Məhkəmə qərarları › İş №1(014)-152/2022

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-152/2022

23.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-152/2022 23.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim - Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi – X4 Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi – Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, usta işləyən, evli, himayəsində iki azyaşlı övladı olan, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluq müddəti bitmədən və götürülmədən yenidən qəsdən cinayət törətmiş, Ağdaş Türyançay qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş şəhərində 23 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 234.1 və 237.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Türyançay qəsəbəsində özünə məxsus evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 15 (on beş) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra 2022-ci ilin avqust ayının əvvəllərində həmin bitkilərin yarpaqlarının bir hissəsini qanunsuz olaraq toplayaraq qurutmaqla hazırlayıb, şəxsi istehlak miqdarından artıq miqdarda, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq 415 (dörd yüz on beş) qram narkotik vasitə qurudulmuş marixuana əldə edib daşıyaraq yaşadığı evin qonaq otağında olan taxta dolabın yuxarı hissəsində (gözündə) saxlamış, xx.xx.2022-ci il tarixdə saat 23.00 radələrində DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun razılığı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 15 (on beş) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1600 (min altı yüz) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri və həmin bitkilərdən toplamaqla qurudaraq daşıyıb yaşadığı evin qonaq otağında olan taxta dolabın yuxarı hissəsində (gözündə) saxladığı 415 (dörd yüz on beş) qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ustalıq fəaliyyəti ilə məşğul olur, ailəlidir, üç övladı var, əvvəllər Azərbaycan Respulbikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 3 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2022-ci ilin may ayının əvvəllərində Ağdaş rayon Türyançay qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində 15 ədəd narkotik tərkibli çətənə kollarını əkmişdir. Həmin kollara müxtəlif vaxtlarda qulluq göstərərək onların diblərini yumşaldır, diblərinə peyin və su vermişdir. Həmçinin həmin bitkilərin 1 ədədinin yarpaqlarından bir qədər yığaraq qurutmaq üçün yaşadığı evdə saxlamışdır. xx.xx.2022-ci il tarixdə, gecə saat 03 radələrində yaşadığı evə gələn zaman evdə yoldaşı Ulduzənin ona polis əməkdaşlarının onların yaşadıqları evə gəldiyini, yaşadıqları evin həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirdiklərini bildirmişdir. Baxış zamanı yaşadıqları evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli bitki kolları və həmin bitki kollarından yığıb qurutmaq üçün yaşadığı evdə saxladığı bitki kütləsi aşkar olunaraq götürülmüşdür. Həmçinin, yoldaşı Ulduzə ona polis əməkdaşlarının onu axtardığını bildirmişdir. O da həmin vaxt həyacanlanaraq qorxduğu üçün yaşadığı evdən qaçıb getmiş və bir neçə gün müxtəlif yerlərdə polis əməkdaşlarından gizlənmişdir. Lakin, sonradan qaçmağın mənasız olduğunu anladığı üçün özü könüllü olaraq gəlib polis şöbəsinə gələrək törətdiyi əməlimi etiraf etmək istədiyini və bu barədə ifadə vermək istədiyini bildirmişdir. Əkmiş olduğu çətənə bitkisinin toxumlarını özü istifadə etdiyi qurudulmuş marixuanalardan əldə etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində ifadə vermiş DİN-nin BNMİ-nin QBRŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdaş şəhəri Türyançay qəsəbəsində yaşayan Ceyhun adlı şəxsin narkotik vasitələri istifadə etməsi və yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə DİN-nin BNMİ QBRŞya əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat müəyyənləşdirilməsi nəticəsində Ceyhun adlı şəxsin xx.xx.1983-cü ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri Türyançay qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin məlumatla əlaqədar tərəfindən rəhbərliyinə məruzə olunmuş və müvafiq sənədləşmələr aparılmışdır. Həmin gün saat 23 radələrində, idarənin digər əməkdaşları, sürücü polis nəfəri, polis baş serjantı Şahid2, operator polis nəfəri, polis baş serjantı Şahid1 və Yevlax rayon bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisi, aqronom mütəxəssis Şahid5 ilə birlikdə Ceyhunun yaşadığı ünvana yəni, Ağdaş rayonu Türyançay qəsəbəsinə getmişlər. Ceyhunu çağırmışlar, lakin Ceyhun evdə olmadığı üçün onun həyat yoldaşı Şahid4 qarşılamışdır. Həmin zaman ona əri Ceyhunun narkotik vasitələrin dövriyyəsində və yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat olduğunu və onların yaşadıqları evin həyətinə və evə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra Ceyhunun yaşadığı evin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı Şahid4 Ceyhunun evin arxasında əkib becərdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək təqdim etmişdir. Həmin bitki kollarına mütəxəssisin iştirakı ilə baxış keçirilmiş, baxış keçirildikdən sonra həmin 15 ədəd narkotik tərkibli çətənə bitkiləri köklərindən çıxarılaraq uzunluqları ölçülmüş, ən uzun bitkinin hündürlüyü 150sm, ən kiçiyi isə 34sm olmuşdur. Sonra həmin bitkilər 01 ədəd politeltin kisəyə yığılaraq qablaşdırılmış. Bundan sonra həmin bitkilər elektron tərəzidə çəkilmiş və çəkisi 2kq 570 qram olmuşdur. Daha sonra həmin qablaşdırmanın üzəri möhürlənmiş, bundan sonra Şahid4 Ceyhunun yaşadıqları evin zalında dolabda saxladığı 01 ədəd sellofan torbada olan kütləni də təqdim etmiş, həmin torbaya baxış keçirərək, elektron tərizdə çəkilmiş və çəkisi 435 qram olmuş, daha sonra həmin bitki kütləsi 01 ədəd zərfə qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənərək imzalanmışdır. Daha sonra bütün bunlar barədə protokol tərtib olunmuş və heç bir əlavə, təklif və şikayət olmadığından protokol imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BNMİ QBRŞ-nin sürücü polis nəfəri, polis baş serjantı Şahid2 eyniməzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, Ceyhunla 16 ildir ki, ailə qurmuş və birgə nigahdan 3 azyaşlı övladı vardır. Əri Ceyhun təxminən 3 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Ceyhun bu il may ayında yaşadıqları evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkmişdir və həmin bitkilərin diblərini su və peyin çürüntüsü tökərək onlara aqrotexniki qaydada qulluq etmişdir. Bundan əlavə bir neçə gün əvvəl Ceyhun həmin bitkilərdən yığıb qurudaraq əldə etdiyi kütləni sellofan torbada yaşadıqları evin zalında dolabın içərisində saxlamışdır. Onun bu hərəkətlərinə öz narazı olsa da ona heçnə deyə bilməmiş, çünki onunla aralarında bu səbəbdən mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində küçədən səs gəldiyini eşidib çölə çıxan zaman küçə qapısının qarşısında dayanmış bir neçə nəfər özünü polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxsləri görmüşdür. Həmin polis əməkdaşları Ceyhunun barəsində qəbul edilmiş qərarı ona elan etmişlər. Ceyhunun evdə olmadığını demiş və yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiyimi bildirmişdir. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Ceyhunun evin arxasında əkib becərdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək təqdim etmişdir. Həmin bitki kollarına mütəxəssisin iştirakı ilə baxış keçirilmiş, baxış keçirildikdən sonra onun və polis əməkdaşlarının iştirakı ilə həmin 15 ədəd narkotik tərkibli çətənə bitkiləri köklərindən çıxarılaraq uzunluqları ölçülmüşdür. Ən uzun bitkinin hündürlüyü 150sm, ən kiçiyi isə 34sm olmuşdur. Sonra həmin bitkilər 01 ədəd politeltin kisəyə yığılıb bağlanaraq qablaşdırılmışdır. Bundan sonra həmin bitkilər elektron tərəzidə çəkilmiş və çəkisi 2kq 570 qram olmuşdur. Daha sonra həmin qablaşdırmanın üzəri möhürlənmişdir. Bundan sonra Ceyhunun yaşadıqları evin zalında dolabda saxladığı 01 ədəd sellofan torbada olan kütləni də polis əməkdaşlarına təqdim etmişdir. Həmin torbaya polis əməkdaşları baxış keçirərək, elektron tərizdə çəkilmişdir və çəkisi 435 qram olmuşdur. Daha sonra həmin bitki kütləsi 01 ədəd zərfə qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənərək imzalanmışdır. Daha sonra bütün bunlar barədə protokol tərtib olunmuş və heç bir əlavə, təklif və şikayət olmadığından protokol imzalanmışdır. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Yevlax rayon Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin rəisi, aqronom mütəxəssis vəzifəsində işləyən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları ona müraciət edərək Ağdaş şəhəri Türyançay qəsəbəsində yaşayan Ceyhun adlı şəxsin yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda onunda iştirak etməyi xahiş olundu. Könüllü olaraq polis əməkdaşları ilə razılaşmış və bu barədə tərtib edilmiş sənədləri imzalamış, bundan sonra həmin gün saat 23 radələrində, polis əməkdaşları ilə birlikdə Ceyhunun yaşadığı ünvana yəni, Ağdaş rayonu Türyançay qəsəbəsinə getmiş, Ceyhunu çağırmışlar. Lakin Ceyhun evdə olmadığı üçün onun həyat yoldaşı Şahid4 qarşılamış, polis əməkdaşları həmin zaman ona əri Ceyhunun narkotik vasitələrin dövriyyəsində və yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə məlumat olduğunu və onların yaşadıqları evin həyətinə və evə baxış keçirəcəklərini bildirmişdir. Bundan sonra Ceyhunun yaşadığı evin həyətyanı sahəsinə video çəkilişlə baxış keçirilmiş. Baxış zamanı Şahid4 Ceyhunun evin arxasında əkib becərdiyi 15 ədəd narkotik tərkibli çətənə bitkilərini göstərərək təqdim etmişdir. Həmin bitki kollarına tərəfindən baxış keçirilmiş, baxış zamanı aşkar edilmiş 15 ədəd çətənə kollarına oxşar kolllar olması, bitki kollarına aqrotexniki qaydada qulluq edilməsi, dibləri boşaldılması, suvarılması üçün xüsusi qaydada düzəldilməsi aşkar edilmişdir. Bitki kolları tünd yaşıl rəngli, spesifik iyə malikdir. Baxış keçirildikdən sonra həmin 15 ədəd narkotik tərkibli çətənə bitkiləri köklərindən çıxarılaraq uzunluqları ölçülmüş, ən uzun bitkinin hündürlüyü 150sm, ən kiçiyi isə 34sm olmuşdur, sonra həmin bitkilər 01 ədəd politeltin kisəyə yığılaraq qablaşdırılmış, bundan sonra həmin bitkilər elektron tərəzidə çəkilmiş və çəkisi 2kq 570 qram olmuşdur. Daha sonra həmin qablaşdırmanın üzəri möhürlənmiş, bundan sonra Şahid4 Ceyhunun yaşadıqları evin zalında dolabda saxladığı 01 ədəd sellofan torbada olan kütləni də təqdim etmişdir. Həmin torbaya tərəfdən baxış keçirərək, elektron tərizdə çəkilmiş və çəkisinin 435 qram olmuşdur. Daha sonra həmin bitki kütləsi 01 ədəd zərfə qablaşdırılmış və qablaşdırmanın üzəri möhürlənərək imzalanmışdır. Daha sonra bütün bunlar barədə protokol tərtib olunmuş və heç bir əlavə, təklif və şikayət olmadığından protokol imzalanmışdır. Təqsirləndirilən şəxs evindən və evinin həyətindən iş üçün əhəmiyyət kəsb edən başqa heç nə aşkar edilməmişdir. “Evə baxış keçirilməsi və götürülmə haqqında” 13 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 23:40-dan saat 00:10-a dək Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə torpağa əkdiyi 15 (on beş) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi 1600 (min altı yüz) qram qadağan olunmuş tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq edilmiş çətənə (kannabis) bitikiləri və həmin bitkilərdən toplamaqla qurudaraq daşıyıb yaşadığı evin qonaq otağında olan taxta dolabın yuxarı hissəsində (gözündə) saxladığı 435 (dörd yüz on beş) qram eynitərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Həmin 15 ədəd çətənə (kannabis) bitkiləri və 435 qram qurudulmuş marixuana zərfə qablaşdırıldıqdan sonra həmin kağız zərflərin üzəri DİN-nin 111 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/959 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin zal otağında olan şkafdan aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə..” sözləri yazılmış və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 415 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar olnumuş 15 (on beş) ədəd narkotik tərkibli çətənə bitkilərinə bəznər bitki kolları..” adlar və imzalar olan 1(bir) ədəd sintetik kisədə, sayı 15 (on beş) ədəd, ümumi təmiz çəkisi 1600 qram bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə olan marixuana ilə 1 (bir) ədəd sintetik kisədə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1469 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/622-2-2022-635 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Türyançay qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Həşiş qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 sentyabr 2022-ci il tarixli 358 saylı arayışdan göründüyü kimi Təqsirləndirilən şəxs Ağdaş rayonu, Türyançay qəsəbəsində yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: anası- X1, arvadı- Şahid4, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cü il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağdaş rayonu, Dəhnəxəlil kənd icra nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-34/2020 saylı 03 iyun 2020-ci il tarixli hökmü ilə, Azərbaycan Respubilkasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respubilkasının CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün təyin edilmiş cəzadan çıxılmış və qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhəməsinin xx.xx.2021-ci il tarixli, 7(014)- 29/2021 saylı qərarına əsasən 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 24 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ağdaş rayon məkəməsinin xx.xx.2022-ci il tarixli, 7(014)-14/2022 saylı qərarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 7(014)-29/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.13-cü bəndi tətbiq edilməklə ona şərti olaraq tətbiq edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsindən azad edilmiş, üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayının əvvəllərində yaşadığı Ağdaş rayonu, Türyançay qəsəbəsində özünə məxsus evin həyətyanı sahəsində əkmiş, həmin toxumlardan inkişaf etmiş xeyli miqdarda 15 (on beş) ədəd çətənə (kannabis) bitkilərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, bundan sonra 2022-ci ilin avqust ayının əvvəllərində həmin bitkilərin yarpaqlarının bir hissəsini toplayaraq qurutmaqla hazırlayıb, 415 (dörd yüz on beş) qram narkotik vasitə qurudulmuş marixuananı, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda saxlamaqla sonuncunun Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetir, həmin əməlləri törətməkdə təqsirlidir, əməlin cinayət olmasını və cinayət məsuliyyətin azad edən hallar yoxdur, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, 13.1. həbs qətimkan tədbiri seçilərkən şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələrin və həmin qətimkan tədbirinin tətbiqi əsaslarının mövcudluğunu araşdırsınlar; 13.2. həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimatlara baxarkən digər qətimkan tədbirlərinin seçilməsinin qeyri-mümkün olduğuna dair dəlilləri yoxlasınlar; 13.3. cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4. cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, himayəsində üç az yaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə 52-1.2-ci maddəsində sadalanan vəzifələrin qoyulmasını zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonu, Türyançay qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı, onların qiyməti olmadıqda məhv edilməlidir. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 15 ədəd çətənə (kannabis) bitkiləri, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 414,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Ağdaş rayonunda fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə iclasları dövründə hüquqlarını 22 saat müddətində müdafiə etmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərcləri olan 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347.2, 349, 351- 353,356, 358.2-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonu Türyançay qəsəbəsində yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Ağdaş RPŞ-nin MSSK-da saxlanılan 15 ədəd çətənə (kannabis) bitkiləri, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 414,95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə məhkəmə xərci olan 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul tutularaq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi xidmətə görə 120 manat məbləğində pul Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaiti hesabına vəkil Müdafiəçi "xxxx" ASC-nın Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ15AİİB******************** saylı hesabına köçürülsün. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar