Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-155/2021 22.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi:Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Ağdaş şəhəri, Vaqif küçəsi 1/6 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 04 sentyabr 2021-ci il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsindən yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1.829 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, 02 sentyabr 2021-ci il tarixdə, saat 19:10 radələrində Ağdaş RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanda yerləşən Ağdaş RPŞ-nin növbətçi hissəsinə gətirilmiş və həmin tarixdə saat 20:04 radələrində onun üzərində şəxsi axtarış aparılan zaman həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin üzərindən aşkar edilərək götürülmüşdür. İş üzrə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bildi, əməlindən peşman olduğunu bildirdi və ifadəsində 02 sentyabr 2021-ci il tarixdə, təxminən saat 19:00 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində yerləşən “kolxoz bazarı” deyilən yerə yaxın yerdə olan zaman polis əməkdaşlarının ona yaxınlaşaraq ona üzərində narkotik vasitələrin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli üzərində ağ cızıqları olan şalvarının sağ yan cibindən 03 ədəd 1 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 qəpik, 10 ədəd 10 qəpik, 11 ədəd 20 qəpik, 02 ədəd 50 qəpik pullar, 01 ədəd bujiteriya, üzərində xırda qaşları olan uşaq sırqası, 01 ədəd dırnaq kəsmək üçün alət, 01 ədəd kodu olan xırda həcimli kilid, 01 ədəd qırmızı rəngli üzərinə “Zavira” yazısı yazılmış alışqan, 01 ədəd sellofan büküm, əynində olan yay köynəyinin sol döş cibindən 01 ədəd tibbi maska aşkar olunduğunu, daha sonra şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli üzərində ağ cızıqları olan şalvarın sol yan cibindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılaraq içərisinə baxan zaman ağ rəngli, toz və kristal halında narkotik maddəyə oxşar maddə aşkar olunduğunu, həmin maddənin “patı” adlı narkotik maddə olmasını, həmin 01 ədəd sellofan bükümü 01 sentyabr 2021-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsindən yerdən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirdiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 03 ədəd 1 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 qəpik, 10 ədəd 10 qəpik, 11 ədəd 20 qəpik, 02 ədəd 50 qəpik pullar, 01 ədəd bujiterya, üzərində xırda qaşları olan uşaq sırqası, 01 ədəd dırmaq kəsmək üçün alət, 01 ədəd kodu olan xırda həcimli kilid, 01 ədəd qırmızı rəngli üzərinə “Zavira” yazısı yazılmış alışqan, əynində olan yay köynəyinin sol döş cibindən 01 ədəd tibbi maska ona geri qaytarıldığını, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu bildirdi. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş RPŞ-nin NMQ-nun rəisi vəzifəsində işlədiyini, 02 sentyabr 2021-ci il tarixdə, axşam radələrində xidmətdə olduğunu, həmin zaman ünvan 1-da qeydiyyatda olan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə Ağdaş RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə tərəfindən raportla Ağdaş RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra müvafiq sənədləşmələr aparıldığını, həmin gün, saat 19:10 radələrində Şahid2 ilə birlikdə Təbrizi Ağdaş şəhəri, H.Əliyev prospektində “kolxoz bazarı” deyilən yerdə piyada hərəkətdə olmasını gördüklərini, həmin vaxt Təbrizə yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə onlarda məlumat olduğunu bildirdiklərini, bundan sonra onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, onun üzərində şəxsi axtarış aparılması üçün raportla rəhbərliyə məruzə edildiyini, raportun araşdırlması Ağdaş RPŞ-nin TB-nə həvalə edildiyini, daha sonra Ağdaş RPŞ-nin növbətçi hissəsində Şahid2, onun və müdafiəçinin iştirakı ilə Təbrizin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Təbrizin əynində olan tünd boz rəngli üzərində ağ cızıqları olan şalvarının sağ yan cibindən 03 ədəd 1 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 qəpik, 10 ədəd 10 qəpik, 11 ədəd 20 qəpik, 02 ədəd 50 qəpik pullar, 01 ədəd bujiterya, üzərində xırda qaşları olan uşaq sırqası, 01 ədəd dırnaq kəsmək üçün alət, 01 ədəd kodu olan xırda həcimli kilid, 01 ədəd qırmızı rəngli üzərinə “Zavira” yazısı yazılmış alışqan, 01 ədəd sellofan büküm, əynində olan yay köynəyinin sol döş cibindən 01 ədəd tibbi maska aşkar olunduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan büküm açılaraq içərisinə baxan zaman ağ rəngli, toz və kristal halında narkotik maddəyə oxşar maddə aşkar olunduğunu, Təbrizin həmin maddənin “patı” adlı narkotik maddə olmasını, həmin 01 ədəd sellofan bükümü 01 sentyabr 2021-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsindən yerdən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirdiyini, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini və qablaşdırıldığını, həmçinin Təbrizin üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 03 ədəd 1 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 qəpik, 10 ədəd 10 qəpik, 11 ədəd 20 qəpik, 02 ədəd 50 qəpik pullar, 01 ədəd buciterya, üzərində xırda qaşları olan uşaq sırqası, 01 ədəd dırmaq kəsmək üçün alət, 01 ədəd kodu olan xırda həcimli kilid, 01 ədəd qırmızı rəngli üzərinə “Zavira” yazısı yazılmış alışqan, əynində olan yay köynəyinin sol döş cibindən 01 ədəd tibbi maska iş üçün əhəmiyyət kəsb etmədiyindən Təbrizə geri qaytarıldığını, şəxsi axtarış videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu, ilkin sorğu zamanı Təbriz üzərindən aşkar olunmuş psixotrop maddəni 01 sentyabr 2021-ci il tarixdə Ağdaş şəhəri, S.Səlimoğlu küçəsindən yerdən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını bildirdiyini göstərdi. İş üzrə Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03.09.2021-ci il tarixli 17/653 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “vət. Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunmuş” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 1,829 qram olan maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24.11.2021-ci il tarixli 1412 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, iş üzrə Təqsirləndirilən şəxs üzərində Ağdaş RPŞnin NH-də müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs tünd boz rəngli üzərində ağ cızıqları olan şalvarının sağ yan cibindən 03 ədəd 1 manatlıq pul əskinasları, həmin şalvarın sol yan cibindən 01 ədəd 5 qəpik, 10 ədəd 10 qəpik, 11 ədəd 20 qəpik, 02 ədəd 50 qəpik pullar, 01 ədəd bujiterya, üzərində xırda qaşları olan uşaq sırqası, 01 ədəd dırnaq kəsmək üçün alət, 01 ədəd kodu olan xırda həcmli kilid, 01 ədəd qırmızı rəngli üzərinə “Zavira” yazısı yazılmış alışqan, 01 ədəd sellofan büküm, əynində olan yay köynəyinin sol döş cibindən 01 ədəd tibbi maska aşkar olunmuş, daha sonra şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli üzərində ağ cızıqları olan şalvarın sol yan cibindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılaraq içərisindən ağ rəngli, toz və kristal halında narkotik maddəyə oxşar maddə aşkar olunmuş, aşkar olunmuş 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini və himayəsində biri xəstə olmaqla iki yetkinlik yaşına çatmamış uşaqların, 77 yaşında və 78 yaşında xəstə valideynlərinin olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 nömrəli Qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığını göstərməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Narkotik vasitələrin, psixotrop maddlərin və onların prekusorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz əldə edilməsi hesab edilir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasiətələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasiətələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəmiyyət üçün təhlükəli olmadığı qənaətinə gəlir, cəmiyyətdən tam təcrid edilmədən islah olunmasını mümkün hesab edir, təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi, şübhəli şəxs kimi 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 01 günə 02 gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün, təyin edilmiş cəzadan çıxmağı məqsədə müvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılmalı, Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməli, müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılmalı, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübutun qalığı, Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1,779 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, bir ədəd disk cinayət işində saxlanılmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353-cü maddələrini rəhbər tutaraq,məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 sentyabr 2021-ci il tarixdən 04 sentyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə, cəmi dörd gün, hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və qəti cəza, bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs saat 23:00-dan saat 06:00-a qədər yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. Müalicə müəssisəsində olduğu müddətdə müəssisənin yerləşdiyi yer Təqsirləndirilən şəxs yaşayış yeri hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 manat 94 qəpik (yetmiş bir manat döxsan dörd qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut Ağdaş Rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 1,779 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, bir ədəd dis cinayət işində saxlanılsın. Hökmün icrası Ağdaş Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən iyirmi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №1(014)-155/2021
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-155/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver