Məhkəmə qərarları › İş №1(014)-158/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-158/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-158/2024 06.11.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X8 və X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 nümayəndəsi, vəkil Müdafiəçi iştirakları ilə X8 və X2 Azərbaycan Respublikasını CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 məhkəməyə xüsusi ittiham qaydasında şikayət verərək, X8 və X2 Azərbaycan Respublikasını CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 vəsatət verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimal-qərb X4 reaksiyavermə və əməliyyət-planlaşdırma idarəsinin Təlim və əməliyyət planlaşdırma şöbəsinin zabiti vəzifəsində xidmət etdiyini, buna görə də işin baxılması üçün aidiyyəti üzrə hərbi məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 nümayəndəsi, vəkil Müdafiəçi da İlkin Mahmudov tərəfindən verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Mahmudov tərəfindən verilmiş vəsatətin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Şimalqərb Regional Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, kapitan X6 hərbi qulluqçu olmaqla xx.xx.2010-cu il tarixindən hal-hazıradək FHN Şimal-qərb X4 reaksiyavermə və əməliyyət-planlaşdırma idarəsinin Təlim və əməliyyət planlaşdırma şöbəsinin zabiti vəzifəsində xidmət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, X8 və X2 Azərbaycan Respublikasını CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. X8 və X2 Azərbaycan Respublikasını CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X1 xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar