Azərbaycan Respublikası adından HÖKM Ağdaş rayonu İş № 1(014)-159/2024 12.12.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X17 Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, subay, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinib 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu ilə ona 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmış, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmək qərarına gəlib, bu məqsədlə məlum olmayan mənbədən və tarixdə əldə edib özündə saxladığı çətənə (kannabis) bitkisinin toxumlarını 2024-cü ilin avqust ayının sonlarında ünvan 2 ünvanında yerləşən yaşadığı evin həyətyanı sahəsində 03 ədəd dibçəkdə əkmiş, həmin toxumlardan inkişaf etmiş 03 (üç) ədəd, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq etməklə qanunsuz olaraq kultivasiya etmiş, 26 sentyabr 2024-cü il tarixdə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerə saat 17:32-dən saat 17:50-dək keçirilmiş baxış zamanı 03 ədəd dibçəkdə 03 ədəd, uzunluqları 155 sm-dən 172 sm-dək, yaş vəziyyətdə ümumi çəkiləri 925,00 qram əkilibbecərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə iclasında özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri və məhkəmə iclasında tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, təxminən 5 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. Əvvəllər 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilmişdir. 2024-cü ilin avqust ayının sonlarında Ağdaş şəhər ərazisində piyada gəzərkən yerdə 01 ədəd kağız büküm görmüş, kağız bükümü yerdən götürüb içərisinə baxdıqda içərisində tərkibində narkotik maddələr olan bitki kolları toxumunun olmasını görmüşdür. Həmin toxumları əkmək üçün özündə saxlamış və yaşadığı evə gəlmişdir. Həmin gün yaşadığı evin həyətində olan 03 ədəd dibçəyə gələcəkdə yığıb, qurudub şəxsi istifadəsi üçün 03 ədəd təkibində narkotik maddələr olan çətənə bitkisinin toxumlarını əkmişdir. Həmin bitkilərə mütəmadi olaraq aqro-texniki qaydada qulluq etmiş, sulamış və diblərini yumşaltmışdır. 26 sentyabr 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları ona tərkibində narkotik maddələr olan bitkiləri əkməsi barədə məlumat olmasını, ona görə də baxış keçirilməsi zərurəti yarandığını bildirmişlər. O da heç bir etiraz etməmişdir. Ondan tərkibində narkotik maddələr olan bitkilər kultivasiya edib-etməməyi soruşulmuş, o da yaşadığı evin həyətində dibçəklərdə özünün istifadə etməsi üçün çətənə bitkisi əkdiyini bildirmişdir. Daha sonra əməliyyat müvəkkili tərəfindən üzəri yoxlanılmış və üzərində qanunka qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra yaşadığı evin həyətyanı sahəsinə, evin qarşısında 03 ədəd dibçəkdə ümumilikdə 03 ədəd tərkibində narkotik maddələr olan bitki aşkar olunmuşdur. Həmin bitkilər polis əməkdaşları tərəfindən dibçəklərdən çıxarılmış, baxış zamanı aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulandığını və diblərinin boşaldıldığını bildirmişdir. Bitkilər polis əməkdaşları tərəfindən qabdakı torbadan çıxarıldıqdan sonra zərfdə qablaşdırılmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və bu əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 26 sentyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin tarixdə saat 17:32də polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1-də yerləşən fərdi yaşayış evinə gedilmiş və Təqsirləndirilən şəxs yaşadığı həyətə bxış keçirilmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərində qanunla qadağan edilmiş hər hanı bir predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəyə baxış keçirilmiş və evin qarşısında hər birində 01 ədəd olmaqla, ümumilikdə 03 ədəd çətənə bitkilərinə bənzər bitkilər olması müəyyən olunmuşdur. Bundan sonra 03 ədəd dibçəkdə olan 03 ədəd çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmışdır. Aqronom həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulandığını və diblərinin boşaldıldığını bildirmişdir. Həmin bitkilər təhqiqatçı tərəfindən 01 ədəd zərfdə qablaşdırılmış və üzəri möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 İlyas oğlu Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: 26 sentyabr 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs həyətində əkdiyi narkotik tərkibli bitkilərin yerini polis əməkdaşlarına göstərmiş və 03 ədəd dibçək, həmin dibçəklərin hər birində 01 ədəd olmaqla ümumilkdə 03 ədəd çətənə bitkilərinə bənzər bitkilər olması müəyyən olunmuşdur. 03 ədəd çətənə bitkilərinə bənzər bitkilər torpaqdan çıxarılmış, aqronom baxış zamanı həmin bitkilərin çətənə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunmaqla, sulandığını və diblərinin boşaldıldığını bildirmişdir. Həmin bitki kolları təhqiqatçı tərəfindən metrə ilə ölçülüb, boyları müəyyən edildikdən sonra zərfdə qablaşdırılmaqla götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2024-cü il tarixli, 17/789 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqdə “Təqsirləndirilən şəxs həyətindən aşkar olunmuş 3 ədəd bitki...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd, sintetik kisənin içərisindəki, 03 (üç) ədəd, uzunluqları 155 sm-dən 172 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 925,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin ştilləridir. 26 sentyabr 2024-cü il tarixli aqronom rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkisinin ştillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 1627 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Ağdaş rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan 30 sentyabr 2024-cü il tarixli, 18-1-22/2-1301/2024 saylı məktubdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx xxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanası”publik hüquqi şəxsin poliklinika şöbəsində “Eroin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 21 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3 və 67.1-ci maddələrinə əsasən 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmü dəyişdirilərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən üzərində qəti olaraq 01 il 02 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 22 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndi tətbiq edilmiş, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsinə dair qərar qəbul edilmiş, 21 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4 bəndinə əsasən cəzadan azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 10 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarına əsasən Ağdaş Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilərək, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayəıt Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(107)- 148/2023 saylı qərarı ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 2 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilərək, ona təyin edilmiş 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 216 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi – X1, X13, övladları X10, X7 və X3 ibarətdir. Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli, 215 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi olaraq ərizə şikayət daxil olmamışdır. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 sentyabr 2024-cü il tarixli protokoldan və “Qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2024-cü il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2024-cü il tarixdə, saat 09:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə 09:50-də təqsirləndirilən şəxs qismində dindirilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2024-cü il tarixli, 4(014)-41/2024 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat və vəsatətin təmin edilməsinə dair qərar qəbul edilmişdir. 15 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 03 (üç) ədəd olmaqla, təmiz çəkisi 925,0 qram olan çətənə (kannabis) bitkisinin ştilllərinin ekspertiza tədqiqatından sonrakı qalığı 03 (üç) ədəd olmaqla, 924,85 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış aparılarkən və Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işinə əlavə edilmiş, çətənə (kannabis) bitkisinin ştillləri isə maddi sübut kimi tanınaraq saxlanması üçün Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, 26 sentyabr 2024-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə şəxsi axtarış aparılması barədə protokolu, Təqsirləndirilən şəxs üzərində və yaşadğı evdə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD diski, maddi sübutu, yuxarıda qeyd edilən ekspert rəylərini, 15 oktyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əmələ hüquqi qiymət verilməsi haqqında qərarı, istintaq hərəkətlərinin protokollarını və işdə olan digər sənədləri ziddiyyət təşkil etmədikləri və bir-biri ilə uyğun şəkildə işin faktiki hallarını təsdiq etdikləri üçün mötəbər sübutlar kimi qəbul edir. Yuxarıda qeyd olunan sübutları bilavasitə tədqiq edib, bu sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirmə) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Həmin Qanunun 1.0.7-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİİ siyahının 1.2-ci bəndində göstərilmişdir ki, çətənə növlü bitkilərin 3-15 ədəd (6-30 hissə) qanunsuz kultivasiya edilməsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 08 nömrəli qərarının 21-ci bəndində göstərilir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.6-cı maddəsində göstərilir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Məhkəmə, iş materiallarında olan sübutları, işin yuxarıda qeyd edilən hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. Odur ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilməli və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək törətdiyi əmələ görə cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, o cümlədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir; cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona məhz hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, cəzanın sosial ədalətin bərpası və məhkumun islah olunması məqsədi ilə tətbiq olunmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər (Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarına əsasən) azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasını, cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, o, cinayət qanunvericiliyi ilə qadağan olunmuş ictimai təhlükəli əməli yenidən törətməklə islah olunmadığını nümayiş etdirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edilmişdir. Bununla yanaşı, Cinayət Məcəlləsinin 18.4-cü maddəsində göstərilmişdir ki, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarına əsasən müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə, yəni azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə müvafiq olaraq onun hazırki iş üzrə Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətin residivini yaradan hallar kimi nəzərə alına bilməz. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmə əsasən Cinayət Məcəlləsinin 234.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırki iş üzrə Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə irəli sürülmüş ittihamdan görünür ki, o, 03 ədəd dibçəkdə, yəni xeyli miqdarda çətənə (kannabis) bitkilərinin şitillərini yetişdirib, aqrotexniki qaydada qulluq eib, qanunsuz olaraq kultivasiya etməklə törədiyi cinayət əməlini 26 sentyabr 2024-cü il tarixdə, yəni Ağdaş Rayon Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli hökmündən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 16-cı bəndində göstərilmişdir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Yuxarıda qeyd edilənlərə əsaən məhkəmə belə qənaətə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-150/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək və 26 sentyabr 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı cəmi dörd gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirlndirilən şəxsə təyin ediləcək cəzanın çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, o, təyin ediləcək cəzanı real olaraq çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli Ağdaş Rayon Məhkəməsinin hökmünə əsasən həbs edildiyi gündən, yəni 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, ambulator məhkəmə-narkoloji ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 1627 nömrəli rəyinə hüquqi qiymət verib, həmin rəylə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyini, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olduğunu və ərazi narkoloji kabinetdə qeydiyyata alınmasının məsləhət görüldüyünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması üçün hazırki hökmün surəti onun yaşayış yeri üzrə Ağdaş rayon X12 Hüquqi Şəxsinə göndərilməlidir. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən ekspertə ödənilməli haqlar məhkəmə məsrəflərinə aid edilmişdir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin o cümlədən, 197.1.4-cü maddəsində göstərilən məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən həyətyanı sahəsində əkib-becərdiyi 03 ədəd çətənə (kannabis) bitkilərinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış qalığını təşkil edən 924,85 qramı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən videogörüntülərin köçürüldüyü 03 ədəd DVD diski hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Təqsirləndirilən şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 13 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 78 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASCnin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ağdaş Rayon Məhkəməsinin 1(014)-150/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək və 26 sentyabr 2024-cü il tarixdən 28 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı cəmi dörd gün müddət ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi dövrdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 35,97 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci SAP (XİİS) hesabı X15 Agentliyi Kodu 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ 22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsində saxlanılan 03 (üç) ədəd, çəkisi 924,85 qram olan çətənə (kannabis) bitkisinin ştillləri məhv edilsin, 03 ədəd DVD disk hazırki cinayət işi üzrə icraat materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 78 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ013501**********2944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X19
Məhkəmə qərarları › İş №1(014)-159/2024
Ağdaş Rayon Məhkəməsi Hökm — İş №1(014)-159/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver