Məhkəmə qərarları › İş №1(014)-15/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-15/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-15/2022 02.03.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Abuşova Pakizə Müşfiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1997-ci ildə Ağdaş rayonu, Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, X6 İstismar İdarəsinin Ağdaş xidmət sahəsinə təhkim olunmuş "xxxx" İş Mərkəzi MMC-də ictimai əsaslar üzrə çilingər köməkçisi işləyən, məhkum olunmamış, Ağdaş rayonu, Kotavan kəndində qeydiyyatda olan və yaşayan, barəsində 15 noyabr 2021-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixə keçən gecə, saat təxminən 02:00 radələrində Ağdaş rayonu, Kotavan kəndində yaşayan xx.xx.1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ağdaş rayonu, Kotavan kəndində yerləşən yaşayış sahəsinə daş hasardan keçməklə yaşayış evinə evin taxta qapısından qanunsuz daxil olmaqla evdən 400 manat dəyərində 01 ədəd Çin istehsalı olan “Acer” maraklı Aspire E15 model,”Core i3, 500 GB HDD, 4GB DDR3 L “ xüsusiyyətli, qara rəngli işlənmiş notebooku, 595 manat dəyərində 01 ədəd sadə, qaşsız, təxminən 7 qram çəkidə 583 əyarlı rus qızılı olan kişi üzüyünü, 510 manat dəyərində 01 cüt sadə qırmızı qaşlı, təxminən 6 qram çəkidə 583 əyarlı rus qızılı olan qadın sırğasını, 700 manat dəyərində 01 ədəd 5-lik qızıl qəpiyi, hər biri 90 manat dəyərində 02 ədəd yataq dəstini (yorğan üzü, balınc üzü, döşək üzləri), hər biri 20 manat dəyərində 03 ədəd hamam dəsmalını oğurlamış, yəni Zərərçəkmiş şəxs cəmi 2445 manat dəyərində əmlakını gizli olaraq talamışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində Zərərçəkmiş şəxs bacısı X3 həyat yoldaşı Səyavuş Məmmədovun qardaşı olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 17 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində Əlyusif ilə birlikdə qohumlarının toy məclisində iştirak etdiyini, həmin gün toy mərasimində iştirak etdikdən sonra Əlyusifin ailəsi ilə birlikdə Bakı şəhərində qalacaqlarını, evə gəlməyəcəklərini bildiyini, Bakı şəhərindən toydan çıxıb Ağdaş rayonuna yaşadıqları Kotavan kəndinə gəldiyini, Kotavan kəndinə çatanda gecə saat 02:00 radələri olduğunu, tək Əlyusifin yaşadığı evin qarşısından keçəndə Əlyusif ailəsi ilə birlikdə toy mərasimində olduğunu, evdə olmadığını, buna görə pula ehtiyacı olduğu üçün onun evindən oğurluq etmək qərarına gəldiyini, Əlyusifin yaşadığı evin həyətinə, mişar daşlarından ibarət divardan aşaraq keçdiyini, daha sonra isə Əlyusifin yaşadığı evin bağlı taxtdadan ibarət giriş qapısını əli ilə bərk itələyib açdığını, həmin vaxt qapının kilidinin sındığını, daha sonra Əlyusifin yaşadığı evdə axtarış apardığını, pul və digər qızıl əşyaları tapa bilmədikdən sonra onun yaşadığı evin yataq otağında yerləşən şkafın yuxarısından bir ədəd kisədə kompyuter tapdığını, həmin vaxt kompyuterin kisəsini orada qoyduğunu və kompyuteri götürdüyünü və Əlyusifin evini tərk etdiyini, evdən çıxanda pəncərənin birini az açıq qoyub, evin giriş qapısını da örtüb evdən çıxdığını, həmin vaxt onu heç kimin görmədiyini, kompyuteri özü ilə aparıb yaşadığı evdə öz yataq otağında gizlətdiyini, 18 oktyabr 2021-ci il tarixdə, günorta radələrində Ağdaş şəhərində yerləşən tanışı Bayrama zəng etdiyini və ona özündə kompyuter olduğunu onu satdığını, özünə məxsus olduğunu dedediyini, Bayramın da ona gətirməyini baxıb alacağını dediyini, özünün də Bayramın “Lider” mağazasına getdiyini və Bayramın həmin kompyutrerə baxdığını, kompyuteri Bayrama 450 manata satdığını bildirdiyini, lakin Bayramın razı olmadığını, daha sonra kompyuteri qaytarıb özü ilə yaşadığı evə apardığını, kompyuteri qaytarıb aparıb kompyuteri oğurladığı yerinə qoymağı fikirləşdiyini, lakin Əliyusifgilin artıq yaşadıqları evə gəldiklərini gördüyünü, buna görə də kompyuteri satmağı və onun oğurlamağını bilməyəcəklərini fikirləşdiyini, 19 oktyabr 2021-ci il tarixdə, günorta radələrində həmin kompyuteri Bayramın yanına gətirdiyini və ona kompyuterə 270 manat verməyini dediini, Bayramın da həmin kompyuteri ondan alacağını bildirdiyini, Bayrama pula ehtiyacı olduğu üçün kompyuteri satmağını bildirdiyini, Bayrama da kompyuterin özünün olduğunu dediyini, sonra da həmin kompyuteri Bayrama 255 manata satdığını, Zərərçəkmiş şəxs yaşadığı evdən yalnız 01 ədəd “Acer” markalı kompyuter oğurladığını, onu da Bayram adlı şəxsə satdığını və həmin kompyuterində Bayram adlı şəxsdən götürüldüyünü, Əlyusifin evindən başqa heç nə oğurlamadığını, buna baxmayaraq Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam olaraq ödədiyini və onunla barışıq əldə etdiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Kotavan kəndində yerləşən yaşadıqları evdə yalnız özü və həyat yoldaşı X2 yaşadıqlarını, iki övladının olduğunu, övladlarının ikisinin də qız olduğunu, qızının birinin ailəli olduğunu və öz ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşadığını, digər qız övladı Qumru Məmmədovanın isə Mingəçevir şəhərində Tibb Kollecinin 3-cü kursunda oxuduğunu, kənddə yaşadığı evin birmərtəbəli ev olduğunu, evin qabaq hissəsinin şüşəbənd olduğunu, evlərə giriş qapısının taxta qapı olduğunu və qapıların açarla bağlandığını, evin pəncərələrində barmaqlıqlar olmadığını, həyətə giriş qapısının dəmirdən ibarət olduğunu, kənarlarının isə mişar daşlarından ibarət olduğunu, 17 oktyabr 2021-ci il tarixdə, saat təxminən 10:00 radələrində özü və həyat yoldaşı Ananın Bakı şəhərinə toy məclisində iştirak etmək üçün getdiklərini, qızının isə Mingəçevir şəhərindən Bakı şəhərinə toya getdiyini, evdən çıxanda özlərinə məxsus qızıl zinət əşyalarını və digər əşyaların evdə olduğunu, 18 oktyabr 2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində yaşadıqları evə qayıtdıqlarını, evə girəndə evin taxta giriş qapısı açılmış vəziyyətdə olduğunu, qonşuya evi tapşırıb getdiklərini, yəqin qonşunun evdən itlərinə çörək vermək üçün qapını açdıqlarını fikirləşdiyini, lakin həmin vaxt yorğun olduqlarına görə axşam yeməklərini yeyib yatdıqlarını və digər qonaq otağına girmədiklərini, 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 11:00 radələrində işdə olarkən həyat yoldaşı Ananın ona zəng etdiyini və aralarındakı telefon danışığı zamanı evdə olmayan müddətdə evlərində oğurluq edilməsini söylədiyini, dərhal yaşdığı evə gəldiyini və həmin vaxt evin sol tərəfində olan orta yataq otağından ona məxsus 01 ədəd “Acer” markalı kompyuterin, evin sol tərəfində küncdə olan digər yataq otağında olan sandığın içərisindən isə mücrüdə olan 01 ədəd sadə, qaşsız, təxminən 7 qram çəkidə, 583 əyarlı rus qızılı olan kişi üzüyü, 01 cüt sadə qırmızı qaşlı, təxminən 6 qram çəkidə, 583 əyarlı rus qızılı olan qadın sırğası və 01 ədəd üzərində 5-lik yazılan qızıl qəpiyin və sandıqda olan 02 ədəd hər biri 90 manat dəyərində yataq dəstinin (yorğan üzü, balınc üzü, döşək üzləri) və 03 ədəd hər biri 20 manat dəyərində hamam dəsmalının yerində olmadığını aşkar etdiyini və onların oğurlanmasını başa düşdüyünü, daha sonra Azərbaycan Respublikasının DİN-nin 102 ximdətinə zəng edərək bu barədə məlumat verdiyini, ona məxsus “Acer” markalı komputeri təxminən 2018-ci il tarixdə 700 manata aldığını, hazırda həmin komputerin təxminən 200-300 manat qiyməti olduğunu, özünə məxsus üzüyü təxminən 1985-ci ildə aldığını, həmin üzüyün 7 qram çəkidə olan qızıl üzük olduğunu, həmin üzüyün təmxinən hazırda 500 manat qiyməti olduğunu, qızına məxsus sırğanı təxminən 2010-ci il tarixdə 150 manata aldığını, həmin sırğanın qırmızı qaşı olduğunu, sırğanın hazırda təxminən 100 manat qiyməti olduğunu, həmçinin evindən oğurlanan 5-lik qızıl qəpiyin ona babasından yadigar qaldığını, həmin qızılın Çar Rusiyasının qəpiyi olduğunu və hazırda təxminən 700 manat dəyərində olduğunu, iki ədəd yataq dəstlərinin ümumulikdə qiymətlərinin təxminən hər birinin 90 manat olduğunu, oğurlanmış dəsmalların isə hər birinin 20 manat dəyərində olduğunu, ona oğurluq nəticəsində ümumilikdə təxminən 1650-750 manat maddi ziyan dəydiyini, Təqsirləndirilən şəxs onun qohumu olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, hazırda ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Rəsulzadə Rəcəb Azər oğlunu tanıdığını, onunla heç bir düşmənçilik və ədavəti olmadığını, Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Lider” kompyuter mağazasının olduğunu, 18 oktyabr 2021-ci il tarixdə, günorta radələrində Təqsirləndirilən şəxs onun dükanına gəldiyini və ona “Acer E 5” markalı kompyuterini 450 manata satmaq istədiyini söylədiyini, lakin həmin qiymətə ondan komputer almaqdan imtina etdiyini, səhəri gün, yəni 19 oktyabr 2021-ci il tarixdə, günorta radələrində Rəcəb yenidən onun mağazasına gəldiyini və ona həmin kompyuteri bu səfər 270 manata satmaq istədiyini söylədiyini və nəticədə həmin kompyuteri 255 manata almağına razılığa gəldiklərini, daha sonra isə Rəcəbin xahişi ilə kompyuterdə onun özünün dediyinə görə ailəvi şəkillərini kompyuterdən sildiyini, daha sonra Rəcəb həmin kompyuteri ona 255 manata satdığını və çıxıb getdiyini, Rəcəb Rəsulovdan 255 manata satın aldığı “Acer E 5” markalı kompyuterin oğurluq kompyuter olmasını bilmədiyini, Rəcəbin kompyuteri ona satan zaman həmin kompyuterin onun özünə məxsus olduğunu bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs onun həmkəndlisi olduğunu, 17 oktyabr 2021-ci il tarixdə Əlyusif ailəsi ilə birlikdə Bakı şəhərində toy mərasimində olduğu üçün 17 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixə keçən gecə Əlyusifin evindən qızıl-ziynət əşyaları, yataq dəstləri və kompyuter oğurlandığını bildiyini, bir neçə gün həmin oğurluq edilən şəxsin kim olduğu bilmədiyini, sonradan Əlyusifin evindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bildiyini, Rəcəb oğurluq edənin səhəri günü oğurlanmış əşyaları kiminləsə Ağdaş şəhərinə apardığını bilmədiyini , oğurluqda iştirak etmədiyini bildirdi. İş üzrə Şahid3 oğlu məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonu, Kotavan kəndində yaşayan Zərərçəkmiş şəxs həmkəndlisi və qohumu olduğunu,17 oktyabr 2021-ci il tarixdə Əlyusif ailəsi ilə birlikdə Bakı şəhərində toy mərasimində olduğu üçün 17 oktyabr 2021-ci il tarixdən 18 oktyabr 2021-ci il tarixə keçən gecə Əlyusifin evindən qızıl ziynət əşyaları, yataq dəstləri və kampyuter oğurlandığını, bir neçə gün həmin oğurluq edilən şəxin kim olduğu bilinmədiyini, sonradan Əlyusifin evindən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bildiyini,Əlyusifin evdə olmadığı gün evi ona tapşırıb getdiyini, Rəcəb Əlyusifin evindən oğurluq edən zaman oğurluqdan xəbəri olmadığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq espertizasının 09.12.2021-ci il tarixli 9/8793 №-li rəyindən görünür ki, 01 ədəd Çin istehsalı olan “Acer” maraklı Aspire E15” model, Core i3, 500 GB HDD, 4GB DDR3 L” xüsusiyyətli, qara rəngli işlənmiş notebook 400 manat, 01ədəd sadə, qaşsız, təxminən 7 qram çəkidə, 583 əyarlı rus qızılı olan kişi üzüyü 595 manat, 01 cüt sadə qırmızı qaşlı, təxminən 6 qram çəkidə 583 əyarlı rus qızılı olan qadın sırğası 510 manat, 01 ədəd üzərində 5-lik yazılan qızıl qəpik aydın deyil, 02 ədəd yataq dəsti (yorğan üzü,balınc üzü, döşək üzləri) aydın deyil, 03 ədəd hamam dəsmalı aydın deyil, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan “Acer” maraklı Aspire E15” model, Core i3, 500 GB HDD, 4GB DDR3 L” xüsusiyyətli, qara rəngli işlənmiş notebook un istifadədə olması nəzərə alınmaqla orta bazar qiymət təxminən 400 manat müəyyən edilir, qərarda göstərilən 02 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1105 manat müəyyən edilir. Digər adda mallar haqqında ətraflı məlumat (əyarı, çəkisi, markası, modeli, istehsal yeri, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini qismən etiraf etməsini, vurduğu ziyanı tam olaraq ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd Çin istehsalı olan «Acer» markalı Aspire E15 model, Core İ3, 500 GB HDD, 4 GB DDR3 L xüsusiyyətli qara rəngli işlənmiş notebook iş üzrə zərərçəkmiş şəxs X1 qaytarılmalı, vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib iki il altı ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, iki il beş ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan bir ədəd Çin istehsalı olan «Acer» markalı Aspire E15 model, Core İ3, 500 GB HDD, 4 GB DDR3 L xüsusiyyətli qara rəngli işlənmiş notebook iş üzrə zərərçəkmiş şəxs X1 qaytarılsın, vurulmuş ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar