Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-156/2024 05.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu il tarixdə ünvan 2ir şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ir şəhəri, Günəşli Massivi, N.Rəfibəyli küçəsi nömrəsiz ev ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgə əmlakını gizli yolla talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi və tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 11:09-da Ağdaş şəhəri, H.Əliyev prospekti, 184 ünvanında yerləşən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin inzibati binasının İ mərtəbəsində Qeydiyyat bölməsinin önündə növbədə dayanan Zərərçəkmiş şəxsun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 5 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq pul əsginasları olmaqla ümumilikdə 530 (beş yüz otuz) manat nağd pulunu çıxarmaqla gizli yolla talayıb sonuncuya həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilərək, ünvan 2ir şəhəri, Günəşli massivi, N.Rəfibəyli küçəsi, nömrəsiz evdə arvadı Tünzalə Məmmədova ilə birlikdə yaşadığını, sonuncu dəfə Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə məhkum olunduğunu, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, onunla aralarında hər hansı düşmənçilik və ədavəti olmadığını, xx.xx.2024-cü il tarixdə səhər saatlarında arvadı Tünzalə Məmmədovanı müalicə məqsədilə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə gətirdiyini, poliklinika şöbəsinə yaxınlaşıb qeydiyyata düşmək üçün növbə gözlədiyini, həmin vaxt onun sol tərəfində dayanan tanımadığı bir nəfər şəxsin əynində olan boz rəngli şalvarın sağ cibində pul əsginasları görüb oğurlamaq qərarına gəldiyini, daha sonra ətrafdakı insanların onun həmin pulları oğurlayacağını görməyəcəklərini güman etdiyini və sol əlinin şəhadət və orta barmağını həmin şəxsin sağ yan cibinə salaraq pulu götürdüyünü və dərhal oradan uzaqlaşıb digər şöbəyə yaxınlaşdığını, bundan sonra xəstəxanada arvadı Tünzalə Məmmədovanın ayağına gips qoyulduqdan sonra taksi ilə evə qayıtdıqlarını, evə qayıtdıqdan sonra o, oğurladığı pulları saydığını və 5 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq və 1 ədəd 10 manatlıq olmaqla ümumilikdə 530 (beş yüz otuz) manat pul olduğunu gördüyünü, daha sonra həmin puldan bu günə kimi 162 (yüz altmış iki) manatını şəxsi ehtiyacları üçün xərclədiyini, 368 (üç yüz altmış səkkiz) manatı isə yaşadığı ünvan 2ir şəhəri, Günəşli massivi, N.Rəfibəyli küçəsində nömrəsiz evdə yerləşən evin yataq otağında çarpayıda döşəyin altında gizlətdiyini və sonradan istintaqa təqdim etdiyini bildirmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də olan zaman üzərində ümumilikdə 2 manat pul olduğunu, arvadı Tünzalə Məmmədovanın onun Zərərçəkmiş şəxs 530 manat pulunu oğurlamasından məlumatı olmadığını, oğurluğu törətməkdə ona kömək edən və onunla əlbir olan başqa şəxs olmadığını, Zərərçəkmiş şəxs cibindən pulu oğurlayan zaman ətrafda vətəndaşlar olsa da, onların onun Zərərçəkmiş şəxs pulunu oğurlayacağını görməyəcəklərini güman etdiyini və onların onun hərəkətlərini hiss etmədiklərinə əmin olduqdan sonra Zərərçəkmiş şəxs pulunu oğurladığını, həmçinin həmin yerdə müşahidə kameralarının olmasını bilmədiyini, ümumiyyətlə mobil telefondan istifadə etmədiyini, ehtiyac olduqda arvadı Tünzalə Məmmədovanın telefonundan istifadə etdiyini, Ağdaş rayonu ərazisində olan zaman arvadı Tünzalə Məmmədovanın istifadəsində olan ***-***- **-** saylı mobil nömrə olmasını, polis əməkdaşlarının ona yaxınlaşan vaxt, izahatı alınan vaxt və Ağdaş RPŞ-də olan vaxt ona heç bir fiziki güc və yaxud zor tətbiq edilmədiyini bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, istintaq hərəkətlərinin protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində Ağdaş rayonu, Kotanarx kəndində ailə ilə birlikdə yaşadığını, Təqsirləndirilən şəxs əvvəllər tanımadığını və onunla aralarında hər hansı düşmənçilik və ədavəti olmadığını, xx.xx.2024-cü il tarixdə səhər saatlarında nəvəsi Gülsüm Qəhrəmanovaya sağlamlıq haqqında arayış almaq üçün “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” PHŞ-yə apardığını, həmin gün əynində olan açıq yaşıl rəngli qısa qol köynəyinin sol döş cibində 20 manat, əynində olan boz rəngli şalvarın sağ yan cibində isə 530 manat pul olduğunu, xəstəxanada qan analizi verdikdən sonra analizin nəticəsini götürmək üçün əsas şöbənin qarşısında növbədə gözlədiyini, bir müddət orada gözlədikdən sonra qan analizinin nəticəsini götürdüyünü və arayışı təsdiq etdirmək üçün poliklinika şöbəsinə yaxınlaşdığını, həmin vaxt nəvəsi Gülsümün ondan mobil telefonunu istədiyini, əynində olan boz rəngli şalvarın sağ arxa cibindən telefonunu götürüb nəvəsi Gülsümə verdiyini, həmin vaxt cibində olan pulun yerində olmadığını hiss etdiyini və dərhal əli ilə əynində olan boz rəngli şalvarın sağ yan cibini yoxladığını, şalvarının sağ yan cibində olan 530 (beş yüz otuz) manat pulun olmadığını gördüyünü və pulunun itdiyini fikirləşib axtarmağa başladığını, lakin tapa bilmədiyini və bundan sonra yaşadığı evə qayıtdığını bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində həmin vaxt pulunun itdiyini və sonradan pulunun tapılıb ona qaytarılacağını fikirləşdiyi üçün xx.xx.2024-cü il tarixdə polisə məlumat vermədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşin materiallarında olan bir ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində “Ağdaş rayonu Mərkəzi Xəstəxanası” PHŞ-nin inzibati binasında X1 digər şəxslərlə birlikdə qeydiyyat şöbəsinin qarşısında növbə gözləyən zaman Təqsirləndirilən şəxs həmin yerdə olan şəxslərə yaxınlaşaraq növbə gözləyirmiş kimi təəssürat yaradaraq ətrafa vizual baxış keçirir, ətrafda heç kimin ona baxmadığına tam əmin olduqdan sonra sol əlini növbədə gözləyən Zərərçəkmiş şəxs sağ yan cibinə salaraq onun cibindən müəyyən miqdarda pulunu götürmüşdür. Daha sonra yenidən heç kimin onu görmədiyindən əmin olmaq üçün ətrafa nəzər yetirərək oradan uzaqlaşaraq getmişdir. Protokol ucadan oxunaraq, əlavə və düzəlişlər barədə qeyd daxil olmamış və düzgün yazılması iştirakçılar tərəfindən imzalanaraq təsdiqlənmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib ünvan 2ir Şəhər Məhkəməsinin 30 may 2018-ci il tarixli hökmü ilə 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 19 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 2 (iki) ay 10 (on) gün vaxtından əvvəl şərti azad olunub. 28 fevral 2020-ci ildə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ünvan 2ir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdən ünvan 2ir şəhəri, H.Əliyev prospekti 84 ünvanında yerləşən yataqxananın 10A nömrəli otağında qeydiyyatdadır. Qeydiyyatda olduğu tarixdən onun barəsində yataqxana komendatlığına heç bir şikayət daxil olmamışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ünvan 2ir Şəhər Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş 09 sentyabr 2024-cü tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən ünvan 2ir Şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatdadır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ünvan 2ir Şəhər Rayonlararası Psixo-Nevroloji Dispanseri tərəfindən verilmiş 10 sentyabr 2024-cü tarixli, 1321 saylı arayışdan görünür ki, Həsənov X2 Şəhər Psixo-Nevroloji Dispanserində qeydiyyatda deyil və müraciət etməmişdir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 26 avqust 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 20:00da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 4(014)-34/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay müəyyən edilmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən ünvan 2ir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 37623/3-12 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, tutulma müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Odur ki, məhkuma təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının 7 ay 17 günü icra olunmuş, 1 il 10 ay 9 günü icra olunmamış qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, səmimi etirafını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş zərəri tamamilə ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən, əvvəllər dəfələrlə eyni məzmunlu cinayətlər törətməsi və cəza çəkdiyi müddətdə yenidən eyni məzmunlu cinayət törətməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdurki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhsedən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olmadığını, əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının onun islah olunmamasını, yetərli olmamasını, cəzanı yüngülləşdirən halın mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü - azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü kimi azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 1(075)-88/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi iki günə bir gün hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalı, həmin cəza Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 26 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Beləliklə, iş üzrə iş üzrə maddi sübutlar – 3 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq 1 ədəd 10 manatlıq 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 368 manat pulun Zərərçəkmiş şəxs qaytarılsın və Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinsin və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Şəki Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(075)-88/2023 saylı hökmünə əsasən ona təyin edilmiş 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 10 (on) ay 9 (doqquz) gün hissəsi Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 11 (on bir) ay 4 (dörd) azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin. Həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs qismində saxlanıldığı 26 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – 3 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq 1 ədəd 10 manatlıq 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 368 manat pulun Zərərçəkmiş şəxs qaytarılsın və Zərərçəkmiş şəxs saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-156/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-156/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver