Məhkəmə qərarları › İş №1(014)-153/2021

Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-153/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-153/2021 28.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxx 1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Ağdaş şəhəri, Zeynəddin küçəsi 14-də qeydiyyatda olan və yaşayan, barəsində 09 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 31.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 30.12.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş 2021-ci ilin may ayının sonlarından 24 iyun 2021ci il tarixədək özgə əmlakını gizli yolla talama məqsədi ilə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs1 məxsus Ağdaş şəhəri, Zeynəddin küçəsində yerləşən 9 saylı həyət evinə qanunsuz yolla ayrı-ayrı vaxtlarda daxil olub oradan 2 ədəd 2x3 ölçüdə xalça bir ədədin qiyməti 80 manat olmaqla ümumi dəyəri 160 manat, 1 ədəd 10 litr samovar ümumi dəyəri 150 manat, 2 ədəd qaz balonu balaca 20 manat ümumi dəyəri 40 manat, 1 ədəd qaz balonu böyük 40 kq 40 manat, 4 ədəd qazan böyük 30 manatdan ümumi dəyəri 120 manat, 6 ədəd qazan balaca 15 manat ümumi dəyəri 90 manat, 2 ədəd tava böyük 15 manat ümumi dəyəri 30 manat, 2 ədəd tava balaca 10 manat ümumi dəyəri 20 manat, 40 ədəd qaşıq 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çəngəl 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çay qaşığı 0,50 manat ümumi dəyəri 20 manat, 6 ədəd bıçaq 2 manat ümumi dəyəri 12 manat, 6 ədəd çömçə balaca 3 manat ümumi dəyəri 18 manat, 4 ədəd çömçə böyük 6 manat ümumi dəyəri 24 manat, 6 ədəd bulud qaşığı 6 manat ümumi dəyəri 36 manat, 1 ədəd çuqun balaca qazan 20 manat ümumi dəyəri 20 manat, 3 ədəd plasmas vanna böyük 6 manat ümumi dəyəri 18 manat, 3 ədəd plasmas vanna balaca 4 manat ümumi dəyəri 12 manat, 4 ədəd kanistr aliminum 20 litr 20 manat ümumi dəyəri 80 manat, 2 ədəd peyk antenası başlığı 5 manat ümumi dəyəri 10 manat, 1 ədəd çəkic 5 manat, 1 ədəd balta 10 manat, 1 ədəd bel 5 manat, 1 ədəd dırmıx 5 manat, 1 ədəd kəlbətin 3 manat, 1 ədəd suqızdıran 3 manat, 3 ədəd vint açan 2 manat ümumi dəyər 6 manat, 1 ədəddin qiyməti 130 manat olan 2 ədəd ümumi dəyəri 260 manat plastik materialdan hazırlanmış qapı və 1 ədəd ümumi dəyəri 30 manat plastik materialdan hazırlanmış nəfəslik, 1 ədəd divan və 2 ədəd kreslo ümumi dəyəri 250 manat, alminium list dam örtüyü 1.20x2 ölçüdə 40 ədəd 1 ədədi 30 manat ümumi dəyəri 1200 manat, alminium list 20 ədəd 1 ədədi 30 manat ümumi 600 manat, stul (işlənməmiş) 6 ədəd, 1 ədədi 80 manat ümumi 480 manat, aliminium teşt 4 ədəd 1 ədədi 60 manat, ümumi dəyəri 240 manat, mis qazan 2 ədəd 1 ədədi 200 manat, ümumi dəyəri 400 manat, su matoru 2 ədəd 80 manat ümumi dəyəri 160 manat, su vurmaq üçün kaçalka dəmiri 1 ədəd 50 manat ümumi dəyəri 50 manat, su təzyiq nasosu (qidrapor yeni) 1 ədəd 80 manat, plastik pəncərə (fortuşka) 1 ədəd 60 manat, dəmir çarpayı 4 ədəd 1 ədədi 80 manat ümumi dəyəri 320 manat, yazı masası 1 ədəd 100 manat, mis kəfkir qədimi 1 ədəd 60 manat, keks qabları 2 ədəd 10 manat ümumi dəyəri 20 manat, termos iki gözlü (nikkel) 1 ədəd 200 manat ümumi dəyəri 200 manat, podnos 6 ədəd 10 manat ümumi dəyəri 60 manat, dörd ayaq oxlov 2 ədəd 12 manat ümumi dəyəri 24 manat, həyət üçün əl üz yuyan dəmirdən yığılma 1 ədəd 50 manat, ariston (yeni maye qaz ilə işləyən ) ptiminutka Arcelik markalı 1 ədəd 120 manat, çaydan 1 ədəd 20 manat, çaynik 5 ədəd 5 manat ümumi dəyəri 25 manat, tefal 1 ədəd 10 manat, elektrik peçi 2 gözlu 1 ədəd 100 manat, odun peçi (tökmə dəmir) 4 ədəd 150manat ümumi dəyəri 600 manat, radiator 2 ədəd 150 manat, ümumi dəyəri 300 manat, çuqun qazan 2 ədəd 50 manat ümumi dəyəri 100 manat, çuqun tava 4 ədəd 20 manat ümumi dəyəri 80 manat, dəmir vanna 1 ədəd 20 manat, evin miss elektirik kabelləri 150 metr bir metr 0.60 manat ümumi dəyəri 90 manat, cəmi 7.126 manat məbləğində əmlakı vahid niyyətlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin iyul aylarında özgə əmlakını gizli yolla talama məqsədi ilə atası Zərərçəkmiş şəxs2 yaşadığı Ağdaş şəhəri, Zeynəddin küçəsində yerləşən 14 saylı həyət evindən ayrı-ayrı vaxtlarda 1 ədəd 2 tonluq dəmirdən hazırlanmış 250 manat dəyərində su cənini, 1 ədədinin qiyməti 40 manat olan (2x40) 02 ədəd 80 manat dəyərində əl ilə işləyən yük qaldırıcı (tal) və 01 ədəd 4 metr uzunluğunda 80 manat dəyərində dəmir relsi, cəmi 410 manat məbləğində əmlakı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində Şahid1 onun uzaq qohumu olduğunu, Şahid1 mərhum bacısına məxsus olan, hazırda onun oğlu Zərərçəkmiş şəxs1 məxsus olan evdən 2021-ci ilin may ayının sonlarından 24 iyun 2021-ci il tarixə qədər ittiham aktında göstərilən əşyaları oğurladığını, lakin həmin əşyaların qiymətinin şişirdildiyini, bundan başqa 2021-ci ilin iyun iyul aylarında atası Zərərçəkmiş şəxs2 yaşadığı evdən ittiham aktında göstərilən əşyaları oğurladığını, Şahid3 adlı şəxsi tanıdığını, həmin şəxs işlənmiş əşyaları satmaqla məşğul olduğunu, belə Elçinin ikinci əl əşyalar satmaqla məşğul olduğunu, “lalafo” Elçinə 1 ədəd divan və kreslonu 120 manata satdığını, bundan başqa “Sallaxananın” yanında dəmir qəbul edən şəxsə alminum materialdan olan 1 ədədinin qiyməti 15 manatdan 10 ədəd list şiferi, Cibi adlı şəxsə və onun anasına qab qaşıqları 20 manata, Ələsgər adlı dəmir yığana dəmirləri satdığını, Elçin adlı şəxsə 1 ədəd divan və 2 ədəd kreslonu 120 manata satdığını, həmin əşyaları Mətləbin mərhum bacısı Pərvanənin yaşadığı evdən oğurladığını, 1 ədəd nəfəslik və 2 ədəd plastik qapını qonşuluqda yaşayan Mətləbin mərhum bacısı Pərvanənin yaşadığı evdən oğurladığını, Ağdaş rayonunda Sallaxananın yanında dəmir qəbul edən Ceyhun adlı şəxsə alminum materaildan olan 1 ədədinin qiyməti 15 manatdan 10 ədəd list şiferi satdığını və həmin əşyaları qonşuluqda yaşayan Mətləbin mərhum bacısı Pərvanənin yaşadığı evdən oğurladığını, həmin şəxsə satdığı dəmirlərdən 1 ədədini qonşuluqda yaşayan Mətləbin mərhum bacısı Pərvanənin yaşadığı evdən oğurladığını, bundan başqa həmin dəmirlərin digərlərini isə öz yaşadığı həyətdən topladığını, 01 ədəd 2 tonluq dəmirdən hazırlanmış su cəni, 02 ədəd əl ilə işləyət yük qaldırıcı (tal) və 01 ədəd 4 metr uzunluğunda dəmir relsi oğurlayaraq satdığını, əldə etdiyi pulları isə öz şəxsi məqsdədləri üçün xərclədiyini bildirdi. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, anası X3 2016-cı ildə vəfat etmişdir, anası Pərvanə vəfat etdikdən sonra bir müddət o, həmin ünvanda yaşamış lakin sonradan işi ilə əlaqədar olaraq həmin ünvanda yaşamamış, bacısı Türkan ailə həyatı qurub ayrı yaşayır, evlərini dayısı Şahid1 tapşırmışlar, dayısı onlara məxsus həyət evinə nəzarət etmiş 24 iyun 2021-ci il tarixdən dayısı Mətləb şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhərində olmuş və 29 iyun 2021-ci il tarixdə Ağdaş rayonuna gəlmiş, 24 iyun 2021ci il tarixdə dayısı Mətləb Sumqayıt şəhərində olan zaman ona qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 zəng edərək onlara məxsus yaşayış olmayan evdən oğurluq olması barədə məlumat vermiş, həmin vaxt Zərərçəkmiş şəxs2 dayısına bildirib ki, ona məxsus evdə olan divan-kreslonu onun oğlu Təqsirləndirilən şəxs göy rəngli avtomobilə yükləyərək aparıb. Dayısı Mətləb bundan dərhal bu barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. 29.06.2021-ci il tarixdə dayısı Mətləb Sumqayıt şəhərindən Ağdaş rayonuna gəldikdən dərhal sonra onlara məxsus evə getmiş və evə baxdıqda evdən oğurluq edilməsini aşkar etmişdir. Evlərindən 2 ədəd 2x3 ölçüdə xalça bir ədədin qiyməti 80 manat olmaqla ümumi dəyəri 160 manat, 1 ədəd 10 litr samovar ümumi dəyəri 150 manat, 2 ədəd qaz balonu balaca 20 manat ümumi dəyəri 40 manat, 1 ədəd qaz balonu böyük 40 kq 40 manat, 4 ədəd qazan böyük 30 manatdan ümumi dəyəri 120 manat, 6 ədəd qazan balaca 15 manat ümumi dəyəri 90 manat, 2 ədəd tava böyük 15 manat ümumi dəyəri 30 manat, 2 ədəd tava balaca 10 manat ümumi dəyəri 20 manat, 40 ədəd qaşıq 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çəngəl 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çay qaşığı 0,50 manat ümumi dəyəri 20 manat, 6 ədəd bıçaq 2 manat ümumi dəyəri 12 manat, 6 ədəd çömçə balaca 3 manat ümumi dəyəri 18 manat, 4 ədəd çömçə böyük 6 manat ümumi dəyəri 24 manat, 6 ədəd bulud qaşığı 6 manat ümumi dəyəri 36 manat, 1 ədəd çuqun balaca qazan 20 manat ümumi dəyəri 20 manat, 3 ədəd plasmas vanna böyük 6 manat ümumi dəyəri 18 manat, 3 ədəd plasmas vanna balaca 4 manat ümumi dəyəri 12 manat, 4 ədəd kanistr aliminum 20 litr 20 manat ümumi dəyəri 80 manat, 2 ədəd peyk antenası başlığı 5 manat ümumi dəyəri 10 manat, 1 ədəd çəkic 5 manat, 1 ədəd balta 10 manat, 1 ədəd bel 5 manat, 1 ədəd dırmıx 5 manat, 1 ədəd kəlbətin 3 manat, 1 ədəd suqızdıran 3 manat, 3 ədəd vint açan 2 manat ümumi dəyər 6 manat, 1 ədəddin qiyməti 130 manat olan 2 ədəd ümumi dəyəri 260 manat plastik materialdan hazırlanmış qapı və 1 ədəd ümumi dəyəri 30 manat plastik materialdan hazırlanmış nəfəslik, 1 ədəd divan və 2 ədəd kreslo ümumi dəyəri 250 manat, alminium list dam örtüyü 1.20x2 ölçüdə 40 ədəd 1 ədədi 30 manat ümumi dəyəri 1200 manat, alminium list 20 ədəd 1 ədədi 30 manat ümumi 600 manat, stul (işlənməmiş) 6 ədəd, 1 ədədi 80 manat ümumi 480 manat, aliminium teşt 4 ədəd 1 ədədi 60 manat, ümumi dəyəri 240 manat, mis qazan 2 ədəd 1 ədədi 200 manat, ümumi dəyəri 400 manat, su matoru 2 ədəd 80 manat ümumi dəyəri 160 manat, su vurmaq üçün kaçalka dəmiri 1 ədəd 50 manat ümumi dəyəri 50 manat, su təzyiq nasosu (qidrapor yeni) 1 ədəd 80 manat, plastik pəncərə (fortuşka) 1 ədəd 60 manat, dəmir çarpayı 4 ədəd 1 ədədi 80 manat ümumi dəyəri 320 manat, yazı masası 1 ədəd 100 manat, mis kəfkir qədimi 1 ədəd 60 manat, keks qabları 2 ədəd 10 manat ümumi dəyəri 20 manat, termos iki gözlü (nikkel) 1 ədəd 200 manat ümumi dəyəri 200 manat, podnos 6 ədəd 10 manat ümumi dəyəri 60 manat, dörd ayaq oxlov 2 ədəd 12 manat ümumi dəyəri 24 manat, həyət üçün əl üz yuyan dəmirdən yığılma 1 ədəd 50 manat, ariston (yeni maye qaz ilə işləyən ) ptiminutka Arcelik markalı 1 ədəd 120 manat, çaydan 1 ədəd 20 manat, çaynik 5 ədəd 5 manat ümumi dəyəri 25 manat, tefal 1 ədəd 10 manat, elektrik peçi 2 gözlu 1 ədəd 100 manat, odun peçi (tökmə dəmir) 4 ədəd 150manat ümumi dəyəri 600 manat, radiator 2 ədəd 150 manat, ümumi dəyəri 300 manat, çuqun qazan 2 ədəd 50 manat ümumi dəyəri 100 manat, çuqun tava 4 ədəd 20 manat ümumi dəyəri 80 manat, dəmir vanna 1 ədəd 20 manat, evin miss elektirik kabelləri 150 metr bir metr 0.60 manat ümumi dəyəri 90 manat, cəmi 7.126 manat məbləğində əşyalar oğurlanmışdır. Təxminən 6 ildir ki həmin evdə yaşayış yoxdur, sonuncu dəfə təxminən 2021-ci ilin may ayının ortalarında həmin evdə olmuşdur, vurulmuş ziyan ödənilməmişdir, vurulmuş ziyanın ödənilməsini tələb edir, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində oğlu Təqsirləndirilən şəxslə birlikdə yaşadığını, arvadının vəfat etdiyini, Təqsirləndirilən şəxs əvvələr narkotik istifadəyə görə məhkum olunduğunu, Ayxanın azadlığa buraxıldığı gündən onunla birlikdə yaşadığını, lakin Ayxanın onunla birlikdə yaşamasına baxmayaraq onunla tez-tez mübahisələr etdiyini, yaşadığı həyət evindən oğurluq etdiyini, 24.07.2021-ci il tarixdə yaşadığı həyət evinə baxarkən həyətdə olan 01 ədəd 2 tonluq dəmirdən hazırlanmış su çəninin, 02 ədəd əl ilə işləyən yük qaldırıcısının və 01 ədəd 4 metr uzunluğunda dəmir relsin yerində olmadığını müəyyən etdiyini, bundan sonra Ayxanla görüşdüyünü və ona həmin malları hara və kimə verdiyini soruşduqda Ayxanın ona həmin əşyaları həyətdən oğurlayaraq satdığını bildirdiyini, bundan sonra aralarında mübahisə yarandığını və Ayxanın onu öldürəcəyi ilə hədələyərək evdən çıxıb getdiyini, həmin vaxtdan Ayxanın onunla mübahisə edərək ona qarşı nalayiq hərəkətlər yəni heç bir övladın ataya qarşı etmədiyi hərəkətləri ona qarşı etdiyini, Ayxanı bir övlad olaraq başa salmağa çalışsa da Ayxanın onu başa düşmədiyini, qonşuluqda yerləşən Şahid1 məxsus evdə onun mərhum valideyinləri yaşadığını və onlar vəfat etdikdən sonra Mətləbin mərhum bacısı Pərvanənin ailəsi ilə birlikdə yaşadığını, Pərvanənin 2016-cı ildə xərçəng xəstəliyindən vəfat etdiyini və həmin vaxtdan həmin həyət evinə nəzarəti Mətləbin etdiyini, həmin həyət evində yaşayış olmadığından Mətləbin ona həmin həyət evinə onun nəzarət etməyini tapşırdığını, həmin həyət evində yaşayış üçün hər şey olduğunu, Mətləbin ona tapşırdığı yaşayış olmayan evdən oğurluq edilməsi barədə məlumatının olduğunu, belə ki, həmin vaxtlar oğlu Ayxanın yaşadıqları evə tez-tez müxtəlif məişət əşyaları gətirdiyini və həmin əşyaları haradan gətirdiyini soruşduqda Ayxanın ona müxtəlif bəhanələr etdiyini, onun hər bir tələbatını ödədiyini, lakin buna baxmayaraq oğlu Ayxanın oğurluq etdiyini, onun Mətləbə məxsus həyət evindən oğurluq etməsini sonradan müəyyən etdiyini, belə ki, həmin vaxtlar Ayxanın onun həyət evindən ona məxsus əşyalarınıda oğurlayıb satdığını, lakin bir ata olaraq ona baş qoşmadığını, oğlu Təqsirləndirilən şəxs Şahid1 məxsus yaşayış olmayan evdən 1 ədəd divan, 2 ədəd kreslo, 6 ədəd stol, 1 ədəd stul, 2 ədəd plastik qapı, 1 ədəd plastik materialda hazırlanmış nəfəslik gətirərək yaşadıqları evin həyətinə yığdığını, oğlu Təqsirləndirilən şəxs bunları haradan və kimdən almasını soruşduqda Ayxanın ona “sənlik deyil”- dediyini, bundan təxminən bir neçə saat sonra onunla qonşuluqda yaşayan İnqilab adlı şəxsin ona oğlu Təqsirləndirilən şəxs həyətdən 1 ədəd divan və 2 ədəd kreslonu göy rəngli avtomobilə qoyaraq apardığını bildirdiyini, özünün də ona yaşadıqları evdə divan və kreslo olmadığını bildirdiyini, yaşadığı evə gəldikdən sonra oğlu Təqsirləndirilən şəxs qonşuları Şahid1 evindən gətirərək öz yaşadıqları evin həyətinə yığdığı divan-kreslonun həyətdə olmadığını gördüyünü, bundan sonra oğlu Təqsirləndirilən şəxs apardığı həmin divankreslonun Şahid1 məxsus olduğunu bildiyini, oğlu Təqsirləndirilən şəxs Şahid1 məxsus yaşayış olmayan evdən 35 ədəd aliminium şifer, 1 ədəd qaz balonu, 1 ədəd su matoru, 2 ədəd dəmir çarpayı, alminium qazan, qab-qacaq və xatırlamadığı müxtəlif əşyaları oğurlayaraq satdığını, oğlu Təqsirləndirilən şəxs Mətləb Paşayevin evindən oğurladığı 2 ədəd plastik qapı və 1 ədəd plastik nəfəslik yaşadıqları evin həyətində olduğu üçün həmin əşyaları özü könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyini, Ayxanın nəinki Mətləbə məxsus həyət evindən eyni zamanda onun yaşadığı həyət evindən də oğurluq etdiyini, onun yaşadığı həyət evindən su çənini və ona məxsus alətləri oğurlayaraq satdığını, Ayxanın son zamanlar narkotik vasitədən istifadə etdiyini və bu məqsədlədə oğurluq etdiyini, bir valideyin olaraq onun yeməyini yatmağını təmin etdiyini, lakin Ayxanın bununla razılaşmadığını və onunla da mübahisə etdiyini, həmin mübahisənin yaranmasına səbəbin isə ona doğru yol göstərirdiyini, lakin Ayxanın onun sözünə məhəl qoymadığını, Təqsirləndirilən şəxs həmin evdən oğurluq etməsini görmədiyini, lakin həmin evin əşyalarını gətirərək öz həyətlərinə yığdıqdan sonra gördüyünü, həmin vaxtlarda onun yanında heç kəsi görmədiyini, hazırda ona vurulmuş ziyan ödənilmədiyini, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində 24.06.2021-ci il tarixdən şəxsi işləri ilə əlaqədar olaraq Sumqayıt şəhərində olduğunu və 29.06.2021-ci il tarixdə Ağdaş rayonuna gəldiyini, 24.06.2021-ci il tarixdə Sumqayıt şəhərində olan zaman onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 ona zəng edərək ona məxsus yaşayış olmayan evdən oğurluq olmasını bildirdiyini, həmin vaxt Zərərçəkmiş şəxs2 ona məxsus evdə olan divan-kreslonu onun oğlu Təqsirləndirilən şəxs göy rəngli avtomobilə yükləyərək apardığını bildirdiyini, bundan dərhal sonra bu barədə DİN-in 102 xidmətinə mürtaciət etdiyini, 29.06.2021-ci il tarixdə Sumqayıt şəhərindən Ağdaş rayonuna gəldikdən dərhal sonra həmin evə getdiyini və evə baxdığını, bu zaman ona məxsus yaşayış olmayan evdən oğurluq edilməsini aşkar etdiyini, ona məxsus evin onun mərhum bacısı Pərvanəyə məxsus ev olduğunu, bacısının 2016-cı ildə xərçəng xəstəliyindən vəfat etdiyini, bundan sonra bacısının iki övladı Elcan və Türkanın həmin ünvanda yaşamadıqlarını, Türkanın ailə həyatı qurub Elcan isə Bərdə şəhərində işlədiyini, həmin həyət evinin onun ixtiyarında, yəni onun nəzarətində olduğunu, Elcanın işi ilə əlaqədar olaraq həmin evə gəlmədiyini, yas mərasimi ilə əlaqədar olaraq Sumqayıt şəhərində 6-7 gün olduğunu və həmin vaxt qonşuluqda yaşayan Ayxan adlı şəxsin evdə olan bütün əşyaları oğurlayaraq satdığını, oğurlanmış əşyaların 2 ədəd 2x3 ölçüdə xalça bir ədədin qiyməti 80 manat olmaqla ümumi dəyəri 160 manat, 1 ədəd 10 litr samovar ümumi dəyəri 150 manat, 2 ədəd qaz balonu balaca 20 manat ümumi dəyəri 40 manat, 1 ədəd qaz balonu böyük 40 kq 40 manat, 4 ədəd qazan böyük 30 manatdan ümumi dəyəri 120 manat, 6 ədəd qazan balaca 15 manat ümumi dəyəri 90 manat, 2 ədəd tava böyük 15 manat ümumi dəyəri 30 manat, 2 ədəd tava balaca 10 manat ümumi dəyəri 20 manat, 40 ədəd qaşıq 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çəngəl 1 manat ümumi dəyəri 40 manat, 40 ədəd çay qaşığı 0,50 manat ümumi dəyəri 20 manat, 6 ədəd bıçaq 2 manat ümumi dəyəri 12 manat, 6 ədəd çömçə balaca 3 manat ümumi dəyəri 18 manat, 4 ədəd çömçə böyük 6 manat ümumi dəyəri 24 manat, 6 ədəd bulud qaşığı 6 manat ümumi dəyəri 36 manat, 1 ədəd çuqun balaca qazan 20 manat ümumi dəyəri 20 manat, 3 ədəd plasmas vanna böyük 6 manat ümumi dəyəri 18 manat, 3 ədəd plasmas vanna balaca 4 manat ümumi dəyəri 12 manat, 4 ədəd kanistr aliminum 20 litr 20 manat ümumi dəyəri 80 manat, 2 ədəd peyk antenası başlığı 5 manat ümumi dəyəri 10 manat, 1 ədəd çəkic 5 manat, 1 ədəd balta 10 manat, 1 ədəd bel 5 manat, 1 ədəd dırmıx 5 manat, 1 ədəd kəlbətin 3 manat, 1 ədəd suqızdıran 3 manat, 3 ədəd vint açan 2 manat ümumi dəyər 6 manat, 1 ədəddin qiyməti 130 manat olan 2 ədəd ümumi dəyəri 260 manat plastik materialdan hazırlanmış qapı və 1 ədəd ümumi dəyəri 30 manat plastik materialdan hazırlanmış nəfəslik, 1 ədəd divan və 2 ədəd kreslo ümumi dəyəri 250 manat, alminium list dam örtüyü 1.20x2 ölçüdə 40 ədəd 1 ədədi 30 manat ümumi dəyəri 1200 manat, alminium list 20 ədəd 1 ədədi 30 manat ümumi 600 manat, stul (işlənməmiş) 6 ədəd, 1 ədədi 80 manat ümumi 480 manat, aliminium teşt 4 ədəd 1 ədədi 60 manat, ümumi dəyəri 240 manat, mis qazan 2 ədəd 1 ədədi 200 manat, ümumi dəyəri 400 manat, su matoru 2 ədəd 80 manat ümumi dəyəri 160 manat, su vurmaq üçün kaçalka dəmiri 1 ədəd 50 manat ümumi dəyəri 50 manat, su təzyiq nasosu (qidrapor yeni) 1 ədəd 80 manat, plastik pəncərə (fortuşka) 1 ədəd 60 manat, dəmir çarpayı 4 ədəd 1 ədədi 80 manat ümumi dəyəri 320 manat, yazı masası 1 ədəd 100 manat, mis kəfkir qədimi 1 ədəd 60 manat, keks qabları 2 ədəd 10 manat ümumi dəyəri 20 manat, termos iki gözlü (nikkel) 1 ədəd 200 manat ümumi dəyəri 200 manat, podnos 6 ədəd 10 manat ümumi dəyəri 60 manat, dörd ayaq oxlov 2 ədəd 12 manat ümumi dəyəri 24 manat, həyət üçün əl üz yuyan dəmirdən yığılma 1 ədəd 50 manat, ariston (yeni maye qaz ilə işləyən ) ptiminutka Arçelik markalı 1 ədəd 120 manat, çaydan 1 ədəd 20 manat, çaynik 5 ədəd 5 manat ümumi dəyəri 25 manat, tefal 1 ədəd 10 manat, elektrik peçi 2 gözlu 1 ədəd 100 manat, odun peçi (tökmə dəmir) 4 ədəd 150 manat ümumi dəyəri 600 manat, radiator 2 ədəd 150 manat, ümumi dəyəri 300 manat, çuqun qazan 2 ədəd 50 manat ümumi dəyəri 100 manat, çuqun tava 4 ədəd 20 manat ümumi dəyəri 80 manat, dəmir vanna 1 ədəd 20 manat, evin miss elektirik kabelləri 150 metr bir metr 0.60 manat ümumi dəyəri 90 manat, cəmi 7.126 manat məbləğində olduğunu bildirdi. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayonunda yerləşən dörd yol ayrıcında fərdi qaydada dəmir qəbulu ilə məşğul olduğunu, bir müddət əvvəl Ayxan adlı şəxsin, yəni Ərizmanın oğlunun ona yaxınlaşdığını ona metal olduğunu bildirdiyini və onunla razılaşaraq ondan 200 kiloqram dəmir yəni çarpayı başlıqları, 1 ədəd dəmir soba, 10 ədəd dəmir listlər, boru və almatur hissələrini satmaq istədiyini ona bildirdiyini, onunla razılaşdığını və ona 62 manat pul verdiyini və həmin dəmirləri qəbul etdiyini, həmin malları alarkən onları haradan aldığını və kimə məxsus olduğunu soruşduqda isə Ayxanın ona həmin əşyaların onun özünə məxsus olduğunu bildirdiyini, onun bu sözlərinə inanaraq ondan həmin əşyaları aldığını, eyni zamanda Ayxandan əşyaların oğurluq olub-olmamasını da soruşduğunu, həmin əşyaları metal qəbulu zavoduna satdığını göstərdi. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş şəhərində Səbuhi Səlimoğlu küçəsində yerləşən həyət evində əlvan metal qəbulu ilə uzun illərdir ki, məşğul olduğunu, Ayaxan adlı şəxsi şəhər sakini olaraq tanıdığını, onunla heç bir düşmənçiliyi ədavəti olmadığını, bir ay əvvəl Ayxan adlı şəxsin, yəni Ərizmanın oğlunun onun işlədiyi yerə gələrək ona tullantı dəmir satmaq istədiyini bildirdiyini, Ayxanı tanıdığı üçün ondan təxminən 30-40 kiloqram tullantı dəmir aldığını, Ayxanın onların işlədikləri yerə əvvələrdə bir neçə dəfə metal gətirdiyini, onun gətirdiyi metallara baxdıqdan sonra onunla razılaşaraq ondan müxtəlif qiymətlərə dəmirləri qəbul etdiyini, həmin malları alarkən onları haradan aldığını və kimə məxsus olduğunu soruşduqda Ayxanın ona həmin əşyaların onun özünə məxsus olduğunu, onun bu sözlərinə inanaraq ondan həmin əşyaları aldığını, eyni zamanda Ayxandan əşyaların oğurluq olub-olmamasını da soruşduğunu, əlavə olaraq həmin əşyaları metal qəbulu zavoduna satdığını, Bakstel MMC ilə müqavilələrinin olduğunu və həmin müqavilə əsasında topladıqları metalları onlara təhvil verdiklərini, Ayxandan məişətdə istifadə olunan istifadəyə yarasız aliminum və tuc qazan, almatur ksokları, dəmir borular və ümumi olaraq yarasız dəmir parçaları olduğunu, ona satmış olduğu dəmir parçalarını hisə-hissə gətirdiyini və ona 70-80 manat pul verdiyini, Ayxanın ayrı ayrı vaxtlarda 7 manatlıq, 14 manatlıq yəni hissə-hissə mal gətirdiyini, həmin əşyaları alarkən ilk növbədə Ayxanı tanıdığı üçün ondan həmin əşyaları aldığını bildirdi. İş üzrə Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində “Cibi” ləqəbli X5 onun doğma oğlu olduğunu, oğlu X2 hazırda 234.1-ci maddəsi ilə tutularaq cəzacəkmə müəsisəsində cəza çəkdiyini, özü Ağdaş rayonunda Mərkəzi Bazarda işlənmiş yəni ikinci əl mallar alıb satmaqla məşğul olduğunu, ona təqdim olunan məişətdə istifadə olunan qab-qacaqları aldığını və sonradan onları müştərilərə satdığını, Təqsirləndirilən şəxs adlı şəxsi tanımadığını və bir dəfə 2021-ci ilin yay aylarında Ayxanın ona qab qaşıq satmaq istədiyini bildirdiyini və özünün də Ayxandan 20 manat pul qarşılığında qab-qaşıq aldığını, həmin Ayxan adlı şəxsin ona qabqaşıq satarkən ondan həmin əşyaların kimə məxsus olduğunu soruşduğunu, Ayxanın ona həmin əşyaların özünə məxsus olduğunu bildirdiyini, ümumiyyətlə qəbul etdiyi əşyaların kimə məxsusluğunu və eyni zamanda oğurluq olub-olmamasını öyrəndiyini, tam olaraq xatırlamadığını, amma Ayxandan 20 manat pul qarşılığında işlənmiş vəziyyətdə olan qaşıq, çəngəl və saxsı qablar aldığını, həmin şəxsdən başqa heç nə almadığını, o, həmin əşyaların oğurluq olmasını bilmədiyini, gün ərzində ona müxtəlif insanların yaxınlaşdığını və onlar özlərinə məxsus əşyaları satmaq istədiklərini dediklərini, onlardan həmin əşyaların haradan və kimə məxsus olduğunu soruşub dəqiqləşdirdikdən sonra əşyaları aldığını, həmin şəxsin qeyd olunan əşyaların yəni, qaşıq, çəngəl və saxsı qabların oğurluq olmasını bilmədiyini, tam olaraq sayını xatırlamadığını qaşıq və çəngəl və eyni zamanda saxsı qab aldığını bildirdi. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06.09.2021-ci il tarixli 9/5731 №-li rəyindən görünür ki, 2 ədəd 2x3 xalça bir ədədin qiyməti 80 manat olmaqla ümumi dəyəri 160 manat, 1 ədəd 10 litr samovar ümumi dəyəri 150 manat, 2 ədəd qaz balonu balaca 20 manat ümumi dəyəri 40 manat, 1 ədəd qaz balonu böyük 40 kq 40 manat ümumi dəyəri 40 manat, 4 ədəd qazan böyük 30 manatdan ümumi dəyəri 120 manat, 6 ədəd qazan balaca 15 manat ümumi dəyəri 90 manat, 2 ədəd tava böyük 15 manat ümumi dəyəri 30 manat, 2 ədəd tava balaca 15 manat ümumi dəyəri 30 manat, 40 ədəd qaşıq 1 manat ümumi dəyər 40 manat, 40 ədəd çəngəl 1 manat ümumi dəyər 40 manat, 40 ədəd çay qaşığı 0,50 manat ümumi dəyər 20 manat, 6 ədəd bıçaq 2 manat ümumi dəyər 12 manat, 6 ədəd çömçə balaca 3 manat ümumi dəyər 18 manat, 4 ədəd çömçə böyük 6 manat ümumi dəyər 24 manat, 6 ədəd bulud qaşığı 6 manat ümumi dəyər 36 manat, 1 ədəd çuqun balaca qazan 20 manat ümumi dəyər 20 manat, 3 ədəd plastmas vanna böyük 6 manat ümumi dəyər 18 manat, 3 ədəd plastmas vanna balaca 4 manat ümumi dəyər 12 manat, 4 ədəd kanisttr aliminum 20 litr 20 manat ümumi dəyər 80 manat, 2 ədəd krosnu anten qalofka 5 manat ümumi dəyər 10 manat, 1 ədəd çəkic 5 manat ümumi dəyər 5 manat, 1 ədəd balta 10 manat ümumi dəyər 10 manat, 1 ədəd bel 5 manat ümumi dəyər 5 manat, 1 ədəd dırmıx 5 manat ümumi dəyər 5 manat, 1 ədəd kəlbətin 3 manat ümumi dəyər 3 manat, 1 ədəd kiptilnik 3 manat ümumi dəyər 3 manat, 3 ədəd vint açan 2 manat ümumi dəyər 6 manat, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1.017 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21.10.2021-ci il tarixli 9/7499 №-li rəyindən görünür ki, iki ədəd istifadə olmamış malların 2021-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 290 manat müəyyən edilir. O cümlədən 2 ədəd ağ rəngli plastik materialdan hazırlanmış 2x0,90 metr ölçülü qapı 260 manat (2x130m), 1 ədəd plastik materialdan hazırlanmış çərcivəli nəfəslik 30 manat müəyyən olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10.11.2021-ci il tarixli 9/7938 №-li rəyindən görünür ki, 01 ədəd divan və 02 ədəd kreslo 250 manat, 01 ədəd 2 tonluq dəmirdən hazırlanmış su çəni 250 manat, 02 ədəd əl ilə işləyən yük qaldırıcı (tal) 80,00(2x40) manat, 01 ədəd 4 metr uzunluğunda dəmir rels 80 manat müəyyən olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 31.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 30.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsin əsasən Azərbaycan Respublikası CMnin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır.Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olduğu qənaətinə gəlir, cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün hesab etmir, residivə görə cəza təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla təqsirləndirildiyi maddələrinin sanksiyası həddində azadlığın məhdulaşdırılması cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 07 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutlar olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan qiyməti 260 manat olan iki ədəd ağ rəngli plastik materialdan hazırlanmış qapı, qiyməti 30 manat olan bir ədəd plastik materialdan hazırlanmış çərçivəli nəfslik, qiyməti 250 manat olan bir ədəd divan və iki ədəd kreslonun iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılmalı, qaytarılmış əşyaların dəyəri, yəni vurulmuş 7536 manat ziyanın 540 manat hissəsinin ödənilməsi, 6.996 manat hissəsinin ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib dörd il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 07 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar olan və Ağdaş Rayon Polis Şöbəsində saxlanılan qiyməti 260 manat olan iki ədəd ağ rəngli plastik materialdan hazırlanmış qapı, qiyməti 30 manat olan bir ədəd plastik materialdan hazırlanmış çərçivəli nəfəslik, qiyməti 250 manat olan bir ədəd divan və iki ədəd kreslo iş üzrə Zərərçəkmiş şəxs1 qaytarılsın, qaytarılmış əşyaların dəyəri, yəni vurulmuş 7536 manat ziyanın 540 manat hissəsinin ödənilməsi, 6.996 manat hissəsinin ödənilməməsi nəzərə alınsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. (Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir). Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar