Məhkəmə qərarları › İş №1(014)-149/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-149/2022

28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-149/2022 28.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Dövlət ittihamçısı Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, evli, işləməyən, Ağdaş şəhəri, M.İsayev küçəsi, ev 20-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1 (bir) ədəd üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində 5 (beş) ədəd, hər birində təsir maddəsi 0,04 qram olan, ümumilikdə təsir maddəsi 0,2 qram olan qəhvəyi rəngli dairəvi formalı həblərdə narkotik vasitə metadonu əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 1 ünvanında saxlanıldıqdan sonra həmin tarixdə saat 15:35-dən 15:48-dək həmin evin həyətində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd üzərində “Methadone-40” göstəricisi olan konvalyut kəsiyində 5 (beş) ədəd, hər birində təsir maddəsi 0,04 qram olan, ümumilikdə təsir maddəsi 0,2 qram olan qəhvəyi rəngli dairəvi formalı həblərdə eyni tərkibli narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində bildirmişdir ki, yaxın qohumlarının heç bir ruhiəsəb xəstəliyi yoxdur. Lakin əsəb xəstəliyi vardır və bu səbəblə də “metadon” adlı dərmanın həblərindən istifadə edir. Həmin həblərdən əsəbləri gərgin olan zaman istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində yaşadığı evin qarşısında olmuş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq üzərində narkotik vasitə saxlamağı və istifadə etməyi barədə onlarda məlumat olmasını bildirmişlər və onun üzərinə şəxsi axtarış, evinə isə baxış keçiriləcəyini söyləmişlər. O da onlara etiraz etməmişdir. Sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra isə yaşadığı evin həyətində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqan və 1 ədəd üzərinə “Vegas” yazılmış siqaret qutusu, şalvarın sağ cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd 20 manatlıq pul əsginası və üzərinə “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan 1 ədəd dərman listi aşkar edilmişdir. Həmin dərmanın özü istifadə etmək üçün əsəb dərmanı olmasını və əsəbləri gərginləşən zaman qəbul etdiyini söyləmişdir. Daha sonra üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 2 ədəd siqaret dənəsi aşkar edilmişdir. Üzərindən aşkar edilmiş üzərinə “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan 1 ədəd dərman listi iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. Daha sonra üzərindən aşkar edilmiş digər əşyalar onun özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmışdır. Protokol tərtib olunmuş, o və digər proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etmişlər. Bundan sonra yaşadığı evin həyətinə və evə müdaifəçinin işitrakı ilə axtarış keçirilmiş, axtarış zamanı isə yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş, o və digər proses iştirakçıları heç bir şikayətləri olmadığından protokola imza etmişlər. Üzərindən aşkar edilmiş “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan dərman listini təxminən bir ay əvvəl Ağdaş şəhəri Kolxoz bazarından yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən şahid qismində dindirilmiş Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitələri saxlaması və qəbul etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərəfindən həmin tarixdə raportla rəhbərliyə məruzə olunduqdan sonra müvafiq sənədləşmə işləri aparılmışdır. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Ağdaş RPŞ-nin İTB-in sahə rəisi polis baş leytenantı Şahid2 ilə birlikdə Elgizin yaşadığı ünvan 3 ünvanın qarşısına getmişlər. Həmin zaman Elgiz yaşadığı evin həyət qapısının qarşısında olmuş, həmin zaman ona özlərini təqdim edərək Elgizə üzərində və yaşadığı ünvanda narkotik vasitələri saxlaması və qəbul etməsi barədə onlarda məlumat olduğunu və bu səbəblə də onun üzərində şəxsi axtarış, evində isə axtarış keçirəcəklərini bildirmişlər. Həmçinin onun evinə axtarış aparmaları ilə bağlı Ağdaş Rayon Məhkəməsinin qərarı ilə onu tanış etmişlər. Bundan sonra Elgiz də buna heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Elgizə təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin edilərək şübhəli şəxs qismində tutulmuş və onun üzərinə yaşadığı evin həyətində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elgizin əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqan və 1 ədəd üzərinə “Vegas” yazılmış siqaret qutusu, şalvarın sağ cibindən isə Elgizə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd 20 manatlıq pul əsginası və üzərinə “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan 1 ədəd dərman listi aşkar edilmişdir. Elgiz həmin dərmanın özü istifadə etmək üçün əsəb dərmanı olmasını və əsəbləri gərginləşən zaman qəbul etdiyini söyləmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 2 ədəd siqaret dənəsi aşkar edilmişdir. Aşkar edilmiş üzərinə “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan 1 ədəd dərman listi iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmişlər. Daha sonra aşkar edilmiş digər əşyaları Elgizin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, protokol tərtib olunmuş və proses iştirakçıları heç bir şikayət olmadığından protokola imza etmişlər. Məhkəmə iclasında şahid X9 da iş üzrə məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. İşin materiallarında olan iki ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş RPŞ-nin əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə yaşadığı evin həyətində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elgizin əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqan və 1 ədəd üzərinə “Vegas” yazılmış siqaret qutusu, şalvarın sağ cibindən isə Elgizə məxsus şəxsiyyət vəsiqəsi, 1 ədəd 20 manatlıq pul əsginası və üzərinə “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan 1 ədəd dərman listi aşkar edilmiş, Elgiz həmin dərmanı özü istifadə etmək üçün əsəb dərmanı olmasını və əsəbləri gərginləşən zaman qəbul etdiyini söyləmiş, sonra onun üzərindən aşkar edilmiş siqaret qutusu açılmış və içərisindən 2 ədəd siqaret dənəsi aşkar edilmiş, aşkar edilmiş üzərinə “methadon 40” sözləri yazılmış içərsində 5 ədəd həb olan 1 ədəd dərman listi iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar həmin zərfə imza etmiş, sonra aşkar edilmiş digər əşyalar Elgizin özünə qaytarılmış, Şəxsi axtarış zamanı video çəkiliş aparılmış, həmçinin Elgizin yaşadığı evin həyətinə və evə müdaifəçinin işitrakı ilə axtarış keçirilmiş, axtarış zamanı isə yaşadığı evdən iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2022-ci il tarixli, 6/2680 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №111 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə üzərində “Methadone- 40” göstəricisi olan bir ədəd konvalyut kəsiyində 5 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 0,2 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1725 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan metadondan epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12.111.2022-ci il tarixli tələbnamədən görünür ki, Yaroslavl Şəhər Lenin Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-in 228-1 maddəsinin 2 hissəsinin, A,B bəndi, 228-1 maddəsinin 2 hissəsinin A bəndi , 228-1 maddəsinin 2 hissəsinin A, B bəndi, 30 maddəsinin 1 hissəsi, 228-1 maddəsinin 2 hissəsinin B bəndi, 66 maddəsinin 2 hissəsinin, 30 maddəsinin 1 hissəsi , 228-1 maddəsinin 3 hissəsinin Q bəndi, 66 maddəsinin 2 hissəsi, 69 maddəsinin 3 hissəsi təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Yaroslavl Vilayəti Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Yaroslavl Vilayəti Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə xx.xx.2005-ci il qərarı ləğv edilərək, Yaroslavl Vilayəti Məhkəməsinə baxılması üçün göndərilmiş, Yaroslavl Vilayəti Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 12 ilə endirilmiş, Rubinsk Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 11 (on bir) il 7 (yeddi) aya endirilmişdir. İşin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, №31/96 saylı məktubundan görünürki, Rusiya Federasiyasının Yaroslavl Şəhər Lenin Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 1772 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşamaqla ailə tərkibi aşağıdakı şəxslərdən ibarətdir: X1 (xx.xx.1955-ci il təvəllüdlü), X2 (xx.xx.1986-cı il təvəllüdlü), X3, X4 (xx.xx.2019-cu il təvəllüdlü). İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:33də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. İşin materiallarında olan 05 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndinin 2-ci abzasında qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, metadon şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 0,02 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş metadonun miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilirki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, yaşını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar mövcud deyil. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalan 3 ədəd metadon həbləri məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı bir gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət onun cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 3 ədəd metadon həbləri məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya apellyasiya şikayəti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar