Məhkəmə qərarları › İş №1(014)-15/2023

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-15/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-15/2023 21.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X1 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu Pirəzə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 fevral 2022-ci il tarixdə saat 16:00-da Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 48,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, daşıyaraq yaşadığı Ağdaş rayonu, Pirəzə kəndində yerləşən evində saxlamış, xx.xx.2022-ci il tarixdə Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağdaş rayon Məhkəməsinin müvafiq qərarı ilə həmin evə keçirilmiş baxış zamanı mətbəxdə olan dolabın qaşısından 04 (dörd) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 9,09 qram, 12,84 qram, 3,76 qram və 23,29 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını, evli olduğunu, üç azyaşlı övladının olduğunu, əvvəllər narkotik vastə olan marixuana istifadə etdiyini, lakin narkotik vasitələrin aludəçisi olmadığını, dəqiq vaxtın xatırlamasa da, ancaq təxminən 10-15 gün öncə yaşadığı Ağdaş rayon, Pirəzə kəndində Kür çayının kənarı ilə gedən zaman çayın kənarında 04 ədəd sellofan bükümlərdə narkotik tərkibli bitkilər olan qurudulmuş marixuana tapdığını, qurudulmuş narkotik tərkibli marixunadan istifadə etdiyinə görə həmin tapdığı 04 ədəd sellofan bükümlərdə olan qurudulmuş marixuananı götürərək yaşadığı evə gətirib evin mətbəxtində 01 ədəd sellofan bükümdə olan yemək üçün istifadə olunan ədviyyatın yanına qoyduğunu, həmin vaxtlardan evdə tək qaldığını, ailə üzvləri hazırda üç ay olar ki, Bakı şəhərinə getdiklərini, xx.xx.2022-ci il tarixdə təxminən saat 10:10 radələrində yaşadığı evin həyətində olan zaman kimlərinsə onu səsləməsini eşidib yaşadığı evin küçəsinə çıxan zaman onu səsləyənlərin polis əməkdaşları olduğunu bildiyini, polis əməkdaşlarının özlərini Ağdaş RPŞ-nin əməkdaşları kimi təqdim edib, ona yaşadığı evdə, üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və bununla bağlı yaşadığı evə, hasarlanmış tikinti obyektlərinə və torpaq sahəsinə daxil olmaqla baxış keçirmələri barədə Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarının olmalarını bildirdiklərini, polis əməkdaşlarına yaşadığı evdə, həyətyanı torpaq sahəsində heç bir narkotik vastələrin olmadığını və yaşadığı evə baxış keçiriləsi üçün ona məxsus evə polis əməkdaşları ilə baxış keçirilməsinə etirazı olmadığını bildirdiyini, baxış zamanı polis əməkdaşları yaşadığı evin mətbəxtinin şkafının üzərindən 05 ədəd sellofan bükümdə və 01 ədəd salfetkanın üzərində saxladığı yaşıl rəngli bitki kütləsinin olmasını aşkar etdiklərini, polis əməkdaşlarının ona 05 ədəd sellofan bükümdə olan yaşıl rəngli bitki kütləsinin və 01 ədəd salfetkanın üzərinə sərmiş olduğu bitki kütləsinin nə olmasını və nə məqsədlə saxlanılmasını soruşduqlarını, özü də, polis əməkdaşlarına 05 ədəd sellofan bükümdə olan yaşıl rəngli bitki kütləsinin mətbəxtdə istifadə edilməsi üçün ədviyatların olmasını və 01 ədəd salfetkanın üzərində sərilmiş bitki kütləsinin tütün olmasını bildirdiyini, daha sonra polis əməkdaşları yaşadığı evin mətbəxtindən aşkar edilmiş sellofan bükümləri elekton tərəzidə çəkərkən çəkilərinin 31 qram, 26 qram, 14 qram, 11 qram və 4 qram olması müəyyən olunduğunu, həmçinin salfetkanın üzərində sərilmiş bitki kütləsi də, elektron tərəzidə çəkilərkən çəkisi 2 qram olduğunu, daha sonra 05 ədəd sellofan büküm və 01 ədəd salfetkanın üzərində olan bitki kütləsi kağız zərfə qablaşdırıldığını, kağız zərfin üzərinə DİN- nin 111 nömrəli möhürü vurulduğunu, o və digər iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı yaşadığı evin girəcək hissəsində pilləkənin qarşısında uzunluğu 244 sm olan tokla balıq tutulması üçün istifadə edilən el arasında çəpərə deyilən alət, həmin çəpərəyə quraşdırılmış elektrik cərəyanı verən aparat, elektrik naqilləri, 02 ədəd vintaçan, 01 ədəd qulpu qırmızı rəngli qayçı, 01 ədəd göy rəngli yağmurluq və həmin alətlərin yığılması üçün istifadə olunan üzərinə “GORDER” sözü yazılmış qəhvəyi rəngli bel çantası aşkar edilərək götürüldüyünü, baxış vidioçəkilişlə aparıldığını, protokol tərtib olunduğunu, o və digar baxışda iştirak edən şəxslər protokola imzalar etdiklərini, daha sonra polis əməkdaşları ilə birgə Ağdaş rayon polis şöbəsinə gəldiyini, polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra onun üzərində Ağdaş rayon polis şöbəsinin növbətçi hissəsində müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ arxa yan cibindən 01 ədəd 5 manatlıq pul əskinası aşkar olunduğunu, şəxsi axtarış zamanı onun üzərindən başqa heçnə aşkar olunmadığını və götürülmədiyini, onun üzərindən aşkar edilmiş 01 ədəd 5 manatlıq pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, şəxsi axtarış zamanı videoçəkiliş aparıldığını, protokol tərtib olunduğunu, o və digər iştirakçıların həmin protokola imzalar etdiklərini, polis əməkdaşlarından heç kimin ona təyziq, şiddət və ya hədə-qorxu gəlmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində, X4 rayon sakini kimi tanıdığını, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində və yaşadığı evdə saxlaması, üzərində daşıması və qəbul etməsi barədə əvvəllər əməliyyat məlumatı daxil olduğunu, buna görə də, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün müvafiq icazənin alınması məqsədi ilə Ağdaş rayon Məhkəməsinə müraciət edildiyini və icazə alındığını, xx.xx.2022-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-nin rəhbərliyinə raportla məruzə olunaraq məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, belə ki, Ağdaş rayon Məhkəməsinin qərarına əsasən xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs Ağdaş rayonu, Pirəzə kəndində yerlşən evinə gedildiyini, Təqsirləndirilən şəxs çağırıldığını və məhkəmə qərarı ilə tanış edildiyini, bundan sonra baxış keçirilməsinə başlanıldığını, Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olmamasını, lakin yaşadığı evə baxış keçirilməsinə etirazının olmamasını bildirdiyini, baxış zamanı evin mətbəxtində olan dolabın üzərindən 05 ədəd sellofan bükümdə və 01 ədəd salfetkanın üzərində saxladığı yaşıl rəngli bitki kütləsinin olmasını aşkar olunduğunu, Təqsirləndirilən şəxs həmin aşkar olunanlarin ədviyyat olmasini bildirdiyini, daha sonra aşkar edilmiş sellofan bükümlərin elekton tərəzidə çəkilərinin 31 qram, 26 qram, 14 qram, 11 qram və 4 qram olmasının müəyyən olunduğunu, həmçinin salfetkanın üzərində sərilmiş bitki kütləsinin elektron tərəzidə çəkisinin 2 qram olmaı müəyyən olunduğunu, daha sonra 05 ədəd sellofan büküm və 01 ədəd salfetkanın üzərində olan bitki kütləsinin kağız zərfə qablaşdırıldığını, kağız zərfin üzərinə DİN-nin 111 nömrəli möhürünün vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, daha sonra Təqsirləndirilən şəxs Ağdaş RPŞ-yə gətirildiyini, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçinin təyin edildiyini, Ağdaş RPŞ-nin təhqiqatçısının Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini, daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələrinin izah edildiyini, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlandığını, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynidə olan boz rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd 5 manatlıq pul əskinazının aşkar olunduğunu, başqa heçnəyin aşkar olunmadığını, pulun iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarıldığını, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıdığını, lakin onunla heç bir münasibəti, ədavəti və düşmənçiliyinin olmadığını, ona qarşı heç bir zor və güc tətbiq edilmədiyini, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 da iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Evə baxış keçirilməsi və götürülmə haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 10:15-dən saat 10:53-ə dək X2 Ağdaş rayonu, Pirəzə kəndində yaşadığı evə keçirilən baxış zamanı mətbəxdə olan dolabın qarşısından 05 ədəd sellofan bükümdə müvafiq olaraq təxmini çəkiləri 31 qram, 26 qram, 14 qram, 11 qram, 4 qram olan və 01 ədəd salfet bükümdə 2 qram bitki kütlələri aşkar olunaraq götürülmüşdür həmin bükümlər 01 ədəd zərfə qoyularaq qablaşdırılmış,üzərinə DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin xx.xx.2022-ci il tarixli 17/797 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 1) 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 9,09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 2) 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 12,84 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 3) 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi- 3.76 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 4) 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi - 23,29 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, həmin bükümdə təmiz çəkisi-4,49 qram olan bitki mənşəli kütlə narkotik vasitələrə aid deyil, 5) 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 26.65 qram olan bitki mənşəli kütlə narkotik vasitələr aid deyil, 6) 01 (bir) ədəd salfet kağızı bükümdə, təmiz çəkisi 1,42 qram olan bitki mənşəli kütlə tərkibində tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır.Tədqiqata təqdim olunmuş qurudulmuş və qurudulmamış marixuanalar təkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının X2 narkotik vasitə kannabionoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 23 noyabr 2022-ci il tarixli 395 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu Pirəzə kəndində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: X6-həyat yoldaşı; xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 24 noyabr 2022-ci il tarixdə Ağdaş rayon Mərkəzi xəstəxanasının Publik Hüquqi şəxs tərəfindən alınmış məktubda Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-nin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:05də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 4(014)-154/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 48,98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir, həmin cinayət əməllərini törətməkdə təqsirlidir, əməlin cinayət olmasını aradan qaldıran və cinayət məsuliyyətindən azad edən hallar yoxdur, buna görə də ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla, yuxarı həddi 5 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətdiyini, himayəsində üç az yaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 12:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 4(014)-154/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 1(bir) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı bir ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) ay ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. Beləliklə, iş üzrə maddi sübut olan və Ağdaş RPŞ-də saxlanılan qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 48,78 qram qalığı, 1,37 qram qurudulmuş marixuananın məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 27 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 27 saat hüquqi xidmətə görə 162 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 2 (iki) ay təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonu Pirəzə kəndində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Ağdaş rayonu ərazi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 48,78 qram qalığı, 1,37 qram qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 34 manat 55 qəpik (otuz dörd manat əlli beş qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 27 saat hüquqi xidmətə görə 162 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar