Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-144/2024 18.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcə hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü il tarixdə Ağdaş rayonu, Yuxarı Qəsil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Qəsil kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, ümumi təmiz çəkisi 12,52 qram eyni tərkibli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 07 iyul 2024-cü il tarixdə saat 13:10-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri H.Əliyev prospektində saxlanılaraq ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirildikdən sonra xidməti otaqda, həmin tarixdə saat 13:46-dan 14:02-dək üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən 01 ədəd qara rəngli siqaret qutusunda təmiz çəkisi 11,65 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, tədbirlərin davamı kimi Ağdaş rayonu, Yuxarı Qəsil kəndində yerləşən yaşadığı evə həmin tarixdə saat 14:36-dan 14:51-dək keçirilmiş baxış zamanı yataq otağındakı divanın altından 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,87 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisədən bir gün əvvəl Ağdaş rayonu, Yuxarı Qəsil kənd ərazisindən keçən Türyançay çayının yaxınlığında hərəkətdə olan zaman yerdə siqaret qutusu diqqətini cəlb etmiş, onu yerdən götürüb açmış, içərisində narkotik vasitə olan “nəşə” adlandırdığı marixuana olmasını görmüşdür. Həmin bitkiləri daha sonra istifadə etmək üçün üzərində yaşadığı evə gətirib üzərindən bir az götürüb kağız parçasına bükmüş, həmin bükümü kiçik sellofanın içərisinə qoyaraq yataq otağındakı divanın altında istifadə etməyi üçün gizlətmişdir. Siqaret qutusunu isə üzərində saxlamışdır. 07 iyul 2024-cü il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman həmin narkotik vasitəni istifadə etmək istəmiş, təxminən saat 13:10 radələrində Ağdaş şəhəri H.Əliyev prospektində olan vaxt polis əməkdaşları ona yaxınlaşmış, onlara narkotik vasitlərədən istifadə etməsinə dair məlumat daxil olduğunu bildirmişlər və üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsinə getmiş, polis şöbəsində ona vəkil təyin edilmiş, şübhəli şəxs qismində tutulmuş, bundan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə Ağdaş RPŞ-nin inzibati binasında onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən qara rəngli 01 ədəd siqaret qutusu, həmin şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd kibrit qutusu, özünə məxsus hərbi bileti və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxararıb masanın üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində axtarış aparılmış, əynində olan şalvarın sol arxa cibindən 01 ədəd bir manatlıq pul əskinasının aşkar edilmiş, sonra üzərindən aşkar olunmuş 01 ədəd qara rəngli siqaret qutusu açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olduğunu bildirmişdir. Daha sonra həmin içərisində narkotik tərkibli bitkiyə bənzər kütlə olan qara rəngli siqaret qutusunun polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 16,83 qram olduğu məlum olmmuşdur. Polis əməkdaşı tərəfindən şifahi qaydada onunla sorğu-sual aparılmış, o da üzərindən aşkar olunmuş narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni bir gün əvvəl Ağdaş rayonu Yuxarı Qəsil kənd ərazisindən keçən Türyançay çayının yaxınlığında yerdən tapdığını bildirmişdir. Polis əməkdaşı onun yaşadığı evdə narkotik vasitə olması ilə bağlı onlarda məlumat olduğunu bildirmiş və ondan yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuş, o, da yaşadığı evdə narkotik vasitə olduğunu və həmin narkotik vasitəni istifadə etmək üçün evdə saxladığını bildirmişdir. Polis əməkdaşı həyətində narkotik tərkibli bitkilər əkməyi ilə bağlı onlarda məlumat olduğunu bildirmiş, o, isə ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkmədiyini bildirmişdir. Daha sonra yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər, o, ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə hər hansı etirazı olmadığını bildirmiş, orada baxış zamanı bir daha onun hər hansı etirazının olub-olmaması soruşulmuş, etirazı olmamışdır. O, polislərlə birlikdə yaşadığı evdə yataq otağına daxil olmuş, yataq otağında olan divanın altındakı kağız parçasına bükülü olan narkotik vasitəni polis əməkdaşına təqdim etmiş, həmin kağız büküm polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 1,72 qram olduğu müəyyən edilmişdir. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümün 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə möhür olan kağız parçaları vurulmuşdur. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən və həyətyanı sahədən başqa hər hansı narkotik vasitə aşkar olunmamışdır. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Hazırda əməlindən səmimi peşmandır, himayəsində yaşlı anası var, ailənin yeganə qazanc gətirənidir, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 iyul 2024cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıyaraq üzərində və yaşadı evdə saxlaması, həmçinin yaşadığı evdə əkib-becərməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 07 iyul 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs Ağdaş şəhəri, H.Əliyev prospketində tərəflərindən saxlanılaraq Ağdaş RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən qara rəngli 01 ədəd siqaret qutusunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusu, 01 ədəd kibrit qutusu, özünə məxsus hərbi bileti və 01 ədəd mobil telefonu çıxararıb masanın üzərinə qoyaraq təqdim etdiyini bildirmişdir. Bundan sonra digər qara rəngli siqaret qutusu təhqiqatçı tərəfindən açılmış, içərisindən yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi aşkar olunmuş, daha sonra həmin 01 ədəd qara rəngli siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 16,83 qram olduğu müəyyən edilmişdir. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan qara rəngli siqaret qutusunun 01 ədəd kağız zərfə qablaşdırılmışdır. Polis əməkdaşı tərəfindən şifahi qaydada onunla sorğu-sual aparılmış, o da üzərindən aşkar olunmuş narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını və həmin narkotik vasitəni bir gün əvvəl Ağdaş rayonu Yuxarı Qəsil kənd ərazisindən keçən Türyançay çayının yaxınlığında yerdən tapdığını bildirmişdir. Təhqiqatçı onun yaşadığı evdə narkotik vasitə olması ilə bağlı məlumatın olmasını bildirmiş və ondan yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuş, o da yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşı həyətində narkotik tərkibli bitkilər əkməyi ilə bağlı onlarda məlumat olduğunu bildirmiş, o da ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə onun yaşadığı ünvana getmişlər, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək yaşadığı evə baxış keçirilməsinə hər hansı etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə çıxıb yataq otağına daxil olmuşlar, Təqsirləndirilən şəxs yataq otağında olan divanın altındakı kağız parçasına bükülü olan narkotik vasitəni polis əməkdaşına təqdim etmiş, həmin kağız bükümün polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisini 1,72 qram olduğunu bildirmişdir. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümün 01 ədəd kağız zərfə qablaşdırılmışdır. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilmiş, baxış zamanı yaşadığı evdən və həyətyanı sahədən başqa hər hansı narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 07 iyul 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 13:10-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli şalvarın sol yan cibindən qara rəngli 01 ədəd siqaret qutusunu, həmin şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret qutusunu, 01 ədəd kibrit qutusunu, özünə məxsus hərbi bileti və 01 ədəd mobil telefonu çıxararıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, qəhvəyi rəngli şalvarın sol arxa cibindən 01 ədəd bir manatlıq pul əskinası aşkar olunmuş, üzərindən aşkar olunmuş ağzı açıq şəkildə üzərindən istifadə edilmiş ağ rəngli siqaret qutusunun siqaret dənələri çıxarılaraq baxış keçirilmiş, lakin hər hansı bir əhəmiyyət kəsb edici bir şey aşkar edilməmişdir. Kibrit qutusu açılaraq içərisnə baxış keçirilmiş, lakin hər hansı bir əhəmiyyət kəsb edici bir şey aşkar edilməmişdir. Bundan sonra digər qara rəngli siqaret qutusu təhqiqatçı tərəfindən açılmış, içərisindən yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi aşkar olunmuşdur. Daha sonra həmin 01 ədəd qara rəngli siqaret qutusu təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 16,83 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan qara rəngli siqaret qutusu 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs, onun müdafiəçisi, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “ Samsung” markalı mobil telefon da iş üçün sübut əhəməiyyəti kəsb edə biləcəyindən 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalar digər əşyalar, yəni ağ rəngli siqaret qutusu, 01 ədəd kibrit qutusu, hərbi bilet və 01 ədəd 1 manatlıq pul əskinası onun özünə qaytartılmışdır. İş materiallarında olan 07 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Baxış keçirilən yer Ağdaş rayonu Yuxarı Qəsil kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evi və evin həyətyanı torpaq sahəsidir. Təqsirləndirilən şəxsə ilkin olaraq , yaşadığı evinin həyətyanı topraq sahəsində narkotik tərkibli bitkiləri əkməsi və yaşadığı evdə isə narkotik vasitə saxlaması ilə bağlı Ağdaş RPŞ-yə məlumat daxil olması bildirilmiş, həmin topraq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxışın keçirilməsinə heç bir etiraz etməmiş, daha sonra onun göstərdiyi yolla hərəkətə başlanılmışdır. Həyət iki hissədən ibarət olub, Təqsirləndirilən şəxs göstərdiyi yol ilə hərəkət edib onun yaşadığı evə çıxıb yataq otağına daxil olunmuşdur. Təqsirləndirilən şəxs yataq otağındakı divanın altında gizlətmiş olduğu 01 ədəd kağız bükümü təqdim etmiş, həmin 01 ədəd kağız büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 1,72 qram olmuşdur. İçərisində yaşıl rəngli spesifik iyə malik olan, narkotik tərkibli bitkiyə bənzər bitki kütləsi olan kağız bükümü 01 ədəd kağız zərfə qablaşdırılaraq, üzərinə DİN-nin 111 saylı möhürü olan kağız parçaları vurulmuş, zərf şübhəli şəxs, onun müdafiəçisi, iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 07 iyul 2024-cü il tarixli 3- 16-16-2-17/621 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusunda, təmiz çəkisi 11,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar edilmiş 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 11 iyul 2024-ci il tarixli 1186 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” Publik hüquqi şəxsindən daxil olan 29 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 128 maddəsi ilə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəsil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəiyinin verdiyi 25 iyul 2024-cü il tarixli 5-32-12/2-321/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə tərkibi vardır: anası X3 20 oktyabr 1954-cü il təvəllüdlü qızı. İş materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəsil kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan 08 iyul 2024-cü il “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış 12.42 qramı cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Ağdaş RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 07 iyul 2024-cü il tarixli qərardan və “Qətimkan tədbiri seçilməsi və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 07 iyul 2024-cü il tarixdən saat 13:10-dan 08 iyul 2024-cü il tarixə saat 20:00-dək həbsdə saxlanılmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş İ Siyahının 12-ci bəndinə əsasən qurudulmuş marixuana-kannabis 5 qramdan (təmiz halda) artıq miqdarda olduqda xeyli miqdarda narkotik vasitə hesab edilmişdir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yaşlı anası olmaqla ailənin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli qərarının 4-cü bəndinə görə narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdən saat 13:10-dan 08 iyul 2024-cü il tarixə saat 20:00-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığından ona narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, ərazi üzrə narkoloji kabinetdə prifilaktiki qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 12,42 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin üzərində baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd disk Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 № li qərarına müvafiq olaraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 60 (altmış) manat pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və 1 (bir) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyul 2024-cü il tarixdən saat 13:10-dan 08 iyul 2024-cü il tarixə saat 20:00-dək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş RPŞ-nin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana ümumilikdə təmiz çəkisi ekspertiza tədqiqatından sonra qalan 12.42 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə bioloji ekspertizasının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi (Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ********************) hesabına 60 (altmış) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-144/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-144/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver