Məhkəmə qərarları › İş №1(014)-144/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-144/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-144/2023 05.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1979-cu ildə Ağdaş rayonunun Dəhnəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 3ində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində yaşadığı ünvan 3ində yerləşən, özünə məxsus evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş 6 (altı) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tərdbirləri nəticəsində onun yaşadığı evin həyətyanı sahəsində həmin tarixdə saat 13:58-dən saat 14:19-dək keçirilmiş baxış zamanı həyətyanı sahədən 1 ədəd plastik yeşikdə əkdiyi 02 ədəd və torpağa əkdiyi 4 ədəd uzunluqları 61 sm-dən 173 sm-dək, yaş vəziyyətdə təmiz çəkiləri 1495 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi olmadığını, təxminən 20 ilə yaxındır ki, narkotik vasitə olan qurdulmuş marixunadan istifadə etdiyini, lakin narkotik vasitələrdən asılı olmadığını və narkomaniya xəstəliyindən əziyyət çəkmədiyini, narkotik vasitə əldə etməkdə çətinlik çəkdiyi üçün öz həyətində istifadə etmək üçün bir neçə çətənə bitkisi əkmək və onun yarpaqlarını qurudaraq isatifadə etmək qərarına gəldiyini, buna görə də əvvəl çəkdiyi qurudulmuş marixunanın içərisindən tapdığı toxumları topladığını, 2023-cü ilin may ayının əvvəllərində həmin toxumları yaşadığı ünvan 3ində yerləşən evin həyətyanı sahəsində bir ədəd plastik yeşikdə əkdiyini, daha sonra həmin toxumların inkişaf etməsi üçün onları tez-tez suvardığını, bir neçə müddətdən sonra həmin toxumlardan 4 ədəd bitki inkişaf etdiyini, buna görə də həmin bitkiləri yeşikdən götürərək torpaqda əkdiyini, daha sonra həmin bitkilərin diblərini yumuşaltdığını və onları mütəmadi olaraq suvardığını, bir müddət sonra çətənə toxumlarını əkdiyi yeşikdən 2 ədəd bitkinin də inkişaf etməsini gördüyünü, buna görə də onları da suvardığını, lakin həmin bitkilər yaxşı inkişaf etmədiyi üçün həmin bitkiləri plastik yeşikdən çıxarmadığını, xx.xx.2023-cü il tarixdə təxminən saat 13 radələrində yaşadığı evdə olan zaman küçədən onu kiminsə səslədiyini eşitdiyini, buna görə də küçəyə çıxdığını, bu zaman orada bir neçə mülki geyimli şəxsin və polis formasında olan şəxslərin olmasını gördüyünü, həmin şəxslərin özlərini təqdim edərək Ağdaş rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini, həmçinin ona yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri qanunsuz olaraq əkib-becərməsi barədə onlara əməliyyat məlumatı daxil olduğunu, buna görə də onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olduğunu bildirdiklərini, daha sonra polis əməkdaşının ona yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşduğunu, özünün də polis əməkdaşlarına özünə məxsus evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini, həmçinin bununla bağlı ərizə də yazdığını, daha sonra polis əməkdaşları və aqranomun iştirakı ilə onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı təhqiqatçının ondan yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin qanunsuz olaraq əkib-əkmədiyini soruşduğunu, özünün də polis əməkdaşlarına həqiqətən də yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkdiyini söylədiyini, daha sonra polis əməkdaşının həmin bitkilərin yerini göstərməsini ona təklif etdiyini, özünün də polis əməkdaşlarına həmin bitkiləri əkdiyi yeri göstərdiyini, belə ki, özünün yaşadığı evin həyətinin giriş qapısından içəri daxil olduğunu, əvvəlcə evin arxa hissəsində torpağa əkdiyi bitkini göstərdiyini, həmin bitkiyə baxış keçirən aqranomun həmin bitkiyə aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, daha sonra hasarın dibində əkdiyi bitkiləri göstərdiyini, həmin yerdə 3 ədəd bitki torpağa, digər iki ədəd isə plastik yeşikdə əkildiyini, aqranomun həmin bitkilərin də hər birinə baxaraq bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, bundan sonra həmin bitkilərin hər birinin polis əməkdaşları tərəfindən kökündən çıxarıldığını, daha sonra onların hər birinin uzunluqlarının ölçüldüyünü, ən kiçik bitkinin uzunluğunun 61 sm, ən böyük bitkinin uzunluğunun isə 173 sm olduğunu, bundan sonra bitkilərin hər birinin boş kisəyə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, baxışın video çəkiliş vasitəsi ilə qeydə alındığını, bundan sonra özünün polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, Ağdaş rayon Polis şöbəsində təhqiqatçı tərəfindən ona müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, özünün də maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra özünə Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının verildiyini, özünün də həmin siyahıdan adını əvvəllər eşitdiyi Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyini, bundan sonra Müdafiəçi ona dövlət hesabına müdafiəçi təyin edildiyini, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulduğunu, tutulduqdan dərhal sonra onun üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçının ona hüquqlarını izah etdiyini, daha sonra ona üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, buna görə də özünün həmin vaxt əynində olan göy rəngli şalvarın cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd alışqanı və pulları masanın üzərinə qoyduğunu, bundan sonra üzərinə şəxsi axtarış aparan təhqiqatçı tərəfindən başqa hər hansı bir əşya aşkar edilmədiyini, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını, şəxsi axtarışın və baxışın keçirilməsinə dair protokollar tərtib edildiyini və onların heç bir etirazları olmadığı üçün həmin pratokolları imzaladığını, narkotik tərkibli çətənə (kannabis) bitkilərini 2023-cü ilin may ayının əvvəllərində yaşadığı ünvan 3ində yerləşən evin həyətyanı sahəsində əkdiyini, həmin bitkiləri əkməkdə məqsədi gələckdə həmin bitkinin yarpaqlarından istifadə etmək olduğunu, həmin bitkinin toxumlarını əvvəl çəkdiyi qurudulmuş marixunanın tərkibindən tapdığını və əkmək üçün saxladığını, narkotik tərkibli bitkiləri özünün tək əkdiyini, bu barədə heç kimə məlumat vermədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 19 iyun 2023-cü il tarixdə ona ünvan 3ində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməsi və narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla rayon polis şöbəsinə rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradıldığını Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 da əməliyyat qrupuna daxil edildiyini, daha sonra həmin gün təxminən saat 13 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib becərdiyi ünvan 3ində yerləşən evinin yerləşdiyi küçəyə getdiklərini, daha sonra küçədə, Təqsirləndirilən şəxs yaşadığı evin giriş qapısının qarşısında dayanaraq onu səslədiklərini, həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən “gəldim” deyə söylədiyini, həyətin giriş qapısını açdığını, onların əvvəlcə Təqsirləndirilən şəxs salam verərək bir qədər küçəyə çıxmasına şərait yaratdığını, Təqsirləndirilən şəxs küçəyə çıxdıqdan sonra bir qədər də ona yaxınlaşdıqlarını və Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkiləri olduqlarını ona izah etdiklərini, həmçinin ona yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan və əkilib-becərilməsi qanunla qadağan edilmiş çətənə bitkilərini əkib-becərməsi barədə əməliyyat məlumatının daxil olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs da heç bir çıxış yolunun olmadığını dərk etdiyindən könüllü olaraq yaşadığı evin həyətyanı sahəsində narkotik təkibli çətənə bitkiləri əkdiyini söylədiyini, bundan sonra bu barədə Ağdaş rayon Polis şöbəsində növbətçi olan təhqiqatçısına məlumat verdiyini, daha sonra təhqiqatçı və aqranom, həmçinin kriminalistin qeyd edilən ünvana gəldiklərini, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçiriləcəyi təklifin edildiyini, Təqsirləndirilən şəxs da onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirdiyini və bu barədə ərizə yazdığını, bundan sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirildiyini, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində mişar daşlarının hörülmüş hasarın dibində 01 ədəd, evin digər tərəfində yerləşən bağ sahəsində 3 ədəd torpaqda və 02 ədədi dibçəkdə əkilmiş narkotik tərkibli bitki kollarının aşkar edildiyini, həmin bitkilərin hər birinə baxan aqranomun bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, həmçinin bu barədə rəy tərtib etdiyini, daha sonra həmin bitkilərin hər birinin kökündə çıxarılaraq sayıldığını, bu zaman Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən ümumilikdə 6 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edildiyini, həmçinin bitkilərin hər birinin uzunluqlarının ölçüldüyünü, ən böyük bitkinin uzunluğunun 173 sm, ən kiçik bitkinin uzunluğunun isə 61 sm olduğunu, bundan sonra həmin bitkilərin kisədə qablaşdırıldığını və üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini və onların protokola imza etdikərini, Təqsirləndirilən şəxs və digər iştirakçıların heç bir etirazları olmadığı üçün protokolu imzaladıqlarını, daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiklərini, rayon Polis şöbəsində Təqsirləndirilən şəxs müadafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs da maddi imkanın olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq əvvəllər tanıdığı Müdafiəçi onun müdafiəçisi olmasını istədiyini bildirdiyini, bundan sonra təhqiqatçı tərəfindən bu barədə qərar qəbul edildiyini və Müdafiəçi Ağdaş rayon Polis şöbəsinə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildiyini, bundan sonra Təqsirləndirilən şəxs dərhal şübhəli şəxs qismində tutulduğunu və üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış başladıqdan sonra Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif edildiyini, bundan sonra həmin vaxt Təqsirləndirilən şəxs masanın üzərinə əynində olan mavi rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, həmin şalvarın sağ cibindən 1 ədəd 20 manatlıq, 4 ədəd bir manatlıq pul əsginasları və 3 ədəd 10 qəpiklik pul sikkələri təqdim etdiyini, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, lakin Təqsirləndirilən şəxs üzərindən qeyd edilənlərdən başqa hər hansı əşya aşkar edilmədiyini və götürülmədiyini, bundan sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını və protokol tərtib edildiyini, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3ində yerləşən evinin həyətyanı sahəsində konkret olaraq 6 ədəd narkotik tərkibli bitki kolları əkildiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması ilə bağlı məlumatlar daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin tarixdə saat 13:58-də başlamış və 14:19-da başa çatmış baxış ünvan 3i ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aparılmış, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ümumilikdə 6 ədəd torpağa əkilmiş uzunluqları 61 sm-dən 173 sm-dək olan çətənə (kannabis) bitkisinə oxşar bitkilər kökündən çıxarılmış, 1 ədəd içi boş kisəyə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki həmin tarixdə saat 15:02-də başlamış və 15:08-də başa çatmış şəxsi axtarış ünvan 1 ünvanında yerləşən Ağdaş RPŞ-nin inzibati binasında xidməti otaqa aparılmış, Təqsirləndirilən şəxs həmin vaxt əynində olan mavi rəngli şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan, həmin şalvarın sağ cibindən 1 ədəd 20 manatlıq, 4 ədəd bir manatlıq pul əsginasları və 3 ədəd 10 qəpiklik pul sikkələri aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun üzünə qaytarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin xx.xx.2022-ci il tarixli,17/483 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs həyatyanı torpaq sahəsindən aşkar olunmuş 6 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar” yazısı, adlar və imzalar olan sintetik kisənin içirəsindəki, 06 (dörd) ədəd, uzunluqları 61 sm-dən 173 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 1495 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X8 19 iyun 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1187 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkolji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2-1009/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş ayon mərkəzi xəstəxanası” X10in poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32-12/2-348/1/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3i ünvanda yaşamaqla ailə tərkibi arvadı - 1985-ci il təvəllüdlü X1, qızı – 2008-ci il təvəllüdlü X3, oğlu – 2011-ci il təvəllüdlü X7, oğlu – 2021-ci il təvəllüdlü X2 ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 19 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 14:50də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir, o, həmin qərarla 12:50-də tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində ikisi azyaşlı olmaqla, üç yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 6 ədəd çətənə bitkiləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 35 manat 97 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 4 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat, doxsan yeddi qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, 6 ədəd çətənə bitkiləri məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar