Məhkəmə qərarları › İş №1(014)-159/2023

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №1(014)-159/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 1(014)-159/2023 03.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Sabirli Nərmin Kamal qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx.xx.1980-ci ildə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdaş rayonu, Ərəbocağı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayonu, Ərəbocağı kəndində yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı isə Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs iki dəfə yumruqla baş nahiyəsindən və iki dəfə də, yumruqla bel və çiyin nahiyələrindən qəsdən vuraraq ona başın ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ bazu oynağının əzilməsi, sağ çiyin nahiyəsinin bazu oynağına keçən qançırı, küt ələt təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gələn, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yungül zərər vuran xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən aşkar cinayəti törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək izahatında Zərərçəkmiş şəxs arvadı olduğunu, onların 2009-cu ildə ailə həyatı qurduqlarını, onların 3 övladlarının olduğunu, Nişanə ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, son vaxtlar Nişanə ilə aralarında narazılıq olduğunu, buna səbəb onun Nişanənin işləməsinə razı olmaması olduğunu, həmçinin qayınanası Zenfiranın onların ailə məsələlərinə qarışaraq qızının işləməsini söylədiyini, ona görə də, onların ailələrində tez-tez mübahisələrinin yarandığını, xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində yaşadığı evin həyətində olduğunu, həmin vaxt arvadı Nişanənin qonşuluqlarında yaşayan qayınanası Zenfiranın həyətində olduğunu, onun Zenfiranın yaşadığı evin həyətinə getdiyini, həmin vaxt orada olan arvadı Nişanəyə evə gəlməsini söylədiyini, eyni zamanda da, orada olan qayınanası Zenfiraya bir daha onların ailə məsələlərinə qarışmamasını bildirdiyini, sonra yaşadığı evin həyətinə gəldiyini, daha sonra Nişanənin də, həyətlərinə gəldiyini, həmin vaxt Nişanənin ona kobud formada nə üçün anası ilə kobud danışmasını söylədiyini, özünün də Nişanəyə Zenfira ilə kobud danışmadığını, Zenfiraya sadəcə olaraq bir daha onların ailə məsələlərinə qarışmamasını söylədiyini bildirdiyini, həmin vaxt isə Nişanənin ona nalayiq ifadələr işlədərək “sən kimsən ki, anama söz deyirsən” deyə söylədiyini, buna görə də, Nişanə ilə aralarsında mübahisə baş verdiyini, mübahisə zamanı isə özünün Nişanənin ona nalayiq ifadələr işlətməsinə əsəbləşdiyini və iki dəfə yumruqla Nişanənin baş nahiyəsindən və iki dəfə də, yumruqla Nişanənin bel və çiyin nahiyəsindən qəsdən vurduğunu, daha sonra isə onun evdən çıxıb getdiyini, həmçinin Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə və davadalaşın xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadıqları evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs onu vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı Zərərçəkmiş şəxs ona nalayiq ifadələr işlətdiyini, lakin onun Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətmədiyini, davadalaş zamanı onun iki dəfə qəsdən yumruq ilə arvadı Zərərçəkmiş şəxs baş nahiyəsindən və iki dəfə də, yumruqla bel və çiyin nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada ondan və Zərərçəkmiş şəxs başqa heç kimin olmadığını, səs-küyə də, heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edərək (bu barədə ərizəni məhkəməyə təqdim etmişdir) ifadəsində Təqsirləndirilən şəxs onun əri olduğunu, onların 2009-cu ildə ailə həyatı qurduqlarını, onların 3 övladlarının olduğunu, Əbubəkr ilə əvvəllər aralarında heç bir mübahisə və ya dava-dalaş baş vermədiyini, son vaxtlar Əbubəkr ilə aralarında narazılıq olduğunu, buna səbəb Əbubəkrin onun işləməsini istəməməsi olduğunu, həmçinin anası Şahid onun tərəfini saxladığına görə əri Əbubəkrin onu danışdırmadığını, ona görə də, onların ailələrində tez-tez mübahisələrinin yarandığını, anası Zenfira ilə qonşu olduqlarını, xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində anası Zenfiranın yaşadığı evin həyətində olduğunu, həmin vaxt əri Əbubəkrin oraya gəldiyini və ona evlərinə getmələrini söylədiyini, həmçinin Əbubəkrin anası Zenfiraya da, kobud formada onların ailə işinə qarışmamasını söylədiyini və çıxıb getdiyini, onun Əbubəkrin anası Zenfira ilə kobud danışmasına görə əsəbləşdiyini və onun arxası ilə getdiyini, onun Əbubəkrin yaşadıqları evin həyətində olmasını gördüyünü və ondan nə üçün anası Zenfira ilə kobud danışmasını soruşduğunu, Əbubəkrin ona “yaxşı edirəm, hələ bu da, azdır” deyə söylədiyini, buna görə də, Əbubəkr ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Əbubəkrin “bu evdə mən dediyim olacaq” deyərək qəsdən iki dəfə yumruqla onun baş nahiyəsindən və iki dəfə də, yumruqla bel və çiyin nahiyəsindən vurduğunu, daha sonra isə Əbubəkrin evdən çıxıb getdiyini, Təqsirləndirilən şəxs ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadıqları evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı onun Təqsirləndirilən şəxs vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, dava-dalaş zamanı onun əri Təqsirləndirilən şəxs nalayiq ifadələr işlətmədiyini, lakin əri Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlətdiyini, davadalaş zamanı Təqsirləndirilən şəxs qəsdən iki dəfə yumruqla onun baş nahiyəsindən və iki dəfə də, yumruqla bel və çiyin nahiyəsindən vurduğunu, dava-dalaş zamanı orada ondan və Təqsirləndirilən şəxs başqa heç kimin olmadığını, səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 384 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər başın ənsə nahiyəsinin şişkinliyi (dərialtı hematoması), sağ bazu oynağının əzilməsi, sağ çiyin nahiyəsinin bazu oynağına keçən qançırı, küt alət təsirindən törənmiş, törənmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarından sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi ekspertiza rəyi və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dinləyərək, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiqi üçün əsaslar müəyyən olunmadı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 40.3, 43.1.2, 346- 347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar