Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-152/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştrakı ilə xx xxxxx 1989-cu il tarixdə Ağdaş rayonu Xosrov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvələr məhkum olunmamış, Ağdaş rayonu rayonu Xosrov kəndində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına 22 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X4 təqsirləndirilir ondan ötrü ki, Ağdaş rayonu Xosrov kəndində yaşayan xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs ilə arvadı Ağdaş rayonu Xosrov kəndində qeydiyyatda olan Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 1/2 ünvanında yaşayan xx.xx.1995-ci təvəllüdlü X6 arasında 05.11.2021-ci il tarixdə təxminən saat 12 radələrində Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 1/2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəmnində mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən vuraraq ona sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyənin, üst dodağın diş səthinin sağ nahiyəsinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 05.11.2021-ci il tarixə uyğun gələn, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X4 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs onun həyat yoldaşı olduğunu, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə əvvəllər də aralarında mübahisə və dava-dalaş baş verdiyini, hərdən bir spirtli qəbul etdiyini, birgə nikahdan 2 az yaşlı övladlarının olduğunu, 05.11.2021-ci il tarixdə saat təxminən 12 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs hazırda yaşadığı Ağdaş şəhəri S.Səlimoğlu küçəsində yerləşən atası Şahid məxsus evinə getdiyini, həyat yoldaşı Zərərçəkmiş şəxs həmin evdə atası Şahid ilə birlikdə yaşadığını, həmin vaxt, həyat yoldaşı Zərərçəkmiş şəxs atası Şahid məxsus evə gələn zaman atası Arifin işdə olduğu üçün həyat yoldaşı Zərərçəkmiş şəxs evdə tək olduğunu, həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları Ağdaş rayonu Xosrov kəndində yerləşən evə getməli olduğuqlarını bildirdiyini, həyat yoldaşı Zərərçəkmiş şəxs onunla birlikdə yaşamaq istəmədiyini söylədiyini və getməkdən imtina etdiyini, buna görə də aralarında mübahisə yarandığını, mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs ona nalayiq ifadə işlətdiyini, özünün də buna əsəbləşərək yumruqla bir neçə dəfə qəsdən həyat yoldaşı Nuranənin sifət nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, bundan sonra həyətə düşərək çıxıb getdiyini,dava dalaş zamanı orada özündən və həyat yoldaşı Nuranədən başqa heç kim olmadığını, yaranmış səs-küyə heç kim gəlmədiyini, aralarındakı davadalaşın təxminən 5-10 dəqiqə davam etdiyini, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və dava-dalaş zamanı yumruqla bir neçə dəfə qəsdən həyat yoldaşı Nuranənin sifət nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini onun həyat yoldaşı Nuranə Quluyevdan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs X4 məhkəməyə rəsmi ərizə təqdim edərək, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlindən səmimi olaraq peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsini və işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən X6 ifadəsində əri Ələsgər Quliyev ilə əvvəllər də aralarında mübahisə və dava-dalaş baş verdiyini, əri Ələsgər Quliyevin hərdən bir spirtli içki qəbul edərək yaşadıqları evdə dava-dalaş saldığını, birgə nikahdan 2 az yaşlı övladlarının olduğunu, 05.11.2021-ci il tarixdə saat təxminən 12 radələrində hazırda yaşadığı Ağdaş şəhəri S.Səlimoğlu küçəsində yerləşən atası Şahid məxsus evdə olan zaman əri Ələsgər Quliyevin gəldiyini, həmin evdə atası Şahid ilə birlikdə yaşadığını, həmin vaxt, yəni əri Ələsgər Quliyev gələn zaman atası Arifin işdə olduğu üçün özünün evdə tək olduğunu, əri Ələsgər Quliyev gəldikdən sonra ona təkidlə onunla birlikdə onun yaşadığı Ağdaş rayonu Xosrov kəndində yerləşən evə getməli olduğunu bildirdiyini, lakin onunla yaşamağının mümkün olmadığı üçün onunla birlikdə getməkdən imtina etdiyini, buna görə də aralarında mübahisə yarandığını, mübahisə zamanı əri Ələsgər Quliyevin yumruqla bir neçə dəfə qəsdən onun sifət nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, bundan sonra əri Ələsgər Quliyevin həyətə düşərək çıxıb getdiyini, bundan təxminən 1 saat sonra atası Şahid yaşadıqları evə gələrək onun sifət nahiyəsində olan xəsarətləri gördüyünü və ondan bunun səbəbini soruşduğunu, özünün də atasına əri Ələsgər Quliyev tərəfindən döyülməsini bildirdiyini, mübahisə vaxt orada özündən və əri Ələsgər Quliyevdən başqa heç kimin olmadığını, yaranmış səs-küyə heç kimin gəlmədiyini, aralarındakı dava-dalaşın təxminən 5-10 dəqiqə davam etdiyini, ərim Ələsgər Quliyev ilə aralarındakı mübahisə və dava-dalaş zamanı əri Ələsgər Quliyevin yumruqla qəsdən bir neçə dəfə sifət nahiyəsindən vuraraq qəsdən ona xəsarət yetirdiyini, əri Ələsgər Quliyev ilə aralarındakı mübahisə və dava-dalaş zamanı əri Ələsgəri vurmadığını və ona heç bir xəsarət yetirmədiyini, X4 ilə barışdığını, hal-hazırda heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəməyə rəsmi ərizə təqdim edərək, təqsirləndirilən şəxs X4 ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid ifadəsində Zərərçəkmiş şəxs onun doğma qızı olduğunu, Təqsirləndirilən şəxs onun kürəkəni olduğunu, qızı Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs arasında əvvəllər də mübahisələrin və dava-dalaşın baş verdiyini, qızı Nuranə Qulyevanınvə əri Təqsirləndirilən şəxs birgə nikahdan 2 az yaşlı övladı olduğunu, 05.11.2021-ci il tarixdə yaşadığı evə gəldiyini, evdə qızı Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarəti olmasını, qızı Nuranədən ona kimi xəsarət yetirdiyini soruşduğunu, qızı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsini söylədiyini bildirdi. Həmçinin Şahid izahatında qızı Nuranə Quluyev ilə Təqsirləndirilən şəxs arasındaki davadalaşın yaşadığı evində baş verdiyini, dava-dalaş zamanı Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vurduğunu bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 06.11.2021-ci il tarixli, 699 saylı rəyindən görünür ki, onun bədənində olan xəsarətlər – sol gözətrafı nahiyənin qançır və şişkinliyi (dərialtı hematoması) sol gözün ağlı qişasına qansızma, sağ gözaltı nahiyənin, üst dodağın diş səthinin sağ nahiyəsinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 05.11.2021-ci il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yungül zərər vuran xəsarətlərə aiddir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 06.11.2021-ci il tarixli, 698 saylı rəyindən görünür ki, onun bədənində hər hansı bir xəsarət aşkar olunmadı. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin 19.08.2021-ci il tarixli, 1143 nömrəli məktubdan görünür ki, X4 “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş rayon İHB-nın Xosrov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakteriza olunduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilən Ağdaş RMX-nin 24.11.2021-ci il tarixli, 1629 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43-cü maddəsinə əsasən: 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. bu məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 43.3. məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs X1 AR CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edirəm ki, X4 cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Xüsusi müsadirənin tətbiqi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi təqsirləndirilən şəxs X1 məhkəmə iclasları dövründə hüquqlarını 18 saat müddətində müdafiə etmişdir. Odur ki, X2 göstərilmiş hüquqi yardıma görə 108 (yüz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.1, 40.3, 43.1.2, 321.2.1, 344, 349, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X2 göstərilmiş 18 saat hüquqi xidmətə görə 108 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Abdullayev Ehtibar Vaqif oğlunun “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına köçürülsün. Məhkəmə iclasının qərarından 20 gün müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №1(014)-152/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-152/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver