Məhkəmə qərarları › İş №1(014)-146/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-146/2023

22.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-146/2023 22.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1989-cu ildə Ağdaş rayonu, Ağzıbir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, fərdi əməklə məşğul olan, himayəsində 3 azyaşlı övladı olan, evli, məhkum olunmamış, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmək cinayətini törətmişdir. Belə ki, o, 2022-ci ilin dekabr ayının əvvəllərində Ağdaş rayonu, Pirəzə bələdiyyəsinin balansında olmaqla Ağdaş rayonu Ağzıbir kəndindən keçən su kanalının içəri tərəfindən 9 ədəd söyüd ağacını kəsmiş nəticədə həmin tarixdə bioloji inkişafda köküstə yaş halda olan 1 ədəd 14 sm diamterdə 150 manat dəyərində, 1 ədəd 20 sm diametrdə 180 manat dəyərində, 1 ədəd 22 sm diamterdə 200 manat dəyərində, 1 ədəd 24 sm diamterdə, 200 manat dəyərində, 1 ədəd 25 sm diametrdə 250 manat dəyərində, 2 ədəd 26 sm diametrdə 500 manat dəyərində, 1 ədəd 27 sm diametrdə 250 manat dəyərində və 1 ədəd 30 sm diametrdə 300 manat dəyərində ümumilikdə 9 ədəd yaş, köküstə, bioloji inkişafda olan söyüd ağaclarını qanunsuz kəsərək təbiətə ümumilikdə 2030 (iki min otuz) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Ağzıbir kəndində özünəməxsus 0,36 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin kənarlarına atası ilə birlikdə təxminən 5 il bundan əvvəl söyüd və qovaq ağacları əkdiklərini, torpaq sahəsinin kənarından suvarma kanalı da keçdiyini, həmin suvarma kanalının kənarına söyüd ağacları da əkdiyini, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində həmin torpaq sahəsinin kənarlarına əkmiş olduğu söyüd ağaclarının bir hissəsini, hansı ki, su kanalının kənarına əkmiş olduğu söyüd ağaclarını quruduqları üçün kəsmək qərarına gəldiyini, bu səbəblə də, həmin yerdə olan 9 ədəd söyüd ağaclarını matorlu mişarla özü tək kəsdiyini, bundan sonra həmin ağacların kəsilmiş gövdələrinin hissələrini təsərrüfat arabası ilə yaşadığı evə apararaq istilik əldə etmək üçün yandırdığını, daha sonra 2023-cü ilin fevral ayında həmkəndlisi Şahid3 ona məxsus olan bağ sahəsinin kənarlarından, eləcə həmin su kanalının kənarından keçən ağacları kəsməsi ilə bağlı onun barəsində Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzi zəng sisteminə müraciət etdiyini eşitdiyini, Şahid3 ilə onun bacısı Nişanə arasında əvvəllər mübahisə və dava-dalaş olduğunu, mübahisənin baş verməsinə səbəb isə Mayisin həyətində olan itin açıq qalıb onun bacısının uşaqlarına hücum etməsi olduğunu, bundan sonra onun bacısı Nişanə ilə Nişanənin qonşusu Mayisin aralarında mübahisələrin tez-tez olduğunu, kəsmiş olduğu ağacların söyüd cinsinə mənsub ağaclar olduğunu, həmin yaş söyüd ağaclarını təxminən 5 il bundan əvvəl atası ilə birlikdə əkdiyini, həmin 9 ədəd söyüd ağacını üst tərəfləri quruduğu üçün odun kimi yandırmaq məqsədilə kəsdiyini, yaş söyüd ağaclarını matorlu mişar ilə kəsdiyini, kəsmiş olduğu söyüd ağacları barədə heç bir dövlət orqanına əvvəlcədən xəbərdarlıq etmədiyini, həmçinin ağacların onun tərəfindən kəsilməsi üçün heç bir icazə almadığını, izahat verən zaman ağacların sayını dəqiq bilmədiyi üçün 08 ədəd olmasını qeyd etsə də, sonradan isə kəsilmiş ağacları saydığını və 9 ədəd olmasını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə bioloji, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Ağdaş rayon Pirəzə bələdiyyəsinin mühasibi vəzifəsində işlədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kənd sakini, Şahid3 Azərbaycan Respublikası DİN-in “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək Ağdaş rayonu, Ağzıbir kənd ərazisində ağacların qanunsuz kəsilməsini söylədiyini, həmin müraciət əsasında Ağdaş RPŞ-nin əməkdaşlarının Ağdaş rayonu, Ağzıbir kəndində ağacların kəsildiyi əraziyə baxış keçirdiyini, protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Təqsirləndirilən şəxs Ağdaş rayon Pirəzə bələdiyyəsinin balansında olan və həmin kəndin ərazisindən keçən su kanalının içəri hissəsindən 9 ədəd yaş söyüd ağacını qanunsuz olaraq kəsdiyinin məlum olduğunu, X18 X4 Meşəbəylikləri üzrə meşə əkin mühəndisi Şahid2 tərəfindən həmin torpaq sahəsinə rəy verilməsi üçün baxış keçrildiyini, daha sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişçisi Şahid1 tərəfindən həmin torpaq sahəsinə baxış keçirildiyini, baxış zamanı bioloji inkişafda köküstə yaş halda olan söyüd cinsinə məxsus diametrləri 14 sm olan 1 ədəd 150 manat dəyərində, 20 sm olan 1 ədəd 180 manat dəyərində, 22 sm olan 1 ədəd 200 manat dəyərində, 24 sm olan 1 ədəd 200 manat dəyərində, 25 sm olan 1 ədəd 250 manat dəyərində, 26 sm olan 2 ədəd 500 manat dəyərində, 27 sm olan 1 ədəd 250 manat dəyərində, 30 sm olan 1 ədəd 300 manat dəyərində ümumilikdə 9 ədəd ağacı Təqsirləndirilən şəxs qanunsuz kəsib təbiətə ümumilikdə 2030 manat məbləğində ziyan vurması müəyyən edildiyini, hazırda zərərçəkmiş şəxs qismində tanınmış Ağdaş rayon Pirəzə bələdiyyəsinin əsas tələbi cinayət nəticəsində vurulmuş 2030 manat məbləğində maddi ziyanın ödənilməsi olduğunu, Ruslanın həmin ağacları kəsən zaman Ağdaş rayon Pirəzə bələdiyyəsinə müraciət etmədiyini, özünün hadisə yerinə baxışda iştirak etmədiyini bildirmişdir. Ağdaş rayon Pirəzə kənd Bələdiyyəsinin sədri Şahid4 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin tamamilə ödənildiyini, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs onun həmkəndlisi olduğunu, Ruslanla heç bir ədavəti və düşmənçiliyi olmadığını, xx.xx.2023-cü il tarixdə evinin yaxınlığındakı, yəni Ağdaş rayonu, Ağzıbir kəndinin ərazisindən keçən su kanalının kənarı ilə gedən zaman həmin kanalın içəri hisssəsində 9 ədəd söyüd ağacının köküstündən kəsilmiş vəziyyətdə olmasını gördüyünü, Ruslanla söhbət edən zaman Ruslanın ağacları özünün kəsdiyini söylədiyini, daha sonra dərhal DİN-in “102” xidməti - zəng mərkəzi sisteminə və Ağdaş RPŞ-yə ərizə ilə müraciət etdiyini, həmin kəsilmiş 9 ədəd ağacı polis əməkdaşlarına göstərdiyini, həmin söyüd ağaclarını Təqsirləndirilən şəxs kəsdiyini, təxminən payız aylarında həmin kanalın kənarında gəzdiyini, həmin söyüd ağaclarının yaş vəziyyətdə olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş 8 saylı RETSİ-nin məsləhətçi müfəttişi Şahid1 ifadəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində məsləhətçi müfəttiş vəzifəsində işlədiyini, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi ilə əlaqədar Ağdaş RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Nail Məhəmmədli tərəfindən ağacların hansı növə aid olması, ağacların diametrləri və dəymiş ziyan barədə məktubla əlaqədar 06 aprel 2023-cü il tarixdə Ağdaş rayonu Ağzıbir kəndində yerləşən torpaq sahəsinə - su kanalının içəri hissəsinə polis əməkdaşları ilə birlikdə baxış keçirtdiklərini, baxış zamanı torpaq sahəsinin Ağdaş rayonu Pirəzə bələdiyyəsinə məxsus olduğu torpaq sahəsində bioloji inkişafda köküstə yaş halda olan, söyüd cinsinə məxsus diametrləri 14 sm olan 1 ədəd 150 manat dəyərində, 20 sm olan 1 ədəd 180 manat dəyərində, 22 sm olan 1 ədəd 200 manat dəyərində, 24 sm olan 1 ədəd 200 manat dəyərində, 25 sm olan 1 ədəd 250 manat dəyərində, 26 sm olan 2 ədəd 500 manat dəyərində, 27 sm olan 1 ədəd 250 manat dəyərində, 30 sm olan 1 ədəd 300 manat dəyərində ümumilikdə 9 ədəd ağac qanunsuz kəsilərək təbiətə ümumilikdə 2030 manat məbləğində ziyan vurmasını müəyyən etdiyini, sonra bu barədə idarə rəhbərliyinə məlumat verdiyini, həmin 9 ədəd ağacın hamısının kəsildiyini müşahidə etdiyini, həmin ağacların matorlu mişar ilə kəsilmiş vəziyyətdə olduğunu, həmin 9 ədəd ağac yaş vəziyyətdə, bioloji inkişafda olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 X4 Meşəbəylikləri üzrə meşə əkin mühəndisi Şahid2 ifadəsində X18 X4 Meşəbəylikləri üzrə meşə əkin mühəndisi vəzifəsində işlədiyini, X18 Təsərrüfatı Mərkəzinə daxil olmuş ağacların qanunsuz olaraq kəsilməsi barədə məlumatla əlaqədar təxminən mart ayının əvvəllərində Ağdaş rayonu, Ağzıbir kəndində yerləşən Ağdaş rayon Pirəzə bələdiyyəsinin balansında olan torpaq sahəsinə polis əməkdaşları ilə birlikdə baxış keçirtdiklərini, baxış zamanı Ağdaş rayon Pirəzə kənd bələdiyyəsinin balansında olan torpaq sahəsində bioloji inkişafda köküstə yaş halda olan söyüd cinsinə məxsus diametrləri 14 sm olan 1 ədəd, 20 sm olan 1 ədəd, 22 sm olan 1 ədəd, 24 sm olan 1 ədəd, 25 sm olan 1 ədəd, 26 sm olan 2 ədəd, 27 sm olan 1 ədəd, 30 sm olan 1 ədəd ümumilikdə 9 ədəd ağacın kəsilməsi ilə təbiətə ziyan vurulduğunun müəyyən edildiyini, baxış zamanı 9 ədəd müxtəlif diametrli köküstə yaş söyüd ağacının Ağdaş rayonu, Ağzıbir kənd sakini Təqsirləndirilən şəxs tərəfindən kəsildiyinin müəyyən edildiyini, bununla bağlı tərəfindən rəy tərtib olunduğunu, sənədləşmələr aparıldıqdan sonra bu barədə idarə rəhbərliyinə məlumat verildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində Ağdaş rayon Pirəzə bələdiyyəsinin sədri vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Ağzıbir kənd sakini kimi tanıdığını, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kənd sakini, X3 Azərbaycan Respublikası DİN-in “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək Ağdaş rayonu, Ağzıbir kənd ərazisində ağacların qanunsuz kəsilməsini bildirdiyini, həmin müraciət əsasında Ağdaş RPŞ-nin əməkdaşları Ağdaş rayonu, Ağzıbir kəndində ağacların kəsildiyi əraziyə baxış keçirdiklərini, protokol tərtib olunduğunu, fotoşəkillər çəkildiyini, Ağdaş rayonu, Ağzıbir kəndində yaşayan Təqsirləndirilən şəxs Ağdaş rayon Pirəzə bələdiyyəsinin balansında olan və həmin kəndin ərazisindən keçən su kanalının içəri hissəsindən 9 ədəd yaş söyüd ağacını qanunsuz olaraq kəsildiyinin məlum olduğunu, X18 X4 Meşəbəylikləri üzrə meşə əkin mühəndisi Şahid2 tərəfindən həmin torpaq sahəsinə rəy verilməsi üçün baxış keçirildiyini, daha sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişçisi Şahid1 tərəfindən həmin torpaq sahəsinə baxış keçirildiyini, bioloji inkişafda köküstə yaş halda olan söyüd cinsinə məxsus diametrləri 14 sm olan 1 ədəd 150 manat dəyərində, 20 sm olan 1 ədəd 180 manat dəyərində, 22 sm olan 1 ədəd 200 manat dəyərində, 24 sm olan 1 ədəd 200 manat dəyərində, 25 sm olan 1 ədəd 250 manat dəyərində, 26 sm olan 2 ədəd 500 manat dəyərində, 27 sm olan 1 ədəd 250 manat dəyərində, 30 sm olan 1 ədəd 300 manat dəyərində ümumilikdə 9 ədəd ağacı Təqsirləndirilən şəxs qanunsuz kəsərək təbiətə ümumilikdə 2030 manat məbləğində ziyan vurmasını müəyyən etdiklərini, Ruslanın həmin ağacları kəsən zaman nə Ağdaş rayon Pirəzə bələdiyyəsinə, nə də ki başqa dövlət orqanlarına müraciət etmədiyini, xx.xx.2023-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kənd sakini, X1 Azərbaycan Respublikası DİN-in “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək Ağdaş rayonu Ağzıbir kənd ərazisində ağacların qanunsuz kəsilməsini bildirdikdən sonra Ruslanın qanunsuz ağackəsməsi barədə ona məlumat verildiyini, əraziyə baxdıqdan sonra həqiqətəndə həmin ağacları Təqsirləndirilən şəxs qanunsuz kəsməsi barədə arayış tərtib etdiyini bildirmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Ağdaş rayonu, Ağzıbir kənd ərazisində olmuş, baxış zamanı Təqsirləndirilən şəxs ağacların yerləşdiyi ərazini göstərmiş, kəsilmiş söyüd ağacları Ağzıbir kəndindən keçən su kanalının iç tərəfində olmuş, daha sonra Təqsirləndirilən şəxs kəsilmiş 9 ədəd söyüd ağacını göstərmiş, Təqsirləndirilən şəxs həmin ağacları 2022-ci ilin dekabr ayında kəsdiyini, odun kimi istifadə etdiyini bildirmişdir. Baxış zamanı kəsilmiş köküstə yaş söyüd ağaclarının şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İşin materiallarında olan xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, baxış Ağdaş rayonu, Ağzıbir kəndində keçirilmiş, baxış keçirilən ərazidən kəsilmiş 9 ədəd ağaclara görə yaşıllığa dəymiş ziyanın hesablanması üçün 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişçisi Şahid1 ilə birlikdə təbiətə dəymiş ziyan hesablanmış, diametrləri 1 ədəd 14 sm olan, 1 ədəd 20 sm olan, 1 ədəd 22 sm olan, 1 ədəd 24 sm olan, 1 ədəd 25 sm olan, 2 ədəd 26 sm olan, 1 ədəd 27 sm olan, 1 ədəd 30 sm Söyüd cinsindən olan ümumilikdə 9 ədəd ağacın kəsilməsi müəyyən olundu. Baxış zamanı kəsilmiş 9 ədəd köküstə yaş söyüd ağaclarının şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3- 16-16/2-7/1021-9/5346 saylı məhkəmə biloloji, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Bioloji tədqiqatın nəticəsi: Tədqiqata təqdim edilmiş Ağdaş rayonu, Ağzıbir kənd ərazisində Ağzıbir bələdiyyəsinə məxsus torpaq mülkiyyətində olan 1 ədəd diametri 14 sm, 1 ədəd 20 sm, 1 ədəd 22 sm, 1 ədəd 24 sm, 1 ədəd 25 sm, 1 ədəd 26 sm, 2 ədəd 27 sm, 1 ədəd 30 sm Söyüd cinsindən olan, cəmi 9 (doqquz) ədəd kök üstə yaş vəziyyətdə, kök boğazlarından kəsilərək məhv edilməsi müəyyən edildi. Əmtəəşünaslıq tədqiqatın nəticəsi: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən diametrləri 1 ədəd 14 sm, 1 ədəd 20 sm, 1 ədəd 22 sm, 1 ədəd 24 sm, 1 ədəd 25 sm, 2 ədəd 26 sm, 1 ədəd 27 sm, 1 ədəd 30 sm Söyüd cinsindən olan, cəmi 9 (doqquz) ədəd kök üstə yaş vəziyyətdə ağacların tikinti və abadlaşdırma istisna olmaqla məh edilməsi (kəsilməsi) nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 2030,00 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin xx.xx.2023-cü il tarixli, 3-14-47/2-942/2032 saylı məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Ağzıbir kənd ərazisində kəsilmiş 9 (doqquz) ədəd söyüd ağacları olan yerdə keçirilmiş eksperiment ilə əlaqədar olaraq tərəflərindən sözügedən ağaclara baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir:

1. Ağacların təxminən yer səthindən 1,30-1,50 metr hündürlükdən boy artımının dayandırılması dərəcəsinədək kəsilmişdir. (əsas Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasının 3-cü bəndinin 3.1.1)

2. Ağacların kəsilmiş gövdə hissəsindən və yan tərəflərindən pöhrə verməsinə baxmayaraq ağacların boy artımı dayanmışdır.

3. Pöhrə vermiş budaqların hündürlüyü 3 metrə yaxındır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, HK-1 №li Ağdaş razyonu, Ağzıbir kəndində kəsilmiş ağaclara görə yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, 150 manat dəyərində 1 ədəd 14 sm olan, 180 manat dəəyrində 1 ədəd 20 sm olan, 200 manat dəəyrində 1 ədəd 22 sm olan, 200 manat dəyərində 1 ədəd 24 sm olan, 250 manat dəyərində 1 ədəd 25 sm olan, 250 manat dəyərində 2 ədəd 26 sm olan, 250 manat dəyərində 1 ədəd 27 sm olan, 300 manat dəyərində 1 ədəd 30 sm Söyüd cinsindən ağaclar kəsilmiş və ümumilikdə 2030 manat dəyərində ziyan dəymişdir. İşin materiallarında olan Ağdaş rayon Pirəzə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 45 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Pirəzə Bələdiyyəsinin əhatə etdiyi Ağzıbir kəndi ərazisində su arxının içəri tərəfindən kəsdiyi 9 ədəd söyüd ağacı Pirəzə Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 19 iyul 2023-cü il tarixli PHŞ/6- 22/2-1086/2023 nömrəli məktubdan görünür ki, Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1989-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ağdaş RMX-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağzıbir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 5-32-12/2-199/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində doğulub, hal-hazırda Ağdaş rayonu, Ağzıbir kəndində qeydiyyatda olmaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: arvadı 1998-ci il təvəllüdlü X5, oğlu 2016-cı il təvəllüdlü X6, oğlu 2018-ci il təvəllüdlü X7, qızı 2019-cu il təvəllüdlü X10, atası 1956-cı il təvəllüdlü X8, anası 1958-ci il təvəllüdlü X2. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən əlillik vəqisənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir, o, həmin qərarla 18:40-da tanış olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Pirəzə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 89 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Ağzıbir kəndi ərazisində Pirəzə bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsindən kəsmiş olduğu 9 ədəd söyüd ağacına vurmuş olduğu 2030 manat ziyan ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinə əsasən meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda - beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 259.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyləri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, himayəsində üç azyaşlı övladının olmasını, İİ qrup əlil olmasını, dəymiş zərəri tamamilə ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərək, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran heç bir halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinsin və qazancından dövlət nəfinə 20 % pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar