Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-143/2024 24.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Ağdaş şəhərində doğulmuş, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonunun Qolqəti kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni hazırlayaraq xeyli miqdarda əldə edib saxlayıb, daşımışdır. Belə ki, o, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədi ilə 2024-cü ilin may ayının sonlarında yaşadığı Ağdaş rayonu, Qolqəti kəndində yerləşən su kanalının kənarına 01 (bir) ədəd çətənə (kannabis) bitkisi əkib xx.xx.2024-cü il tarixdə həmin bitkinin yarpaqlarının bir hissəsini toplamaqla qeyd olunan kənddə yerləşən yaşadığı evin həyətində qurudaraq qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 12,95 qram narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək üzərində saxlayıb daşımış xx.xx.2024-cü il tarixdə saat 22:50-də Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri, ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 23:29-dan 23:45-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 12,95 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini, Azərbaycan dilində danışmağı, oxumağı və yazmağı bacardığını, ifadəsinin kompüter vasitəsi ilə müstəntiq tərəfindən yazılmasına etiraz etmədiyini, təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan “nəşə” adlandırdığı narkotik vasitədən istifadə etdiyini, hal-hazırda da istifadə etdiyini, 2023-cü ilin sonlarında yaşadığı Ağdaş rayonu, Qolqəti kəndi ərazisində küçədə hərəkətdə olan zaman yerdə 1 ədəd sellofan büküm gördüyünü, həmin sellofan bükümün boş və ya dolu olmasını yoxlamaq üçün təpiklə vurduğunu, ağırlıq hiss etdiyi üçün həmin bükümü yerdən götürüb içərisinə baxdığını, içərisində toxum və qurudulmuş bitki kütləsi olduğunu gördüyünü, narkotik vasitədən istifadə etdiyi üçün həmin toxumun və qurudulmuş bitki kütləsinin narkotik vasitə olan marixuana olduğunu bildiyini bildirmişdir. Daha sonra o həmin toxumu əkmək üçün saxladığını, narkotik vasitə marixuananı isə xatırlamadığı tarixdə istifadə etdiyini, 2024-cü ilin may ayının sonlarında həmin toxumu Ağdaş rayonu, Qolqəti kəndində yerləşən şirə kanalının kənarına əkdiyini və gündəlik olaraq ona qulluq etdiyini bildirmişdir. 15 iyul 2024-cü ildə həmin bitkinin yarpaqlarını yığıb evinin həyətində onu heç kimin görmədiyi yerdə qurutduğunu, 20 iyul 2024-cü il tarixdə həmin qurumuş kütləni 1 ədəd siqaret qutusuna yığdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 22:50 radələrində o, Ağdaş şəhəri, Füzuli küçəsində hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Ağdaş RPŞ-yə gətirdiklərini bildirmişdir. Ağdaş RPŞ-də şübhəli şəxs qismində tutulduğunu və seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olubolmaması soruşulduğunu və əgər varsa təqdim etməyinin ona bildirildiyini bildirmişdir. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd üzərinə “Marlboro” sözləri yazılmış göy rəngli siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd 5 (beş) manatlıq, 4 ədəd 1 (bir) manatlıq pul əsginasını, sonra həmin şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa, üzərindən, başqa heç bir əşya aşkar olunmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərindən aşkar olunan əşylara baxış keçirildiyini, aşkar olunmuş siqaret qutusuna baxış zamanı içərisində yaşıl rəngli spesifik iyə malik olan qurudulmuş bitki kütləsinin olmasının müəyyən edildiyini, sonra polis əməkdaşı üzərindən aşkar edilən bitki kütləsinin nə olduğunu, hansı məqsədlə üzərində saxladığını və onu haradan əldə etdiyini soruşduğunu, o həmin kütlənin “nəşə” olduğunu, onu Ağdaş rayonu, Qolqəti kəndində yerləşən su kanalının kənarına özü üçün əkdiyi çətənə bitkisindən yığıb, qurudub şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, sonra polis əməkdaşının ona əkdiyi çətənə bitkisinin yerini göstərməyini bildirdiyini, onun etiraz etmədiyini, daha sonra həmin siqaret qutusunun polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkildiyini, çəkisinin 17,62 qram olduğunu, sonra həmin siqaret qutusunun polis əməkdaşı tərəfindən 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf özünün, müdafiəçisinin və şahidlərin tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının ona bildirildiyini bildirildi. Sonra aşkar olunmuş mobil telefon da 1 ədəd zərfə qablaşdırılmaqla üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürləndiyini, zərf yenə də özünün, müdafiəçisinin və şahidlərin tərəfindən imzalandığını bildirmişdir. Bundan əlavə aşkar olunmuş digər əşyaların özünə geri qaytarıldığını, bundan sonra şəxsi axtarışın sonlandırıldığını bildirmişdir. Daha sonra göstərdiyi yolla polis əməkdaşları, vəkil və aqronom ilə birlikdə çətənə bitkisini əkdiyi Ağdaş rayonu, Qolqəti kəndində yerləşən su kanalının kənarına gedildiyini, o çətənə bitkisini göstərdiyini, daha sonra aqronomun həmin bitkinin çətənə bitkisi olduğunu, ona aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq dibinin boşaldılmasını bildirdiyini, bundan sonra polis əməkdaşının həmin bitkini torpaqdan çıxardığını və uzunluğunun 166 sm olması müəyyən edildiyini bildirmişdir. Daha sonra həmin çətənə bitkisinin 1 ədəd sintetik kisəyə qablaşdırıldığını, üzərinin möhürləndiyini və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində çətənə (kannabis) bitkisinin toxumlarını və qurudulmuş marixuananı 2023-cü ilin sonlarında Ağdaş rayonu, Qolqəti kəndi ərazisində küçədən tapdığını bildirdiyini, lakin həmin çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin may ayının sonunda Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən şirə kanalının kənarına 1 ədəd çətənə (kannabis) bitkisi toxumu əkdiyini, həmin çətənə bitkisini də məhsul vaxtı götürüb, qurudub, özünün istifadə etməyi üçün əkdiyini, çətənə (kannabis) bitkisini əkməyindən və narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq üzərində saxlamağından başqa şəxslərin məlumatının olmadığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, ***-***-**-** saylı mobil nömrəsindən istifadə etdiyini, polis əməkdaşlarının ona yaxınlaşan vaxt, həmçinin Ağdaş RPŞ-yə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman ona heç bir fiziki güc və yaxud zor tətbiq etmədiyini qeyd etmişdir. Əməlindən peşmandır. Ona həbslə nəticələnməyən cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, ibtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Ağdaş rayon sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması və istifadə etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edildiyini və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, Füzuli küçəsində saxlanılaraq Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunduğunu, Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, videoçəkiliş vasitəsi ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başladığını, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsinin təklif edildiyini, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd üzərinə “Marlboro” sözləri yazılmış göy rəngli siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd 5 (beş) manatlıq, 4 ədəd 1 (bir) manatlıq pul əsginasını, sonra həmin şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu təqdim etdiyini bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar edilmədiyini, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd üzərinə “Marlboro” sözləri yazılmış göy rəngli siqaret qutusuna baxış keçirildiyini, qutunun içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olması aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana “nəşə” olmasını bildirdiyini, onu istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni özünün şəxsi istifadəsi üçün nəzərdə tutaraq əkdiyi çətənə bitkisindən yığıb qurudaraq özünün şəxsi istifadəsi üçün üzərində saxladığını və əkdiyi bitkinin yerini göstərə biləcəyini bildirdiyini bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd üzərinə “Marlboro” sözləri yazılmış göy rəngli siqaret qutusunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkildiyini, narkotik vasitəyə oxşar bitki kütləsinin olduğu siqaret qutusunun təxmini çəkisinin 17,62 qram olmasının müəyyən edildiyini, 1 ədəd göy rəngli siqaret qutusunun 1 ədəd zərfə qablaşdırılmaqla üzərinin möhürləndiyini, zərfin iştirakçılar tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağının bildirildiyini, daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in “111” saylı möhürü olan kağız parçaları vurulduğunu, zərfin iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldığını bildirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları, vəkil və aqronom ilə birgə Təqsirləndirilən şəxs narkotik tərkibli bitki əkdiyi Ağdaş rayonu, Qolqəti kəndi ərazisində şirə kanalının kənarına gəlindiyini, baxışa başlanılmazdan əvvəl iştirakçılara hüquq və vəzifələri izah olunduğunu, baxışın videoçəkiliş vasitəsi ilə aparılmasının elan olunduğunu və bu barədə heç bir etirazın daxil olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkətə başlandığını, Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkətə davam etdikdən sonra tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kolunun əkdiyi yerə çatdıqlarını, Təqsirləndirilən şəxs 1 ədəd tərkibində narkotik maddələr olan bitki kolunu bu ilin, yəni 2024-cü ilin yaz ayında əkdiyini, bundan başqa heç bir yerdə əkmədiyini, sadəcə 1 ədəd əkdiyini bildirmişdir. Bundan sonra Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin, Ağdaş Rayon Mərkəzinin rəisi, X5 tərəfindən də baxış keçirildiyini və ilkin baxış zamanı həmin bitkinin çətənə bitkisi olmasını, ona aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq dibinin boşaldılmasını bildirdiyini bildirmişdir. Daha sonra həmin bitki kolunun onlar tərəfindən torpaqdan çıxarılaraq yerə qoyulduğunu bildirmiş, sonra həmin bitki kolu təhqiqatçı tərəfindən metrə ilə ölçüldüyünü və tərkibində narkotik maddələr olan bitkinin 166 sm olmasını müəyyən edildiyini bildirmişdir. Sonra həmin bitki kolu 1 ədəd sintetik kisəyə qablaşdırılıb, üzərinə Azərbaycan Respublikası DİN-in “111” saylı möhürü olan kağız parçaları vurulduğunu, zərfin iştirakçılar tərəfindən imzalandığını, bundan sonra videoçəkilişin hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün sonlandırıldığını bildirmişdir. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını, Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə gətirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor və güc tətbiq edilmədiyini və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 22:50 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin baş təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra baş təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd üzərinə “Marlboro” sözləri yazılmış göy rəngli siqaret qutusunu, 1 ədəd alışqanı, 1 ədəd 5 (beş) manatlıq, 4 ədəd 1 (bir) manatlıq pul əsginasını, sonra həmin şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman başqa heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş göy rəngli siqaret qutusuna baxış keçirilmişdir. Siqaret qutusunun içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin nə olmasını soruşduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana “nəşə” olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin bitki kütləsini hardan əldə etdiyini soruşduqda, o, həmin bitki kütləsini özünün əkdiyini və həmin əkdiyi bitki kütləsindən əldə etdiyini və yerini göstərə biləcəyini bildirmişdir. Siqaret qutusunun təxmini çəkisinin müəyyən olunması üçün elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar bitki kütləsinin olduğu polietilen paketin təxmini çəkisinin 17,62 qram olması müəyyən edilmişdir. 1 ədəd göy rəngli siqaret qutusu 1 ədəd zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmış, ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Redmi” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb edə biləcəyindən kağız zərfə qablaşdırılıb, üzərinə DİN-in “111” saylı möhürü olan kağız parçaları vurulmuş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib olunması üçün dayandırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 21 iyul 2024-cü il tarixli HK-1/1251 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret qutusunda yaşıl kütlə”. Yazısı, adlar və imzalar yazılmış 1 (bir) ədəd zərfin içərisindəki 1 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi - 12,95 qram olan bitki mənzəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs əkibbecərdiyi 1 ədəd bitki.” Yazısı, adlar və imzalar olan 1 (bir) ədəd sintetik kisənin içərisindəki, uzunluğu 166 sm, yaş vəziyyətdə təmiz çəkisi - 280,0 qram olan 1 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Əziz Mahmudovun 21 iyul 2024-cü il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 14 avqust 2024-cü il tarixli 3-16-16/2-17/703 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş, üzərində “1 (bir) ədəd siqaret qutusunda qurudulmuş marixuana. Təqsirləndirilən şəxs o”. Yazısı və digər yazılar olan 1 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki 1 (bir) ədəd siqaret qutusunda olan qurudulmuş marixuana ilə üzərinə yapəşdırılmış kağızda “Təqsirləndirilən şəxs əkib-becərdiyi 1 ədəd bitki”. Yazısı, adlar və imzalar olan 1 (bir) ədəd sintetik kisənin içərisindəki 1 (bir) ədəd çətənə (kannabis) bitkisi tərkiblərinə görə eynidirlər. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2024-ci il tarixli 1266 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstləliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 29 iyul 2024-cü il tarixli 18-1-22/2-1046/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X11 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində İƏD üzrə nümayəndəliyinə heç şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 avqust 2024-cü il tarixli, 5-32-12/2-449/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – atası 1964-cü il təvəllüdlü X1, anası 1963-cü il təvəllüdlü – X3, arvadı – 1993-cü il təvəllüdlü X4, oğlu – xx.xx.2014-cü il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 iyul 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 23:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bununla da təqsirləndirilən şəxsin həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Külli miqdar (təmiz halda qramlarla) qurudulmuş marixuana aşağı həddi 500 qram (daxil olmaqla) olduqda təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində bir azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 (dörd) gün ona təyin edilən cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın 12,75 qram qalığı, 1 (bir) ədəd çətənə (kannabis) bitkisinin 189,80 qramı qalığı məhv edilməlidir. Təqsirləndirilən şəxs 69,10 (altmış doqquz manat on qəpik) manat ekspertiza tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 20 iyul 2024-cü il tarixdən 22 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan qurudulmuş marixuananın 12,75 qram, 01 (bir) ədəd çətənə (kannabis) bitkisinin 189,80 qram qalığı məhv edilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-143/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-143/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver