Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-157/2023 05.12.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Ağdaş rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2003-cü ildə ünvan 2ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 2ində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgə əmlakını gizli yolla talayaraq zərəçəkmiş şəxə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu ünvan 1 ünvanında yaşayan xx.xx.2005-ci il təvəllüdlü X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxş halında birləşərək Ağdaş şəhəri Heydər Əliyev prospektində yerləşən X4rşısındakı 02 ədəd fontanlardan hər biri 25 manat dəyərində olan 480 ədəd su püskürdən latun başlıqları, hər biri 15 manat dəyərində olan 15 ədəd, fontanların içərisindəki işıq plafonları və bir metrəsi 0,80 manat dəyərində olan 300 metr fontanların içərisinin işıqlanması üçün çəkilmiş elektrik naqillərini 2021-ci ilin oktyabr ayının əvvəllərində n 2021-ci ilin oktyabr ayının ortalarınadək olan müddət ərzində vahid niyyətlə oğurlayıb zərərçəkmiş şəxs, Ağdaş rayon İcra Hakimiyyətinə xeyli miqdarda, yəni ümumilikdə 12465 manat miqdarında maddi ziyan vurmaqla özgənin əmlakını gizli yolla talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində X1 onun qaynı olduğunu, onunla aralarında heç bir düşmənçilik və ədavət olmadığını, 2021-ci ilin oktyabr ayının əvvəllərində hazırda dəqiq olaraq xatırlamadığı tarixdə, axşam saatlarında, günün qaranlıq vaxtında qaynı Ağamirlə birlikdə Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında yerləşən parkda dincəldiklərini, həmin zaman təbii ehtiyacını ödəmək üçün parkın kənarında olan ağaclığa tərəfə getdiyini, bu zaman yanacaqdoldurma məntəqəsinin sol hissəsində əkilmiş ağacın dibində bitmiş alaq otlarının arasında göy rəngli sellofan torba gördüyünü, həmin torbanın onun diqqətini çəkdiyi üçün açıb içərisinə baxdığını, bundan sonra ona torbanın içərisində sarı rəngli başlıqlar olmasının məlum olduğunu, həmin başlıqlara baxan zaman qaynı Ağamirin uzaqdan onu səsləyərək “mənim işim çıxdı, evə gedirəm” deyə söylədiyini və çıxıb getdiyini, bundan sonra həmin sellofan torbanın içərisində olan sarı rəngli başlıqları sataraq gəlir əldə etmək qərarına gəldiyini, buna görə də həmin sellofan torbanı götürdüyünü, həmin günlərdə yaşadığı qaynatası Məzahirə məxsus fərdi yaşayış evinin yerləşdiyi küçənin giriş hissəsində trasformatorun içərisində gizlətdiyini, bundan sonra evə getdiyini və bu barədə də heç kimə heç nə demədiyini, həmin günün səhəri təxminən səhər 08 radələrində həmin 1 ədəd sellofan torbada olan metal başlıqları satmaq üçün gizlətdiyi yerdən götürdüyünü və metal qəbulu ilə məşğul olan yerləri axtarmağa başladığını, həmin vaxt bir qırmızı rəngli, nömrəsinə diqqət yetirmədiyi VAZ 2106 markalı avtomobildən bir nəfər şəxsin “dəmir alıram” deyə qışqırdığını eşitdiyini, həmin zaman həmin avtomobili saxladaraq özündə metal olduğunu və metalları satmaq istədiyini bildirdiyini, bundan sonra əlində olan torbadakı metalları həmin şəxsə göstərdiyini, həmin dəmir alışı ilə məşğul olan şəxsin metala baxaraq həmin metalların latun materialından olduğunu, kiloqramını 6 manatdan aldığını bildirdiyini, özünün də onunla razılaşdığını və həmin latunları həmin şəxsə verdiyini, həmin şəxsin latun başlıqları çəkərək çəkisinin 6-7 kq olduğunu və bunun qarşılığında ona 45 manat pul verdiyini, daha sonra həmin şəxsin oradan uzaqlaşaraq getdiyini və özünün də əldə etdiyi 45 manat pulu öz şəxsi xərcləri üçün xərclədiyini, bundan sonra xx.xx.2021-ci il tarixdə Həqiqi Hərbi Xidmətə çağırıldığını və həmin tarixdən xx.xx.2023-cü il tarixləri aralığında Həqiqi Hərbi Xidmətdə olduğunu, ordu sıralarından təxris olunduqdan sonra öz yaşadığı ünvan 2inə qatyıtdığını və xidmətdən qayıtmağı barədə Ağdaş RPŞ-yə məlumat verdiyini, xx.xx.2021-ci il tarixdə Həqiqi Hərbi Xidmətdə olan zaman izahatı alınan zaman Ağdaş RİH-nin qarşısında yerləşən fontanların latun materialından olan başlıqlarını oğurlamağını izahatında qeyd etməsi ilə bağlı, həmin izahatında heç bir oğurluq etmədiyini bildirdiyini, sonradan yazılana isə oxumadan imza etdiyini, ********* saylı cinayət işi ilə bağlı ifadəsi alınmış Şahid3 ifadəsində onun və Ağamirin ona latun başlıqları satdığını, həmin başlıqların 11 kq olduğunu və qarşılığında 53 manat verdiyini bildirməsi ilə bağlı elə bir şəxsi tanımadığını, həmin şəxsə heç nə satmadığını, Şahid2 və Şahid1 tanımadığını, həmin şəxsləri görmədiyini və həmin şəxslərə heç nə vermədiyini bildirmişdir. Məhkəmədən barəsində bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, üzləşdirmə protokolları, maddi sübutların götürülməsi protokolları, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində Ağdaş RİH-nin Ümumi şəbəsinin komendantı vəzifəsində işlədiyini, hər gün Ağdaş RİH-nin inzibatı ərazisini gəzməklə təsərrüfata ümumi nəzarət etdiyini, xx.xx.2021-ci il tarixdə saat təxminən 10:00 radələrində Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında və “X6” qarşısında yerləşən parkda gəzən zaman parkda yerləşən hovuzların içərisində olan su fontanın latundan olan başlıqlarının oğurlanmasını aşkar etdiyini, X4rşısında yerləşən parkda yan-yana yerləşən iki hovuzun daxilində su fontanı üçün nəzərdə tutulmuş su xəttlərinin latundan olan hər sırada 60 (altmış) ədəd olmaqla hovuzun daxilində cəmi 240 (iki yüz qırx) ədəd, iki hovuzda ümumilikdə 480 ədəd latun materialdan hazırlanmış, uzunluğu 10 sm olan borularun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, həmçinin RİH-nin balansında olan hər iki hovuzdan ümumilikdə 480 (dörd yüz səksən) ədəd uzunluğu 10 sm olan latun fontan başlıqların oğurlandığını, hovuzlardan fontan daxili elektrik xəttlərinin sonradan özü tərəfindən nəzarət edilən zaman yerində olmasını aşkar etdiyini, Ağdaş RİH-nin balansında olan hər iki hovuzdan ümumilikdə 480 (dörd yüz səksən) ədəd uzunluğu 10 sm olan latun fontan başlıqlarının oğurlanması nəticəsində RİH-nə ümumilikdə 16040 (on altı min qırx) manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, dəymiş ziyan tam ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək, ona cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində heç bir ruhi əsəb və s. xəstəliyindən əziyyət çəkmədiyini, kiçik yaşları olarkən anasının atasından ayrılaraq çıxıb getdiyini, hal-hazırda anası ilə heç bir əlaqəsinin olmadığını, özünün də nənəsi Sevilin himayəsində böyüdüyünü, anadan olandan sonra bir yaşından nənəsi Sevilin baxdığını, hal-hazırda iş olanda fəhləlik edib pul qazanıb dolandığını, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində axşam təxminən saat 21:30 radələrində dostu Şahid1 ilə birlikdə Ağdaş şəhəri 14-cü məhəllədə yerləşən Fəxrəddin adlı şəxsə məxsus “Bizim market”in yanından keçərkən uzaqdan iki nəfərin, üzdən tanıdıqları, lakin adlarını xatırlamadıqları, birinin sarışın 15 yaşlı, digərinin qara buğdayı 16 yaşı olan, iki nəfər yeniyetmə şəxslərin əllərində bir ədəd böyük zənbil ilə gəldiklərini gördüklərini, hər birinin zənbilin bir tutacağından tutaraq getdiklərini, Nadir ilə birlikdə onlara yaxınlaşdıqlarını, onlardan əllərindəki zənbildə nə olmasını soruşduqlarını, onların da ona zənbildə latun olmasını, həmin latunları Ağdaş rayon İcra Hakimiyyətindən sökərək satmaq üçün apardıqlarını bildirdiklərini, özünün də onlara, siqaret pulunun olmadığını bildirdiklərini, həmin latunlardan özünə də verməsini dediyini, daha sonra dostu Nadiri evə sellofan paket gətirmək üçün göndərdiyini, həmin müddətdə uşaqlarla söhbət etdiyini, daha sonra Nadirin ona sellofan paket gətirdiyini və həmin iki nəfər uşaqların apardığı zənbildən bir neçə dənəsini götürərək sellofan paketə qoyub Nadirlə birlikdə yaşadığı binanın zirzəmisinə apararaq gizlətdiyini, səhəri gün Nadir ilə birlikdə binanın qarşısında görüşdüklərini və həmin əşyaları satmaq qərarına gəldiklərini, özü ilə gətirdiyi 1 ədəd sintetik materialından olan çanta ilə həmin latunları gedib gizlətdiyi yerdən gətirdiyini və binanın qarşısında Roman adlı şəxsin idarə etdiyi taksi avtomobilinin olduğunu gördüklərini, özlərinin Roman adlı şəxsə yaxınlaşdıqlarını və onları Ağdaş şəhəri, Padar küçəsində yerləşən Ələsgər adlı şəxsin metal qəbulu yerinə aparmasını dediklərini, əllərində olan çantanı avtomobilə qoyduqlarını, qabaqda özünün arxada isə Nadirin əyləşdiyini, Roman adlı taksi sürücüsünün onları Ələsgər adlı şəxsin sexinə apardığını, orada Ələsgərin metal qəbulu yerində işləyən Əli adlı şəxsin onların apardıqları latunu tərəzidə çəkdiyini, çəkisinin 6 kiloqram 900 qram olduğunu və qarşılığında Ələsgərin yanında işləyən Əli adlı şəxsin onlara 52 manat pul verdiyini, özlərinin də həmin puldan 2 manatını taksi sürücüsünə verdiklərini, qalan 50 manat pulu isə iki yerə böldüklərini və özünün payına 25 manat, Nadirin də payına 25 manat düşdüyünü, həmin 25 manat pulunu öz şəxsi xərcləri üçün xərclədiyini, özünün bildiklərinin bundan ibarət olduğunu, özünün və dostu Nadirin Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında yerləşən fontanın heç bir hissəsini açmadıqlarını və heç bir oğurluq etmədiklərini, həmin şəxsləri üzdən Ağdaş şəhər sakini kimi tanıdığını, onların birinin 15, digərinin isə 16-17 yaşları olduğunu, birinin sarışın digərinin isə qarabuğdayı arıq uşaqlar olduğunu, onları görsə tanıya biləcəyini, özlərinin həmin latunları onlardan alan zaman onlara pul vermədiklərini, həmçinin onların həmin latunları ilk dəfə Göyçay şəhərindən yolun kənarında tapdıqlarını dediyini, lakin sonradan onların həmin latundan ibarət başlıqları Ağdaş rayon RİH-nin qarşısında yerləşən fontandan söküb satmaq üçün apardıqlarını bildirdiklərini, lakin bu barədə Əliyə demədiyini, onları tanımadığını və onlarla da heç bir münasibətinin olmadığını, Təqsirləndirilən şəxs və X2 üzdən görsə tanıya biləcəyini, onlara latunları verən həmin şəxslərin olduğunu, Təqsirləndirilən şəxs düz dediyini, onların ikisinin birlikdə gələn zaman Şahid1 ilə birlikdə onları gələn zaman əlində çanta gördüklərini, çantanın içərisində latundan ibarət fontan başlıqlarının olduqlarını, həmçinin də həmin çantanın içərisində 1 ədəd açarın olduğunu, onlardan da həmin latun başlıqların bir hissəsini istədiklərini, onların da etiraz etmədən həmin başlıqlardan bir neçəsini verdiklərini bildirmişdir. Məhkəmə iclasında Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Ağdaş şəhər avtovağzalının yaxınlığında metal qəbulu sexinin olduğnu, həmin sexi özünün işlətdiyini, təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində axşam təxminən saat 11:30 radələrində sexdə olan zaman Ağdaş şəhərində yaşayan Məzahir adlı şəxsin oğlu Ağamir adlı şəxs və onun yanında adını bilmədiyi Məzahirin qızının ərinin sexinə gəldiklərini, həmin vaxtı Ağamirin əlində sellofan torbanın olduğunu, ona metal alıb almadığını soruşduqlarını, özünün də onlara aldığını dediyini, gətirdikləri sellofanın içərisinə baxanda sellofanın içərisində latun materialının olduğunu gördüyünü, bunların kiloqramını neçəyə aldığını soruşduğunu, özünün də onlara “1 kiloqramını 6 manata alıram” dediyini, onların gətirdiyi latunları tərəzidə çəkdiyini və 11 kiloqram olduğunu, özünündə Ağamirə 66 manat verdiyini, onların həmin latunları evdən gətirdiklərini ona dediklərini, sonradan Məzahirin oğlu Ağamir və Məzahirin adını bilmədiyi qızının ərinin ona verdikləri həmin latunları Ağdaş rayon İcra Hakimiyyətinin qarşısında olan fontandan oğurladıqlarını bildiyini, Məzahirin oğlu Ağamiri tanıdığını, lakin Məzahirin qızının ərini tanımadığını, sonradan Məzahirin oğlu Ağamirin yanında gələn Məzahirin qızının əri olduğunu bildiyini, Məzahirin oğlu Ağamir və Məzahirin qızının adını bilmədiyi ərinin ona bir dəfə 11 kiloqram latun satdıqlarını, həmin latunların 53 ədəd olduğunu bildirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli 9/196 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 12465, manat müəyyən olunur. O cümlədən, - su püskürdən latun başlıqlar - 480 ədəd x 25,00 manat = 12000,00 manat, - fontanın içərisindəki işıq plafonları 15 ədəd x 15 manat = 225,00 manat, - fontanın içərisinin işıqlanması üçün naqillər – 300 metr x 0,80 manat = 240,00 manat müəyyən edilir. İşin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X8 20 dekabr 2021-ci il tarixli, 1815 saylı arayışından görünür ki, ünvan 2i ünvanında yaşayan, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası” X8 poliklinika şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyildir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. İşin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 1(014)-88/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon İcra hakimiyyəti Aşağı Lək kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra hakimiyyəti başçısının Ağdaş rayon İcra hakimiyyəti Aşağı Lək kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 avqust 2023-cü il tarixli, 5-32-12/2-370/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2i ünvanında yaşayır. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. O, həmin qərarla həmin tarixdə saat 16:20 radələrində tanış olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməməsini bildirməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadəyə tənqidi yanaşır, həmin ifadəni cinayət məsuliyyətindən yayınmaq cəhdi, özünü müdafiə üçün gətirdiyi dəlillər olaraq qəbul edir və hesab edir ki, istintaq zamanı toplanmış digər ifadələrin məcmusu və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar mövcud deyil. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almaması onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Onun şəxsiyyətini müsbət səciyyələndirən hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlində cəzanı ağırlaşdıran halların olmadığını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması növündə cəzanın tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut 53 ədəd latun materialından olan su püskürdən başlıqlar zərərçəkmiş şəxsin nümayəndəsi Məmmədov Fəzayıl oğluna qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məktubundan göründüyü kimi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil edir, həmin məbləğ Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşadığı yeri axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayon ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut 53 ədəd latun materialından olan su püskürdən başlıqlar zərərçəkmiş şəxsin nümayəndəsi Məmmədov Fəzayıl oğluna qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №1(014)-157/2023
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-157/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver