Məhkəmə qərarları › İş №1(014)-149/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-149/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-149/2023 10.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin may ayının əvvəllərində Ağdaş rayonu, Maşad kəndi ərazisində yerləşən Maşad kənd qəbristanlığının ərazisindən keçən su kanalının kənarında əkmiş, həmin toxumlardan inkişaf etmiş 7 ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş rayonu, Maşad kəndi ərazisində yerləşən Maşad kənd qəbiristanlğında həmin tarixdə saat 14:47-dən 15:06-dək keçirilmiş baxış zamanı həmin qəbiristanlığın ərazisindən keçən su kanalının kənarından 4 ədədi torpaqda, 3 ədədi isə müxtəlif ölçülü 3 ədəd dibçəkdə uzunluqları 29 sm-dən 109 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 595,0 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində hərdən bir narkotik vasitə olan qurudulmuş marixuana qəbul etdiyini, əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum edildiyini və xx.xx.2022-ci il tarixdə azadlığa çıxdığını, hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini, lakin özü ustalıq edərək ailəsini dolandırdığını, ata evinin ünvan 1ndə yerləşdiyini, lakin özünün hazırda Yuxarı Ləki kəndində yaşadığını, onun ata evinin yaxınlığında Maşad kənd qəbiristanlığı olduğunu, həbsdən çıxandan sonra narkotik vasitə tapmaqda çətinlik çəkdiyini, buna görə də özü istifadə etmək üçün narkotik vasitə əkmək qərarına gəldiyini, lakin bir müddət toxum tapa bilmədiyini, hazırda dəqiq olaraq xatırlamadığı tarixdə, təxminən bir ay əvvəl Ləki qəsəbəsində dəmir yolu vağzalının yaxınlığında küçədə kağız bükümün olmasını gördüyünü, həmin kağız bükümün pul olmasını zənn etdiyi üçün götürdüyünü, bu zaman bükümün içərisində gül toxumuna bənzər toxumların olmasını gördüyünü, sonradan özü araşdıraraq həmin toxumların çətənə bitkisinin toxumları olmasını müəyyən etdiyini, buna görə də həmin toxumları əkmək qərarına gəldiyini, bunun üçün təhlükəsiz yer olaraq qəbiristanlğın ərazisindən keçən su kanalının kənarını seçdiyini, belə ki, orada narkotik tərkibli bitki əkməsindən heç kim şübhələnməyəcəyini və tez-tez qəbiristanlığa gedib-gəlməsini ölmüş qohumlarının ziyarəti kimi qəbul ediləcəyini fikirləşdiyini, təxminən 2023-cü ilin may ayının əvvələrində Maşad kənd qəbristanlığına getdiyini, qəbiristanlığın ərazisindən keçən su kanalının ətrafında bitmiş kolluqların arasında qismən açıq yer gördüyünü və toxumları orada əkmək qərarına gəldiyini, lakin həmin yerin torpağı bərk olduğundan toxumların bitməyəcəyini düşündüyünü, buna görə də qəbiristanlığın digər ərazilərinə baxdığını, bu zaman zibillikdən 3 ədəd dibçək tapdığını, bundan sonra həmin dibçəkləri də götürərək əvvəl gördüyü yerə, yəni su kanalının kənarında olan kolluq əraziyə gəldiyini, daha sonra hər dibçəkdə bir toxum əkdiyini, lakin 4 ədəd toxum qaldığını, buna görə də qalan toxumları da nagüman şəkildə torpağa əkdiyini, bundan sonra tez-tez gəlib toxumlara baxdığını və suvardığını, bir neçə gündən sonra bütün toxumların bitməsini gördüyünü, bundan sonra onların diblərini yumuşaltdığını, alaq otlarını təmizlədiyini, xx.xx.2023-cü il tarixdə təxminən saat 14 radələrində yaxınlıqda heç kimin olmamasından istifadə edərək qəbiristanlığa gedərək əkdiyi çətənə bitkilərinə baxdığını, daha sonra geri qayıtdığını, qəbiristanlığın giriş qapısının qarşısında olan zaman iki nəfər şəxsin ona yaxınlaşdığını, həmin şəxslərin ona Ağdaş rayon Polis şöbəsinin əməkdaşları olduqarını bildirərək orada nə axtardığını soruşduqlarnı, həmin vaxt həyəcanlanaraq özünü itirdiyini, bundan sonra həmin şəxslərin ona yaxınlaşaraq Ağdaş rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini, həmçinin ona tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərməsi barədə onlarda əməliyyat məlumatının olmasını bildirdiklərini, onun da polis əməkdaşlarına həqiqətən də narkotik tərkibli bitki əkdiyini bildirdiyini, daha sonra bu barədə digər polis əməkdaşlarına məlumat verdiyini, bundan bir neçə dəqiqə sonra digər polis əməkdaşı və sonradan aqranom olmasını bildiyi mülki geyimli şəxsin həmin yerə gəldiyini, onun narkotik tərkibli bitkiləri əkdiyi yerə videoçəkiliş vasitəsi ilə baxış keçirildiyini, baxış zamanı aqranomun həmin bitkilərə baxış keçirərək bitkilərin hər birinə aqrotexniki qaydada qulluq edilməsini bildirdiyini, daha sonra həmin bitkilərin hər birinin kökündən çıxarılaraq ölçüldüyünü, ən kiçiyinin hündürlüyünün 29 sm, ən böyüyünün hündürlüyünün isə 109 sm olduğunu, daha sonra həmin bitkilərin kisədə qablaşdırıldığını və üzərinə möhür vurulduğunu, daha sonra polis əməkdaşları ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon Polis şöbəsində ona müdafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, özünün də maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra ona vəkillərin siyahısının verildiyini, özünün də əvvəllər tanıdığı Ehtibar Abdullayevin onun hüquqlarını müdafiə etməsini istədiyini, sonra ona müdafiəçi təyin edilərək şübhəli şəxs qismində tutulduğunu, daha sonra onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən özünə məxsus əşyaların aşkar edildiyini, həmin vaxt üzərindən qanunsuz olaraq saxlanılmış hər hansı əşya və ya predmet aşkar edilmədiyini, daha sonra üzərindən aşkar edilmiş əşyaların özünə qaytarıldığını, şəxsi axtarışın başa çatdığını, bu barədə protokol tərtib edildiyini və tərəflərindən imzalandığını, narkotik tərkibli çətənə (kannabis) bitkisini hazırda dəqiq olaraq xatırlamadığı tarixdə, təxminən 2023-cü ilin may ayının əvvəllərində Ağdaş rayonu, Maşad kəndində yerləşən Maşad kənd qəbiristanlığında, su kanalının kənarında əkdiyini, həmin bitkiləri əkməkdə məqsədi gələcəkdə həmin bitkinin yarpaqlarından istifadə etmək olduğunu, həmin bitkinin toxumlarını təxminən bir ay əvvəl Ləki qəsəbəsində, dəmir yolu vağzalının yaxınlığında küçədən tapdığını, narkotik tərkibli bitkiləri özünün tək əkdiyini, bu barədə heç kimə məlumat vermədiyini, Ağdaş rayonu, Maşad kəndində yerləşən Maşad kənd qəbiristanlığının ərazisində yerləşən torpaq sahəsinin özünün bildiyinə görə bələdiyyəyə məxsus olduğunu, lakin onun həmin torpaq sahəsini zəbt etmək kimi bir niyyəti olmadığını, özünün məqsədinin sadəcə olaraq narkotik tərkibli bitkiləri yetişdirmək olduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ağdaş rayon Polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 13 iyun 2023-cü il tarixdə ona Ağdaş şəhəri, nömrəsiz evdə qeydiyyatda olan Təqsirləndirilən şəxs əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisini əkib-becərməsi və narkotik vasitə istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə onun tərəfindən raportla rayon polis şöbəsinin rəhbərliyinə məruzə olunduğunu, tərəfindən müvafiq sənədləşmələr aparıldığını, bundan sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradıldığını, Ağdaş rayon Polis şöbəsinin X1 sahə polis nəfəri Şahid2 əməliyyat qrupuna daxil edildiyini, daha sonra həmin gün təxminən saat 14:40 radələrində Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib-becərdiyi yerdə olması barədə məxfi mənbədən məlumatın daxil olduğunu, buna görə də Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz olaraq əkib becərdiyi Ağdaş rayonu, Maşad kəndi ərazisində yerləşən kənd qəbiristanlığına getdiyini, həmin vaxt Təqsirləndirilən şəxs həmin qəbiristanlıqda olduğunu gördüyünü, İsmayılovun qəbiristanlıq ərazisində başqa bir yerdə tərkibində narkotik tərkibli bitkilər əkib-becərməsinin öyrənilməsi üçün onun hərəkətlərini izlədiyini, Təqsirləndirilən şəxs qaəbiristanlıq ərazidən keçən su kanalının kənarında əkmiş olduğu tərkibində narkotik maddələr olan çətənə bitkilərinə baxdıqdan sonra qəbiristanlıq ərazisi ilə getməsini gördüyünü, Təqsirləndirilən şəxs qəbiristanlıqdan çıxaraq getməsini gördükləri üçün Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdiklərini, daha sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib-becərməsi, həmçinin narkotik vasitə istifadə etməsi barədə rayon Polis şöbəsinə məlumat daxil olmasını bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs həqiqətən də narkotik tərkibli bitkiləri əkibbecərdiyini bildirdiyini, daha sonra bu barədə rəhbərliyə məruzə etdiyini və müvafiq sənədləşmələrin aparılması üçün təhqiqatçını və həmin bitki kollarına baxaraq müvafiq rəy verməsi üçün aqronomu dəvət etdiyini, bundan sonra videoçəkiliş vasitəsi ilə həmin yerə baxış keçirildiyini, aqronomun həmin bitki kollarına baxaraq qeyd edilən yerdə əkilmiş bitki kollarına aqrotexniki qaydada qulluq edildiyini bildirdiyini, daha sonra həmin bitkilərin kökündən çıxarıldığını, daha sonra həmin bitkilərin sayıldığını və həmin yerdə 3 ədədi dibçəkdə və 4 ədədi torpaqda olan əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisininin olmasının aşkar olunduğunu, bundan sonra həmin bitkilərin uzunluğunun metrə vasitəsi ilə ölçüldüyünü və ən kiçiyinin uzunluğunun 29 sm, ən böyüyünün uzunluğunun isə 109 sm olduğunu, bundan sonra həmin bitkilərin müvafiq ekspertizanın təyin edilməsi üçün kisədə qablaşdırıldığını və üzərinə DİN-in 111 nömrəli möhürü vurulduğunu, baxışın keçirilməsinə dair protokol tərtib edildiyini, protokolu imzaladığını, baxışın videoçəkiliş vasitəsi ilə aparıldığını, daha sonra Təqsirləndirilən şəxs ilə birlikdə Ağdaş rayon Polis şöbəsinə gəldiyini, rayon Polis şöbəsində Təqsirləndirilən şəxs müadafiəçi ilə təmin edilmək hüququnun izah edildiyini, Təqsirləndirilən şəxs da maddi imkanın olmadığı üçün dövlət hesabına müdafiəçi ilə təmin edilmək istədiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs Ağdaş və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısının təqdim edildiyini, Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq əvvəllər tanıdığı X2 onun müdafiəçisi olmasını istədiyini bildirdiyini, bundan sonra təhqiqatçı tərəfindən bu barədə qərar qəbul edildiyini, X6 rayon Polis şöbəsinə dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edildiyini, bundan sonra Təqsirləndirilən şəxs dərhal şübhəli şəxs qismində tutulduğunu və üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış başladıqdan sonra Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin izah edildiyini, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etdiyini, bundan sonra həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd plastik ətir qabı, həmin şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu və alışqan, 3 ədəd 20 qəpik və 1 ədəd 10 qəpik, həmin şalvarın sol arxa cibindən 6 ədəd 1 manatlıq pul əskinası, sağ arxa cibindən isə 1 ədəd əl dəsmalını masanın üzərinə qoyaraq təqdim etdiyini, bundan sonra təhqiqatçının Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış apardığını, lakin Təqsirləndirilən şəxs üzərindən qeyd edilənlərdən başqa hər hansı əşya aşkar edilmədiyini və götürülmədiyini, sonra şəxsi axtarışın başa çatdığını, şəxsi axtarışın videoçəkiliş vasitəsi ilə qeydə alındığını və protokol tərtib edildiyini, həmin protokolu imzaladığını, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Maşad kəndi ərazisində yerləşən Maşad qəbiristanlığında konkret olaraq 7 ədəd narkotik tərkibli bitki kolları əkdiyini, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə bağlı məlumatlar daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 da iş üzrə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edən analoji ifadə vermişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış Ağdaş rayonu, Maşad kəndi ərazisində yerləşən Maşad kənd qəbiristanlığından keçən su kanalının kənarında aparılmış, Təqsirləndirilən şəxs həmin yerdə 3 ədədi 3 ədəd dibçəkdə və 4 ədədi torpaqda əkdiyi 7 ədəd uzunluqları 29 sm-dən 109 sm-dək olan çətənə (kannabis) bitkisinə oxşar bitkilər kökündən çıxarılmış, 1 ədəd içi boş kisəyə qablaşdırılmış, üzərinə DİN-in 111 nömrəli möhürü vurulmuşdur. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağdaş rayon Polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış başladıqdan sonra Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş hüquq və vəzifələri izah edilmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları bir-bir masanın üzərinə qoyaraq təqdim etməsini təklif etmiş, bundan sonra həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd plastik ətir qabı, həmin şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu və alışqan, 3 ədəd 20 qəpik və 1 ədəd 10 qəpik, həmin şalvarın sol arxa cibindən 6 ədəd 1 manatlıq pul əskinası, sağ arxa cibindən isə 1 ədəd əl dəsmalını masanın üzərinə qoyaraq təqdim etmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən qeyd edilənlərdən başqa hər hansı əşya aşkar edilməmiş və götürülməmiş, üzərindən aşkar edilmiş əşyalar Təqsirləndirilən şəxs geri qaytarılmış və şəxsi axtarış başa çatmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 17/465 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs qəbiristanlıqda əkib-becərdiyi 7 ədəd bitki.” sözləri, adlar və imzalar olan sintetik kisənin içirəsindəki, uzunluqları 29 sm-dən 109 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 595,0 qram olan 7 (yeddi) ədəd, bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Arif Səmədovun 13 iyun 2023-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1320 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli PHŞ-6-22/2- 949/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4B bəndinə əsasən çəkilməmiş cəzası 6 ay azaldılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-52/2016 saylı, 23 iyun 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2017 saylı, 24 aprel 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-68/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay Rayon Məhkəməsinin 1(014)-63/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Ağdaş Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü üzrə təyin edilmiş 2 il 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 10 ay hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun hesablandıqda 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq qismən bilərşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaarq 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, c/1-1924 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağdaş Rayon Məhkəməsinin 1(014)- 68/2020 saylı xx.xx.2020-ci il tarixli hökmü, Göyçay Rayon Məhkəməsinin 1(046)-63/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən xx.xx.2021-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19 iyun 2023-cü il tarixli 759 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamaqla ailə tərkibi X5, X4 (xx.xx.2009-cu il təvəllüdlü) və X3 (xx.xx.2015-ci il təvəllüdlü) ibarətdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 13 iyun 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 15:35də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin qərarla saat 13:56-da tanış edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, belə işlərə baxılarkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir. Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, habelə şahid ifadələri və ekspertiza rəyi ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalı, onun dəfələrlə məhkum olunması şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Beləliklə, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə maddi sübut kimi tanınmış cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 34 manat 55 qəpik təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdən 15 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün təyin edilmiş cəzadan çıxılsın və qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan, qalıq qalan 7 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar