Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-15/2025 19.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X16 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, fərdi işlə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağdaş Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X4 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 07 avqust 2017-ci il tarixdən hesablanmaqla 04 sentyabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsini, həmçinin alimentin miqdarı artırılaraq 11 iyun 2018-ci il tarixdən hesablanmaqla 04 sentyabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-1075/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 3(014)-580/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 27 sentyabr 2023-cü il və 24 yanvar 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən tarixə, yəni 18 sentyabr 2024-cü il tarixinə kimi 6460 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə birgə nikah münasibətlərindən 04 sentyabr 2011-ci il təvəllüdlü X15 doğulmuşdur. O, Zərərçəkmiş şəxs ilə yola gedə bilmədiklərindən ayrılmışlar. Elmira himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 07 avqust 2017-ci il tarixdən hesablanmaqla 04 sentyabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat olmaqla sabit pul məbləğində alimentin, həmçinin Ağdaş Rayon Məhkəməsinin 2(014)-1075/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Maddi imkanı kifayət qədər olmadığından, həmçinin anasının səhhətində problemlər olduğundan aliment ödənişlərini edə bilməmiş və borcu yaranmışdır. Hazırda fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla əlavə qazanc yeri vardır və aliment borcundan ödəniş etmək niyyətindədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxsla 2010-cu il tarixdə evlənmişlər və birgə nikhalarından 04 sentyabr 2011-ci il təvəllüdlü X23 doğulmuşdur. Təqsirləndirilən şəxsla yola gedə bilmədiklərindən ayrılmışlar və övladı onun himayəsində qalmışdır. Övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 07 avqust 2017-ci il tarixdən hesablanmaqla 04 sentyabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 100 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bundan əlavə Ağdaş Rayon Məhkəməsinin 2(014)- 1075/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 11 iyun 2018-ci il tarixdən hesablanmaqla 04 sentyabr 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 120 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ilk vaxtlar ödənişlər etsə də, sonradan aliment ödənişlərini dayandırmışdır. Təqsirləndirilən şəxs 18 sentyabr 2024-cü il tarixə ödənilməmiş aliment borcu 6460 manat təşkil etmişdir. Dəfələrlə Qadirdən alimentin ödəməsini tələb etsə də, hər dəfə ödəməyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli icra vərəqəsinə əsasən 07 avqust 2017-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs 04 sentyabr 2011-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə verilməsi ilə bağlı icra vərəqəsi 18 yanvar 2018-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmişdir. Borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq, ondan icra sənədinin icrasını təmin etmək məqsədi ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuş, lakin o, üzrlü səbəb göstərmədən çağırışa gəlməmişdir. Tələbi icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1075/2018 saylı, 08 may 2018ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmiş və icra olunması üçün Ağdaş rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bununla bağlı İcra Şöbəsində qərar qəbul edilmiş və tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası üçün görülən tədbirlər nəticə verməmiş və Təqsirləndirilən şəxs Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Ağdaş Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati həbs tənbehi tətbiq edilmişdir. İnzibati tənbehdən sonra ona məsuliyyəti elan olunmaqla tələbi icra etməsi üçün yeni müddət verilsə də borclu tələbi icra etməmiş, nəticədə 18 sentyabr 2024-cü il tarixə ödənilməmiş aliment borcu 6460 manat təşkil etmişdir. Şirinov X12 tənbeh olunmasına və ona məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə qətnamələrini icra etməməkdə davam etmiş, əməllərində qərəzlilik elementləri müşahidə olunmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Ağdaş Rayon Məhkəməsinin 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 07 avqust 2017-ci il tarixdən başlayaraq, xx xxxx 1985-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi 3/16-da yaşayan Təqsirləndirilən şəxs 04 sentyabr 2011-ci il tarixdə doğulmuş X1 üçün hər ay 100 manat məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə verilməsinə dair qərar qəbul edilmişdir. 18 yanvar 2018-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası” barədə bildirişin surətindən görünür ki, Ağdaş rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixliicra vərəqəsi üzrə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. 15 fevral 2018-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 8(014)-2860/2018 saylı, 16 aprel 2018-ci il tarixli qərardadının surətindan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1075/2018 saylı, 08 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə bir uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 04 sentyabr 2011-ci il təvəllüdlü X11 18 yaşına çatana qədər saxlanılması üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay 120 manat alimentin tutulmasına dair qərar qəbul edilmişdir. 25 iyul 2018-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası” barədə bildirişin surətindən görünür ki, Ağdaş rayon İcra Şöbəsinin icra məmuru X13 tərəfindən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1075/2018 saylı, 08 may 2018-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icra edilməsi barədə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. 02 avqust 2018-ci il tarixli “bir neçə icra sənədi üzrə icraatın ümumi icraatda birləşdirilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli və 2(014)-1075/2018 saylı, 08 may 2018-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. 19 iyun 2019-cu il, 23 sentyabr 2020-ci il, 27 sentyabr 2023-cü il, 24 yanvar 2024cü il xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə məhkəmə qətnaməsinin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. Ağdaş Rayon Məhkəməsinin 3(014)-45/2023 saylı,19 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 19 yanvar 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 3(014)-580/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarının surətindən görünür ki, Şirinov X12 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 8 gün müddətinə inzibati həbs edilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli, 114 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X20 Məşğulluq filialı tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli məktubun surətindən görünür ki, Ağdaş şəhəri, X24 küçəsi, ev 2, mənzil 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “əmək və Məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işaxtaran və ya işsiz şəxs kimi qeydiyyata alınmamış, Təqsirləndirilən şəxs adına Nazirliyin MEİS-də (ƏMAS-ın “Əmək müqaviləsi bildirişləri” bölməsində) hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) 16 dekabr 2020-xx.xx.2021-ci il tarix aralığında işə götürən X8 tabeliyində sürücü vəzifəsində, aylıq 250 manat əmək haqqı qarşılığında çalışdığı, hal hazırda əmək müqavilələri bildirişləri bazasına əsasən aktiv əmək müqavilələsinin olmadığı müəyyən edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli qərarından görünür ki, Babayeva Təqsirləndirilən şəxs üzrlü səbəblər olmadan təyin edilmiş məhkəmə iclaslarına təkrarən gəlmədiyinə və məhkəmədən yayındığına görə barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. Ağdaş Rayon Polis Şöbəsinin rəisi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, 04 mart 2025-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində tutularaq Ağdaş rayon Polis Şöbəsinə gətirilərək X14 təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 rəisi tərəfində məhkəməyə ünvanlanmış məktubdan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs "xxxx" mart 2025-ci il tarixdə X7 yerləşdirilmişdir. Məhkəmə, işdə olan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq edilən sübutların yekununa əsaslanaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmənin 19 mart 2025-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib, Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs da yazılı ərizə ilə məhkəməyə müraciət edərək, Zərərçəkmiş şəxsilə barışdığı üçün onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 306.1-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(014)-2630/2017 saylı, 21 dekabr 2017-ci il tarixli və 2(014)-1075/2018 saylı, 08 may 2018-ci il tarixli qətnamələrini tam icra etməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Odur ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinin qeyd hissəsi tətbiq edilməklə və Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınmaqla, o, cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 19 saat vaxt sərf edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 114 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 306.1-ci maddəsin “qeyd” hissəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 114 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №1(014)-15/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-15/2025
19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver