Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-148/2021 08.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1993-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, X4 müştəri xidmətləri şöbəsində əməliyyatçı işləyən, məhkum olunmamış, Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsi 12 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 06 noyabr 2021-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X6 COVİD-19” infeksiyasının yoluxması ilə bağlı verdiyi testin nəticəsi pozitiv olduqdan sonra 22 avqust 2021-ci il tarixdə, saat 08:03 radələrində onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X7 həkimi Nüşabə Ələsgərova istifadəsində olan ***-***-**-** saylı nömərədən zəng edilərək 21 avqust 2021-ci il tarixdə COVİD-19 pandemiyasının yoxlanılması məqsədi ilə verdiyi testin nəticəsinin pozitiv olması barədə məlumat verilmiş, bundan sonra yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə COVİD-19 infeksiyasına yoluxduqdan sonra yaşayış yerini tərk etməməli olduğu halda, təcrid olunma qaydalarına əməl etməmiş, yəni “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 161 nömrəli qərarının 4.5.5 və 4-1.2-ci bəndlərinin tələblərini pozaraq 22 avqust 2021-ci il tarixdə, səhər saat 08:03 radələrində yaşayış yerini tərk edərək Bərdə şəhərində yerləşən Avtmobil satış bazarına, oradan da Göyçay şəhərinə getməklə müəyyən olunmuş epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 12:15 dəqiqədə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində evdə müalicə alan koronavirus xəstələrinin vəziyyətinə dair keçirilən reyd zamanı yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxduğu halda, xüsusi karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 2018-ci ilin fevral ayının 12-dən Azəpoçt MMC-nin Ağdaş filialında bank əməliyyatçısı işlədiyini, 21 avqust 2021-ci il tarixdə Ağdaş RMX X6 COVİD- 19 pandemiyasının yoxlanması məqsədi ilə analiz verdiyini, 22 avqust 2021-ci il tarixdə, səhər 07:40 radələrində özü, atası və bibisi oğlu X3 ilə birlikdə Turalın avtomobili ilə Bərdə rayonunda yerləşən avtomobil satış bazarına gedəsi olduqlarını, həmin vaxt Ağdaş rayon Zeynəddin kənd ərazisinə çatanda istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə sonradan adını bildiyi ***-***-**-** saylı mobil nömərinin sahibi Nüşabə adlı həkimin zəng edərək ona “COVİD-19 pandemiyasının yoxlanması məqsədi ilə verdiyi nizanalizin nəticəsi “pozitiv”-dir, siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz, karantin rejmini pozduğunuz təqdirdə Azərbaycan Respublikası İXM-də və CM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz” dediyini, özünün də Nüşabə həkimə “mən artıq yaşadığım evi tərk etmişəm, siz mənə dediniz ki, verdiyiniz testin cavabı 1-2 gün sonra bilinəcək, mən də sizə dedim ki, işə gedə bilərəmmi, siz də mənə dediniz ki, get, mən də buna görə yaşadığım evi tərk etmişəm” dediyini, həmin zaman Nüşabə həkimin ona “artıq cavab çıxıbdır, evə qayıt” dediyini, lakin buna baxmayraq Yevlax rayon ərizisindən keçib Bərdə rayonunda yerləşən avtomobil satış bazarına getdiyini, daha sonra da oradan şəxsi işi ilə bağlı Göyçay rayonuna gedib, həmin gün günorta 12:15 radələrində evə gələndə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının küçədə dayandıqlarını gördüyünü, daha sonra da ona “haradan gəlirsən” dedikləini, həmin zaman “Bərdə rayonunda yerləşən avtomobil satış bazarından gəlirəm” dediyini, həmçinin həmin zaman onun danışığını videogörüntüyə aldıqlarını, həmçinin ona SMS gəlib-gəlmədiyini soruşduqlarını, özünün də onlara “mənə SMS gəlməyib, sadəcə olaraq mənə xəstəxanadan Nüşabə adlı həkim zəng edərək məlumat veribdir, lakin mən yaşadığım evi artıq tərk etmişdim” dediyini, bundan sonra həmin vaxt orada protokol tərtib olunduğunu və yaşadığı evin həyətinə girməyini tələb etdiklərini, özünün də yaşadığı evin həyətinə girdikdən sonra 14 gün müddət ərzində yaşadığı evi tərk etmədiyini bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində 22 avqust 2021-ci il tarixdə, günorta radələrində Ağdaş RPŞ-nin İTB-nin sahə polis nəfərləri, polis baş serjantı Şahid1 və polis serjantı Rəvan Mürsəliyev ilə birlikdə Ağdaş şəhərində inzibati sahədə olduğunu, həmin gün səhər radələrində COVİD-19 xəstəsi kimi rəsmi qeydiyyatda olan Ağdaş şəhəri, L.Məmmədbəyov küçəsində yaşayan Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq yaşadığı evdə olmadığını, həmin gün saat 12:15 radələrində yaşadığı ünvana “Mersedes” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldiyini gördüklərini, bundan sonra özü tərəfindən yuxarıda adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə sonuncunun karantin rejimi qaydalarını pozaraq 22 avqust 2021-ci il tarixdə, saat 12:15 radələrində yaşadığı evi tərk edərək evdə mülaciə olunmalı olduğu halda, Bərdə rayonuna “Avtomobil satış bazarına” getməsi aşkar olunduğuna görə protokol tərtib edildiyini, protokolun əməkdaşlar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs aşkar olunduğu yerdə fotoşəkilləri çəkildiyini, həmçinin videoçəkiliş aparıldığını, bundan sonra İbrahimin barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün raportla Ağdaş RPŞ-nin rəhbərliyinə müraciət etdiyin bildirdi. İş üzrə Şahid1 Faxrəddin oğlu məhkəmə iclasında Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun oğlu olduğunu, 22 avqust 2021-ci il tarixdə, saat 07:40 radələrində özü, oğlu İbrahim və bacısı oğlu Turalla birlikdə Turala məxsus “Mersedes Benz C240” minik markalı **-VU-*** dövlət qeydiyyat avtomobili ilə Turalın avtomobilini satmaq üçün Bərdə rayonunda yerləşən avtomobil satış bazarına gedəsi olduqlarını, daha sonra Yevlax rayon ərizisindən keçib Bərdə rayonunda yerləşən avtomobil satış bazarına getdiklərini, bundan sonra da oradan şəxsi işləri ilə bağlı Göyçay rayonuna gedib, həmin gün günorta 12:15 radələrində qayıdıb evə gələndə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının küçədə dayandığını gördüyünü, daha sonra da polis əməkdaşının İbrahimdən haradan gəldiyini soruşduğunu, İbrahim də polis əməkdaşına “Bərdə rayonunda yerləşən avtomobil satış bazarından gəlirəm” dediyini, həmçinin həmin zaman İbrahimin danışığını videogörüntüyə aldıqlarını, həmçinin İbrahimə “sənə SMS gəlmişdirmi” dediklərini, İbrahimin də polis əməkdaşına “mənə SMS gəlməyib, sadəcə olaraq mənə xəstəxanadan Nüşabə adlı həkim zəng edərək məlumat veribdir, lakin mən yaşadığım evi artıq tərk etmişdim” dediyini, bundan sonra orada protokol tərtib olunduğunu, lakin həmin protokola İbrahimin imza etmədiyini, İbrahimin fotoşəkili çəkildiyini və onun yaşadığı evin həyətinə girməyini tələb etdiklərini, İbrahim də də yaşadıqları evin həyətinə girdikdən sonra 14 gün müddət ərzində yaşadığı evi tərk etmədiyini bildirdi. İş üzrə şahid X2 ibtidai istintaq zamanı ifadəsində Ağdaş rayon xəstəxanasının TTTY-nin müdiri vəzifəsində işlədiyini, pandemiya ilə əlaqədar vətəndaşlardan COVİD-19 test nümunələrinin götürülməsinin onlara həvalə olunduğunu, bununla əlaqədar onlara müraciət edən vətəndaşlardan test nümunəsi götürdüklərini və nəticəsinin müəyyən edilməsi üçün müvafiq labaratoriyaya göndərdiklərini, həmçinin vətəndaşların test verən zaman onların ünvanını və əlaqə nömrəsini qeyd etdiklərini və testin nəticələri çıxdığı zaman onlarla əlaqə saxlayıb lazımi məlumat verdiklərini, onları ilkin olaraq təlimatlandırdıqlarını, daha sonra evdə müalicə alan xəstələrin müayinəsi və onların səhhətinin diqqət mərkəzində saxlanması üçün həmin şəxsin adını və ünvanını Ailə sağlamlıq mərkəzinə (ASM) və həmin şəxlərin karantin rejimi qaydalarını pozmasının nəzarət edilməsi üçün Ağdaş RPŞ-nə göndərdiklərini, bundan əlavə testin nəticələri pozitiv çıxmış şəxslərin evlərinin dizinfeksiya edilməsi üçün GEM-ə də məlumat verildiyini, 21 avqust 2021-ci il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs COVİD-19 pandemiyasının yoxlanılması ilə bağlı test verməyə gəldiyini və özünü narahat hiss etdiyini bildirdiyini, Təqsirləndirilən şəxs test nümunəsi götürdüklərini, bundan sonra Təqsirləndirilən şəxs götürülmüş testin nəticələrini laboratoriyaya göndərdiklərini, həmin gün yəni 21 avqust 2021-ci il tarixdə laboratoriyadan testin nəticələri gəldiyini və nəticələrə əsasən Təqsirləndirilən şəxs COVİD-19 virus infeksiyası olduğu aşkar edildiyini, 22 avqust 2021-ci il tarixdə, saat 08:03-də özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxsla əlaqə saxlamaq üçün xəstəxanada qoyduğu ***-***-**-** saylı mobil nömrəyə zəng etdiyini və ona testin nəticəsinin pozitiv olduğunu və 14 gün ərzində yaşayış yerini tərk etməməyini, müalicəsi ilə bağlı ASM tərəfindən onunla əlaqə saxlanılacağını bildirdiyini, həmçinin İbrahimə evdə müalicə aldığı təqdirdə yaşadığı yeri tərk etməməyini, əks halda cinayət və ya inzibati məsuliyyət daşıyacağını izah etdiyini, lakin bu zaman Təqsirləndirilən şəxs ona Ağdaş rayon ərazisində olduğunu və Bərdə rayonunda yerləşən avtomobil satış bazarına getdiyini bildirdiyini, özünün də İbrahimə “evə qayıdın, yaşadığınız evi tərk etməyin” dediyini bildirmişdir. «Ağdaş Rayon Mərkəzi Xəstəxanası» X8 tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli 1225 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun 21.08.2021-ci il tarixdə Ağdaş RMX-da COVİD-19 infeksiyasına görə analiz alınmış, 21.08.2021-ci il tarixdə nəticə pozitiv olduğu üçün 22.08.2021-ci il tarixdə saat 08:03-də həkim Nüşabə Hacıyeva tərəfindən Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, bu haqda məlumat verilmişdir. 22.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ev şəraitində “14 gün evdə fərdi təcridə” müşahidəyə götürülmüşdür. Təqsirləndirilən şəxs bu barədə iltizam vermişdir. X9 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs X4 müştəri xidmətləri şöbəsində əməliyyatçı işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cavanlığını, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və iş yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində cərimə cəzası təyin etməyi məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cərimə cəzası təyin etmək qənaətinə gələrkən onun hazırda X4 müştəri xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində işlədiyini, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər cəzalar tətbiq ediləcəyi təqirdə iş yerini itircəyini və bunun ailəsinin həyat şəraitinə mənfi təsir edəcəyini əsas götürür. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib iki min beş yüz manat cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-148/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-148/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver