Məhkəmə qərarları › İş №1(014)-151/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-151/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-151/2024 02.10.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Zərərçəkmiş şəxs1 Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hakimin özü-özünə etirazına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində keçmiş arvadı Zərərçəkmiş şəxs2 ilə aralarında Zərərçəkmiş şəxs1 Ağdaş şəhəri, M.İsayev küçəsi 17 ünvanında yerləşən inzibati binasının iclas zalında məhkəmə iclası zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə məhkəmənin normal fəaliyyətini pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək, onların qanuni mənafelərinə toxunan, hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb hərəkətlər edib Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib boynundan tutub yerə yıxaraq bir neçə dəfə təpiklə bədəninin müxtəlif hissələrindən vuraraq ona başın ənsə nahiyəsinin, boynun arxa səthinin yumşaq toxumalarının əziyi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, eləcə də həmin hərəkətlər nəticəsində məhkəmə iclas zalında olan tribunanı zədələyərək Zərərçəkmiş şəxs1nə 30 (otuz) manat məbləğində maddi ziyan vurulması ilə nəticələnən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin mülki iş üzrə Zərərçəkmiş şəxs1 sədr vəzifəsini icra edən hakimi Sultanov Cavid Rizvan oğlu özü-özünə etiraz edərək, hazırkı cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 olduğundan tərəfindən baxılması yekun məhkəmə aktının obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğura bilər. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı həmin işə tərəfindən baxılmasına, özü-özünə etiraz edir. Məhkəmə iclasında dövlət ittihamçısı, təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş hüquqi səxsin nümayəndəsi ayrı-ayrılıqda hakimin özü-özünə etirazının təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə dövlət ittihamçısının, təqsirləndirilən şəxsin, müdafiəçinin və zərərçəkmiş hüquqi səxsin nümayəndəsinin fikirlərini dinləyib, işin materiallarını nəzərdən keçirib, hesab edir ki, etiraz əsaslıdır, təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 30.2-ci maddəsinə əsasən bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən dəyişdirilə bilər. Qeyd olunan Məcəllənin 107.2-ci maddəsinə əsasən hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 112-118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü-özünə etiraz etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda hakim özü-özünə etiraz etməlidir. Qeyd olunan Məcəllənin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, mülki, kommersiya, inzibati və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Həmin Qərarın 5.1-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sədr vəzifəsini icra edən hakimin özü-özünə etirazı baxılması üçün işin materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53, 155, 300, 304 və 319-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə sədr vəzifəsini icra edən hakimin özüözünə etirazı baxılması üçün işin materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və ondan şikayət verilə bilməz. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar