Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-146/2024 05.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Müdafiəçi Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-ci ildə Ağdaş rayonunun Cüvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Cüvə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda hazırlayıb əldə edərək saxlamışdır. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin aprel ayının sonunda Ağdaş rayonu, Cüvə kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində torpağa əkmiş, həmin toxumlardan inkişaf etmiş 11 (on bir) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 2024-cü ilin iyun ayının sonlarında həmin bitkilərin yarpaqlarının bir hissəsini toplayıb qurudaraq qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 15,19 qram narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb qeyd olunan evdə saxlamış, eləcə də 04 ədəd çətənə (kannabis) bitkilərini kökündən çıxararaq evin dam hissəsində ipdən asmış, 21 iyul 2024cü il tarixdə saat 13:19-da Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində evin həyətyanı sahəsinə saat 13:19-dan saat 14:30-dək keçirilmiş baxış zamanı torpağa əkilmiş 07 ədəd uzunluqları 119 sm-dən 290 sm-dək təmiz çəkisi 10,580 qram yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri, evin damından 04 ədəd uzunluqları 155 sm-dən 175 sm-dək təmiz çəkisi 1365 qram, quru vəziyyətdə əkilibbecərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar olunaraq götürülmüş, həmin tədbirlərin davamı kimi evin yataq otağında baxış keçirilən zaman dolabın üzərindən 04 ədəd kağız bükümlərdə təmiz çəkiləri 0,35 qram, 0,29 qram, 5,60 qram, 2,36 qram, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,59 qram ümumilikdə təmiz çəkisi 15,19 qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 2024-cü ilin aprel ayının ortalarında Ağdaş rayonu, Cüvə kəndi ərazisində piyada hərəkət edən zaman kolluq sahənin kənarında salfetka bükümünün olduğunu görmüşdür. Həmin büküm onun marağına səbəb olduğundan həmin bükümü yerdən götürmüş və açaraq içərisinə baxmışdır. Həmin bükümün içərisində 11 ədəd narkotik vasitə çətənə bitkisinin toxumunun olduğunu görmüşdür. Həmin toxumları özü ilə götürmüş və fərdi yaşayış evinə gəlmişdir. 2024-cü ilin aprel ayının sonlarında həmin çətənə bitkisinin toxumlarının 7 ədədini fərdi yaşayış evinin həyətyanı sahəsindəki kolkosun yanında bir-birilərindən az aralı məsafədə, qalan 4 ədədini isə pomidor şitillərinin arasında torpağa əkmişdir. Həmin toxumlara aqrotexniki qaydada qulluq etmişdir. Daha sonra həmin toxumlar cücərməyə başlamışdır. Yenə də toxumlardan çıxmış çətənə kollarına aqrotexniki qaydada qulluq etmişdir. Pomidor şitillərinin arasında əkdiyi çətənə kolları böyüdüyü üçün şitillərin arasında görsənmiş, buna görə də həmin 4 ədəd çətənə kollarını 2024-cü ilin iyun ayının sonlarında torpaqdan çıxararaq qurudub istifadə etmək üçün fərdi yaşayış evinin damına çıxarmış və orada qurutmaq üçün ipdən asmışdır. Həmin kollar quruduqdan sonra qurumuş yarpaqlardan bir qədər yığaraq istifadəsi üçün kağız bükümlərə bükmüş və yataq otağındakı dolaba qoymuşdur. Həmin bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananın üzərindən müəyyən qədər götürüb istifadə də etmişdir. Həmçinin kollardan gələcəkdə əkmək üçün toxumlar da yığmışdır. 21 iyul 2024cü il tarixdə saat təxminən 13:19 radələrində fərdi yaşayış evinin qarşısında olan zaman Ağdaş RPŞ-nin əməkdaşları yanına gəlmiş və onun yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkməkdə, həmçinin evində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirərək fərdi yaşayış evinə və onun həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər, o, razılaşmış və fərdi yaşayış evinin həyətyanı sahəsində çətənə kolları əkdiyini deyərək kolları təqdim edəcəyini bildirmişdir. Bundan sonra həyətyanı sahəsinə daxil olunmuş və çətənə kollarını təqdim etmişdir. Təqdim etdiyi çətənə kollarının sayı 07 ədəd olmuşdur. Bundan sonra həmin bitkilərə aqronom tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin spesifik qoxusunun da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və 07 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 119 sm və ən böyününün uzunluğunun 290 sm olması müəyyən edilmişdir. Bundan sonra fərdi yaşayış evində də narkotik vasitə olduğunu bildirilmiş, fərdi yaşayış evinin yataq otağına daxil olmuşlar, yataq otağında olan dolabdan 1 ədəd şüşə qabı təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı dolabdan 01 ədəd üzərində yeni il bəzəkləri olan hədiyyə qutusunu divanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı dolabın üzərindən 01 ədəd yaşıl rəngli dəmir qabı, 01 ədəd ağ rəngli qutunu və 01 ədəd qırmızı rəngli kiçik qabı da divanın üzərinə qoymuşdur. Təhqiqatçı yaşıl rəngli dəmir qabın içərisini açmış və oradan kibrit qutuları olduğunu müəyyən etmişdir. Təhqiqatçı kibrit qutularının içərisinə baxan zaman heç nə aşkar etməmişdir. Daha sonra digər bükümlər təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, 1-ci bükümün çəkisi 4,12 qram, 2-ci bükümün çəkisi 2,48 qram olmuşdur. Daha sonra təhqiqatçı üzərində yeni il bəzəkləri olan hədiyyə qutusunun içərisində olan 1 ədəd sellofan bükümü elektron tərəzidə çəkmişdir. Həmin bükümün çəkisinin 7,45 qram olduğu müəyyən edilmişdir. Daha sonra yeni il hədiyyə qutusunun içərisində olan qurudulmuş marixuanalar təhqiqatçı tərəfindən ağ kağıza yığılmış və elektron tərəzidə çəkilmişdir. Çəkisinin 12,05 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər də təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılmışdır. Bundan sonra şüşə qabın içərisində olan qurudulmuş marixuana da təhqiqatçı tərəfindən kağıza yığılaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 2,04 qram olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı həmin şüşə qabda olan qızılı rəngli kağızdakı qurudulmuş marixuananı da elektron tərəzidə çəkmiş, çəkisinin 0,78 qram olması müəyyən olunmuşdur. Təhqiqatçı tərəfindən həmin bükümlər də kağız zərfə qablaşdırılmışdır. Bundan başqa fərdi yaşayış evinin dam yerində də narkotik vasitə çətənə kollarının olduğunu bildirmişdir. Bundan sonra dam yerinə çıxmış və orada ipdən asdığı 4 ədəd qurumuş vəziyyətdə olan çətənə bitkisinin kollarını təqdim etmişdir. Həmin kollar təhqiqatçı tərəfindən götürülmüş və uzunluqları ölçülmüşdür. Ən kiçiyinin uzunluğu 155 sm, ən böyüyünün uzunluğu isə 175 sm olduğu müəyyən edilmişdir. Həmin çətənə kolları təhqiqatçı tərəfindən kisəyə yığılmış, Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin həmin kisə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,545 qram olması müəyyən edilmişdir. Daha sonra o, Ağdaş RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Üzərində qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının və yaşlı anasının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona köməklik edib yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafı ilə yanaşı, ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni şahidlərin ifadələri, ekspertiza rəyləri, videogörüntü və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağdaş RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, həmçinin yaşadığı ünvanda narkotik vasitələr saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə edilmiş və məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. 21 iyul 2024-cü il tarixdə saat 13:19 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Cüvə kəndi ərazisində yerləşən evinin qarşısına gəlinmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evinin qarşısında olmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi, həmçinin yaşadığı ünvanda narkotik vasitələr saxlayıb-saxlamamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da Ağdaş rayon Cüvə kəndi ərazisində yerləşən evinin həyətində narkotik tərkibli çətənə çətənə bitkisi əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə evinin həyətinə daxil olunmuş və göstərdiyi yol ilə hərəkətə davam etdikdən sonra tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kollarını əkdiyi yerə çatmışdır. Həmin yerdə bir-birindən müəyyən aralıqda əkilmiş ümumilikdə 7 ədəd çətənə bitkisi kolları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkilərə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilərə aqronom tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və 05 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 119 sm və ən böyününün uzunluğunun 290 sm olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamamasını soruşmuş, Təqsirləndirilən şəxs da evində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin yataq otağına daxil olunmuşdur. Təqsirləndirilən şəxs dolabdan 1 ədəd şüşə qabı təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra dolabda olan 01 ədəd üzərində yeni il bəzəkləri olan hədiyyə qutusu divanın üzərinə qoyulmuşdur. Bundan sonra dolabın üzərindən 01 ədəd yaşıl rəngli dəmir qab, 01 ədəd ağ rəngli qutu və 01 ədəd qırmızı rəngli kiçik qab divanın üzərinə qoyulmuşdur. Yaşıl rəngli dəmir qabın içərisindən kibrit qutuları olduğu müəyyən edilmişdir. Kibrit qutularının içərisində heç nə aşkar olunmamışdır. Daha sonra digər bükümlər elektron tərəzidə çəkilmişdir. 1-ci bükümün çəkisi 4,12 qram, 2-ci bükümün çəkisi 2,48 qram olmuşdur. Daha sonra yeni il bəzəkləri olan hədiyyə qutusunun içərisində olan 1 ədəd sellofan büküm elektron tərəzidə çəkilmişdir. Həmin bükümün çəkisinin 7,45 qram olduğu müəyyən edilmişdir. Daha sonra yeni il hədiyyə qutusunun içərisində olan qurudulmuş marixuanalar ağ kağıza yığılmış və elektron tərəzidə çəkilmişdir. Çəkisinin 12,05 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər də kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şüşə qabın içərisində olan qurudulmuş marixuana da kağıza yığılaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 2,04 qram olması müəyyən edilmişdir. Daha sonra həmin şüşə qabda olan qızılı rəngli kağızdakı qurudulmuş marixuana da elektron tərəzidə çəkilmiş, çəkisinin 0,78 qram olması müəyyən olunmuşdur. Bundan başqa evin dam yerindən 4 ədəd qurumuş vəziyyətdə olan çətənə bitkisi kolları aşkar edilmişdir. Bundan sonra həmin bitki kolları hər biri yerə qoyulmuş və bir daha da, 04 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 155 sm və ən böyüyünün uzunluğunun 175 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 01 ədəd kisəyə qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 1,545 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə aparılaraq şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olubolmamasını soruşmuş və əgər varsa təqdim etməsi bildirilmiş, üzərindən qanunsuz əşya aşkar olunmuşdu. Bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Cüvə kəndi ərazisində yerləşən evinin həyətində narkotik tərkibli çətənə çətənə bitkisi əkdiyini və həmin bitkiləri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə evinin həyətinə daxil olunmuş və göstərdiyi yol ilə hərəkətə davam etdikdən sonra tərkibində narkotik maddələr olan narkotik vasitəyə bənzər bitki kollarını əkdiyi yerə çatmışdır. Həmin yerdən müəyyən qədər aralı məsafədə əkilmiş ümumilikdə torpağa 07 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) kolları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bitkiləri əkdiyini, həmin bitkilərə hər gün aqrotexniki qaydada qulluq etdiyini, suladığını və diblərini boşaltdığını bildirmişdir. Bundan sonra həmin bitkilərə aqronom tərəfindən də baxış keçirilmiş və ilkin baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olması, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulanaraq diblərinin boşaldılması, həmçinin həmin bitkinin speksifik qoxusunda da çətənə bitkisinə oxşaması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları torpaqdan çıxarılmış, hər biri yerə qoyulmuş və bir daha da, 05 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 119 sm və ən böyününün uzunluğunun 290 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 01 ədəd sintetik kisəyə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamamasını soruşmuşdur. Təqsirləndirilən şəxs da evində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə yaşadığı evin yataq otağına daxil olunmuşdur. Təqsirləndirilən şəxs dolabdan 1 ədəd şüşə qabı təqdim etmiş və içərisində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra dolabda olan 01 ədəd üzərində yeni il bəzəkləri olan hədiyyə qutusu divanın üzərinə qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs dolabın üzərindən 01 ədəd salfetkada olan narkotik vasitə çətənə bitkisinin toxumunu təqdim etmişdir. Bundan sonra dolabın üzərindən 01 ədəd yaşıl rəngli dəmir qab, 01 ədəd ağ rəngli qutu və 01 ədəd qırmızı rəngli kiçik qab divanın üzərinə qoyulmuşdur. Yaşıl rəngli dəmir qabın içərisindən kibrit qutuları olduğu müəyyən edilmişdir. Kibrit qutularının içərisində heç nə aşkar olunmamışdır. Daha sonra qırmızı rəngli dəmir qab açılmış və içrəsindən 01 ədəd kağız bükümdə, 01 ədəd sellofana bükülmüş kağız bükümdə və 01 ədəd sellofan bükümdə toxumlar aşkar edilmişdir. Bundan sonra həmin toxumlar elektron tərəzidə çəkilmişdir. 1-ci bükümün çəkisinin 1,23 qram, 2-ci bükümün çəkisinin 2,14 qram və 3-cü bükümün çəkisinin 0,41 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra digər bükümlər elektron tərəzidə çəkilmişdir. 1-ci bükümün çəkisi 4,12 qram, 2-ci bükümün çəkisi 2,48 qram olmuşdur. Həmin bükümlər də kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yeni il bəzəkləri olan hədiyyə qutusunun içərisində olan 1 ədəd sellofan bükümü elektron tərəzidə çəkilmişdir. Həmin bükümün çəkisinin 7,45 qram olduğu müəyyən edilmişdir. Daha sonra yeni il hədiyyə qutusunun içərisində olan qurudulmuş marixuanalar ağ kağıza yığılmış və elektron tərəzidə çəkilmişdir. Çəkisinin 12,05 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər də kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şüşə qabın içərisində olan qurudulmuş marixuana da kağıza yığılaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 2,04 qram olması müəyyən edilmişdir. Daha sonra həmin şüşə qabda olan qızılı rəngli kağızdakı qurudulmuş marixuana da elektron tərəzidə çəkilmiş, çəkisinin 0,78 qram olması müəyyən olunmuşdur. Həmin bükümlər də kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa evin dam yerindən 4 ədəd qurumuş vəziyyətdə olan çətənə bitkisi kolları aşkar edilmişdir. Bundan sonra həmin bitki kolları hər biri yerə qoyulmuş və bir daha da, 04 ədəd olması müəyyən edilmişdir. Bundan sonra həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülmüş və tərkibində narkotik maddələr olan bitkinin ən kiçiyinin uzunluğunun 155 sm və ən böyüyünün uzunluğunun 175 sm olması müəyyən edilmişdir. Daha sonra həmin bitki kolları 01 ədəd kisəyə qablaşdırılaraq elektron tərəzidə çəkilmiş və çəkisinin 1,545 qram olması müəyyən edilmişdir. Daha sonra üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan və diskdən görünür ki, həmin tarixdə saat 15:56-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəkilişlə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarışa başlanılmış, Ağdaş RPŞ-nin təhqiqatçısı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək və onu təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və həmin şalvarın sol arxa cibindən 01 ədəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində təhqiqatçı tərəfindən axtarış aparılmış, şəxsi axtarış aparılan zaman yuxarıda göstərilənlərdən başqa üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən 01 ədəd kağız zərfə qablaşdırılmış, üzəri Azərbaycan Respublikası DİN “№ 111” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış yekunlaşmışdır. Şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirak edən şəxslər protokolu imzalamışdır. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilmədi. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 22 iyul 2024-cü il tarixli 3- 16-16-2-17/649 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış kağızda Vət.Təqsirləndirilən şəxs həyətindən aşkar edilmiş 07 ədəd çətənə koluna bənzər kol sözləri, adlar və imzalar olan 01(bir) ədəd sintetik kisənin içərisindəki, 07 (yeddi) ədəd, uzunluqları 180 sm-dən 290-sm dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri 10 kq, 580,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda Vət.Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 04 ədəd qurudulmuş bitki kolu sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 04 (dörd) ədəd, uzunluqları 155 sm-dən 175 sm-dək, quru vəziyyətdə ümumi təmiz çəkiləri 1365,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Zərf 1. 02 ədəd büküm 1) imza Təqsirləndirilən şəxs yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,35 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanandır. Tədqiqata təqdim olunmuş üzərində Zərf 2 02 ədəd büküm 1) imza Təqsirləndirilən şəxs yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan və 01 (bir) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 5,60 qram, 6,59 qram ümumi təmiz çəkisi 12,19 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində Zərf 3. 02 ədəd büküm.. 1) imza Təqsirləndirilən şəxs yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 2,36 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, ümumilikdə 11 (on bir) ədəd çətənə bitkiləri ilə 05 (beş) ədəd bükümlərdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2024-cü il tarixli 1291 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizə və Fumiqasiya Mərkəzi 1 nömrəli rəyindən görünür ki, Ağdaş rayonu, Cüvə kəndi ərazisindəki həyətyanı sahədə həmin kənd sakini Təqsirləndirilən şəxs tərəfindən əkilmiş 7 ədəd çətənə bitkisi aşkar olunmuşdur. Uzunluğu 119 sm-dən 290 sm-dək olan bu 7 ədəd çətənə bitkisinin dibləri yumşaldılmış, suvarılmış və aqrotexniki qaydada becərilmişdir. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizə və Fumiqasiya Mərkəzi 2 nömrəli rəyindən görünür ki, Ağdaş rayonu, Cüvə kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin çardaq hissəsindən 4 ədəd qurudulmuş çətənə kolu aşkar olunmuşdur. Bu çətənə kollarının boyları və kökləri həyətyanı sahədə əkilmiş çətənə kolları ilə oxşar olduğu üçün, bu bitkilərə də aqrotexniki qulluq olunmuş, dibləri yumşaldılmış və suvarılmışdır. İş materiallarında olan “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 29 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX-nin publik hüquqi şəxsin poliklinika şöbəsində “ruhi-əsəb və narkoloji xəstəliklər üzrə” qeydiyyatda deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 03 avqust 2014-cü il tarixdə doğulmuş X7 və 14 aprel 2016-cı il tarixdə doğulmuş X10 adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Korarx kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 21 avqust 2024-cü il tarixli 253/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi - anası 11 noyabr 1942-ci il təvəllüdlü X2, həyat yoldaşı 19 fevral 1993-cü il təvəllüdlü X9, övladları 03 avqust 2014-cü il təvəllüdlü X8 və 14 aprel 2016-cı il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Korarx kənd inzibati Ərazi Dairəsi nümayəndəliyinin verdiyi 21 avqust 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1987-ci ildə Ağdaş rayon Cüvə kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1996-cı ildə həmin məktəbin 9-cu sinfini bitirmişdir. 1998-2000-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. Ailəlidir, iki övladı var. Halhazırda Cüvə kəndində yaşayır və fərdi əməklə məşğul olur. İş materiallarında olan 21 iyul 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması, onun saxlanılaraq azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 21 iyul 2024-cü il tarixdə saat 13:19-dan hesablanmışdır. İş materiallarında olan 23 iyul 2024-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi və MSY-dən azad etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23 iyul 2024-cü il tarixdə saat 10:50-də “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağdaş RPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan iş üzrə verilmiş əməliyyat taşırığına verilmiş cavabdan görünür ki, Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitə qurudulmuş marixuananı həyətində əkdiyi çətənə kollarınından qurudub əldə etməsi müəyyən edilmiş, lakin narkotik vasitələrin toxumunu naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, onun hər hansı şəxslərlə əlbir olması müəyyən olunamamış, o qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmiş, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün evində saxlamışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrdə göstərilən cinayət əməllər törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, həmçinin cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 №-li qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxslərə təyin edilən cəzalar Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, barəsində müəyyən edilmiş yuxarıda qeyd edilən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş hədd daxilində real çəkilməli olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə 4 gün hesabı ilə hesablanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş mülki iddia yoxdur. İş üzrə maddi sübutlar - Ağdaş Rayon Polis Şöbəsinin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 10,579,86 qram qalığı, 04 (dörd) ədəd quru vəziyyətdə çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 1364,92 qram qalığı, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 15,09 qram qalığı, ümumi təmiz çəkisi 2,59 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs evində baxış keçirilən zaman və üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2024-cü il tarixdən 23 iyul 2024-cü il kimi tarixə kimi şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzasının iki günə dörd gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, icazə olmadan yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın icrası yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Ağdaş Rayon Polis Şöbəsinin Maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş 07 (yeddi) ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 10,579,86 qram qalığı, 04 (dörd) ədəd quru vəziyyətdə çətənə (kannabis) bitkilərinin ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 1364,92 qram qalığı, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 15,09 qram qalığı, ümumi təmiz çəkisi 2,59 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs evində baxış keçirilən zaman və üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi-məhkəmə ekspertizasının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №1(014)-146/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-146/2024
05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver