Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-153/2023 19.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə xx.xx.2008-ci ildə Ağdaş rayonu, Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, ünvan 2sində yetkinlik yaşına çatmayanın nəzarəti altına vemə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri xx.xx.2009-cu ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində yetkinlik yaşına çatmayanın nəzarəti altına vemə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, Əli Vəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da zirzəminin plastik qapısından evə daxil olaraq evdən Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus 1x4 mm ölçüdə, 100 metr uzunluqda, bir topunun dəyəri 65 manat, ümumi dəyəri 325 manat olan 5 top elektrik naqilini və Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus 1x2,5 mm ölçüdə, 100 metr uzunluqda, bir topunun dəyəri 45 manat, ümumi dəyəri 225 manat olan 5 top elektrik naqilini kəlbətin ilə kəsib gizli yolla oğurlayaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Ağdaş şəhəri, Əli Vəliyev küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olub, ordan da zirzəminin plastik qapısından evə daxil olaraq evdən Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus 1x4 mm ölçüdə, 100 metr uzunluqda, bir topunun dəyəri 65 manat, ümumi dəyəri 325 manat olan 5 top elektrik naqilini və Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus 1x2,5 mm ölçüdə, 100 metr uzunluqda, bir topunun dəyəri 45 manat, ümumi dəyəri 225 manat olan 5 top elektrik naqilini kəlbətin ilə kəsib gizli yolla oğurlayaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş şəhər sakini Zərərçəkmiş şəxs tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığını və onunla da hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, 16 aprel 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 və digər məhəllə uşaqları ilə küçədə futbol oynayan zaman Təqsirləndirilən şəxs1 da onlarla birgə futbol oynadığını, Təqsirləndirilən şəxs1 bir nəfərin böyük evi olduğunu və orada çoxlu mis olduğunu bildirdiridiyini, Adilə oradakı misləri oğurlayıb sataraq pul qazancaqlarını dediyini, Adilin onunla razılaşdığını və Adillə birgə Ağdaş şəhəri, Əli Vəliyev küçəsində yerləşən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs iki mərtəbəli evinin qarşısına gəldiklərini, evin qarşısına gəldikdə ətrafda heç kimin olmadığını görüb Təqsirləndirilən şəxs1 köməklik edərək Adili hasara çıxardığını, özünün də hasara çıxdığını və həyətə düşdüklərini, daha sonra həyətdə bir qədər gəzişdiklərini və həyətdən evə daxil olmaq üçün istifadə edilən giriş qapısının qarşısına gələrək evə daxil olmaq istəsələr də qapını bağlı olduğunu, sonra onların evə daxil olmaq üçün pəncərələrə yaxınlaşdıqlarını və pəncərələrin də bağlı olduğunu gördüklərini, evə giriş üçün başqa yer axtararkən Adillə birgə evin arxa tərəfinə keçdiklərini, onların orada evin zirzəmisinə daxil olmaq üçün kiçik plastik qapı olduğunu görüb qapını əlləri ilə itələdiklərini, qapı açılanda həmin kiçik plastik qapıdan evin içərisinə qanunsuz daxil olduqlarını və evdə olan elektrik naqillərini gətirdiyi kəlbətin ilə Adillə birgə kəsib həyətdən tapdıqları bir ədəd sellofan torbaya yığdıqlarını, daha sonra evə daxil olduqları qaydada evdən və evin həyətindən çıxdıqlarını, oğurladıqları elektrik naqillərini sonra Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən boş sahədə üzərində olan 01 ədəd alışqan ilə yandırıb əritdiklərini və misini sellofan torbaya yığaraq satmaq üçün Ağdaş rayonu, Qəbələ dörd yolu adlanan yerin yaxınlığında yerləşən Ceyhun adlı şəxsin işlətdiyi dəmir qəbulu (metallom) dükanına getirdiklərini, onlar oraya getsələr də Ceyhunun metal qəbulu dükanı bağlı olduğu üçün Ceyhunun Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən evinə getdiklərini və Ceyhunu çağırdıqlarını, Ceyhunun qapıya çıxdığını və qapıya çıxdıqda Ceyhuna onlara məxsus mis olduğunu, pula ehtiyacları olduğuna görə satmaq istədiklərini dediklərini, Ceyhunun həmin elektrik naqillərini tərəzidə çəkdiklərini və onlara 30 (otuz) manat pul verdiyini, həmin 30 manat pulun 15 manatını özünə, 15 manatını isə Adilə verdiyini, daha sonra Ceyhunun evindən uzaqlaşdıqlarını və “İstiqlal” marketə getdiklərini, özünün mağazaya borclu olduğu 6 manatı ödədiyini, Təqsirləndirilən şəxs1 isə bir ədəd 9 manata eynək aldığını, qalan pula isə şirin sular alıb içdiyini və kökə alıb yediyini, qalan pulu isə şəxsi ehtiyaclarına xərclədiyini, sonra sağollaşıb hər birinin yaşadıqları evə getdiklərini, oğurluq etməmişdən və oğurluq etdikdən sonra hər hansı bir şəxsə hər hansı bir söz demədiklərini, oğurladıqları elektrik naqillərinin əlamətlərini xatırladığını, uzunluğunun çox olduğunu, lakin dəqiq neçə metr olmasını bilmədiyini, onların evdən yalnız elektrik naqillərini oğurladıqlarını, başqa heç nə oğurlamadıqlarını bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığını və onunla da hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, 16 aprel 2023-cü il tarixdə saat 16 radələrində X7 və digər məhəllə uşaqları ilə küçədə futbol oynayan zaman Vüsal Çələblinin də onunla birgə futbol oynadığını, həmin vaxt Vüsal Çələblinin ona bir nəfərin böyük evi olduğunu və orada çoxlu mis olduğunu və oğurlayıb sataraq pul qazanmaqlarını təklif etdiyini, özünün də razılaşdığını və Vüsal Çələbi ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs iki mərtəbəli evinin qarşısına gəldiklərini, həmin vaxt ətrafda heç kimin olmadığını görüb Vüsalın ona köməklik göstərdiyini və özünün hasara çıxdığını, Vüsalın isə hasara çıxdığını və onların qanunsuz olaraq həyətə düşdüklərini, daha sonra həyətdə bir qədər gəzişdiklərini və həyətdən evə daxil olmaq üçün istifadə edilən giriş qapısının qarşısına gələrək evə daxil olmaq istəsələr də qapı bağlı olduğuna görə onların evə daxil olmaq üçün pəncərələrə yaxınlaşdıqlarını və pəncərələrin də bağlı olduğunu gördüklərini, evə giriş üçün başqa yer axtaran zaman Vüsal Çələbi ilə birgə evin arxa tərəfinə keçdiklərini və arxa tərəfdə evin zirzəmisinə daxil olmaq üçün kiçik plastik qapı olduğunu görüb həmin qapını əlləri ilə itələdiklərini, əlləri ilə qapını itələdikdə qapının açıldığıını və həmin kiçik plastik qapıdan evin içərisinə qanunsuz daxil olduqlarını, evə daxil olduqdan sonra evdə olan elektrik naqillərini Vüsalın gətirdiyi kəlbətin ilə birlikdə elektrik naqillərini kəsib həyətdən tapdıqları bir ədəd sellofan torbaya yığdıqlarını, daha sonra evə daxil olduqları qaydada evdən və evin həyətindən çıxdıqlarını, daha sonra evlərinin arxa tərəfində yerləşən sahədə oğurladıqları elektrik naqillərini Vüsalın üzərində olan bir ədəd alışqan ilə yandırıb əritdiklərini və misini sellofan torbaya yığaraq satmaq üçün Ağdaş rayonu, Qəbələ dörd yolu adlanan yerin yaxınlığında yerləşən Ceyhun adlı şəxsin işlətdiyi metallom dükanına getdiklərini, lakin ora bağlı olduğu üçün Ceyhunun Ağdaş şəhəri, İstiqlal küçəsində yerləşən evinə getdiklərini və Ceyhunu çağırdıqlarını, Ceyhunun çıxdığını və onların Ceyhuna mis olduğunu və satmaq istədiklərini bildirdiklərini, Ceyhunun həmin naqilləri tərəzidə çəkdiyini və onlara 30 (otuz) manat pul verdiyini, özünün və Vüsalın həmin pulu yarıbayarı aralarında böldüklərini, belə ki, 15 manatın özünə, 15 manatın da Vüsal Çələbliyə çatdığını, özlərinin daha sonra oradan uzaqlaşdıqlarını və evlərinin yaxınlığında yerləşən “İstiqlal” marketə getdiklərini, özünün də orada bir ədəd 9 manata eynək aldığını, qalan pula isə şirin sular alıb içdiyini və kökə alıb yediyini, Vüsalın isə mağazaya olan təxminən 6 manat borcunu ödədiyini, daha sonra yaşadığı evə getdiyini, özünün və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs məxsus evə qanunsuz daxil olaraq oğurluq etdiklərini, oğurluq etməmişdən və oğurluq etdikdən sonra hər hansı bir şəxsə hər hansı bir söz demədiklərini, oğurladıqları elektrik naqillərinin əlamətlərini xatırlamadığını, oğurladıqları elektrik naqillərinin uzunluğunun çox olduğunu, lakin dəqiq neçə metr olmasını bilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Ağdaş rayonu, Dəhnəxəlil kəndində yaşasa da Ağdaş şəhəri, Əli Vəliyev küçəsində iki mərtəbəli geniş həyəti olan fərdi yaşayış evi tikdirdiyini, fərdi yaşayış evinin tikintisini başa çatdırdığnı, hazırda isə evin içərisində təmir işlərinin aparıldığını, həmin fərdi yaşayış evinin birinci mərtəbəsi və ikinci mərtəbəsinin hər birinin 5 otaqdan ibarət olduğunu, hazırda həmin evdə ustalar tərəfindən elektrik işlərinin görüldüyünü, elektrik naqillərinin çəkildiyini və montaj olunduğunu, təmir işlərini apardığı həmin fərdi yaşayış evinə ara-sıra gəlib nəzarət etdiyini, sonuncu dəfə 15 aprel 2023-cü il tarixdə saat 16 radələrində Ağdaş şəhəri, Əli Vəliyev küçəsində yerləşən təmir işləri aparılan fərdi yaşayış evinə təkbaşına gələrək nəzarət məqsədilə baxdığını, həmin vaxt fərdi yaşayış evindən hər hansı bir oğurluq və ya hər hansı bir hadisə baş vermədiyini, evdə təxminən 5-10 dəqiqə gəzdikdən sonra çıxıb getdiyini, 17 aprel 2023-cü il tarixdə 16 radələrində yenidən evə nəzarət etmək məqsədi ilə gəlib baxdıqda evin hər iki mərtəbəsində olan otaqlara çəkilmiş elektrik naqillərinin bir hissəsinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmasını aşkar etdiyini, həmin gün oğurluq edən şəxsləri axtarıb tapmağa çalışsa da sonda tapa bilməyəcəyini bilib növbəti gün, yəni 18 aprel 2023-cü il tarixdə səhər saatlarında Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və Ağdaş rayon Polis şöbəsinə fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verdiyini, daha sonra polis əməkdaşlarının yaşadığı fərdi yaşayış evindən oğurluq edən şəxslərin Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətməsini müəyyən etdiklərini, oğurlanmış elektrik naqillərinin ümumilikdə 10 (on) top olduğunu, belə ki, hər topda 100 (yüz) metr naqil olduğunu, birinin 1x4 mm ölçüdə, 100 metrinin 65 (altmış beş) manat təşkil etdiyini, digər topun birinin 1x2,5 mm ölçüdə, 100 metrinin 45 (qırx beş) manat təşkil etdiyin, ümumilikdə isə 10 topun dəyərinin 550 (beş yüz əlli) manat təşkil etdiyini, həmin elektrik naqillərinin Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus olduğunu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona məxsus ümumi dəyəri 550 (beş yüz əlli) manat olan 1000 (min) metr elektrik naqilini oğurladıqlarını, oğurluq nəticəsində ona ümumilikdə 550 (beş yüz) manat maddi ziyan dəydiyini, bundan başqa usta pulu kimi həmin elektrik naqillərinin ümumi çəkilməsinə görə ustalara ümumilikdə 2000 (iki min) manat pul verdiyini, beləliklə, ona 2550 (iki min beş yüz əlli) manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ona dəymiş ziyan tam ödənilmişdir. Hazırda hər iki təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, onlara həbslə əlaqəli olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə və həmin tarixdə Ağdaş rayon Polis şöbəsinə etdiyi müraciətlərlə tanış olduğunu, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını və onunla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, həmin oğurluq hadisəsini törədən Ağdaş şəhər sakinləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığını və onlarla hər hansı bir ədavəti və ya düşmənçiliyinin olmadığını, Ağdaş rayonu Qəbələ dörd yolu adlanan yerdə özünə məxsus metallom qəbulu dükanının olduğunu və orada metallom və digər dəmir əşyaları alıb baha qiymətə sataraq gündəlik dolanışığını təmin etdiyini, 16 aprel 2023-cü ildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək özülərinə məxsus mis olduğunu və pul lazım olduğu üçün satmaq istədiklərini bildirdiklərini, özünün həmin misə baxdıqdan sonra həmin misi 30 (otuz) manat pul qarşılığında ala biləcəyini bildirdiyini, onların da onunla razılaşdıqlarını və evdə olan tərəzi ilə həmin misi çəkərək 30 manat pul verib aldığını, daha sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 pulu ondan götürüb çıxıb getdiklərini, daha sonra həmin misin oğurluq olduğunu və Adil ilə Vüsalın polis əməkdaşları tərəfindən tutulmasını eşitdiyini, həmin misin oğurluq olmasını bilmədiyini, əgər həmin misin oğurluq olduğunu bilmiş olsa idi almayacağınıı və dərhal polisə məlumat verəcəyini bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC-dən daxil olmuş 09 avqust 2023-cü il tarixli, ƏQ-59/2023 nömrəli məktubdan görünür ki, Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus 1x4 mm ölçüdə, 100 metr uzunluqda elektrik naqilinin bir topunun nəzəri qaydada xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 60 (altmış) manat, Türkiyə Respublikasının istehsalı olan “Türkfon” firmasına məxsus 1x2,5 mm ölçüdə, 100 metr uzunluqda elektrik naqilinin bir topunun nəzəri qaydada xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti 40 (qırx) manat olmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizədən görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərin azyaşlı və orta məktəb şagirdləri olduqları üçün onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X15 02 avqust 2023-cü il PHŞ-6-22/2-1244/2023 saylı arayışından görünür ki, Ağdaş şəhəri, İstiqlal küçəsi 19-cu məhəllədə yaşayan, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və ünvan 4 ünvanında yaşayan, xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Ağdaş rayon mərkəzi xəstəxanası” X15 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyillər. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 avqust 2023-cü il tarixli, 98 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 22 avqust 2023-cü il tarixli, 924 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1ində qeydiyyatda olub, ünvan 6 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: 1981-ci il təvəllüdlü Qanuni nümayəndə2, 1989-cu il təvəllüdlü X2, 2010-cu il təvəllüdlü X6, 2012-ci il təvəllüdlü X3. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, o, həmin qərarla saat 16:40-da tanış olmuşdur. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 25 sentyabr 2023-cü il tarixli, 65 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 X19 Təhsil Mərkəzi PHŞ-nin ümumi orta təhsil bazasından təhsil müddəti 3 il olan “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə 1ci kursda əyani təhsil alır. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 02 avqust 2023-cü il tarixli, 97 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq ərizə şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 202 avqust 2023-cü il tarixli, 924 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yaşamaqla ailə tərkibi göstərilən şəxslərdən ibarətdir: 1984-cü il təvəllüdlü X4, 1988-ci il təvəllüdlü Qanuni nümayəndə1 Samir qızı, 2006-cı il təvəllüdlü X8. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, o, həmin qərarla 11:40-da tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə istintaqı zamanı verdikləri ifadələri, habelə zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə tamamilə sübuta yetirilir. Onların törətdikləri cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddələri ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən CM-in 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yetkinlik yaşına çatmayan şəxs və orta məktəb şagirdi olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs və orta məktəb şagirdi olmasını müstəsna hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Qəbələ rayonlarının ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vemə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yetkinlik yaşına çatmayan şəxs və orta məktəb şagirdi olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır və şəxsiyyətini mənfi səciyyələndirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxs və orta məktəb şagirdi olmasını müstəsna hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirildiyi maddələrin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarəti altına vemə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş və Qəbələ rayonlarının ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-153/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-153/2023
19.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver