Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-150/2023 27.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə xx.xx.1988-ci ildə Laçın rayonu, Şəlvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Laçın rayon, Şəlvə kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(014)-150/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini deyib, həmin tanışının vasitəsilə əlilliyə görə təqaüd düzəltdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə 11 aprel 2022-ci il tarixdə 1000 (min) manat və 14 aprel 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat pulu Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində sonuncudan alaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 qardaşı arvadı Şahid3 “X12”ndə komissiya sədri işləyən tanışının vasitəsilə əlilliyə görə təqaüdünü bərpa etdirəcəyini yalandan vəd edərək aldadıb etibarından sui-istifadə etməklə sonuncu tərəfindən xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “MilliÖn” ödəmə terminalından 1515 (min beş yüz on beş) manat, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalından 808 (səkkiz yüz səkkiz) manat, xx.xx.2022-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən "xxxx" MMC-yə məxsus ödəmə terminalından 707 (yeddi yüz yeddi) manat pulun özünə məxsus 4169-7387-1795-6969 nömrəli bank kartına köçürüməsinə nail olub zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3030 (üç min otuz) manat pulunu vahid niyyətlə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bildiyini, Astara rayon, Kijəbə qəsəbə sakini Zərərçəkmiş şəxs1 tanıdığını, əmisi Nadir vasitəsilə tanış olduqlarını, 2022-ci ilin aprel ayının əvvəllərində Nadir ona zəng etdiyini, qardaşı oğlunun İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu söylədiyini, ona əlillik dərəcəsi düzəltmək lazım olduğunu söylədiyini, Nadirə bu işin özü edə biləcəyini dediyini, Nadirdən qardaşı oğlunun mobil telefon nömrəsini aldığını, bir az sonra Nadirin qardaşı oğlu Zərərçəkmiş şəxs1 zəng edib danışdığını, Mahirə əmisi ilə danışdığını, onun üçün əlillik dərəcəsi düzəldə biləcəyini dediyini və ondan yaralanıbyaralanmadığını soruşduğunu, Mahir İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, bədənində qəlpələrin olduğunu, lakin ona əlillik verilmədiyini söylədiyini, Mahirə onun üçün əlillik dərəcəsi düzəldəcəyini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olduğunu dediyini, Mahirin pulunu əldə edə biləcəyini düşünüb, ona xatırlamadığı bir məbləğ dediyini, həmin məbləğdə pulla onun üçün əlillik dərəcəsi düzəldəcəyini söylədiyini, Mahir telefonda danışarkən onun işinin hansı müddətə düzəldəcəyini soruşduğunu, o da Mahirə onun işini 1 aya düzəldəcəyini yalandan vəd verdiyini, Mahirdən pul almaq məqsədilə 2022-ci ilin aprel ayında dəqiq xatırlamadığı tarixdə səhər saatlarında Bakı şəhəridən idarə etdiyi “Toyota prius” markalı avtomobillə Astara rayonuna yola düşdüyünü, həmin gün, təxminən saat 13:30-da Mahirin evinə çatdığını, həmin vaxt Mahirin atası da evdə olduğunu, orada yenə Mahirin işi ilə bağlı danışdığını və bir daha onlara 1 ay ərzində Mahir üçün əlillik dərəcəsi düzəldəcəyini söz verdiyini, Mahirlə onun işini 1800 manata düzəldəcəyi ilə bağlı razılığa gəldiyini, həmin gün təxminən 14 radələrində Mahir yaşadığı evin həyətində 1000 manat pulu ona verdiyini və Mahir qalan 800 manat pulu növbəti dəfə Astara rayonuna gəldikdə ona verəcəyini söylədiyini, 1000 manat pulu Mahirdən aldıqdan sonra Bakı şəhərinə gedəcəyini dediyini və Mahiri də Bakı şəhərinə aparmağı təklif etdiyini, Mahirə əlillik almaqla bağlı onu Bakı şəhərində müayinədən keçirəcəyini dediyini, Mahir də razılaşıb, Bakı şəhərinə gələcəyini söylədiyini, bundan sonra idarə etdiyi avtomobillə Mahirlə birlikdə Bakı şəhərinə yola düşdüyünü, lakin növbəti gün Mahirin müayinədən keçməsinə ehtiyac olmadığını söylədiyini, Mahirə zəng edib Astara rayonuna gələcəyini, ona birlikdə rayona getməyi təklif etdiyini, Mahiri özümlə birlikdə Astara rayonuna aparmasını və qalan 800 manat pulu da ondan almağı fikirləşdiyini, Mahir onunla razılaşdığını və onunla Bakı şəhərində görüşdüyünü, həmin gün təxminən saat 13 radələrində Mahirin evinə çatdığını, Mahirin evində olan zaman Mahirin atası qalan 800 manat pulu da hazırladığını, evə çatan kimi Mahir atasından pulu aldığını, Mahir ona 800 manat pulu verdiyini, daha sonra Mahirin evini tərk etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində 2022-ci ilin may ayından 2023-cü ilin yanvar ayına qədər “*2111” adlı taksi şirkətində işlədiyini, həmin şirkətdə “Toyota Prius” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini, xx.xx.2022-ci il tarixdə işdə olan zaman zəng bələdçisi tərəfindən taksi sifarişi olması barədə məlumat gəldiyini, həmin məlumat əsasında istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə müştərinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxladığını, həmin müştəridən dəqiq harada olmasını soruşduğunu, müştərinin Binəqədi rayonunun ərazisində olan “X12”nin qarşısında olduğunu, ünvan 4 ünvanına getmək istədiklərini öyrəndiyini, onlara 5-10 dəqiqədən sonra gələcəyini söylədiyini, daha sonra təxminən 7-8 dəqiqə sonra dedikləri ünvana çatdığını, həmin zaman avtomobilinə əvvəllər tanımadığı, lakin sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və Şahid3 əyləşdiklərini, bundan sonra avtomobili idarə edərək həmin ünvana doğru hərəkət etməyə başladığını, yolda söhbət əsnasında həmin şəxslərdən nə səbəbə “X12”-nə gəlmələrini maraqlandığını, Vüqar da qardaşı arvadı Rəxşəndəyə təqaüd düzəltmək üçün komissiyaya gəldiyini, lakin komissiyanın onlayn olduğu üçün komissiyadan keçə bilmədiklərini, indi isə əmisi X3 yaşadığı ünvan 5 ünvanına gedib oradan da yaşadıqları özlərinə məxsus Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən evlərinə qayıdacaqlarını söylədiklərini, daha sonra onlara tanışının “X12”-ndə komissiya sədri vəzifəsində işlədiyini, Rəxşəndənin komissiyadan keçməsinə köməklik göstərə biləyəcəyini, qarşılığında isə Rəxşəndənin şəxsiyyət vəsiqəsini, əlilliyə aid sənədlərini və 1500 manat da pul istədiyini, Vüqar da üzərində 1500 manat pulunun olmadığını, rayona getdikdən sonra 1500 manatı pulu göndərəcəyini söylədiyini, həmçinin onlar avtomobildən düşən zaman Vüqara çalış bu gün ərzində saat 16-17 radələrinə kimi pulu göndər dediyini, razılığa gəldiklərini, daha sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” mobil tətbiqi vasitəsi ilə "xxxx" ASC-yə məxsus olan özünə aid 4169-7387-1795-6969 saylı bank kartının fotoşəkilini Vüqara göndərdiyini və 1500 manat pulu və əlavə üzərində komissiya haqqı kimi 15 manat pulu bu karta göndərməsini söylədiyini, həmin gün təxminən saat 16 radələrində kartına 1515 manat pulun mədaxil olduğunu gördüyünü, daha sonra Vüqar ona zəng edərək pulu göndərdiyini söylədiyini, bundan 3 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə yenidən Vüqara zəng edərək sənədlərdə problem olduğunu, 800 manat və əlavə olaraq 8 manat pul lazım olduğunu söylədiyini, Vüqar da dəqiq hazır olub-olmayacağını soruşduğunu, ona dəqiq hazır olacağını söylədiyini, Vüqar da razılaşdığını, həmin gün əvvəlki göndərmiş olduğu eyni bank kartına Zərərçəkmiş şəxs2 tərəfindən 808 manat pul göndərildiyini, daha sonra xx.xx.2022-ci il tarixdə Vüqar ona zəng edərək təqaüd sənədlərini istədiyini, Ağdaş rayon mərkəzi xəstəxanasından sənəd alaraq sənə verəcəm dediyini, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərinə gələrək Vüqarın verdiyi əlillik sənədlərini və şəxsiyyət vəsiqəsini onun özünə qaytardığını, “Rəxşəndənin sənədi hazırdır, Ağdaş RMX-dan əlillik haqqında sənədi alaraq gətirib sizə verəcəm” dediyini, həmin gün günorta saatları olduğundan Vüqar evlərinə dəvət etdiyini, Vüqarın yaşadığı evdə çörək yeyərək çay içdiyini, onlardan Ağdaş RMX-na getmək adı ilə çıxaraq Ağdaş şəhərinə yola düşdüyünü, 1 saat sonra Vüqara zəng edərək əlillik təqaüdü almaq üçün sənədi vermədiklərini, həmin bank kartına 700 manat və əlavə olaraq 7 manat pul göndərməsini istədiyini, Vüqar da razılaşadığını, Vüqar onun istifadə etdiyi bank kartına 707 manat pul göndərdiyini, bundan sonra Vüqar dəfələrlə zəng etməsini, sənədinin hazır olub-olmadığını soruşduğunu, ona hər dəfə bir bəhanə gətirərək hazır olacağını söylədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Mahirdən pul aldığı tarixləri dəqiq xatırlamadığını, lakin 2022-ci ilin aprel ayında həqiqətən də Mahirdən iki ayrı-ayrı günlərdə olmaqla 1000 və 800 manat məbləğində pul aldığını, ümumilikdə Mahirdən 1800 manat məbləğində pul aldığını, həmin ərəfələrdə pula ehtiyacı olduğunu, həm də ki, Mahirin əmisi Nadir onu tanıdığı üçün inandıqlarını söylədiyini, Mahirə yalandan yaxın bir tanışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini söylədiyini bildirdiyini, Zərərçəkmiş şəxs2 və Şahid3 xx.xx.2022-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman müştəri qismində tanıdığını, 1515 manat (min beş yüz on beş), 808 manat (səkkiz yüz səkkiz) və 707 (yeddi yüz yeddi) manat olmaqla ümumilikdə 3030 (üç min otuz) manat pulu əldə etdiyini, Zərərçəkmiş şəxs2 3030 manat pulu almaqda məqsədi təqaüd düzəltmək deyil, həmin pulu əldə etmək olduğunu, Şahid3 əlilik təqaüdü düzəltmək üçün heç bir imkanı və ya tanışı olmadığını, sadəcə məqsədi pul əldə etmək olduğunu, arvadı yox tanışının komissiya sədri vəzifəsində işlədiyini dediyini, bununla da özünə qarşı onlarda inam yaratmaq məqsədilə söylədiyini, marketdən, geyim mağazasından alış-veriş edərək həmin pulu xərclədiyini, həmin kart özünə məxsus olduğunu, həmin kartı hal-hazırda yaşadığı ünvan 6 ünvanında olduğunu bildirdiyini, Astara rayon, Kijəbə qəsəbə sakini Zərərçəkmiş şəxs1, eləcə də atası və əmisinə yaxın tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlədiyini onun vasitəsilə Mahirə əlillik təqaüdü düzəltdirəcəyini, eləcə də Ağdaş rayon Qaradeyin kənd sakini Zərərçəkmiş şəxs2 tanışının “X12”ndə işlədiyini, onun vasitəsilə Zərərçəkmiş şəxs2 qardaşı arvadı Rəxşəndənin təqaüdünü bərpa etdirəcəyi barədə etibar qazanmaq üçün yalandan söylədiyini, Zərərçəkmiş şəxs2 komissiya haqqı kimi əlavə pul deməkdə məqsədi 3000 (üç min) manatdan əlavə 30 (otuz) manat pul da ələ keçirmək olduğunu, 3000 (üç min) manatdan əlavə həmin 30 (otuz) manat pul həqiqətən də onun hesabına mədaxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədən əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini və onlarla barışdığının nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə qardaşı arvadı Şahid3 ilə “X12”nə Rəxşəndəyə təqaüd düzəltdirmək üçün Bakı şəhərinə komissiyadan keçməyə getdiklərini, lakin komissiya onlayın qaydada olduğu üçün komissiyadan keçə bilmədiklərini, əmisi X3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi-46 ünvanına getmək üçün “2111” taksi xidmətinə zəng etdiyini, təxminən 5-10 dəqiqə sonra “Toyota Prius markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək olduğu ünvanı soruşduğunu, Familə olduğu ünvanı, yəni “X12”qarşısında olduğunu söylədiyini, təxminən 5 dəqiqədən sonra Famil həmin avtomobillə həmin ünvana gəldiyini, avtomobilə əyləşərək yola düşdüklərini, yolda gedərkən Famil “bura da xeyirdimi, nə üçün X8 gəlmisiniz” deyə söylədiyini, Familə Rəxşəndəyə təqaüd düzəltdirmək üçün komissiyadan keçməyə gəldiklərini, lakin komissiya onlayn olduğu üçün komissiyadan keçə bilmədiklərini, indi isə əmisi X3 yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi-46 ünvanına gedib oradan da yaşadıqları ünvana, yəni Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən evlərinə qayıdacağıqlarını söylədiyini, daha sonra isə Famil “arvadım əlillərin bərpası mərkəzində komissiya sədri vəzifəsində işləyir, istəyirsinizsə siz mənə Rəxşəndənin şəxsiyyət vəsiqəsini, əlilliyə aid olan sənədlərini və 1500 (min beş yüz) manat pul verin məndə Rəxşəndənin təqaüdünü düzəltdirim” söylədiyini, Familə müvafiq sənədləri verdiyini, Familə hal-hazırda üstündə 1500 (min beş yüz) manat pulun olmadığını, lakin Ağdaş rayonu, Qaradeyin kəndinə gedən kimi 1500 (min beş yüz) manat pulu göndərəcəyini söylədiyini, daha sonra Famil ona “çalış 1500 (min beş yüz) manat pulu saat 16-17 radələrinə kimi göndər” deyə söylədiyini, bundan sonra Təqsirləndirilən şəxs ilə razılaşdığını, daha sonra təyinat nöqtəsinə, yəni əmisigilin evinə çatdıqlarını, daha sonra 12 radələrində Rəxşəndə ilə Bakı şəhərində yerləşən “Avtovağzala” gedərək oradan taksi ilə Ağdaş şəhərinə yola düşdüklərini, təxminən 16 radələrində Ağdaş şəhərinə çatdıqlarını, ordan da Ağdaş rayon, Qaradeyin kəndinə getdiklərini, daha sonra eyni adlı kənddə yerləşən özünəməxsus evinə gedərək, evdən 1500 (min beş yüz) manat pul götürərək, yaxın olan Ağdaş rayonu, Ləki qəsəbəsində yerləşən “Halal” marketin önündəki “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs onun telefonuna göndərdiyi "xxxx"a məxsus **********956969 nömrəli karta 1515 (min beş yüz on beş) manat pulu göndərdiyini, daha sonra Familin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 1515 (min beş yüz on beş) manat pulu onun kartına göndərməsi barədə Familə məlumat verdiyini, Famil isə ona təqaüdü düzəldəcəyini söylədiyini, bundan 3 gün sonra xx.xx.2022-ci il tarixdə Famil eyni mobil nömrə ilə ona zəng edərək “sənədlərdə problem var, sən mənə yenidən 800 (səkkiz yüz) manat pul göndər ki, işin həll olsun” söyləməsini, yenədə evindən 800 (səkkiz yüz) manat pulu götürərək Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsi, Bakı-Qazax yolu 26 ünvanında yerləşən “MilliÖn” ödəmə sisteminin yanına gedərək Təqsirləndirilən şəxs məxsus eyni bank kartına 808 (səkkiz yüz səkkiz) manat pulu göndərdiyini, daha sonra Familin mobil nömrəsinə zəng edib pulu göndərməyi barədə məlumat verdiyini, bundan sonra xx.xx.2022-ci il tarixdə istifadəsində olan nömrəsi ilə Familin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “bizim sənədlərimiz hazırdırsa bizə göndər” dediyini, Famil isə ona “mən özüm Ağdaş rayonuna gələrək Ağdaş RMX-dan sənədi alaraq sənə verəcəm” söyləməsini, bundan sonra xx.xx.2022-ci il tarixdə Famil Ağdaş rayonu, Qaradeyin kəndinə gəldiyini, Familə verdiyi sənədləri, yəni Rəxşəndəyə məxsus əlillik sənədlərini və şəxsiyyət vəsiqəsini qaytardığını, Famil ona “indi mən Ağdaş RMX-dan təqaüd sənədini almağa gedirəm. Birazdan gətirib sənədi sənə verəcəm.” söyləməsini, Famili nahara dəvət etdiyini, Familin onlarda yemək yediyini, çay içdiyini, daha sonra isə Ağdaş RMX-ya getmək adı ilə Ağdaş şəhərinə yola düşdüyünü, təxminən 1 saatdan sonra Famil istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə zəng edərək “mənə həmin əlillik təqaüdü almaq üçün sənədi vermirlər, sən mənim kartıma yenidən 700 (yeddi yüz) pul göndər işi həll edim” söyləməsini, bundan sonra yenidən evdən 700 (yeddi yüz) manat pul götürərək Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsi, Bakı-Qazax yolu 26 ünvanında yerləşən “MilliÖn” ödəmə sisteminin yanına gedərək Təqsirləndirilən şəxs məxsus eyni bank kartına 707 (yeddi yüz yeddi) manat pulu göndərdiyini, daha sonra Familin mobil nömrəsinə zəng edib pulu göndərməsi barədə məlumat verdiyini, Famil isə ona “sabah sənədin hazır olanda sənə zəng edəcəm gedib Ağdaş RMX-dan sənədini götürərsən” söylədiyini, bundan sonra səhəri gün heç bir xəbər olmadığını, bir neçə gün səbr edərək gözlədiyini, lakin yenə də Təqsirləndirilən şəxs heç bir xəbər gəlmədiyini, Familə zəng edən zaman Familin onu ancaq yola verdiyini, ona “sabaha, 1-2 günə hazır olacaq” söylədiyini, bundan sonra artıq səbrinin tükəndiyini, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətimərkəzi zəng sisteminə zəng edərək və Ağdaş RPŞ-yə ərizə ilə müraciət edərək olanlar barədə hüquq mühafizə orqanlarına məlumat verdiyini, həmin 3030 manat pul onun öz pulu olduğunu, təqaüd düzələndən sonra qardaşıgil onun pulunu qaytaracaqlarını, Təqsirləndirilən şəxs "xxxx" ASC-yə məxsus **********956969 nömrəli kartına göndərdiyi xx.xx.2022-ci il tarixdə 808 (səkkiz yüz səkkiz) manat pulun, xx.xx.2022-ci il tarixdə isə 707 (yeddi yüz yeddi) manat pulun qəbzlərini təqdim edə biləcəyini, lakin xx.xx.2022-ci il tarixdə Familin eyni kartına göndərdiyi 1515 (min beş yüz on beş) manat pulun qəbzini naməlum şəraitdə itirdiyi üçün təqdim edə bilməyəcəyini, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidməti-mərkəzi zəng sisteminə zəng zamanı eləcə də, Ağdaş RPŞ-yə vediyi ərizə ilə müraciətində 3000 manat qeyd etsə də, əslində Təqsirləndirilən şəxs 3030 (üç min otuz) manat pul göndərdiyini, 30 manatın isə 3000 manatın yanında dəyərsiz olduğunu fikirləşdiyi üçün yalnız 3000 manat pulun dələduzluq yolu ilə ələ keçirilməsini söyləmiş, Təqsirləndirilən şəxs müvafiq olaraq 1500 manat, 800 manat və 700 manat pulu ondan istəyən zaman hər dəfə “həmin pulu karta göndərəndə hər yüz manat üçün 1 manat komissiya haqqı kimi əlavə göndər” dediyini, buna görə də Familə əlavə olaraq 30 manat artıq pul göndərdiyini, şikayət və tələbi isə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi və dəymiş maddi ziyanının qaytarılmasından ibarət olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Zərərçəkmiş şəxs1 ifadəsində İİ Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranı olduğunu, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiyini, hazırda ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını, 2022-ci ilin aprel ayının əvvəllərində əmisi Şahid2 yaşadığı evdə olduğu zaman Təqsirləndirilən şəxs təqaüd və əlillik dərəcəsi düzəltdiyini eşitdiyini, müharibədə yaralansa da əlillik dərəcəsi verilmədiyini, buna görə də özünə əllilik dərəcəsi düzəltmək qərarına gəldiyini, əmisi Nadirdən əlillik dərəcəsi düzəldə bilib-bilməyəcəyini soruşduğunu, əmisi Nadir Familə zəng edib, Familə barəsində məlumat verərək onun üçün əlillik dərəcəsi düzəltmək istədiyini dediyini, Famil Nadirdən onun nömrəsini istədiyini, özünün danışacağını söyləmiş olduğunu, əmisi Nadir Famillə telefon danışığını bitirdikdən bir neçə dəqiqə keçdikdən sonra ona zəng gəldiyini gördüyünü, telefonu açdıqda danışanın Famil olduğunu öyrəndiyini, Famil səhhəti ilə maraqlandığını, Familə bədənində qəlpələrin olduğunu dediyini, Famildən onun üçün əlillik dərəcəsi düzəldə bilib-bilməyəcəyini soruşduğunu, o, da bu işlərin sırf onun işinin olduğunu, yaxın münasibətdə olduğu tanışının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini, çoxlu vətən müharibəsi iştirakçıları üçün əlillik dərəcəsi düzəltdiyini, onun üçün də düzəldəcəyini söylədiyini, Famildən işini hansı müddətə həll ediləcəyini soruşduqda o, bir ay müddətə həll edəcəyini dediyini, bunun qarşılığında ondan 3000 (üç min) manat məbləğində pul istədiyini, bu barədə atası ilə məsləhətləşdikdən sonra ona konkret bir söz deyəcəyini Familə dediyini, baş verənlər barədə atasına söylədiyini, atası onunla razılaşdığını, lakin atası ona 3000 manat pulun çox olduğunu deyib, həmin məbləğə gücümüzün çata bilməyəcəyini söyləmiş olduğunu, bir neçə gün ərzində Famil tez-tez telefonda onunla əlaqə saxladığını, 11 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin Astara filialından 1060 manat məbləğində kreditə pul götürdüyünü, həmin gün Famil onun yaşadığı evə gəldiyini, işlə bağlı onunla və atası ilə söhbət etdiyini, Famil sabahkı gün, yəni ki, 12 aprel 2022-ci il tarixdə Bakı şəhərində müayinədən keçməli olduğunu dediyini, Famil onunla bir qədər danışdıqdan sonra onunla işini 1800 manata həll etməsi ilə bağlı razılıq əldə etdiyini, 11 aprel 2022-ci il tarixdə saat təxminən 14 radələrində ona evinin həyətində 1000 (min) manat məbləğində pul verdiyini, Famil növbəti dəfə Astara rayonuna gəldikdə ona 800 manat pul verəcəyini razılaşdığını, Famil pulu ondan aldıqdan sonra Bakı şəhərinə gedəcəyini söylədiyini, Famil ona müayinədən keçmək üçün onunla Bakı şəhərinə getməli olduğunu istədiyini, Famillə razılaşıb, onun idarə etdiyi avtomobillə Bakı şəhərinə getdiyini,12 aprel 2022-ci il tarixdə Bakı şəhərində Familin dediyi xəstəxanaların birində müayinədən keçməli olduğunu, həmin gün Famillə danışdıqda o, xəstəxanaya getməmə ehtimalının da olmasını olduğunu, xəstəxanadan keçmək məsələsini özünün də həll edə biləcəyini ona dediyini, bir müddət keçdikdən sonra Famil xəstəxanadan keçməyinə ehtiyac qalmadığını ona söylədiyini, vəzifədə işləyən tanışlarının vasitəsi ilə xəstəxana məsələsinii həll etdiyini və bütün xəsarətlərini yazdırdığını ona dediyini, 14 aprel 2022-ci il tarixdə Famil zəng edib, Astara rayonuna gedəcəyini söylədiyini, onunla birlikdə rayona qayıtmağını istədiyini söylədiyini, həmin gün Familin idarə etdiyi avtomobillə Astara rayonuna gəldiklərini, Bakı şəhərində olan zaman atası qalan 800 manat pulu həmin pulu Familə vermək üçün hazırladığını, həmin gün təxminən saat 13 radələrində o, Famillə yaşadığı evə çatdıqlarını, evin həyətində ona 800 manat məbləğində pul verdiyini, Familə pulu tam verdikdən sonra onunla tez-tez işinin nə yerdə olması ilə bağlı əlaqə saxladığını, Famil həmişə ona konkret tarix deyərək işinin dediyi tarixdə həll olunacağını söylədiyini, lakin nə qədər gözləsə də Famil hazırkı vaxta qədər onun işini düzəltmədiyini, Famil ona hər dəfə idarədə olduğunu, işini həll etmək üzrə olduğunu və müxtəlif bəhanələr gətirdiyini, Famil onu aldadaraq pulunu ələ keçirdiyini sonradan anladığını, Bakı şəhərində tanımadığı bir vəkilə Familin törətdiyi əməllə bağlı elektron müraciət yazdırdığını, həmin vəkil məbləğləri düzgün yazmadığını, Familə ümumilikdə 1800 manat pul verdiyini bir daha söylədiyini, Famil onun pulunu vermədiyini, aldatdığını görüb Famildən dəfələrlə pulunu istədiyini, Famil pulu qaytaracağını vəd versə də qaytarmadığını, lakin dəqiq xatırlamadığı tarixdə 2022-ci ilin sentyabr ayında Famil atasının banka olan kredit borcundan 276 manat pul ödədiyini, hazırda Familin ona 1524 manat məbləğində pul ödəməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş zərəri ödəyib, onun tutulmasını istəmədiyini, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində 3-cü qrup əlil olduğunu, 2014-cü ildən 2021-ci ilə qədər əlilliyə görə pensiya aldığını, lakin 2021-ci ildən pensiya kəsildiyini, sonradan qaynı Zərərçəkmiş şəxs2 köməyi ilə pensiyanı bərpa etmək istədiyini, X8 müraciət etməyini ona məsləhətli olduğunu, xx.xx.2022-ci il tarixdə qaynı Zərərçəkmiş şəxs2 ilə “X12”ndən çıxıb taksiyə əyləşib qohumlarının evinə gedərkən Vüqar ilə sonrandan adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi taksi sürücüsü arasındakı söhbət zamanı Famil onlara arvadının X12ndə işlədiyini, pensiyasının bərpa olunmasına kömək edə biləcəyini söylədiyini, həmçinin Famil işin düzəlməsi üçün Vüqardan sənədlərinin surətlərini, 1500 (min beş yüz) manat pul istədiyini, Vüqar da, yaşadığı Ağdaş rayon, Qaradeyin kəndinə qayıtdıqdan sonra pulu ona göndərəcəyini söylədiyini, xx.xx.2022-ci il tarixdə Vüqardan pensiya işi barədə maraqlandıqda Vüqar Təqsirləndirilən şəxs pensiyasınının bərpa edilməsi üçün 3 dəfəyə ümumilikdə 3030 (üç min otuz) manat pul göndərdiyini, lakin Familin onu aldatdığını və indiyə qədər müxtəlif bəhanələr gətirərək işini düzəltmədiyini, qaynı Vüqar Təqsirləndirilən şəxs əlillik pensiyasını bərpa etdirməsi üçün 2022-ci ilin oktyabr və noyabr aylarında 3 dəfə ümumilikdə 3030 manat pulu terminal vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına göndərdiyini, lakin Famil onları aldatdığını və pullarını mənimsədiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində 2022-ci ilin mart ayında Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs ilə tanış olduğunu, həmin vaxt Təqsirləndirilən şəxs Astara rayonun, Kijəbə qəsəbəsinə gəldiyini və görüşən zaman Təqsirləndirilən şəxs ona arvadının Sosial Müdafiə Nazirliyində işlədiyini dediyini, qardaşı oğlu Zərərçəkmiş şəxs1 İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, müharibə veteranı olmasını, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiyini, Zərərçəkmiş şəxs1 müharibədə yaralansa da ona əlillik dərəcəsi verilmədiyini, buna görə qardaşı oğlu Mahir özünə əlillik dərəcəsi düzəltmək qərarına gəldiyini, həmin ərəfələrdə qardaşı oğlu Mahir onun evinə gələrək Familin onun üçün əlillik dərəcəsi düzəldib-düzəltməyəcəyini soruşduğunu, Familə zəng etdiyini, Familə qardaşı oğlu Mahir barədə məlumat verdiyini, Mahir üçün əlillik dərəcəsi düzəltməyini istədiyini, Famil Mahirin telefon nömrəsini istədiyini, özünün Mahirlə danışacağını söylədiyini, Mahirin telefon nömrəsini Familə verdiyini, bundan sonra Famil özü qardaşı oğlu Mahir ilə telefon əlaqəsi saxladığını, razılaşdıqlarını, 2022-ci ilin aprel ayında Mahir əlillik dərəcəsi almaq üçün bankdan pul götürüb Familə verdiyini, sonra Famil rayona gəlib Mahiri müayinədən keçirmək üçün özü ilə Bakı şəhərinə apardığını, Mahir ilə Famil tez-tez əlaqə saxladığını, lakin Familin qardaşı oğlu Mahir üçün əlillik dərəcəsini düzəltmədiyini, Famil onun qardaşı oğlu Mahiri aldatdığını bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 qardaşı olduğunu, Zərərçəkmiş şəxs1 isə oğlu olduğunu, oğlu İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, müharibə veteranı olduğunu, “Döyüşdə fərqlənməyə görə”, “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edildiklərini, 2022-ci ilin mart ayında qardaşı Nadir Astara rayonunda Təqsirləndirilən şəxs ilə tanış olduğunu, oğlu Zərərçəkmiş şəxs1 İİ Qarabağ müharibəsində yaralansa da ona əlillik dərəcəsi verilmədiyini, buna görə Mahir özünə əlillik dərəcəsi düzəltdirmək qərarına gəldiyini, oğlu öz qardaşı Nadirin evinə gedərək Familin onun üçün əlillik dərəcəsi düzəldə bilib-bilməyəcəyini Nadirdən soruşduğunu, qardaşı Nadir Təqsirləndirilən şəxs zəng edib, oğlu Mahir barədə məlumat verdiyini, Mahir üçün əlillik dərəcəsi düzəltməyini istədiyini, bundan sonra Təqsirləndirilən şəxs oğlu ilə zəngləşib söhbət etdiklərini, Famil Mahirə bu işlərin sırf onun işinin olduğunu, arvadının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifədə işlədiyini, çoxlu vətən müharibəsi iştirakçıları üçün əlillik dərəcəsi düzəltdiyini, oğlu Mahir üçün də düzəldəcəyini söylədiyini, Famil bu işin qarşılığında oğlundan 3000 manat məbləğində pul istədiyini, Mahir bu barədə ona dedikdə razılaşsa da, 3000 manat pulun çox olduğunu dediyini, bir neçə gün ərzində Famil tez-tez telefonda oğlu ilə əlaqə saxladığını, Mahir 11 aprel 2022-ci il tarixdə "xxxx" ASC-nin Astara filialından 1060 manat məbləğində kreditə pul götürdüyünü, həmin gün Famil onların yaşadıqları evə gəldiyini, işlə bağlı onlarla söhbət etdiyini, Famil Mahirə sabahkı gün, yəni ki, 12 aprel 2022-ci il tarixdə Bakı şəhərində müayinədən keçməli olduğunu dediyini, Famil bir qədər danışdıqdan sonra işi 1800 manata həll olunması ilə bağlı razılıq əldə etdiyini, 11 aprel 2022-ci il tarixdə, saat təxminən 14 radələrində Mahir evlərinin həyətində Familə 1000 manat pul verdi. Famil pulu aldıqdan sonra Bakı şəhərinə gedəcəyini söylədiyini, Mahir də onunla Bakı şəhərinə gedib, müayinədən keçməyini istədiyini, Mahir də razılaşıb, Familin idarə etdiyi avtomobillə Bakı şəhərinə getdiklərini, 14 aprel 2022-ci il tarixdə oğlum Mahir Familin idarə etdiyi avtomobillə Astara rayonuna gəldi. Oğlum Mahir Bakı şəhərində olan zaman qalan 800 manat pulu hazırladığını, həmin gün, təxminən saat 13 radələrində Mahir evin həyətində 800 manat pulu Familə verdiyini, Mahir pulu tam verdikdən sonra Famillə tez-tez işinin nə yerdə olması ilə bağlı əlaqə saxladığını, lakin, gözləsə də Famil hazırkı vaxta qədər Mahirin işini düzəltmədiyini, sonra Famil müxtəlif bəhanələr gətirməyə başladığını və Famil oğlu Mahiri aldadaraq onun pulunu ələ keçirdiyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Ağdam RPŞ tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü, CM-in 72.2-ci maddələrinə əsasən xitam edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Göygöl RPŞ tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü, CM-in 73.2-ci maddələrinə əsasən rədd edilmişdir. Təhməzov X5 ŞPŞ tərəfindən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən xitam edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsin 20 Saylı Şəhər Poliklinikasından daxil olmuş xx.xx.2023-cü il tarixli 397 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayonu 20 saylı Şəhər Poliklinikasının Psixiatr kabinetində qeydiyyatda deyil. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Laçın RİHB-nin Şəlvə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfat birliyini 65 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 264 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 72 A nömrəli mənzildə Laçın rayonundan məcburi köçkün kimi məskunlaşmaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: arvadı – X7, oğlu - 2016-cı il təvəllüdlü X6 və anası X4 ibarətdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında“ protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində Astara RPŞ-nin İB-nin müstəntiqi Ərəstun Mahmudzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə MSY-dən azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “şübhəli şəxsin tutulması haqqında“ protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 01:20 radələrində Ağdaş RPŞ-nin müstəntiqi Nahid Rəhimov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə MSY-dən azad olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(014)-150/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin könüllü olaraq özünü təqdim etməsi barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Ağdaş rayon Polis şöbəsinə gələrək özünü könüllü olaraq təqdim etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X2 07 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş RPŞnin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün xx.xx.2023-cü il tarixdə Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinə gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, habelə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və barışıq əldə etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən peşman olmasını bildirməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onu şəxsiyyətini əvvəllər də anoloji əməllər törətməsi şəxsiyyətini mənfi səciyyələndirən haldır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyalarında nəzərdə tutulan cəza növü – cərimə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixə kimi həbsdə saxlanıldığı nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixə kimi şübhəli şəxs kimi saxlanıldığı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixə kimi həbsdə saxlanıldığı nəzərə alınaraq ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək qəti olaraq 2000 (iki min) manat miqdarında cərimə növündə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənə qədər başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-150/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-150/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver