş zərəri ödədiyini, Zaməddində olan avtomobili alaraq Ağdaş rayon Qolqəti kəndində yaşayan qudasının həyətinə apardığını, lakin Xəyyamın pulunu alsa da avtomobilini parçalayaraq hissə hissə satdığını və avtomobili geri qaytarmadığını bildirdiyini, sonradan bu məlumatı Etibar və Zaməddinin özü ilə dəqiqləşdirdiyini, Natiq adlı şəxsə verdiyi avtomobillərdən 1 ədədini yuxarıda göstərdiyi kimi Elşən adlı şəxsdən qaytarıb aldığını, digər Mersedes Benz markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilini isə Ucar rayon Polis şöbəsinin əməkdaşlarının köməkliyi ilə götürdüyünü, hazırda özünün bir avtomobilinin Xəyyamda qaldığını, həmin avtomobil ** OL *** qeydiyyat nişanlı avtomobil olduğunu, həmin avtomobil üçün Xəyyama etibarnamə vermədiyini, etibarnamənin digər bir şəxsin adına verildiyini, Xəyyamın həmin maşını qanunsuz olaraq saxladığını, digər bir avtomobili Mersedes Benz markalı ** VM *** qeydiyyat nişanlı avtomobil olduğunu, həmin avtomobili özü Zaməddin adlı şəxsə etibarnamə ilə verdiyini, lakin sonradan Natiqin avtomobili ondan icarəyə götürdüyünü Zaməddinə demədiyini başa düşdüyün, Zaməddinə həmin maşının onun olduğunu deyib və Zaməddinə satdığını bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinirək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 700 manat cərimə cəzasına məhkum edilmiş, cəriməni tam ödəmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Nəsimi rayon 17 saylı MKİS həmkarlar komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfat birliyini 17 saylı Mənsil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 238 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2017-ci il təvəllüdlü X3. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Respublika Psixiatriya Xəstəxanası” X19 01 iyun 2023-cü il tarixli 1789 nömrəli məktubdan görünür ki, akı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 43, mənzil 12 ünvanında yaşayan Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası” X16 müalicədə olmayıb. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində üç azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını bildirməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onu şəxsiyyətini mənfi səciyyələndirən hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulan cəza növü – cərimə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.2, 29, 178.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar